Xarici tələbələr bağça uşaqlarına inglis dili öyrədirlər

“AIESEC in Azerbaijan” gənclərin inkişafını dəstəkləyən tələbə mübadilə proqramı tərəfindən Azərbaycanda təşkil olunan “Gələcəyin Qığılcımları” (Sparks of the Future) layihəsini həyata keçirmək üçün Education Management Network şirkəti  ilə razılıq əldə edilib. Razılıq əsasında iyul ayının 7-dən ayın sonuna qədər  “Baby Star” və “İndigo” Nərimanov uşaq bağçalarında yay proqramı çərçivəsində ingilis dilində dərslərin təşkili həyata keçirilir.

Proqrama əsasən bağçalara xarici tələbələr dəvət olunub və onlar öz ölkələrinin təcrübələrini yerli müəllimlərlə paylaşır, yerli təcrübəni öyrənir və  xüsusi hazırlanmış plan əsasında uşaqlarla iş aparırlar. Layihə Çin, Qazaxıstan, Misir və Əlcəzair kimi ölkələrdə bağça işi üzrə təhsil alan tələbələrin  iştirakı ilə həyata  keçirilir.

Təcrübə proqramına Çindən qatılan Tinq Qu bu proqram vasitəsilə geniş təcrübə qazandığını  söyləyir:

“Bu, mənim üçün yeni təcrübədir və düşünürəm ki, əladır. Buradakı öyrətmə üsulları Çindəki ilə müqayisədə fərqlidir. Uşaqlara  keçirilən dərs metodu interaktivdir, uşaqlar çoxlu oyunlar oynayır və mahnılar oxuyurlar”.

daxili-foto-2

Misir nümayəndəsi olan Radva Muhammed proqram haqqında öz fikirlərini bildirir. O qeyd edir ki, yeni təcrübələr qazanmaq onun üçün  xoşdur:

“Öz  ölkəmdə də bu sahədə təcrübə toplmağa  çalışırdım, lakin buraya müxtəlif mədəniyyətlərlə tanış olmaq, uşaqlarla düzgün davranış qaydalarını öyrənmək, öz biliklərimi ötürmək və yeni məlumatlar qazanmaq üçün gəlmişəm”.

Əlcəzair nümayəndəsi Zahir Dabuz da proqramda iştirak etməkdən məmnun olduğunu qeyd edir:

“Bu həqiqətən də, yaxşı təcrübədir. Uşaqları necə öyrətməli olduğumu öyrəndim.  Həmçinin ingilis dili səviyyəmi inkişaf etdirdim, çünki  yalnız ingilis dilində danışmalıyıq. Yeni insanlar, mədəniyyətlər və yeməklərlə tanış olmaq xoşdur”.

Qeyd edək ki,  iyulun 19-da uşaq bağçasında  layihə çərçivəsində  məşğələlər keçirilib və  “Baby Star”  bağçasının uşaqları həmin  məşğələlərə  dəvət olunub.

Düzgün məktəbi necə seçməli?

business class for kidsMəktəbəqədər təhsili başa vurduqdan sonra valideynlər övladları üçün ən uyğun məktəbi axtarmağa başlayır. Bu zaman beynimizdə müxtəlif suallar yaranır, seçim etməkdə çətinlik çəkirik. Bu dəfəki məqalədə sizə övladımıza məktəb seçərkən diqqət yetirməli olduğumuz məsələlər haqqında məlumat verəcəyik.

Hər şeydən əvvəl aşağıdakı suallara cavab verməyə çalışın:
1. Valideyn olaraq mənim məktəbdən gözləntim nədir?
2. Məktəbin övladımın təhsilinə necə təsiri olmasını istəyirəm?
3. Məktəb övladımın həyatının hansı nöqtəsində yer alacaq?

Mütəxəssislərin araşdırmaları belə deməyə əsas verir ki, uşağın məktəb təhsilində əldə edəcəyi uğurlu və ya uğursuz nəticələr birbaşa olaraq onun valideynlərindən, ailəsindən aslıdır. Valideyn övladını nə qədər yeniliklərə, öyrənməyə meyilli böyüdərsə, uşağın da məktəb həyatı bir o qədər maraqlı olar. Amma, təssüflər olsun ki, bir çox valideynlər övladlarını rastlaşa biləcəkləri hər xırda çətinlikdən, xəyal qırıqlığından lazım olduğundan artıq səviyyədə qorumağa çalışır. Beləcə uşaq təcrübə ilə, səhvlərlə öyrənə biləcəyi bir çox yeniliklərdən, biliklərdən məhrum olur. Buna görə də mütəxəssislərin övladı məktəb yaşına çatan valideynlərə ən birinci məsləhəti övladlarına öz seçimlərini etmə, qərarlarını vermə imkanını yaratmalarıdır.

Valideynlərin yol verdiyi səhvlərdən digəri isə uşağı həddindən artıq tərifləmək, onu ərköyünləşdirməkdir. Övladınız hər xırda şəkil çəkdiyi zaman onu alqışlayıb, bolluca afərinlər desəniz, uşaq mükafat asılısına çevriləcək. Əhəmiyyətli bir məqamı unutmaq olmaz; siz ona ağıllı dedikcə uşaq onda var olan bir bacarıq olduğunu düşünür, bunu inkişaf etdirməli olduğu ağlına belə gəlmir.

Uşaq məktəbdə nə qədər vaxt keçirir?

“EğitimPedia”da nəşr olunan bir araşdırmaya görə, uşağın məktəbdə keçirdiyi vaxt, ümumi zamanının 10%-dir . 53% məktəb xaricində keçirilən zaman, 33% isə yuxudur …

Məktəbdən kənar keçirilən vaxtda valideyninin müəllim kimi davranması uşaqların öyrənmə həvəsini aşağı salır. Araşdırmalar onu göstərir ki, məktəb xaricində ailəsi və yaşıdları ilə daha çox oyun oynayan, əylənən uşaqlar səhəri gün məktəbə getməyə, yeni biliklər öyrənməyə də daha həvəsli olurlar.

Uşaqların bir-biri ilə münasibətinə müdaxilə etməyin!

Əksər hallarda həm valideynlər, həm də müəllimlər uşaqların bir-biri ilə münasibətlərinə müdaxilə edir, onları düzgün bildikləri istiqamətdə yönləndirməyə çalışırlar. Amma düşünün: Sinifdə iki qız bir-birinə küsüb, qaça-qaça gedib onları barışdırmağa ehtiyac var mı? Bu qədər müdaxilənin uşaqlara bir faydası var mı? Küsən uşaqlar özləri də barışa bilərlər. Uşaq bu vəziyyətdə böhran idarəçiliyini öyrənəcək, ünsiyyəti öyrənəcək. Siz bunları onun əlindən alırsınız. Sinif daxilində tarazlıqlara müdaxilə, bunu bununla oturtma kimi mövzularla siz uşağın əlindən ən qiymətli təcrübələri alınır.

Tapşırıqlar- yeni axşam yeməyi

Ailələr artıq axşam yeməyi yeyə bilmirlər, çünki uşaqları ilə tapşırıq müharibəsi aparırlar. Amma unutmayın: tapşırıq uşağın məsuliyyətidir. Onu etmək və ya əskik etmək, nəticələrinə dözmək tamamilə onun məsuliyyətində olmalıdır.

Məktəb seçmə düsturu;

Məktəb seçimi qərarını mürəkkəb hala gətirməyin, bunun üçün bütün maliyyə şərtlərinizi məcbur etməyin. Evinizin yaxınlığında yerləşən məktəblərə baxmaqla işə başlayın. Məktəbin ilkin görünüşü, şəraiti və ətrafdan bu məktəb haqqında eşitdiyiniz rəylər sizi qane edirsə, heç düşünmədən o məktəbi seçin. Unutmayın, bütünlüklə pis məktəb və pis müəllim yoxdur. Övladınızın məktəb təhsilindən nə əldə edəcəyi daha çox onun özündən aslıdır.

“Şəbəkəyə daxil olan bağçalarda məzun günü keçirildi”

“Education Management Network” şəbəkəsinə daxil olan  “Baby Star”, “Sehrli Dayə”  uşaq bağçalarında məzun günü keçirilib. Tədbirlərin keçirilməsində əsas məqsəd, bağçanı bitirib məktəbə yollanan balacaların məzun gününü daha da yaddaqalan etmək olub.Tədbirlərdə uşaqların iştirakı ilə müxtəlif səhnəciklər, yarışmalar, rəqslər nümayiş etdirilib. Həmçinin, uşaqlar məzun gününə uyğun olaraq, şeirlər və mahnılar səsləndiriblər.

“Baby Star” uşaq bağçasının meneceri Kamilə Baloğlanova bildirib ki, bu il həmin bağçanın ikinci məzun buraxılışıdır:

“Bu uşaqlara uğurlar arzulayırıq. O gün olsun ki, məktəbi, universiteti  bitirsinlər. Səsləri həmişə ucalardan gəlsin. Biz də sevinək. Bu gün çox şadıq ki, tədbirdə də uşaqlar özləri sərbəst çıxış etdilər və bütün bacarıqlarını nümayiş etdirdilər”.

“Baby Star” uşaq bağçasında tərbiyə alan uşaqlardan birinin valideyni Kamilə İsmayılova deyib ki, məzun günü uşaqların həyatında önəmli günlərdən biridir:

“Onlar burda çox şey öyrəniblər, biz onları bura hər şeydən məlumatsız körpələr olaraq gətirmişdik, İndi isə yeni həyata başlayırlar. Bizim uşaqları bağçaya gətirdiyimiz vaxtla müqayisədə, indi onlar artıq hər şeyi başa düşən böyük insanlara çevriliblər. Biz uşaqların burada keçirdiyi zaman üçün minnətdarıq”

 “Sehrli dayə” uşaq bağçasının tərbiyəçisi Aidə Mikayılova qeyd edib ki, artıq üçüncü dəfədir ki, uşaqları məktəbə yola salır:

“Mənim yola saldığım uşaqlar məktəbdə əla qiymətlərlə oxuyur. Bu, mənim üçün ən böyük fəxrdir. Mənim sevincim yerə göyə sığmır.Onlar mahnı oxuyanda mən kədərləndim, ağladım. Sehrli dayənin işçisi olaraq, yenə də bildirirəm ki, hələ nə qədər canımız sağdırsa, biz o qədər uşaq yetişdirək, cəmiyyətimizə gözəl uşaqlar bəxş edək”.

Vəfa Şirinova məzun günü haqqında fikirlərini bölüşüb. O, bildirir ki, bu çox sevimli gündür:

“Biz çox sevinirik ki, onlar ayaqlarının üstündə möhkəm dayanan uşaqlardırlar. Artıq şəxsiyyət kimi formalaşıblar. Onların təməlləri qoyulub. Mən onların hər biri ilə ayrı-ayrılıqda fəxr edirəm, qürur duyuram. Çünki düşünürəmki, biz gələcəyə çox düzgün gənclər böyütmüşük. Onların ailələrinə təşəkkür edirəm ki,onlar bizə güvənib, bizə veriblər”.

“İnci” uşaq bağçasında bu il övladı məzun olan Hüseynova Familə deyib ki, məzun günü onun üçün çox həyacanlı və qürurverici gündür:

“Çox şadam və sevinirəm ki, mənim balam məzun oldu. İnşallah birinci sinfə gedər, on bir ili də belə gözəl, möhtəşəm bitirərik. Məzun olarıq, universitetə qəbul olarıq”.

Uşaq bağçasının tərbiyəçisi Əhmədova Dilarə bildirib ki, tədbir qısa müddətdə hazırlansa da,  çox yaxşı keçdi:

Uşaq bağçasının bu il ilk buraxılışı oldu. Bu il 3 məzunumuz oldu. Bizim uşaqlar gələcəyin həkimi müəllimidirlər. Mən onların valideynlərinə öz təşəkkürümü bildirirəm. Mən inanıram ki, bizim və valideynlərin əziyyəti hədər getməyəcək”.

B47A0609-9

B47A0094-2

B47A0926-10

B47A0591-8

B47A0149-5

B47A0077-1

B47A0122-3

B47A0132-4

B47A0544-7

B47A0166-6

Donor – İkinci həyat oyuncaqları

Orqan transplantiyası bütün dünyada hər zaman müzakirəyə səbəb olan mövzulardandır. Hələ mövzu uşaqlardan gedirsə, bu zaman daha da önəmli mövzuya çevrilir.

Bu yaxınlarda uşaqlara orqan köçürülməsi məsələsi ilə bağlı Yaponiyada qeyri-adi addım atılıb.Yaponiyada orqan köçürülməsi üçün gözləyən 14 min uşaq var və hər il yalnız onlardan 300-ü gözlədiyi orqana qovuşur. Vəziyyətin belə olduğunu görən Yaponiya uşaqlarla birlikdə yaratdığı kampaniyası ilə  ölkəni bu vəziyyətdən xilas etməyə qərar verib.  Kampaniyanın adı isə belədir: “İkinci həyat oyuncaqları”.

Adından da göründüyü kimi kampaniyanın əsas fikri oyuncaqlar arasındakı orqan köçürülməsini təşkil etməkdir. Əvvəllər sevilərək istifadə edilmiş amma artıq öz funksiyasını itirmiş, işə yaramayan  oyuncaqlar  zibil yeşiyinə atılmaq yerinə başqa uşaqların oyuncaqlarının təmir edilməsi məqsədi ilə onlara bağışlanır. Məsələn, ayağı qopmuş oyuncaq zürafəyə köhnə oyuncaq itin ayağı tikilir. Sonra isə zərər görmüş oyuncağın sahibi oyuncağını ona bağışlayana  onun  necə yenilədiyini ifadə edən məktub və şəkil  göndərir. Əslində kampaniya uşaqlara orqan köçürülməsinin necə işlədiyini və nə qədər dəyərli olduğunu izah etməyə çalışır.

donorun-ayağıejdahanin-qanadlari1sincabın-quyrugu1meymunun-qolu1
zurafe

Vakansiya: Musiqi – pianino müəllimi

Education Management Network təhsil sahəsində, xüsusən də məktəbəqədər təhsil sektorunda özəl müəssisələrin layihələndirilməsi və idarəedilməsi üzrə xidmətlərini təklif edir. Hazırda şəbəkənin əməkdaşlıq etdiyi 8 məktəbəqədər təhsil müəssisəsi mövcuddur.

 Vakansiya: Musiqi – pianino müəllimi

İş barədə məlumat: Musiqi- pianinomüəllimi  Uşaq Bağçasında yaşa görə ayrılmış xüsusi qruplarla fəaliyyət göstərəcəkdir. Pianino müəllimi Bağça Direktorunun tapşırıqları əsasında hərəkət edəcəkdir. Pianino müəllimi müxtəlif yaş qrupundan olan uşaqlara pianino dərslərini mükəmməl və maraqlı kecirilməsinə cavabdeh olacakdır. Açıq dərslərini vaxt aşırı təşkil edəcəkdir.

 Tələblər:

  • İxtisas üzrə təhsil
  • Toplam 3 il, əlaqədar sahə üzrə minimum 2 il iş təcrübəsi
  • 25 – 35 yaş aralığına üstünlük verilir
  • Azyaşlı uşaqlarlaişləməkbacarığı və həvəsi
  • Kreativ, yaradıcı düşüncə
  • Azərbaycan və rus dillərini səlis bilmək
  • Kollektivdə çalışmaq və yardım etməyə hazır olmaq
  • Münasibət qurmaq bacarığı və həssaslıq
  • Tapşırıqları vaxtında yerinə yetirmək bacarığı
  • Şəraitə uyğunlaşmaq bacarığı.
  • Məqsədyönlü və qətiyyətli

CV-nizi karyera@bagcam.az ünvanına göndərin və başlıq olaraqMusiqi- pianino müəllimiqeyd edin.

Son Müraciət Tarixi: 18/06/2016.

Vakansiya: Rəsm müəllimi

Education Management Network təhsil sahəsində, xüsusən də məktəbəqədər təhsil sektorunda özəl müəssisələrin layihələndirilməsi və idarəedilməsi üzrə xidmətlərini təklif edir. Hazırda şəbəkənin əməkdaşlıq etdiyi 8 məktəbəqədər təhsil müəssisəsi mövcuddur.

 Vakansiya: Rəsm müəllimi

İş barədə məlumat: Rəsmmüəllimi  Uşaq Bağçasında yaşa görə ayrılmış xüsusi qruplarla fəaliyyət göstərəcəkdir. Rəsmmüəllimi Bağça Direktorunun tapşırıqları əsasında hərəkət edəcəkdir. Rəsmmüəllimi müxtəlif yaş qrupundan olan uşaqlara rəsm dərslərini mükəmməl və maraqlı kecirilməsinə cavabdeh olacaqdır. Uşaqların əl işlərindən və rəsmlərində vaxt aşırı sərgisini təşkil etmək.

Tələblər:

  • İxtisas üzrə ali təhsil
  • Toplam 3 il, əlaqədar sahə üzrə minimum 2 il iş təcrübəsi
  • 25 – 35 yaş aralığına üstünlük verilir
  • 3-6 yaşlı uşaqlarlaişləməkbacarığı və həvəsi
  • Kreativ, yaradıcı düşüncə
  • Azərbaycan və rus dillərini səlis bilmək
  • Kollektivdə çalışmaq və yardım etməyə hazır olmaq
  • Münasibət qurmaq bacarığı və həssaslıq
  • Tapşırıqları vaxtında yerinə yetirmək bacarığı
  • Şəraitə uyğunlaşmaq bacarığı.
  • Məqsədyönlü və qətiyyətli
  • Gərgin iş mühitində çalışmaq bacarığı

CV-nizi karyera@bagcam.az ünvanına göndərin və başlıq olaraq “Rəsm müəllimi” qeyd edin.

Son Müraciət Tarixi: 18/06/2016.

Vakansiya: Aşbaz köməkçisi

Education Management Network təhsil sahəsində, xüsusən də məktəbəqədər təhsil sektorunda özəl müəssisələrin layihələndirilməsi və idarəedilməsi üzrə xidmətlərini təklif edir. Hazırda şəbəkənin əməkdaşlıq etdiyi 8 məktəbəqədər təhsil müəssisəsi mövcuddur.

Vakansiya: Aşbaz köməkçisi

Tələblər:

  • Aşbazlıq üzrə Peşə İxtisası Təhsili
  • Toplam 3 il, əlaqədar sahə üzrə minimum 2 il iş təcrübəsi
  • 30 – 50 yaş aralığına üstünlük verilir
  • Milli Mətbəxə aid yeməkləri hazırlamaq bacarığı
  • Azərbaycan və rus dillərini səlis bilmək
  • Şirniyyat hazırlamaq bacarığı
  • Qidaların saxlanması və istifadəsi ilə bağlı təlimatları bilmək
  • Kollektivdə çalışmaq və yardım etməyə hazır olmaq
  • Münasibət qurmaq bacarığı və həssaslıq
  • Tapşırıqları vaxtında yerinə yetirmək bacarığı
  • Şəraitə uyğunlaşmaq bacarığı.
  • Məqsədyönlü və qətiyyətli
  • Gərgin iş mühitində çalışmaq bacarığı

CV-nizi karyera@bagcam.az ünvanına göndərin və başlıq olaraq “Aşbaz köməkçisi” qeyd edin.

Son Müraciət Tarixi: 18/06/2016.

Vakansiya: Rəqs müəllimi

Education Management Network təhsil sahəsində, xüsusən də məktəbəqədər təhsil sektorunda özəl müəssisələrin layihələndirilməsi və idarəedilməsi üzrə xidmətlərini təklif edir. Hazırda şəbəkənin əməkdaşlıq etdiyi 8 məktəbəqədər təhsil müəssisəsi mövcuddur.

Vakansiya: Rəqs müəllimi

İş barədə məlumat: Rəqs müəllimi  Uşaq Bağçasında yaşa görə ayrılmış xüsusi qruplarla fəaliyyət göstərəcəkdir. Rəqs müəllimi Bağça Direktorunun tapşırıqları əsasında hərəkət edəcəkdir. Rəqs müəllimi Müxtəlif yaş qrupundan olan uşaqlara rəqslərin mükəmməl tədrisi və dərslərin maraqlı və keyfiyyətli keçirilməsinə cavabdeh olacaqdır.

 Tələblər:

  • Ali və ya Orta İxtisas Təhsili
  • Toplam 3 il, əlaqədar sahə üzrə minimum 1 il iş təcrübəsi
  • 25 – 35 yaş aralığına üstünlük verilir
  • Azərbaycan və rus dillərini səlis bilmək
  • Təşkilatçılıq və liderlik bacarıqları
  • Kollektivdə çalışmaq və yardım etməyə hazır olmaq
  • Münasibət qurmaq bacarığı və həssaslıq
  • Tapşırıqları vaxtında yerinə yetirmək bacarığı
  • Gərgin iş mühitində çalışmaq bacarığı
  • Müxtəlifrəqslərin əsaslarını mükəmməlbilməsi

CV-nizi karyera@bagcam.az ünvanına göndərin və başlıq olaraq “Rəqs müəllimi” qeyd edin.

Son Müraciət Tarixi: 18/06/2016.

Vakansiya: Bədii Rəhbər

Education Management Network təhsil sahəsində, xüsusən də məktəbəqədər təhsil sektorunda özəl müəssisələrin layihələndirilməsi və idarəedilməsi üzrə xidmətlərini təklif edir. Hazırda şəbəkənin əməkdaşlıq etdiyi 8 məktəbəqədər təhsil müəssisəsi mövcuddur.

 Vakansiya: Bədii Rəhbər

Tələblər:

  • Ali və ya Orta İxtisas Təhsili
  • Toplam 3 il, əlaqədar sahə üzrə minimum 1 il iş təcrübəsi
  • 30 – 45 yaş aralığına üstünlük verilir
  • Bağçalardakı nəğmə və musiqi məşğələləri üzrə standartları bilmək
  • MS Office üzrə iş bacarığı
  • Azərbaycan və rus dillərini səlis bilmək
  • Təşkilatçılıq və liderlik bacarıqları
  • Kollektivdə çalışmaq və yardım etməyə hazır olmaq
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
  • Münasibət qurmaq bacarığı və həssaslıq
  • Tapşırıqları vaxtında yerinə yetirmək bacarığı
  • Şəraitə uyğunlaşmaq və çevik qərar qəbul etmək bacarığı.
  • Məqsədyönlü və qətiyyətli
  • Gərgin iş mühitində çalışmaq bacarığı

CV- nizi karyera@bagcam.az ünvanına göndərin və başlıq olaraq “Bədii Rəhbər” qeyd edin.

Son Müraciət Tarixi: 18/06/2016.

Vakansiya: Dayə

Education Management Network təhsil sahəsində, xüsusən də məktəbəqədər təhsil sektorunda özəl müəssisələrin layihələndirilməsi və idarəedilməsi üzrə xidmətlərini təklif edir. Hazırda şəbəkənin əməkdaşlıq etdiyi 8 məktəbəqədər təhsil müəssisəsi mövcuddur.                      

İş barədə məlumat: Dayə Uşaq Bağçasında yaşa görə ayrılmış xüsusi qrupda fəaliyyət göstərəcəkdir. Dayə qrup rəhbərinin (Tərbiyəçinin) tabeliyində olacaq və onun tapşırıqları əsasında hərəkət edəcəkdir. Dayə əsas əmək funksiyası tabeçiliyində olduğu tədris qrupundakı uşaqların fiziki ehtiyaclarının (qidalanma, tualet, geyinib – soyunma, yuxu və d.) ödənilməsindən cavebdeh olacaq və iş vaxtı 8:00-dan 18:00-dək müəyyən olunmuşdur.

Tələblər:

  • Toplam3il, əlaqədarsahə üzrə minimum1iliş təcrübəsi
  • 25 – 40 yaş aralığına üstünlük verilir
  • Azərbaycan və rus dillərini səlis bilmək
  • Kollektivdə çalışmaq və yardım etməyə hazır olmaq
  • Münasibət qurmaq bacarığı və həssaslıq
  • Tapşırıqları vaxtında yerinə yetirmək bacarığı
  • Şəraitə uyğunlaşmaq və çevik qərar qəbul etmək bacarığı.
  • Gərgin iş mühitində çalışmaq bacarığı

CV-nizi karyera@bagcam.az ünvanına göndərin və başlıq olaraq “Dayə” qeyd edin.

Son Müraciət Tarixi: 18/06/2016.