Uşaqların yaddaşını necə gücləndirmək olar?

yaddasBəzi valideynlər əllərindən gələni etsələr də, uşaqlarının yaddaşının zəif olmasından şikayətlənirlər. Biz sizə bu problemlə əlaqədar çıxış yolları təqdim edirik:

İlk növbədə, uşaqlarda yaddaş zəifliyinin səbəblərini müəyyən etmək lazımdır.  Bu faktorlar müxtəlif ola bilər:

  • Tibbi problemlər
  • Konsantrasiya dağınıqlığı
  • Düzgün yatmaq vərdişlərinin olmaması
  • Düzgün yemək vərdişlərinin olmaması
  • Həddindən artıq stress
  • Həddindən artıq TV izləmək və s.

Tibbi səbəbləri nəzərə almasaq, qalan digər faktorlar bir o qədər də qorxuducu deyil. Konkret nümunələri izləməklə hər bir valideyn bu problemləri aradan qaldıra bilər. Tibbi problemlər də müxtəlif səbəblər əsasında ortaya çıxa bilər. Ən başlıca faktor irsi faktordur. Vaxtında qoyulan diaqnoz və düzgün müalicə bu problemləri aradan qaldıra bilər.

Qaydasız yuxu vərdişləri uşaqlarda yaddaş zəifliyinə səbəb olan əsas səbəblərdəndir. Hər bir uşaq konkret yuxu rejiminə ehtiyac duyur. Valideynlər çalışmalıdır ki, müntəzəm şəkildə izlənə biləcək bir qrafik tərtib etsin.  Lakin burada əsas olan odur ki, uşağınız həmin rejimə əməl etsin. Əvvəlcə bu çətin görünə bilər, ancaq zamanla uşaqlar buna uyğunlaşacaqlar.  Uşaqları yatırtmazdan öncə süd içirmək məsləhətlidir, tərkibində kofein olan içkilər məsləhətli deyil. Eyni zamanda, yatmazdan öncə televizor izlətmək də düzgün nümunə deyil.

Televizor izləməyi azaltmaq yaddaşın güclənməsinə təsir edə bilər. Tədqiqatçılar müəyyən ediblər ki, çox televizor izləyən uşaqların yaddaşı daha zəif olur.   Həddindən artıq televizora baxmaq beynin inkişafını ləngidir. Uşaqlar passivləşir və xarici aləmlə daha az ünsiyyətdə olurlar.  Bununla yanaşı, bir sıra proqramlar beyni inkişaf etdirməyə kömək edir ki, buna bir çox cizgi filmləri də daxildir.  Buna görə də uşaqlara beyin inkişafına təsir edə biləcək filmlər izləmək lazımdır.

Bəzi qidalar da yaddaşı gücləndirə bilir. Tərəvəzlər; kələm, kök, ispanaq, soğan, göbələk, turp və s. meyvələr; alma, armud, naringi, limon, portağal və s. kimi sitrus meyvələri, süd məhsulları,  balıq qidaları da effektivdir.

Beyni inkişaf etdirən oyun və məşqlər də yaddaşı gücləndirmək üçün yaxşı vasitədir. Çox yatmaq və cox televizor izləmək beyni passivləşdirdiyi halda bu tip oyunlar onun inkişafına təkan verir. Belə bir kart oyununu nümunə göstərmək olar: uşağınızın qarşısına 10 şəkilli kart düzün və bu kartlardakı şəkilləri diqqətlə yaddaşında saxlamasını tapşırın, daha sonra kartları çevirin və şəkillərin hansı kartlarda yerləşdiyini ondan soruşun. Bu yöndə oyunlar onda konsentrasiya dağınıqlığının da qarşısını ala bilər.

Unutmayın, düzgün və ardıcıl riayət olunan rejim uşaqlardakı bu problemləri aradan qaldırmağa yardım edəcək.

Tərcümə etdi:
Leyla Rəhimova

“Master Tərbiyəçi” kurslarının bağlanış mərasimi keçirilib

Aprel ayının 30-da “Divan” oteldə Education Management Network və Edu Co şirkətinin təşkil etdiyi “Master Tərbiyəçi” təkmilləşdirmə kurslarının bağlanış mərasimi keçirilib. Tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin, Azərbaycan pedoqoji universitetinin, Təhsil Problemləri İnstitutunun və müxtəlif təhsil müəssisələrinin  nümayəndələri, master klassın təlimçiləri, iştirakçılar və bir sıra rəsmi şəxslər iştirak edib.

Mərasimi giriş sözü ilə EDU.co şirkətinin direktoru Rasif Dünyamalıyev açıb. O qonaqları salamlayıb, iştirakçıları təbrik edib. Rasif bəy bildirib ki,  keçirilən master klasslar tərbiyəçilərin gələcək kariyelarında mühim yer tutacaq.

Daha sonra üç ay davam edən proqramı əhatə edən video çarx nümayiş olunub.

Tədbirdə eyni zamanda Şəxsi İnkişaf üzrə Mütəxəssis Tofiq Sadıxov, Təlim – Tərbiyə üzrə Mütəxəssis Xalidə Rzayeva və digər təlimçilər çıxış edib, iştirakçılara uğurlar arzulayıb.

Daha sonra proqramı müvəffəqiyyətlə bitirən təlimçilər sertifikatla mükafatlandırılıb.

Sonda tədbir iştirakçıları və qonaqlar fikirlərini bizimlə bölüşüb:

EDU.co şirkətinin direktoru Rasif Dünyamalıyev təlimdə ümumuilikdə 23 nəfər tərbiyəçinin iştirak etdiyini, onların 91 saatlıq təlim prosesində olduğunu, 220 saatlıq isə təəccrübə keçdiyini bildirib:

“Bu proqramın əsas məqsədi tərbiyyəçilərimizi yeniliklərlə, daha innovativ, daha yenilikçi bir proqram əsasında biliklərinin artırılması, iş təcrübəsi qazanması və daha bu işə cəmiyyətimizdə diqqətin artırıması ilə bağlı proqramın keçirilməsi idi. Proqram çərçivəsində səkkiz istiqamət üzrə təlimlər keçrilib. Burada taym menecment, konfilikt menecment, stress menecment, müştəri məmnununiyyəti, təlim-tərbiyyə istiqaməti, kurikulum, fövqəladə vəziyyətlər, ilkin tibbi yardım mövzularında təlimlər həyata keçrilib. Ümumilikdə isə ondan çox mütəxəssis bu təlimdə olub. İkinci belə proqramı iyun ayında reallaşdırmağı planlayırıq”.

Azərbaycan Respublikası Təhsil nazirliyi Bakı şəhəri üzrə təhsil idarəsi inkişaf lahiyələr deparlamentinin müdri Lamiyə Şərəfxanova məktəbəqədər təhsilin vacibliyini və əhəmiyyətliyini nəzərə alaraq proqramı bu istiqamətdə atılmış ən mühüm adımlardan biri adlandırıb:

“ Alternativ variantların olması çox önəmlidir. Bəzi Qərb ölkələrində 4 yaşından məktəbə başlayırlar. Azərbaycan elə bir keçid dövründədir ki, 12 illik təhsilə keçid  mərhələsi artıq planlanşdırılır. Uşaqlarımızın bağçalarda təhsilə daha erkən yaşlarından qədəm qoyması o deməkdir ki, məktəbdə özlərini daha rahat hiss edə bilsinlər. Bu qədər proqramların öhtəsindən gəlmək üçün beyni bir növ alışdırmağa çalışsınlar. Buna çox körpə yaşdan imkan yaratmaq lazımdır. Bu gün üçün deyəcəyim çox şey var qürur verici bir tədbir idi həqiqiqətən. Uğurlar arzulayıram”.

Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Məktəbəqədər Təhsilin Kurikulumu Şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, qabaqcıl təhsil işçisi Laləzar Cəfərova  isə bugünkü tədbiri çox yüksək qiymətləndirdiyini bildirib:

“ Ən birinci onu qeyd edim ki, Azərbaycanda bu sahədə belə bir adım atılmamışdır. Bunun nəticəsində uşaqlarla işləyən tərbiyəçilərin öz peşəkarlığının artılmasına xidmət edən bir təlim kursunu keçib qurtarmasının nəticəsidir. Bu gün video çarxdan tərbiyəçilərin gündəlik fəaliyyəti üçün onlara vacib olan, onlar peşə təhsili alarkən onlarla keçirilməyən bir çox cəhətlər həmin bu prayekdə əhatə olunub və onlar tərbiyəçilərə öyrədilib, qiymətləndirmənin nəticəsində də gösərilir ki, tərbiyəçilər yüksək nəticə əldə edirlər”

Master tərbiyəçi  proqram iştirakçılarından biri Nargilə Dünyamaliyeva isə qeyd edib ki, bu elə bir poqramdır ki, həm təkminləşdirir, həm öyrədir, proqramın içində olduğumuz zaman həm öyrənirik, həm də öyrədirik:

“Qeyd edim ki, mən də məktəbə qədər təhsil müəssisəsində işləyirəm. Gün ərzində 10-15 saatımı uşaqlarla keçirirəm və bu gözəl duyğudur. Bugünkü uşaqlar bu gün uşaqdırlar, gələcəkdə onlar bizim gələcəyimizdir və biz insanlarımızı düzgün böyütmək, düzgün tərbiyə etmək üçün bu lazımdır. Uşaqlar üçün nəsə etmək gələcəyimiz üçün nəsə bir adım atmaq gözəldir”.

Tədbirin digər iştirakçısı Samirə Bayramova isə təlimdə olduğu üçün çox xoşbəxt hiss etdiyini deyib:

“Bu layihəni ərsəyə gətirən hər bir kəsə təşəkkürümü bildirirəm. Çox sağ olsunlar ki, belə bir layihə ərsəyə gətiriblər. Bizim gələcəkdə bir müəllim kimi fəaliyyət göstərməyimizdə bunlar çox müsbət təsir göstərərcək”.

[maxgallery id=”3796″]

 

 

Uşaqların özünə inam hissini inkişaf etdirək

usaq-inamSağlam özünəinamlılıq uşaqların ən güclü silahıdır. Zəif və güclü tərəflərini bilən uşaqlar özlərini daha yaxşı tanıyır, konfliktləri asanlıqla həll edir, mənfi təsirlərə qarşı daha dözümlü olurlar. Onlar tez-tez gülümsəməyə meyilli olur və həyatdan zövq alırlar. Bu uşaqlar daha realist və optimist olurlar.

Əksinə, özünəinamı az olan uşaqlar hər hansı bir problemi narahatlıq mənbəyi hesab edirlər, problemlərin həll yollarını çox çətinliklə tapırlar, çətin bir hadisə ilə üzləşdikdə dərhal “mən bunu bacarmaram”, “mən yaxşı deyiləm” kimi mənfi düşüncələrə qapılırlar və bu, onları daha passiv edir.

Özünəinamlılıq özünü qiymətləndirməyə bərabərdir. Bu, gündən-günə və ya ildən-ilə dəyişə bilər, lakin özünə inamlılıq körpəlikdən inkişaf etdirilməlidir və böyüyənə qədər qorunub saxlanılmalıdır.

Özünəinamlılıq eyni zamanda sevilmək hissi ilə də müəyyənləşdirilir. Öz nailiyyətləri ilə xoşbəxt olan uşaq əgər sevgi hiss etmirsə, bu onun özünəinamını azaldacaq. Əksinə, özünə inamı az olan uşaqlar sevgi hiss edərsə, onları özlərinə inamları inkişaf edəcək. Sağlam özünəinamlılıq düzgün balansın qorunub saxlanılmasının nəticəsidir.

Özünə inamlılığın uşaq yaşlarından inkişaf etdirilməsi daha düzgün yoldur. Başqa insanlarla əlaqədə olaraq onlar öz bacarıqlarını tanıyır və inkişaf etdirir. Valideynlər düzgün və sağlam özünə inamın yaradılmasında əsas açardır. Müxtəlif sahələrdə uşaqları cəsarətləndirməyə çalışın. Bir spesifik sahə üzərində cəmləşmək uşaqlara yalnız o sahədə bacarıqlı olması hissini yaradır.

Valideynlər uşaqlara necə kömək edə bilər?

  • Nə söylədiyinizə diqqət edin
    Uşaqlar valideynlərinin və başqalarının sözlərinə qarşı çox həssas olurlar. Onları yalnız gördükləri işlərə görə yox, cəsarətlərinə görə də qiymətləndirin. Eyni zamanda, onlara doğruları söyləyin. Əgər uşağınız hər hansı bir sahədə bacarıqlı deyilsə, bunu ona söyləyin. 
  • Müsbət bir model olun
    Əgər sizin özünüzə inamınız azdırsa, pessimistsinizsə, uşağınız da sizi əks etdirəcək.
  • Həqiqətə uyğun olmayan fikirləri müəyyə edin və istiqamətini dəyişin
     Uşağınız özü haqqında məntiqli olmayan fikirlərə sahibdirsə, onu realist olmağa və öz qabiliyyətlərini daha yaxşı görməyə sövq edin.
  • Güvənli, sevimli ev mühiti yaradın
    Güvənli hiss etməyən uşağın özünə inamı az olur. Əgər evdə valideynlər aralıqsız mübahisə edirsə, bu uşaqları köməksiz və depressiya vəziyyətinə salır.
  • Uşaqlarınızı yaradıcı məşğuliyyətlərə cəlb edin
    Yarışdan daha çox birliyi dəstəkləyən məşğuliyyətlər özünə inamın artırılmasına kömək edir.
  • Professional kömək
     Siz uşağınızda özünə inamın az olduğunu müşahidə etmisinizsə, professional yardım almağınız daha məsləhətlidir. Terapiyalar uşaqlara özlərini tanımaqda və problemlərini asanlıqla həll etməkdə kömək edir.

Tərcümə etdi: 
Leyla Mirzəyeva

Uşağa rəngləri necə öyrətməli?

4“Mən çox əsəbiləşirəm, Həkim. Mənim 2 yaşlı oğlum hərfləri bilir və 10-a qədər saymağı bacarır, amma o heç bir rəngi fərqləndirə bilmir. O, bütün rəngləri “mavi”  adlandırır. Necə düşünürsünüz, onda rəng korluğu ola bilər?”

Mən – Nataşa Burgert pediatram.Valideynlər tez-tez mənə bu yöndə problemlə müraciət edirlər ki, onların uşaqları rəngləri düzgün fərqləndirə bilmirlər, hətta baxmayaraq ki, bir çox hallarda onların başqa sahələrdə güclü qabiliyyətləri olur . Uşağınızın rəng ayırd etmə qabiliyyəti haqda düşünməzdən əvvəl, təklif edərdim ki,  rənglər sisteminin bir uşaq üçün necə mürəkkəb olduğu  barədə düşünəsiniz.

Balaca uşaq hələ təzə öyrənib ki, bu əşyanın adı ayaqqabıdır.  İndi isə ayaqqabılar çəhrayı, qəhvəyi  və ya mavidir. Corablar da mavidir?!  Və iki mavi rəngdə olan əşyalar heç də eyni rəng olmaya bilər, biri daha açıq biri daha tünd ola bilər.  Bu, həqiqətən yüksək səviyyəli mərhələdir! Uşaqlar rəngləri  tam olaraq ayırd etmək bacarığı 3 yaşdan sonra tam formalaşır.

Bəli, 3 yaş

Beləliklə, gəlin körpələrimizə biraz fasilə verək. Hətta ən ağıllı körpə üçün belə rəngləri öyrənmək ağlasığmazdır. Bu mücərrəd konsept sadəcə vaxt və səbir  itkisidir.

Hər bir uşağın individual şəkildə rənglər sistemini öyrənməyə hazır olmasını gözləyənə qədər  biz onların biliyini inkişaf etdirmək üçün bəzi şeylər edə bilərik.

Həyatı öyrənmək

Uşağınızın günlüyünü izləyin. Əgər onun həyatında hər şey “mavi”-dirsə, o zaman yalnız mavi əşyalar haqqında danışın və onları vurğulayın. Növbəti həftə başqa rəngdə olan əşyaları vurğulamaqla yeni bir rənglə tanış edin. Rəngləri bir-bir öyrənmək, onları bütöv bir sistem halında, birdəfəlik öyrənməkdən daha asandır.

Obyektləri və müxtəlif rəngləri müqayisə edin

Uşaqlarınız sözləri və onların izah etdiyi obyektlərdən ibarət “böyük anlayışlar bazasını”  öyrəndikləri üçün müxtəliflikləri aradan qaldırmağa çalışın. Eyni adda və müxtəlif rəngdə olan əşyaları müqayisə etmək daha aydındır. Məsələn, qırmızı jaketlə sarı ayaqqabının müqayisəsi qırmızı top, sarı top, yaşıl topun müqayisəsindən daha asandır.

Aktiv öyrənmək

Yeni konsepti öyrənmək üçün oyun və pazllardan istifadə edin. Körpələr  öz dünyalarını oyun, səs və hissiyyatla təcrübə etməyi sevirlər.  Kart oyunları öz marağını tez itirir. Toxunuş olan oyunlara üstünlük verin.  Rənglərə aid dominolar, rəng oyunları məsləhətlidir.

Rəngli vərəqlər

Övladızın kağızda qaralama etmək və rəngləri seçmək qabiliyyətinə əhəmiyyətsiz yanaşmayın. İcazə verin ki, onlara maraqlı olan qələmi seçsinlər və seçimini həmin rəngə uyğun olaraq adlandırsınlar.

Tərcümə etdi: Leyla Rəhimova

Uşaqlara qısqanclığı unutdurmağın yolları

child-jealousyBir çox uşaqlar valideynlərinin başqa uşaqlara diqqət göstərməsini istəmirlər. Hətta, başqa uşaq olmasa belə, əgər valideynlər uşaqlara kifayət qədər diqqət göstərmirsə, bu da onların qısqanclığına səbəb olur.

Mən – Vinita Zutşi Gənc yaşlarımda beş uşağa dayəlik edirdim. Ən böyük uşaq yeddi, ən kiçiyi üç yaşında idi. Onları valideynləri tez-tez evdə olmurdu. Mən onlarla oyun oynayanda qızlardan biri mənə yaxınlaşdı və nənəsinin ona dediyi sirri mənim qulağıma pıçıldadı. Bu zaman dörd yaşlı əsəbi uşaq şərfini boynuma bəmbərk doladı və mən nəfəs ala bilmədim. Daha sonra onun nə üçün belə etdiyini soruşduqda, o mənə “sən yalnız mənim dostumsan, başqaları ilə dostluq edə bilməzsən” deyə cavab verdi.

Qulağıma pıçıldayan qız da olduqca əsəbi idi. O, ağlamağa və qışqırmağa başladı daha sonra məni qucaqladı və dedi: “Sən yalnız mənim dostum olmalısan başqa heç kəsin”. Mən ona başa saldım ki, mən heç bir insana aid deyiləm, onların hamısına baxmalıyam və hər birini çox istəyirəm.

O israr etdi ki, mən sənə ən yaxın olmaq istəyirəm. “Sən mənim sevimlisən, mən də sənin sevimlin olmalıyam” mən ona dedim ki, belə yaramaz. “Bəs necə edim ki, sənin sevimlinə çevrilim?” o soruşdu.  “Məni vurmaq, qışqırmaq çıxış yolu deyil”.  Bundan sonra biz sakitcə oturub, söhbətimizə davam etdik.

Onun valideynləri çox mülayim idi. Onun hər istəyini yerinə yetirirdilər. Lakin buna baxmayaraq uşaq qısqanc idi, çünki o valideynlərindən kifayət qədər diqqət görmədiyini düşünürdü. Heç vaxt görməmişdim ki, onun valideynləri onunla vaxt keçirməkdən məmnun olsunlar. Təhsilində çox uğurlu olmasına baxmayaraq onlar öz uşaqlarını çox nadir hallarda tərifləyirdilər.

Sizin uşaqlarınız sizdən hər zaman  daha çox şey gözləyir. O istəyir ki, siz onu ilk növbədə bir insan kimi, daha sonra etdiklərinə görə dəyərləndirəsiniz.

Beləliklə, sizin uşaqlarınız kifayət qədər diqqət görmədikdə qısqanc ola bilər. Siz inanmaya bilərsiz. “Necə? Mən uşaqlarıma diqqət etmirəm? Cəfəngiyatdır!”

Amma önəmli olan sizin fikirləriniz deyil, onların nə düşündüyüdür.

Uşaqların qısqanclığını aradan qaldırmanın üç yolu:

  1. Hər uşağa kifayət qədər diqqət yetirin. Həyatlarının müxtəlif dövrlərində onlar müxtəlif növ diqqət tələb edirlər. Onları başa düşmək üçün əlinizdən gələni edin.
  2. Uşaqlarınızın bəyəndiyiniz hərəkətlərini üzlərinə deyin. Onları başqaları ilə müqayisə etməyin, çünki hər uşağın dəyərləndirməyə layiq bir keyfiyyəti var.
  3. Heç vaxt başqalarına hansı uşağınızı daha çox sevdiyinizi deməyin. Belə etməklə siz həm özünüzün, həm də uşaqlarınızın həyatını çətinləşdirirsiniz.

Tərcümə etdi:
Leyla Mirzəyeva
Leyla Rəhimova

“Texnologiyanın ümidinə uşaq buraxmaq olmaz”

 

rasif-d

“Sağlam uşaq böyütmək və tərbiyyə etmək istəyiriksə, mütləq onlara vaxt ayırmalıyıq. Telefonun, texnologiyanın ümidinə  uşaq buraxmaq olmaz”

Bu sözləri bagcam.az-a uşaqların texnologiyaya marağı barədə müsahibə verən EDU.co şirkətinin direktoru Rasif Dünyamalıyev deyib:

“Biz də uşaq olmuşuq, baxdığımız televizor olub. Yarım saat ona baxa bilirdik, qalan vaxtı isə həyətdə keçirirdik. Həyətdə də müxtəlif oyunlar vardı və hər bir uşaq bu oyunları bilirdi, bilməyən uşaqlara isə bilənlər öyrədirdilər. Hazırda da həmin oyunlar var və demək olar ki, hər bir valideyn bu oyunları bilir. Həmin oyunları öz uşaqlarına öyrətməlidirlər və uşaqları ilə oyunları oynamalıdılar. Telefon asandır, valideynlər asana qaçırlar. Amma uşağa nəsə öyrətmək istəyiriksə, uşaqla bir yerdə oynamalıyıq. Uşaqları sosiallaşdırmaq lazımdır. Texniki vasitələr uşaqları sosiallaşmadan qoparır. Sağlam uşaq böyütmək və tərbiyyə etmək istəyiriksə, mütləq onlara vaxt ayırmalıyıq. Telefonun, texnologiyanın ümidinə  uşaq buraxmaq olmaz. Skandinaviya ölkələrində,  Amerikada bunun nümunələrini görürük ki, individuallaşmış cəmiyyətdə artıq problemlər yaşanır. İndivuduallaşmış cəmiyyətlər çalışır ki, artıq daha çox sosiallaşsın. Bunun üçün qrup terapiyaları təşkil edir, kilsələrin rolunu artırır, həftə sonu pikniklər təşkil edir və sair ki, insanlar bir araya gəlsinlər. Biz isə bu gün çalışırıq ki, daha çox individual olaq. Bunun mənfi tərəfləri müsbət tərəflərindən daha  çoxdur”.

“Uşaqlara “Olmaz” sözünü vaxtında demək lazımdır”

toys-kids-disability“Vaxtında biz uşaqlara “Olmaz” , “Yox” və bu kimi sözləri deməyəndə sonra ailədə problemlər yaranır”

Bu sözləri bagcam.az-a müsahibəsində psixoloq Samirə Hüseynova deyib. O, uşaqların istəklərinin yerinə yetirilməsi barədə danışıb. Psixoloq bildirib ki, uşaqların hər istədiyini lsaq, ailədə maddi problemlər yarana bilər.

“Evdən çıxmazdan əvvəl uşağa izah etmək lazımdır ki, biz filan yerə gedəcəyik, orda nə ala bilərik?, hansı məbləğimiz var? Özümüz də, evdə uşaqla biryerdə oturub satıcı-alıcı kimi oyunlar oynaya bilərik. Əgər valideyin deməyi unudub, mağazaya gəlibsə və ya deyəndən sonra belə uşaq tabe olmursa valideyn öz mövqeyində qalmalıdır, öz sözünü ,avtoriteti qorumalıdır. Biz böyüklər ayırırıq ki , bu əşya mənimdir, filankəs mənim ailəmə daxildir ya da məsələn filan şeyləri mən icazə alıb götürə bilərəm-amma uşaqlarda belə deyil. Hələ bu qaydalara, bu sosiallaşmanın etaplarına düşməyiblər, qayda kimi mənimsəməyiblər. Uşaqlar da belədir ki, mən nəyisə görürəm və xoşuma gəlirsə, deməli o mənimdir. Dünyaya belə baxırlar, çünki körpəlikdən ana-ata ,böyüklər tərəfindən ehtiyacları daim ödənilib, amma müəyyən mərhələyə çatanda qaydalar, çərçivələr qoymaq lazımdır- “Bu sənin deyil, başqasınındır. İcazə almağı öyrətmək lazımdır”.

“Bağçada uşaqlar daha rejimli olurlar”

vefaaDayə öz işində bacarıqlı olmalıdır. Təəssüf ki, dayəlik barədə heç bir bacarığı olmayan insanlar bununla məşğul olurlar”

Bu sözləri bagcam.az-a müsahibə verərkən uşaq bağçasının rəhbəri Vəfa Şirinova deyib:

“Dayələrin uşaq inkişafı, uşağın qidalanması,  gün rejimi haqqında məlumatı düzgün olmalıdır. Azərbaycanda təəssüf olsun ki, sırf dayəlik ixtisası yoxdur. Onlar bunun tədrisini almış insanlar olmurlar. İnsanlar öz qohumluq əlaqələri olan insanları dayə kimi seçirlər. Dayələrin düzgün istiqamətlənməsi üçün müəyyən “Master-dayə” kursları mövcuddur. Bu onların daha da yetişdirilməsinə müsbət təsir göstərir. Ümumiyyətlə, mən fikirləşirəm ki, dayənin etikası, estetikası, sosial bacarıqları, dünyagörüşü nə dərəcədə genişdirsə, bu öz əksini həmin uşaqda tapacaqdır. Mən şəxsən dayə yerinə bağçalara üstünlük verərdim. Bağçada uşaqlar daha rejimli olurlar,daha sosiallaşırlar.Burada onların qidalanmasına, təlim-tərbiyəsinə daha yaxşı fikir verilir”.

Uşaqların ağlamasını dayandırmanın sürətli yolu

iStock_49917730_wideAlimlər uşaqların sinir xəstəlikləri üzərində araşdırmalar aparır

Ağlayan uşaqlar valideynlərin daimi stress mənbəyidir. Onlar həm də ciddi elmi araşdırmanın mövzusudur. Körpələrin geyimlərinə yüksək həssaslı mikrofonlar yerləşdirməklə, Konnektikut Universitetində James Green və Minnesota Universitetində Michael Potegal yüzdən çox sinir xəstəliklərini qeyd edərək, onların fonetik xüsusiyyətlərini təhlil edib. Araşdırmanın nəticələri “Ağlama, mızıldama, çığırma: Uşaqların sinir xəstəliklərində qəzəb və qəmginliyin səsli ifadəsində kateqorik və daxili fərqlər” başlığı altında “Emosiya” jurnalıda çap olunub.

Beləliklə, tədqiqatçılar nəyi kəşf etdilər? Birincisi, sinir xəstəliklərinin müxtəlif elementlərini təhlil etməklə onlar müəyyən etdilər ki, konkret xüsusiyyətlər birlikdə addımlamağa meyillidir. Məsələn, ağlama, qışqırma, təpikləmə geniş yayılmış üçlükdür  və ya tullanma, döşəməyə atılma, mızıldanma və s. Onlar həmçinin müəyyən ediblər ki, sinir xəstəliklərinin ikinci mərhələsində uşaqlar qəzəblənməyə başlayır, daha sonra isə ağlayırlar, lakin bu mərhələ dəqiq deyil. Qəmgin və əsəbi emosiya eyni zamanda baş verir. Tədqiqatçılar həmçinin verbal mətni tədqiq etməklə belə nəticəyə gəliblər ki, əsəbi olan körpələr çox nadir hallarda məntiqli hərəkət edirlər. Bir səs yazısında üç yaşlı körpə qışqırır, çünki o stolun başında oturmaq istəyir, lakin stol dəyirmidir və onun təklifini yerinə yetirmək mümkünsüzdür.

Son olaraq, tədqiqatçılar qəzəblənməni sona çatdırmağın ən sürətli yolunu müəyyən ediblər. Uşaqlarınıza suallar vermək, onları razı salmağa çalışmaq körpələri daha da qəzəbləndirəcək. Qəzəbləndikləri zaman onlara qısa əmrlər (“Yatağına get” kimi) vermək daha yaxşı yoldur, çünki bu uşaqlar üçün daha aydın və başa düşüləndir. Ən yaxşı yol isə tamamilə heç bir şey deməməkdir. Bu yolla əsəbi körpə daha tez sakitləşir.

 

Tərcümə etdi:

Leyla Mirzəyeva