Uşaqlar bir günlük bankir olublar

 

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününü uşaq bağçasının balacaları “Kapital Bank”da qeyd ediblər.  “Bankir oldum” layihəsi çərçivəsində bankın bütün departamenetləri ilə tanış olan balacalar bank işçilərini bir günlük əvəzləyiblər.

Layihə iştirakçısı Nərgiz İbrahimli deyir ki, bank işçilərini əvəz etmək onun üçün maraqlı olub:

“Bugün Uşaqlar Günüdür. Bizi banka gətirdilər. Mən müştərilərə kart verdim”

Balaca Rza isə bildirib ki, bankda işləmək onun da çox xoşuna gəlib:

“Bu günü bizim bayramımızdır. Bizi banka gətiriblər. Bankda kompüterdə yazı yazdım, kağıza möhür vurdum, şəkil çəkdim. Bank mənim çox xoşuma gəldi”.

6 yaşlı Cəmilə də banka olan ekskursiyasından çox məmnun olduğunu qeyd edib:

“Bu gün uşaqlar günü olduğunu görə, bizi banka gətiriblər. Mən bankdan pul çıxarıb böyüklərə verdim. Balacalara isə hədiyyə olaraq şar ilə kitab verdim”.

Kapital bankda uşaq bağçasının balacalarının iştirakı ilə iclas keçirilib və uşaqlar həmin iclasda bank işi üçün müxtəlif  təkliflər veriblər. Həmin təkliflər arasında hər gün şəkil çəkmək, filiallarda “play station”lar quraşdırmaq və kredit əvəzinə şokolad vermək ideyaları səsləndirilib.