Erkən yaşda məşğələlər uşaqlara nə qazandırır?

mesgeleMarketdə kassa sırası gözləyərkən bir adam altı yaşındakı oğluma, “Hansı idmanla məşğulsan?” deyə soruşdu. Oğlum ona təəccüblə baxanda da, “Basketbol oynamalıdır, boyun çox uzundur!” deyə əlavə etdi.

Poçt qutusuna təqdimat mesajları gəlir, oğlumun məktəb çantasından broşuralar çıxır, bunlar olmasa da qəzetlə birlikdə elanlar gəlir. Musiqi, futbol, rəqs kursları, sənət düşərgəsi … siyahı beləcə uzanıb, gedir.
“Nə edirsiniz?” sualının yerini, “Uşağınız nə edir?”sualı alıb. Bu suala verdiyim cavab isə qarşımdakını həmişə çaşdırır: “Heç bir şey. Hələ məktəb xaricində heç bir fəaliyyətə başlamayıb”.

Uşaqlarımın biri 6, digəri isə hələ 4 yaşındadır. Onlara məktəb xaricində nə etmək istədikləri soruşulsa, “Robot düzəltmək!” ya da “Quş kimi uçmaq!” tipli şeylər söyləyəcəklər. Əlbəttə onları proqramlaşdırma sinifinə, hansısa kursa yazdıra bilərəm, amma onları harasa “sürüyüb”, hər hansı bir kursa yazdıraraq dünyanın pulunu xərcləməkdənsə, bu yaşda dünyanı və maraq sahələrini kəşf etmələrinə izləmək istəyirəm.
Ətrafımdakı bir neçə anadan məktəb xarici fəaliyyətlərlə bağlı fikirlərini soruşdum və bu tədbirlərin şişirdildiyini düşünməkdə tək olmadığımı görüncə çox sevindim.
Amy: “Qızımızı istədiyi hər kursa yazdırdım. Buna görə 3 yaşından futboldan rəqs dərsinə qədər bir çox məktəb xarici fəaliyyətdə oldu. Tamamilə vaxt itkisidir. Qızımız indi beş yaşındadır və səkkiz yaşına qədər onu heç bir kursa yazdırmayacağıq”.

Melissa: “Oğullarım yeddi və doqquz yaşındadırlar və bu günə qədər yalnız üzgüçülük kursuna gediblər. Bu da daha çox güvənlikləri ilə əlaqədar bir məsələ idi. Onsuz da məktəbdə çox vaxt keçirirlər, məktəb gəzintilərinə gedirlər ya da məktəbdə tədbirlər olur. Buna görə onlara bütün həftə sonlarını dolduracaq məşğələyə ehtiyac görmürəm. Bəlkə böyüdükdən sonra kursa yazdıraram, o da ki, bəlkə “.
Caren: “Bacım oğlunu iki yaşı olmadan piano dərslərinə yazdırmışdı. Oğlu indi 6 yaşındadır və çox gözəl piano çala bilir. Amma bu ona deyəsən artıqlıq edir. Piano çalmalı olduğu bir vaxtda ağlayır və artıq piano çalmayacağını söyləyir. Bu da bacımla yoldaşı arasında həmişə münaqişə yaranmasına gətirib çıxarır. Çünki bacımın yoldaşı oğlunun fiziki olaraq daha aktiv olmasını istəyir. Mən də həmişə “buna dəyər mi?” deyə düşünürəm. Qızımın hələ bir yaşı var və bacım onun musiqi təhsili alıb, almayacağını soruşur. Bunu düşünmək belə məni narahat edir”.
Greta: “Bəli, 3 uşağımızı da çoxlu kursa yazdırmışıq. Futbol, üzgüçülük, gimnastika, karate və s. Son 5 ildir hər məktəb dövründə ən azı 2 kursa gediblər. Nə fikirləşirəm bilirsiniz? Kaş ki xərclədiyimiz o qədər pulu uşaqların universitet xərcləri üçün bir kənara qoyardıq. Amma artıq çox gecdir”.
Martha: “Uşaqlarım yeniyetmədirlər. Birinin musiqiyə marağı var. Digəri isə idmanla maraqlanır. Amma heç biri orta məktəbə qədər heç bir fəaliyyətlə məşğul olmayıb. Uşaqlarımızın kiçik yaşlardan hansısa kurslara yazdırmalıyıq düşüncəsi çox yalnışdır. İcazə verin uşaqlar oyun oynaya biləcəkləri zaman oyunlarını oynasınlar”.
Rachelle: “Biz məktəb xarici fəaliyyətlərə birlikdə gedirik. Gəzirik, balığa gedirik, ev işləri görürük. Hər yaz düşərgə qururuq. Uşaqlarımız 5, 7 və 8 yaşındadır. Zaman çox sürətli axır. Bütün həyatları boyunca nə isə etməyi öyrənəcəklər onsuz da. Hal-hazırda, ailənin bir parçası olmağı öyrənirlər”.