Vakansiya: SMM və Call Center

Education Management Network təhsil sahəsində, xüsusən də məktəbəqədər təhsil sektorunda özəl müəssisələrin layihələndirilməsi və idarəedilməsi üzrə xidmətlərini təklif edir.Hazırda şəbəkənin əməkdaşlıq etdiyi 8 məktəbəqədər təhsil müəssisəsi mövcuddur.

Vakansiya: SMM və Call Center

İş barədə məlumat: Müxtəlif sosial səhifələrin idarəedilməsi, zənglərə cavab verilməsi, rəhbərin diqər tapşırıqlarının yerinə yetirilməsi.

Tələblər:

  • Ali Təhsil
  • Toplam 2 il, əlaqədar sahə üzrə minimum 1 il iş təcrübəsi
  • 25 – 30 yaş aralığına üstünlük verilir
  • MS Office üzrə iş bacarığı
  • Azərbaycan və rus dillərini səlis bilmək
  • Kollektivdə çalışmaq və yardım etməyə hazır olmaq
  • Münasibət qurmaq bacarığı və həssaslıq
  • Tapşırıqları vaxtında yerinə yetirmək bacarığı
  • Ünsiyyət bacarıqları

CV karyera@bagcam.az ünvanına Göndərin və Başlıq olaraq “SMM və Call Center ” qeyd edin.

Son Müraciət Tarixi: 18/06/2016.

Vakansiya: Office Manager

Education Management Network təhsil sahəsində, xüsusən də məktəbəqədər təhsil sektorunda özəl müəssisələrin layihələndirilməsi və idarəedilməsi üzrə xidmətlərini təklif edir.Hazırda şəbəkənin əməkdaşlıq etdiyi 8 məktəbəqədər təhsil müəssisəsi mövcuddur.

Vakansiya: Office Manager

İş vaxtı 8:00-dan 18:00-dək.

Tələblər:

  • Ali təhsil
  • Toplam 2 il, əlaqədar sahə üzrə minimum 1 il iş təcrübəsi
  • 25 – 30 yaş aralığına üstünlük verilir
  • MS Office üzrə iş bacarığı
  • Azərbaycan və rus dillərini səlis bilmək
  • Kollektivdə çalışmaq və yardım etməyə hazır olmaq
  • Münasibət qurmaq bacarığı və həssaslıq
  • Tapşırıqları vaxtında yerinə yetirmək bacarığı
  • Gərgin iş mühitində çalışmaq bacarığı
  • Ünsiyyət bacarıqları

CV karyera@bagcam.az ünvanına Göndərin və Başlıq olaraq “Office Manager” qeyd edin.

Son Müraciət Tarixi: 18/06/2016.

 

Vakansiya: Tərbiyəçi köməkçisi

Education Management Network təhsil sahəsində, xüsusən də məktəbəqədər təhsil sektorunda özəl müəssisələrin layihələndirilməsi və idarəedilməsi üzrə xidmətlərini təklif edir. Hazırda şəbəkənin əməkdaşlıq etdiyi 8 məktəbəqədər təhsil müəssisəsi mövcuddur.

Vakansiya: Tərbiyəçi köməkçisi

İş barədə məlumat: Tərbiyəçi köməkçisi Uşaq Bağçasında yaşa görə ayrılmış xüsusi qrupda fəaliyyət göstərəcəkdir. Bağça Direktorunun və Tərbiyəçinin tapşırıqları əsasında hərəkət edəcəkdir.

İş vaxtı 8:00-dan 18:00-dək.

Tələblər:

  • Pedaqoji sahə üzrə Ali və Orta İxtisas Təhsili\Məktəbqədər təhsil sahəsinə üzrə üstünlük verilir
  • Toplam 2 il, əlaqədar sahə üzrə minimum 1 il iş təcrübəsi
  • 25 – 40 yaş aralığına üstünlük verilir
  • MS Office üzrə iş bacarığı
  • Azərbaycan və rus dillərini səlis bilmək
  • Kollektivdə çalışmaq və yardım etməyə hazır olmaq
  • Münasibət qurmaq bacarığı və həssaslıq
  • Tapşırıqları vaxtında yerinə yetirmək bacarığı
  • Məqsədyönlü və qətiyyətli
  • Gərgin iş mühitində çalışmaq bacarığı

CV karyera@bagcam.az ünvanına Göndərin və Başlıq olaraq “Tərbiyəçi köməkçisi” qeyd edin.

Son Müraciət Tarixi: 18/06/2016.

Vakansiya: Tərbiyəçi

Education Management Network təhsil sahəsində, xüsusən də məktəbəqədər təhsil sektorunda özəl müəssisələrin layihələndirilməsi və idarəedilməsi üzrə xidmətlərini təklif edir. Hazırda şəbəkənin əməkdaşlıq etdiyi 8 məktəbəqədər təhsil müəssisəsi mövcuddur.

Vakansiya: Tərbiyəçi.

İş barədə məlumat: Tərbiyəçi Uşaq Bağçasında yaşa görə ayrılmış xüsusi qrupda fəaliyyət göstərəcəkdir. Tərbiyəçi təhsilinə və təcrübəsinə görə müəyyən yaş qrupunun rəhbəri olacaq və Bağça Direktorunun tapşırıqları əsasında hərəkət edəcəkdir. Tərbiyəçinin əsas əmək funksiyası tabeçiliyində olduğu tədris qrupundakı uşaqların  gün rejiminin səmərəli şəkildə təşkil etmək, məşğələ cədvəlinə uyğun və tədris proqramına əsasən məşğələlərini həyata keçirmək, uşaqların inkişaf standartlarına uyğun inkişafını təmin etməkdir.

İş vaxtı 8:00-dan 18:00-dək.

Tələblər:

  • Pedaqoji sahə üzrə Ali və Orta İxtisas Təhsili\Məktəbqədər təhsil sahəsinə üzrə üstünlük verilir
  • Toplam 2 il, əlaqədar sahə üzrə minimum 1 il iş təcrübəsi
  • 25 – 40 yaş aralığına üstünlük verilir
  • MS Office üzrə iş bacarığı
  • Azərbaycan və rus dillərini səlis bilmək
  • Təşkilatçılıq və liderlik bacarıqları
  • Kollektivdə çalışmaq və yardım etməyə hazır olmaq
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
  • Münasibət qurmaq bacarığı və həssaslıq
  • Tapşırıqları vaxtında yerinə yetirmək bacarığı
  • Şəraitə uyğunlaşmaq və çevik qərar qəbul etmək bacarığı.
  • Məqsədyönlü və qətiyyətli
  • Gərgin iş mühitində çalışmaq bacarığı

CV karyera@bagcam.az ünvanına Göndərin və Başlıq olaraq “Yeni İş – Terbiyeci” qeyd edin.

Son Müraciət Tarixi: 18/06/2016.

Uşaqların oyunlarına müdaxilədən əl çəkin!

81lYd+rUN+L._SL1100_“Bəsdir” Deyə balaca qız qışqırdı.
“Bəli” deyə qışqırdı digər qız, “Geri çəkil!”
Meşənin uzaq hissəsinə baxdığımda bir qrup balaca qızın əl-ələ tuaraq biraz əvvəl hazırladıqları çadırın önündə divara bənzəyən bir şey hazırladıqlarını gördüm. Önlərində üzü qıpqırmızı olan bir oğlan uşağı dayanırdı. Uşaq başdan ayağa titrəyirdi.
“Yox, çəkilməyəcəm” deyə onlara bağırdı. “Oynamağıma icazə verməlisiniz. Qaydalar belədir!” təhlükəli halda onlara doğru gəldi.
Uşaqlara gözləmələrini, amma ağacların arasına yaxın və gizli dayanmaqlarını dedim. Bu zaman gizli-gizli “Görəsən indi müdaxilə etməliyik?” deyə düşündüm. Amma içimdən bir səs gözləməyimi deyirdi. Balaca oğlan birdən birə yuxarı çıxdı və çadırlarının bir hissəsini cırdı. “Dayan, eləmə! deyə qızlardan biri qışqırdı. Geri çəkilmədilər. Bir neçə balaca qız da gəldi və onlarla birlikdə divar düzəltməyə başladı. Balaca oğlan birdən çadırların içinə girdi və içəridə gizlətdikləri “dəyərli daşları” götürüb qaçdı.
Qızlar bir birlərinin əllərini buraxdı və qaçan uşağın axrasınca getməyə başladılar. Uşağı yaxalamaq üçün ağacların ətrafında dairə vurdular. Sonda uşaq bir maneəyə rast gəldi və durub üzünü onlara doğru çevirdi. Əllərini uzatdı və “Yaxşı! Alın!” dedi. Oğurladığı daşları geri qaytardı, əsəblə onlardan uzaqlaşdı və gedib köhnə ağacın önündə oturdu. Qızlar çadırlarının içində oyunlarına qaldıqları yerdən davam etdilər.
İki dəqiqə keçməmiş çadırdakı qızlardan biri oğlan oturduğu yerə doğru getdi. İzləyən hər kəsi təəccübləndirəcək hərəkət etdi. Gedib onun yanında oturdu. Gözünü içinə baxdı və yavaş-yavaş danışmağa başladı. Oğlan təzədən səsini yüksəltməyə başladı. Qız səbrli şəkildə barmağını qaldırdı və oğlanın susmağını gözlədi. Bir neçə dəqiqədən sonar ayağa qalxdılar. Qız oğlanın əlini tutdu və onu çadırdak uşaqların yanına apardı. Oğlan onlarla danışdı və qızlar onu oyuna dəvət etdilər.
Bəs uşaqları izləyən böyüklər tez müdaxilə etsəydilər nə olacaqdı? Ya da kiçik anlaşılmazlıq görən kimi nəsə etsəydilər? “Sakit dayanın qızlar, onun da oynamağına icazə verin” deyə bilərdik. Ya da oğlana qışqırmağı dayandırmasını deyə bilərdik. Amma bu formada nə əldə edəcəkdik?
Bu uşaqlar bir neçə dəqiqə ərzində çox vacib həyat dərsləri öyrəndi: Uşaqlara öyrətməyi çox çətin olan sosial və mənəvi bacarıqları. Bu real sınaq nəticəsində uşaqlar özlərini necə müdafiə etməyi, əsəbini və məyusluğunu necə ələ almağı və ən vacib olanı empatiyanı öyrəndilər.
Uşaqlara saatlarla digər uşaqları da oyuna qoşmağın nə qədər vacib olduğu barədə dərs verə bilməzsiniz. Uşaqlar belə şeyləri praktiki öyrənməlidirlər. Bu praktika ən yaxşı gündəlik oyunlarda oynalınan zaman özünü göstərir. Xüsusilə də uşaqların kəşf etdiyi və açıq havada, yetişkin dünyadan uzaqda qalaraq oynadığı oyunlarda bu biruzə verir.
Bu gün uşaqların əksəriyyəti vaxtlarının çoxunu qapalı ərazilərdə və nəzarət altında keçirirlər. Həm məktəbdə, həm də məktəbdən kənar uşaqların keçirdiyi hər saatı soruşuruq. Oyunlar belə, yetişkin insanlar tərəfindən tənzimlənir. Bir saat davam edən tənəffüs 20 dəqiqəlik qaydalarla dolu vaxta endirildi.
Uşaqlara nə edə biləcəkləri və nə etməyəcəklərini söylərkən, qaçdı-tutdu, gizlənqaç kimi bir sıra oyunlar az qala nostalji olub. Uşaqları əyləndirmək, xoşbəxt etmək üçün oyun qrupları təşkil edildi. Bir zamanlar uşaqlar üçün ənənəvi olan şeylər dəyişildi.
Real olan budur ki, yetişkin insanlar tərəfindən idarə edilən heç bir proqram mükəmməl deyil. Çoxu da uşaqlara bu bacarıqları vermir. Uşaqlar bir biriləri ilə necə sosial münasibət quracaqlarını, yeni vəziyyətlərdə necə özünə inamlı, təvazökar və nəzakətli olacağı kimi bir sıra güclü xarakterik özəlliklərini necə inkişaf etdirəcəklərini öyrənməlidirlər. Uşaqlar özləri tərəfindən idarə edilən oyunları nə qədər çox oynasalar, fərqli sosial vəziyyətlərdə o qədər rahat olurlar.
Əgər uşaqların doğurdan da hər gün həm məktəbdə, həm də məktəbdən kənarda dostları ilə saatlarla oyun oynayacaq qədər zamanları olsa, uzlaşma, qarşılıqlı alış- veriş, problem həll etmə, empatiya, paylaşma və bir çox xüsusiyyətləri öyrənəcəklər. Etməli olduğumuz tək şey, uşaqlar arasındakı bütün münasibəti izləməməkdir. Geri çəkilib, uşaqların oynamağına izn verməyin vaxtı artıq çatıb. Çünki real həyatla mübarizə aparmağın tək yolu budur.

Uşaqlar bir günlük bankir olublar

 

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününü uşaq bağçasının balacaları “Kapital Bank”da qeyd ediblər.  “Bankir oldum” layihəsi çərçivəsində bankın bütün departamenetləri ilə tanış olan balacalar bank işçilərini bir günlük əvəzləyiblər.

Layihə iştirakçısı Nərgiz İbrahimli deyir ki, bank işçilərini əvəz etmək onun üçün maraqlı olub:

“Bugün Uşaqlar Günüdür. Bizi banka gətirdilər. Mən müştərilərə kart verdim”

Balaca Rza isə bildirib ki, bankda işləmək onun da çox xoşuna gəlib:

“Bu günü bizim bayramımızdır. Bizi banka gətiriblər. Bankda kompüterdə yazı yazdım, kağıza möhür vurdum, şəkil çəkdim. Bank mənim çox xoşuma gəldi”.

6 yaşlı Cəmilə də banka olan ekskursiyasından çox məmnun olduğunu qeyd edib:

“Bu gün uşaqlar günü olduğunu görə, bizi banka gətiriblər. Mən bankdan pul çıxarıb böyüklərə verdim. Balacalara isə hədiyyə olaraq şar ilə kitab verdim”.

Kapital bankda uşaq bağçasının balacalarının iştirakı ilə iclas keçirilib və uşaqlar həmin iclasda bank işi üçün müxtəlif  təkliflər veriblər. Həmin təkliflər arasında hər gün şəkil çəkmək, filiallarda “play station”lar quraşdırmaq və kredit əvəzinə şokolad vermək ideyaları səsləndirilib.

İkinci “Master Tərbiyəçi” proqramı başlayır

13308135_1759834464253171_4967113423423486694_o“Master Tərbiyəçi” tərbiyəçi təkmilləşdirmə proqramının ikinci mövsümü bir neçə gün sonra fəaliyyə başlayır.

Bu barə bagcam.aza “Education Management Network” və “Edu.co” şirkətinin direktoru Rasif Dünyamalıyev müsahibə verib.O, bildirib ki, birinci proqram yoxlama xarakteri daşısa da, ikinci daha peşəkar təşkil olunub:

“Birinci təkmilləşdirmə proqramının iştirakçılarının sonda imtahanlarının qiymətləndirilməsində  gördük ki, şəbəkəyə daxil olmayan tərbiyəçilər də yüksək nəticə göstərir. Buna əsasən bildik ki, proqram faydalıdır, öyrədə bilir. Bağlanış mərasiminə gələn insanların reaksiyaları, iştirakçıların nəticələri bizi vadar etdi ki, proqramın ikincisini təşkil edək. Budəfəki proqrama əlavələr var. Daha effektiv mövzular əlavə edilib. Məslən, stress menecment, ünsiyyət bacarığı təlimlərinin müddətini uzatdıq. Təlimin sonunda iştirakçılar bildirmişdilər ki, məhz bu təlimlərinin müddəti qısadır. İkinci proqram yay vaxtına təsadüf etdiyi üçün təcrübə müddətində iştirakçıların daha çox dərs vermə imkanı olacaq. Bu dəfə 25-ə yaxın iştirakçı qəbul etmə imkanı var və daha peşəkar, daha maraqlı proqram həyata keçiriləcək”.

Rasif bəy, “Master Tərbiyəçi” tərbiyəçi təkmilləşdirmə proqramının ikinci mövsümünün başlanma tarixinin və yerinin də artıq məlum olduğunu əlavə edib:

“4 iyun 2016-cı il tarixində “Baby Star” uşaq bağçasında Kamilə Baloğlanova iştirakçılara “Tərbiyəçi kimdir?” mövzusunda sessiya keçirəcək. İştirakçıların fikirləri, gözləntiləri öyrəniləcək və davamı gələcək. Bu dəfə iki aylıq proqramdır. Artıq ikinci aydan təcrübə ilə, təlim birlikdə aparılacaq”.

Erkən yaşda məşğələlər uşaqlara nə qazandırır?

mesgeleMarketdə kassa sırası gözləyərkən bir adam altı yaşındakı oğluma, “Hansı idmanla məşğulsan?” deyə soruşdu. Oğlum ona təəccüblə baxanda da, “Basketbol oynamalıdır, boyun çox uzundur!” deyə əlavə etdi.

Poçt qutusuna təqdimat mesajları gəlir, oğlumun məktəb çantasından broşuralar çıxır, bunlar olmasa da qəzetlə birlikdə elanlar gəlir. Musiqi, futbol, rəqs kursları, sənət düşərgəsi … siyahı beləcə uzanıb, gedir.
“Nə edirsiniz?” sualının yerini, “Uşağınız nə edir?”sualı alıb. Bu suala verdiyim cavab isə qarşımdakını həmişə çaşdırır: “Heç bir şey. Hələ məktəb xaricində heç bir fəaliyyətə başlamayıb”.

Uşaqlarımın biri 6, digəri isə hələ 4 yaşındadır. Onlara məktəb xaricində nə etmək istədikləri soruşulsa, “Robot düzəltmək!” ya da “Quş kimi uçmaq!” tipli şeylər söyləyəcəklər. Əlbəttə onları proqramlaşdırma sinifinə, hansısa kursa yazdıra bilərəm, amma onları harasa “sürüyüb”, hər hansı bir kursa yazdıraraq dünyanın pulunu xərcləməkdənsə, bu yaşda dünyanı və maraq sahələrini kəşf etmələrinə izləmək istəyirəm.
Ətrafımdakı bir neçə anadan məktəb xarici fəaliyyətlərlə bağlı fikirlərini soruşdum və bu tədbirlərin şişirdildiyini düşünməkdə tək olmadığımı görüncə çox sevindim.
Amy: “Qızımızı istədiyi hər kursa yazdırdım. Buna görə 3 yaşından futboldan rəqs dərsinə qədər bir çox məktəb xarici fəaliyyətdə oldu. Tamamilə vaxt itkisidir. Qızımız indi beş yaşındadır və səkkiz yaşına qədər onu heç bir kursa yazdırmayacağıq”.

Melissa: “Oğullarım yeddi və doqquz yaşındadırlar və bu günə qədər yalnız üzgüçülük kursuna gediblər. Bu da daha çox güvənlikləri ilə əlaqədar bir məsələ idi. Onsuz da məktəbdə çox vaxt keçirirlər, məktəb gəzintilərinə gedirlər ya da məktəbdə tədbirlər olur. Buna görə onlara bütün həftə sonlarını dolduracaq məşğələyə ehtiyac görmürəm. Bəlkə böyüdükdən sonra kursa yazdıraram, o da ki, bəlkə “.
Caren: “Bacım oğlunu iki yaşı olmadan piano dərslərinə yazdırmışdı. Oğlu indi 6 yaşındadır və çox gözəl piano çala bilir. Amma bu ona deyəsən artıqlıq edir. Piano çalmalı olduğu bir vaxtda ağlayır və artıq piano çalmayacağını söyləyir. Bu da bacımla yoldaşı arasında həmişə münaqişə yaranmasına gətirib çıxarır. Çünki bacımın yoldaşı oğlunun fiziki olaraq daha aktiv olmasını istəyir. Mən də həmişə “buna dəyər mi?” deyə düşünürəm. Qızımın hələ bir yaşı var və bacım onun musiqi təhsili alıb, almayacağını soruşur. Bunu düşünmək belə məni narahat edir”.
Greta: “Bəli, 3 uşağımızı da çoxlu kursa yazdırmışıq. Futbol, üzgüçülük, gimnastika, karate və s. Son 5 ildir hər məktəb dövründə ən azı 2 kursa gediblər. Nə fikirləşirəm bilirsiniz? Kaş ki xərclədiyimiz o qədər pulu uşaqların universitet xərcləri üçün bir kənara qoyardıq. Amma artıq çox gecdir”.
Martha: “Uşaqlarım yeniyetmədirlər. Birinin musiqiyə marağı var. Digəri isə idmanla maraqlanır. Amma heç biri orta məktəbə qədər heç bir fəaliyyətlə məşğul olmayıb. Uşaqlarımızın kiçik yaşlardan hansısa kurslara yazdırmalıyıq düşüncəsi çox yalnışdır. İcazə verin uşaqlar oyun oynaya biləcəkləri zaman oyunlarını oynasınlar”.
Rachelle: “Biz məktəb xarici fəaliyyətlərə birlikdə gedirik. Gəzirik, balığa gedirik, ev işləri görürük. Hər yaz düşərgə qururuq. Uşaqlarımız 5, 7 və 8 yaşındadır. Zaman çox sürətli axır. Bütün həyatları boyunca nə isə etməyi öyrənəcəklər onsuz da. Hal-hazırda, ailənin bir parçası olmağı öyrənirlər”.

Bağçalararası I teatr festivalının bağlanış mərasimi keçirilib

7 may tarixində Bağçalar arası 1ci teatr festivalının bağlanış mərasimi keçirilib. Mərasimi festivalın rejissoru Rafiz Mehdizadə açıq elan edib. O çıxışında valideynləri və tamaşalarda iştirak edən uşaqları salamalayıb, onları təbrik edib.

Daha sonra Education Management and Network və  Edu.Co şirkətinin rəhbəri Rasif Dünyamlıyev iştikakçıları təbrik edib, festival barədə məlumat verib.

“Baby star”, “Sehrli Dayə” bağçalarından festivalda çıxış edən balacalar sertfikat ilə təltif edilib. Daha sonra yekun olaraq “Ən yaxşı bağça aktyoru”, “Ən yaxşı bağça aktrisası” və “Ən yaxşı bağça teatr tamaşası” nominasiyaları üzrə mükafatlandırma mərasimi keçirilib. Belə ki,  “Ən yaxşı bağça aktrisası” nominasiyasını “Baby Star” bağçasından Xalidə, “Ən yaxşı bağça aktyoru” mükafatını Alim və “Ən yaxşı bağça teatr tamaşası” mükafatını isə “Baby star” bağçasının səhnələşdirdiyi “7 cırtdan və Ağbəniz” tamaşası qazanıb.

Mərasim bitdikdən sonra Biləsuvar rayonunda yerləşən Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin uşaqları qonaq qismində tamaşa ilə çıxış edib. Balacalar təbiətin qorunması, heyvanları sevmək mövzusunda tamaşa göstəriblər.

Sonda Rasif Dünyamalıyev və Rafiz Mehdizadə fikirlərini bizimlə bölüşüb:

Rasif  Dünyamalıyev:

Tamaşa zamanı uşaq ağlamaq məcburiyyətindədir, roluna uyğun ağlamalıdır. Ağlamaq üçün o hiss etməlidir ki, insan necə üzülə bilir, ağlaya bilir, yaxud qəzəbli olur. Bu hissləri uşaqlara biz teatr vasitəsilə öyrədirik. Bu gün də, bizim şəbəkəyə daxil olan bağçalarda bu məqsədlə, sosial emosional öyrənmə məqsədilə uşaqlrın bu istiqamətdə öyrənməyi üçün biz teatr məşğələləri təşkil ediirk. Xüsusən də pantomim teatrlar

Rafiz Mehdizadə:

 Dörd tamaşa, festivalda iştirak edən tamaşaları biz özümüz, teatrla məşğul olan adamlar çətinlik çəkirdi ki  seçə bilmirdik ki  hansı tamaşa yaxşıdır. Çox xırda nüanslarla biri birinci oldu, ən yaxşı aktyor adı qazandı, ən yaxşı aktrisa adı qazandı. Belə deyim ki, bu bir həftə biz festival atmosferində yaşadıq. İçimizdə bayram işi var idi, böyük bir həyacan var idi. O həyacan da uşaqlardan gəlirdi. Çox sevinirik ki bu gün bu festival uğurla yekunlaşdı.
Qeyd edək ki, Bağçalar arası I Teatr Festivalına 3 may tarixində start verilib. Festivalda “Baby star”,  “Sehrli Dayə” bağçaları iştirak edib.

Bağçalar arası I Teatr Festivalına start verilib

festival_foto3 May tarixində Bağçalar arası I Teatr Festivalına start verilib.  

Festivalın təşkilatçılarından olan Education Management and Network və  Edu.Co şirkətinin rəhbəri Rasif Dünyamlıyev festivala olan maraq barədə məlumat verib. Rasif bəy, qeyd edib ki, bu festivalın keçirilməsi artıq bir çox bağçanının tədris proqramında dəyişiklik etməsinə səbəb olub:

“Hazırda 5 bağça iştirakçı qismində festivalda iştirak edir. Bir bağça isə qonaq qismindədir. Festivalın təşkilində əsas məqsəd teatrın bağçalarda təbliğini genişləndirməkdir. Elan verdiyimiz gündən bəri, bir çox bağçalar maraqlanırdı, iştirak etmək istəyənlər çox idi, amma qoşula bilmədilər, çünki həmin bağçalarda məşğələlər keçirilmir və hazır tamaşaları yoxdur. Festivalda iştirtaka risk etmədilər. Bağçalar arası I Teatr Festivalının keçirilməsi bir növ digər bağçaları hərəkətə gətirdi. Artıq bir neçə özəl bağçalar da addımlar atıblar, tədris proqrama teatr da daxil ediblər. Bu baxımdan deyə bilərəm ki, festival effektiv oldu. Düşünürəm ki, növbəti festivallarda daha çox iştirakçı olacaq”.

Festivalın ilk – açılış günü barədə öz fikirlərini Bagcam.az-la festivalın rejissoru Rafiz Mehdizadə bölüşüb. O bildirib ki, ilk tamaşa uğurlu alınıb:

“Festival ümumilikdə çox yaxşı keçdi. Bugün “Baby Star” bağçasının uşaqları öz tamaşalarını səhnələşdirdilər. İlk tamaşa olaraq, açılış tamaşası kimi uşalar çox yaxşı oynadılar, səhnədə çox rahat idilər. Valideynlər də tamaşadan məmnun qaldı. Tamaşanı izləyənlər arasında müxtəlif bağçalardan nümayəndələr də var idi. Uşaqlar “7 cırtdan və Ağbəniz” tamaşasını səhnələşdirdilər. Oyunun ssenarisində isə ixtisarlar etmişik. Müəyyən səhnələr çıxarılıb, teatrallaşdırılıb, uşaqlara uyğun şəkildə qurulub. Tamaşanın müddəti 20 dəqiqə idi”.

Rafiz bəy, qaliblərin seçiminin gizli münsiflər heyəti tərəfindən aparıldığını da əlavə etdi:

“Ayın 7-si bağlanış mərasimi olacaq, o vaxt münsiflər qalibləri elan edəcək. Qaliblər “İlin ən yaxşı bağça aktyoru”, “İlin ən yaxşı bağça aktrisası” və “İlin ən yaxşı bağça tamaşası” nominasiyaları üzrə  mükafatlandırılacaqlar”.

Qeyd edək ki, Bağçalar arası I Teatr Festivalı Education Mangement and Network,  Edu.Co və PreMark şirkətlərinin təşkilatçılığı ilə təşkil olunur.