Uşaq tərbiyyə etməyin 10 qızıl qaydası

ushaqlarTürkiyəli professor Necati Camaloğlu uşaq tərbiyyə etməyin 10 qızıl qaydasını hazırlayıb. 

Bagcam.az həmin qaydaları təqdim edir:

1. Uşaqlarınızı qalibiyyətə öyrədin

Uşaqlar iməkləyərkən, pilləkənləri qalxarkən valideynlər narahat olur və uşaqlarının belindən tutub ona kömək edir.  Bu mərhələdə uşaq asılı qalmağı, dəstək gözləməyi və məsuliyyətsizliyi öyrənir. Bu formada  böyüdülən uşaqlar qabığından çıxmağa səy göstərən kəpənəyə bənzəyirlər.

İki dost yolda gedərkən qabığından çıxmağa çalışan kəpənək görürlər. Lifləri qopararaq, kəpənəyin çıxmasına kömək edirlər. Kəpənək bir – iki çırpınmadan sonra yerə düşür və ölür. Bunun səbəbi: Qabığından çıxarkən lifləri qoparmağa çalışan kəpənəyin qanadları güclənir və qanadları güclü olan kəpənək  uçmağı da bacarır.

2. Uşaqlarınıza nümunə olun

Ailələrin ən çox şikayət etdiyi mövzulardan biri uşaqların dərs öyrənməməsi, kitab oxumaması ilə bağlıdır. Ailənin digər üzvləri kitab oxumursa, elmlə məşğul olmursa uşaq da onlara bənzəməyə başlayar. Evdə uşağa dərs oxuması üçün mühit yaratmaq, dərs proqramına görə qonaq qəbul etmək və ailənin digər işlərini buna görə uyğunlaşdırmaq əsl nümunəvi ailə davranışıdır.

3. Uşaqlar etik dəyərləri valideynlərindən öyrənir

Uşaqlar valideynlərini müşahidə edir və çox vaxt təqlidə başlayırlar. Anası ilə birlikdə çanta almağa gedən uşaq, anasının satıcıyla danışığını görür və öz ünsiyyətini bu şəkildə inkişaf etdirməyə çalışır.

4. Uşaqlara sərhədləri öyrədin

Uşaq özünün və başqalarının sərhədlərini, özünün və başqalarının azadlığını ailədə öyrənməlidir.

Uşaq cəmiyyət içərisində davranış qaydalarını və səbəblərini, bu qayda-qanunların vacibliyini  sosiyallaşması üçün öyrənməlidir.

5. Uşaqlarınızı müqayisə etməyin

Uşaqları başqa uşaqlarla müqayisə etmək gələcəyin problemli şəxslərini yetişdirmək deməkdir.  Daim müqayisə olunan uşaqlar  özlərini dəyərsiz və önəmsiz hiss etməyə başlayırlar.

6. Uşaqlarınızı səbəbsiz sevin

Valideynlər uşaqlarına adətən belə sözlər deyirlər. Səni çox sevirəm. Çünki sən ağıllısan, çünki sən çalışqansan və s. Belə sözlərlə uşağa bu mesaj verilir: Səni sevmək üçün sadaladığımız səbəblər olmasa, əslində sevgimiz də olmaz.

Uşaq isə dərslərini yaxşı oxumadıqda artıq valideynləri tərəfindən sevilmədiyini düşünür. Ona görə də uşaqlara səni sevirik, yaxşı ki, varsan demək lazımdır.

7. Uşaqların səhvlərini ümumiləşdirməyin

Pis ya da yaxşı olan uşağınız deyil, onun davranışlarıdır. Uşaqlarınızın davranışlarını analiz edərkən, şəxsiyyətlərini deyil, mənfi davranışlarını nəzərə alın.

8. Övladlarınızı başa düşməyə çalışın, dinləyin

Övladlarınızı dinləyərkən rəy bildirməyin. Onların verdikləri mesajları doğru anladığınıza dair fikirlər bildirin.

9. Uşaqlarınıza nəsihət verməyin

Onlara nəsihət verdikcə əks reaksiya ilə qarşılaşa bilərsiniz. Onlar nəsihət almağı xoşlamırlar. Ən çox da insanların içində verilən nəsihətləri, heç sevmirlər.

10. Uşaqlarınıza “yox” deməyi öyrədin

“Yox” deməyi əvvəlcə uşaqlarınıza siz göstərin. Uşaq həyatında hər istədiyini əldə edə bilməyəcəyini, hər istədiyi tələbi qarşılaya bilməyəcəyini, azadlığını və şəxsiyyətini qorumaq üçün yox deməyi öyrənməlidir.

“Smartfonlar uşaqların sosial və emosional inkişafına təsir edir”

kids-smartphonesElm insanları, planşetlərin və ağıllı telefonların az yaşlı uşaqların  sosial və emosional  inkişafına təsir edə biləcəyini söyləyir. Həmçinin, bir uşağın diqqətini başqa istiqamətə çəkmək üçün planşet və ya smartfondan istifadə etməyin, uşağın özünü sakitləşdirmə bacarığının inkişafı üçün zərərli olduğu barədə ailələri xəbərdar edir.

Boston Universiteti Tibb Fakültəsi araşdırmaçıları, 2 yaş yarımdan kiçik uşaqların intensiv ekrana baxmasının, riyaziyyat və fənn dərslərinin inkişafı üçün lazımlı olan bacarıqlarının inkişafına zərər verdiyini araşdırıb. Araşdırmaçılar əlçatan intensiv media növlərini yenidən qiymətləndirib və bunların öyrədici vasitə olaraq istifadəsi üzərinə əhəmiyyətli suallar ortaya çıxarıb.

Araşdırma qrupu, “Əgər bu cihazlar uşaqları sakitləşdirmək və onların diqqətlərini dağıtmaq üçün ən çox istifadə edilən üsul olsa, o zaman uşaqlar özlərini sakitləşdirməyin mexanizmlərini təkmilləşdirə biləcəklər mi?” sualının cavabını axtarıb.

Araşdırmaçılar, 3 yaşdan aşağı uşaqların intensiv ekran istifadəsinin riyaziyyat və fənn dərsləri  üçün lazımlı olan inkişaf bacarıqlarına zərər verə biləcəyini tapsalar da, bəzi araşdırmaçıların bu cihazların kiçik uşaqlar üçün faydalı ola biləcəyini iddia etdiyini də əlavə edirlər. Bu faydalar, uşaqların erkən oxuma-yazma bacarıqlarının inkişafını təmin edə bilər.

Boston Universiteti Tibb Fakültəsi inkişaf Pediatriya hissəsində klinik müəllim və araşdırmanın rəhbəri Cenni Radeski (Jenny Radesky), birlikdə çalışdığı qrupun araşdırma nəticələrini paylaşıb. Radeski, “insandan insana birbaşa ünsiyyəti” mövzusunda ailələrin uşaqlarla sıx  şəkildə ünsiyyətini təşviq edir.

Radeski ümumi olaraq daha az “simsiz” ailə ünsiyyətini müdafiə edir və azyaşlı uşaqların ailələri ilə birlikdə hər hansı bir televiziya ya da mobil cihaz olmadan keçirəcəyi “ailəylə birlikdə keçirməyə ayrılmış xüsusi zaman dilimi”ndən çox böyük faydalar götürəcəyini irəli sürür.

Araşdırmaçılar,  2 yaş yarımdan kiçik olan uşaqların televiziya və videolardan öyrənə bildiklərinin, əsla, insanlarla qarşılıqlı ünisyyətdən öyrənə biləcəkləri qədər olmadığı barədə çox sayda elmi dəlil olduğuna işarə edirlər. Ancaq mobil cihazların intensiv tətbiqləri üçün də eyni şeyi söyləyəcək qədər əllərində araşdırmanın olmadığını əlavə edirlər.

Araşdırmaçılar elektron kitabların və mobil cihazlardakı oxumağı öyrədən tətbiqlərin yalnız məktəbə başlama yaşına yaxın olan uşaq üçün etibarlı olduğunu əlavə ediblər.

Ancaq Radeski ailələrə həmin tətbiqləri uşaqları istifadə etməmişdən əvvəl özlərinin sınaqdan keçirmələrini  təklif edir.

Radeski sonda:  “İndiki vaxtda mövzu mobil media olanda ortada cavablardan çox suallar yarandığını görürük” deyir.

Uşaqların zəkası üçün 12 faydalı hərəkət

Young boy writes math equations on chalkboard

İndidən deyim ki, nevroloq ya da psixiatr deyiləm. Bir neçə yaxşı uşaq nevroloqu və uşaq psixiatrı tanıyıram. Kifayət qədər nevroloji və psixoloji kitab oxumuşam. Hər oxuduğum kitab fikirlərimi bir az da dəyişirdi. Uşaq nevroloqu tanışlarımın isə, heç bir faydasını görmədim. Məsələ nevrologiya olanda, onlarla heç öz ana dilimdə də danışmırıq. Uşaq psixiatrları biraz daha başa düşən insanlardır. Yəqin, uşaqlarla danışmağa öyrəşiblər. Bu yazını nevroloq və uşaq psixiatrlarına oxudum. Təbəssümlə qarşıladılar. Təbəssümlərində “afərin sənə” ifadəsi də var idi.
Keçək maddələrə:
1. Özünüzü deformasiya etməyin. Uşağınızla danışarkən, onunla oynayarkən onun səviyyəsinə enməyə çalışmayın. Siz kosinius bilə bilərsiniz, ya da maşın sürə bilərsiniz. Kim bilir, o da siz unutduğunuz neçə detalın fərqindədir. Hər kəs özü kimi olsun. Əgər siz övladınızla oynayarkən zövq almadığınız şeylərdən əylənirmiş kimi eləsəniz, o da eynisini edər. Buna arya effetki (infant aria effect) deyilir.
2. Ağılabatan və məntiqli danışın: Uşağınızla uşaq dilində danışmayın. Böyüklər kimi danışın. Ona əcaib şəkildə xitab etməyin. Adı ilə müraciət edin.
3. Ona etibarlı mühit yaradın. “Yox” “Yıxılarsan”, “Əl vurma”. Bu sözləri çox istifadə etməyin. Bu sözlərin əksəriyyəti təhlükəli vəziyyətlərdə istifadə edilir. Dolayısı ilə, ən çox vaxt keçirdiyi yer olan evinizi etibarlı hala gətirin. Kənarda da ona yox deməyin. “Hə” cavabı verəcək cümlələr qurun. Yox demək əvəzinə “onu götürmə” yerinə “bunu götür” deməyə üstünlük verin.
4. Sağlam qidalanma: İlk 6 ay sadəcə ana südü vacibdir. Sonra da verə biləcəyiniz qədər ana südü verin. Bunu çox az qadın edir. Altıncı aydan sonra isə, bol protein, kalsium, dəmir, az miqdarda karbohidrat, şəkərli qidalara yer ayırmaq olar. Şəkər təbii ki, meyvə, mürəbbə və.s. Eyni zamanda göyərti məhsulları.
5.Dəcəllik: Dəcəllik hərəkət tələb edir, bu da zehni açır. İdman etməkdən daha çox hərəkət zehni açır. Səhərdən axşama qədər eyni yerdə dayanan uşaq gələcəkdə ya idmançı, ya da idman mütəxəssisi olar.
6. Çalışmaq: Uşaqlar çalışmağa meyllidir əslində. Ən çox süpürgələri, qab-qacağı sevməsinin səbəbi də elə budur. İstəyir ki, çalışıb, nəsə üzərində işləsin. Bizdən fərqli olaraq vəzifə yaxud pul üçün işləmirlər. Lakin böyüklər onun bu çalışmaq istəyini bölüb, gah ayaq altında olmasınlar deyə, gah da həddindən artıq valideynlik edib, onlara mane olurlar. İmkan verin çalışsınlar, öz təmizliklərini etsinlər. Məcbur etməyin heç nəyə. Ona yeni yollar açın.
7. Həddən artıq diqqətcil valideynlik etməkdən uzaq olun: Uşağınız dünyanı xilas etməyəcək. Əgər xilas edəcəksə də, sizdən soruşmayacaq. Sizə də, uşağa da heyifdir. Siz ona həddən artıq təziq etdikcə, o bunu başa düşməyəcək? Biraz ağır olun.
8. Özəl dərslər, balet kursları mövzusunda diqqətli olun: Uşağı dərs, idman, kurs kimi sahələrə bölməyin. Az məşğuliyyəti olsun, amma onların öhdəsindən yaxşı gəlsin. Adətən valideylər göstəriş üçün uşaqların beyinlərini belə məşğuliyyətlərlə doldururlar. Belə etməyin. Həmçinin zəif nəticə göstərdiyi dərsdən kursa yollamaq yerinə, yaxşı bacardığı fənndə ona dəstək olun.
9. Sabit olmağa çalışın: Bu əslində yaxşı adətdir amma çox adam buna riayyət etmir. Gah ürəyi yumşaq, gah da laqeydliklə sabit ola bilməzsiniz. Amma sabit olacağam deyə də, ağır qaydalar təbiq etməyin. Bu qərar üzərində biraz çox düşünün. Məsələn, tamamilə boş olan yolda hamı yol keçərkən, siz qırmızı işığı gözləsəniz, gülməli olar.
10. Onunla müzakirələr edin, hətta dalaşın: dava etmək əslində yaxşı əlaqə üsuludur. Eyni zamanda müzakirə etmək də. Heçnə etməmək isə, hər yaş və dövr üçün zehni bağlayır.
11. Eyni şeyi dəfələrlə təkrar etməsinə icazə verin: Təkrar etmək gözəldir, öyrədicidir. Buraxın, uşağınız eyni şeyi dəfələrlə etsin. Sona çatanda özü bitirəcək.
12. Sakit olun: Yuxarıda yazılanlar doğrudur, amma xüsusi şeylər deyil. Sakit və səmimi olmaq hamısından vacibdir. Körpənizin beynini inkişaf etdirmək üçün qeyri-adi üsullar sınamayın. Bu üsullar haqqında heç nə oxumayın. Bütün bunların əvəzində ona düşünmək üçün fürsətlər yaradın.

İbtidai sinif otaqları rəngarəng olmaq məcburiyyətindədirmi?

wallİbtidai sinif otaqları rəngarəng olmaq məcburiyyətindədirmi?

 Bir orta məktəb düşünün. Canlı rənglərdən ibarət divar kağızları, rəqs edən hərflər, “Məktəbə Xoş gəldiniz!” yazılan lövhələr tutan bir neçə heyvan karikaturası ağlınza gətirin. Bu parlaq və əyləncəli sinif son 20-30 ildir, demək olar ki bütün ibtidai sinifər üçün nümunə halına gəlib. Bu siniflərin sürətlə böyüyən təhsil ləvazimatları ilə təmin olunduğu dəqiqdir. Bəs bu siniflərdə hansı məşğuliyyətlər həyata keçirilir?

Yeni aparılan araşdırmalar  bizi bir neçə istiqamətdə düşünməyə vadar edir: Bu cür siniflər uşaqlara öyrənməyi aşılayır, yoxsa, öyrənərkən diqqəti yayındırır? Rəngli və bol dekorasiyalı divarların uşaqlar üzərində təsirini ölçən araşdırma bu sahədə aparılan işlərdən biridir. Nəticəyə gəlincə isə, ibtidai sinif şagirdləri həddən artıq bəzədilmiş siniflərdə təhsil aldıqda diqqətləri daha çox dağılır. Belə ki, baxışları kitablardan çox ətrafda gəzir.

Bu işi həyata keçirən Karnegi Mello Universitetindəki araşdırmaçılar sistemin aradan qaldırılmasına, uşaların sadə mühitdə təhsil almasına mütəxəssisləri razı sala bilməsələr də, sinifin dekorasiyası məsələsinə onlara təsir edə biliblər.

“Bizim idarəçiliyimizdə olmayan və akademik nəticələrə təsir edən o qədər çox faktor var ki”  bu sözləri Karnegi Mello Universitetinin psixologiya professoru Anna V. Fişer bildirib. “Siniflərin görünüşü müəllimlərin nəzarəti altındadır. Bu məsələdə müəllimlər qaydalardan əlavə, əllərindən gələnin ən yaxşısını etməyə çalışırlar” deyə o əlavə edib.

İlham verici yoxsa, yorucu?

İlk məktəb illərində uşaqlar əllərindəki işə fokuslanmağı və diqqətlərini ona yönləndirməyi öyrənməlidirlər. Böyüdükcə, bir neçə yerə fokuslana bilirlər. Araşdırmadan əldə onun nəticəyə görə, məsələn, 6-cı sinif şagirdləri kənar müdaxilələrdən daha asan diqqətlərini qoruya bilirlər.

Görəsən, divarları məlumat, rəsm, yazı ilə dolub-daşan ibtidai sinif otaqları uşaqlara ilham vermək üçün hazırlanmış olsa da, əslində onlar üçün maneə ola bilərmi? Görəsən bütün bu detallı dekorasiyalar öyrənməyi əngəlləyə bilərmi? Bəzi mütəxəssislər belə düşünür.

“Özümü bu rəngarəng divarların və sevimli cizgi film qəhrəmanlarının önünə atıb, “Xahiş edirəm bunları almayın, çünki bular uşaqlara zərər verir” deyə bağırmaq istəyirəm”. Bu fikirlər Kalgari Universitetində araşdırmalar aparan Prof.Dr. Patrika Tarra məxsusdur.

Tarr uzun müddətdir siniflərin “dekorasiya edilməsi” ideyasına qarşı fikirlər irəli sürür. 2004-cü ildə yayımlanan məqaləsində siniflərin divar kağızları və əşyalarla dağınıq olan mənzərəsinin uşaqların öyrənmək istəyini ötüb-keçdiyini bildirir. Onun sözlərinə görə, onsuz da diqqət pozuntusu olan şagirdlərə yük əlavə olunur.

Sadə siniflərdə daha az diqqət dağılır

Aparılan araşdırma çərçivəsində 24 məktəbli iki fərqli sinif otağında dərs keçir. Biri bəzəksiz və olduqca sadə sinif, digəri isə, lövhələr və xəritələr kimi rəngli materiallar, eyni zamanda uşaların əl işləri ilə bəzdilmiş sinif. Uşaqlar əvvəlcə müəllimə tərəf dairəvi şəkildə oturaraq onlara kitab oxuyan müəllimi dinlədilər. 2 həftə boyunca 5-7 dəqiqə müddətdə günəş sistemi və böcəklər mövzusunda dərs keçdilər. Hər dəfə dərsdən sonra uşaqlara rəsm testləri verildi. Dərslər videoya çəkilərək, uşaqların bu müddətdə baxışlarının nə dərəcədə ətrafa yayıldığı müşahidə edildi.

Sadə və bəzəksiz sinifdə, hərəkətli və yerində dayanmayan uşaqların diqqətlərinin başqaları, hətta özləri tərəfindən dağılmadığı ortaya çıxdı. Dekorasiya edilmiş sinifdə isə, uşaqların diqqətini çəkmək mövzusunda ətrafdakı əşyalar demək olar ki, müəllimlə yarışırdılar. Həmin sinifdə keçirilən testin nəticələri də, zəif oldu.

Araşdırmaçılar onu da etiraf edirlər ki, kiçik qruplarda əldə olunan nəticələr böyük qruplar üçün keçərli deyil. Onu da əlavə edirlər ki, şagirdlərin iki fərqli otaqda bütün gün yox, sadəcə bir dərs keçiblər. Araşdırmanı həyata keçirənlərin növbəti hədəfi həmin sınağı bütün gün keçirməkdir.

Divarlar boş olsa…

Bəzən müəllimlər özlərini siniflərdəki divarları maraq cəlb edəcək şəkilə gətirmək məcburiyyətində hiss edirlər. Çünki gələn valideynlərin çoxu dekorasiya edilmiş sinif görmək istəyirlər. Yenə də, bəzi müəllimlər həddən artıq bəzədilmiş siniflərə qarşı olurlar. Montessori ya da Valdorf məktəbləri kimi alternativ təhsil sistemlərini tətbiq edən məktəblər uzun müddətir ki, daha sadə və bəzəksiz görünüşün vacibliyini vurğulayırlar.

“Biz sinif otağında divarları yerdən tavana qədər boş kağızla örtdük” deyə Kaliforniyadakı Bridgeport orta məktəbinin ibtidai sinif müəllimi İngrid Boydson bildirir.  1999-cu ildə Bridgeportda ilin müəllimi seçilən Boydson, divarların görüntülərinin uşaqların öz əl işlərindən əmələ gəlməsi barədə bir çox müəllimə ilham verib. Məsələn, rəssam Monet ilə bağlı dərs keçən Boydson 27 şagirdin dərsdən sonra yadında qalan sözləri və fikirləri divara  yazıb. Divarın boş qalan yerlərini isə, sadəcə uşaqların çəkdiyi rəsmlərlə bəzəyib.

Uşaqlarınızı əmanət edə biləcəyiniz məkan

Avqustun 27-də Bakı şəhərinin Nəsimi rayonunda  uşaq bağçasının açılış mərasimi keçirilib. 140 nəfər uşaq üçün nəzərdə tutulan bağçada uşaqların təbiətlə təmasda olması üçün geniş bağ sahəsi ayrılıb. Belə ki, 3000m2-dən çox sahəsi olan uşaq bağçasında olan meyvə ağacları, oyun meydançaları körpələrin ekoloji təmiz mühitdə inkişaf edəcəyindən xəbər verir. Uşaq Bağçasında tədris qrupları 3 dildə – ingilis, rus və azərbaycan dilində təşkil olunur və 3 yaşdan 6 yaşa qədər dövrü əhatə edir.

Bagcam.az xəbər verir ki, həyətyanı sahədə müxtəlif ev quşlarından ibarət zoopark da var. Uşaq bağçasında uşaqlar üçün hovuz tikilib.

Ünvan: Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi, döngə 7 (Nissan Avto Salonunun arxası \ Nəqliyyat Nazirliyinin yaxınlığı)
Telefon: +99412 530 63 34
Mobil: +99450 500 60 60

Ekoloji təmiz, təhlükəsiz, sağlam və intelektual mühit

Avqustun 27-də Bakı şəhərinin Nəsimi rayonunda  uşaq bağçasının açılış mərasimi keçirilib.

Uşaq bağçası ekoloji təmiz və təhlükəsiz mühitdə uşaqların fiziki və psixoloji, həmçinin intellektual inkişafını təmin edir. Uşaqları təbiətdən ayırmadan sağlam və intellektual gələcək nəsil formalaşdırmaq uşaq bağçasının əsas məqsədidir.

1

Bagcam.az xəbər verir ki, ümumilikdə, 140 nəfər uşaq üçün nəzərdə tutulan uşaq bağçasında müasir üsullarla təchiz olunmuş havalandırma sistemi mövcuddur. Uşaqların dünyagörüşünün inkişafında xüsusi rolu olan teatr səhnəsi yaradılıb ki, burada xüsusi səs və işıq effektləri vardır. Professional mətbəx avadanlıqları ilə təmin olunan yeməkxanalar tədris olunan hissədən tamamilə ayrıdır. Üç mərtəbədən ibarət olan bağçanın daxilində ağıllı lövhələrlə təchiz olunmuş tədris otaqları da mövcuddur.

Yashil-ada-intellektual-muhit

Sahəsi 3000 m2-dən çox  olan uşaq bağçasının kifayət qədər böyük həyətyanı sahəsi vardır. Bağbanların nəzarəti ilə daimi yaşıl olan sahədəki meyvə ağacları, oyun meydançaları körpələrin ekoloji təmiz mühitdə inkişaf edəcəyindən xəbər verir. Həmçinin, həyətyanı sahədə müxtəlif ev quşlarından ibarət zoopark da var ki, uşaqların təbiətlə ilkin tanışlığına şərait yaradır.

Yashil-ada-ekoloji-muhit

Uşaq bağçasında hər bir uşağa Fərdi İnkişaf  Planı əsasında yanaşılır. Uşaq Bağçasında tədris qrupları 3 dildə – ingilis, rus və azərbaycan dilində təşkil olunur və 3 yaşdan 6 yaşa qədər dövrü əhatə edir. Tədris prosesi “Master Tərbiyəçi-2” təlim proqramını uğurla başa vuran, “Education Management Network” şəbəkəsinə daxil olan digər bağçalarda təcrübə keçən pedaqoji heyət tərəfindən həyata keçirilir.

Bağça həftənin 6 günü saat 08:00-dan 20:00-dək fəaliyyət göstərir. Bağçada qidalanma vaxtları gündəlik 5 dəfə olmaqla, 09:00 – Səhər Yeməyi, 11:00 – Meyvə Vaxtı, 13:00 – Nahar Yeməyi, 15:00 – Şirniyyat Vaxtı, 18:00 – Axşam Yeməyi olaraq təmin ediləcək. Bağçada istirahət vaxtı gündə 1 dəfə olmaqla, 13:30 – dan 15:00 – dək həyata keçirilir. Bağçada yeməklər xüsusi dəvət olunmuş peşəkar aşpazlar tərəfindən hazırlanır.

Yashil-ada-yemekxana

Uşaq bağçasında gələcək nəslin fiziki sağlam inkişafı üçün bütün lazımi avadanlıqlarla təchiz olunmuş gimnastika bölməsi, idman zalı var. Digər bağçalardan fərqli olaraq, uşaq bağçasında uşaqlar üçün hovuz tikilib. Uşaqların dərisi həssas olduğu üçün azon vasitəsilə təmizlənən hovuzda körpələrin üzgüçülük öyrənmə imkanı da var. Bunlarla yanaşı uşaqların sağlamlığının davamlı nəzarətdə sağlanılması üçün professional tibbi avadanlıqlarla təchiz olunmuş xüsusi həkim otağı və peşəkar pediatr təmin edilmişdir. Həmçinin, onlayn müşahidə kameraları vasitəsilə təhlükəsizliyi təmin olunan bağçanın hər mərtəbəsində yanğın çıxışları mövcuddur.

Yashil-ada-hovuz2

Qeyd edək ki, uşaq bağçası “Education Management Network” şəbəkəsinə daxildir. Bağçanın əlaqə nömrələri: 050-500-60-60, 012-530-63-34.

“Peter Pan” uşaq bağçası fəaliyyətə başladı – Video

Bakıda “Peter Pan” uşaq bağçasının açılış mərasimi keçirilib. Açılış mərasimində iştirak edən uşaqlar üçün canlı musiqi və müxtəlif əyləncələr təşkil edilib. Daha sonra valideynlər bağçada yaradılan şəraitlə tanış olublar.

Bagcam.az xəbər verir ki, “Peter Pan” uşaq bağçasında peşəkar pedaqoji heyət tərəfindən həftənin 6 günü saat 08:00-dan 20:00-dək yaşına uyğun olaraq qruplarda təlim-tərbiyə prosesinə başlanılır.

Qeyd edək ki, Qafur Rəşad Mirzəzadə 16 ünvanında yerləşən “Peter Pan” uşaq bağçası “Education Management Network” şirkətinə daxildir. Şirkət təhsil sahəsində, xüsusən də, məktəbəqədər təhsil sektorunda özəl müəssisələrin layihələndirilməsi və idarəedilməsi üzrə xidmətlər təklif edir.

“Peter Pan” uşaq bağçasının açılış mərasimi keçirilib

peter foto2Avqustun 24-də “Peter Pan” uşaq bağçasının açılış mərasimi keçirilib.

“Peter Pan” uşaq bağçasında peşəkar pedaqoji heyət tərəfindən həftənin 6 günü saat 08:00-dan 20:00-dək yaşına uyğun olaraq qruplarda təlim-tərbiyə prosesinə başlanılır.

Bagcam.az xəbər verir ki, “Peter Pan” uşaq bağçasında tərbiyə alan uşaqlar gündə 5 dəfə qidalanır və 5 dəfədən çox müxtəlif məktəbə hazırlıq, idrak, mədəni-estetik, nitq, fiziki və sosial-emosional inkişafetdirici məşğələlərə qoşulurlar. Uşaq Bağçasında tədris qrupları 3 dildə – ingilis, rus və azərbaycan dilində təşkil olunur və 2 yaşdan 6 yaşa qədər dövrü əhatə edir. Tədris prosesi “Master Tərbiyəçi-2” təlim proqramını uğurla başa vuran, “Education Management Network” şəbəkəsinə daxil olan digər bağçalarda təcrübə keçən pedaqoji heyət tərəfindən həyata keçirilir.

“Peter Pan” uşaq bağçasında hər bir uşağa Fərdi İnkişaf Planı əsasında yanaşılır. Gün ərzində 12 saatlıq, həftə ərzində isə 6 günlük xidmət uşaqların sanitar mühitdə tərbiyə almasına yardımçı olur. Onlayn müşahidə kameraları, nəqliyyat xidməti, gündəlik tibbi nəzarət və pediatr müayinəsi ilə körpələrin sağlam gələcəyi təmin olunur.

Proqrama Şahmat Kursu, İngilis dili Kursu, Rus dili/Azərbaycan dili Kursu, Rəqs Kursu, Gimnastika Kursu, Teatr Kursu, Dəyərlər Təlimi, Robotiks Məşğələsi, Zəka Oyunları Məşğələsi, Karate Kursu kimi əlavə məşğələlər (dərnəklər) və kurslar da daxildir.

Ümumi sahəsi 1000 m2-ə yaxın olan “Peter Pan” uşaq bağçasının yeməkxanası xüsusi mətbəx avadanlıqları ilə təchiz olunub. 3 mərtəbədən ibarət olan binada tədris otaqları yeməkxanadan tamamilə kənarda yaradılıb. Həmçinin, bağçanın xüsusi camaşırxanası da mövcuddur.

Qeyd edək ki, “Peter Pan” uşaq bağçasının fəaliyyəti başa çatdıqdan sonra gec gəlmək məcburiyyətində qalan valideynlər üçün 2 saata qədər Növbətçi / Dayə Xidməti nəzərdə tutulub. Bu müddət ərzində uşaq bağçasında olan nəzarətçi uşaqlarla birlikdə müəyyən fəaliyyətlər təşkil edir.

Bakıda yeni uşaq bağçası açıldı – Video

Avqustun 20-də “Neapol” dairəsi yaxınlığında yerləşən “İndigo” uşaq bağçasının açılış mərasimi keçirilib.

Bagcam.az xəbər verir ki, mərasimdə bağça kollektivi ilə yanaşı valideynlər və uşaqlar da iştirak edib. Açılış günü uşaqlar onlar üçün təşkil olunan müxtəlif yarışlarda və oyunlarda iştirak etdilər. Bağça 100 nəfər uşaq üçün nəzərdə tutulub və ümumi sahəsi 1000 m2-dır.

Qeyd edək ki, “İndigo” uşaq bağçası “Education Management Network” şirkətinə daxildir.

“İndigo” uşaq bağçasının açılış mərasimi keçirilib

14059955_1039661762796589_842902893_o

Ümumi sahəsi 1000m2-dən çox olan “İndigo” uşaq bağçası paytaxtın “Neapol” dairəsi yaxınlığında fəaliyyət göstərir.

Bagcam.az xəbər verir ki, “İndigo” uşaq bağçası 100 nəfər uşaq üçün nəzərdə tutulub. Bağçanın yeməkxanası xüsusi mətbəx avadanlıqları ilə təchiz olunub. 3 mərtəbədən ibarət olan binada tədris otaqları yeməkxanadan tamamilə kənarda yaradılıb. Həmçinin, uşaqların yataq dəstlərinin həftəlik yuyulması üçün bağçanın xüsusi camaşırxanası da mövcuddur. Bağçada uşaqlar həftənin 6 günü saat 08:00-dan 20:00-dək yaşına uyğun olaraq, qruplarda təlim-tərbiyə prosesinə cəlb olunur, müxtəlif məktəbə hazırlıq, idrak, mədəni-estetik, nitq, fiziki və sosial-emosional inkişafetdirici məşğələlərə cəlb olunur, müxtəlif əyləncə və istirahət xarakterli tədbirlərdə iştirak edirlər.

Uşaq Bağçasında tədris qrupları 2 dildə – rus və azərbaycan dilində təşkil olunur və 2 yaşdan 6 yaşa qədər dövrü əhatə edir. Məşğələlər Milli Kurikulum Proqramına əsaslanır və Fərdi İnkişaf Planı əsasında uşaqlara yanaşma tətbiq edilir. Tədris prosesi “Master Tərbiyəçi” tərbiyəçi təkmilləşdirmə proqramını uğurla başa vuran, “Education Management Network” şəbəkəsinə daxil olan digər bağçalarda təcrübə keçən pedaqoji heyət tərəfindən həyata keçirilir.

Bağça proqramına daxil olan bədii ədəbiyyat, hərflər və sadə riyazi təsəvvürlər üzrə iş, ətraf aləmlə tanışlıq, sensor tərbiyə, bədən tərbiyəsi, estetik tərbiyə, kağız işi, gil işi, rəsm, musiqi, nitq inkişafı, quraşdırma kimi standart məşğələlər uşaqların hərtərəfli inkişafını təmin edir.

Onlayn müşahidə kameraları gündəlik tibbi nəzarət və pediatr müayinəsi ilə körpələrin sağlam gələcəyi təmin olunur.

Bağçada qidalanma vaxtları gündəlik 5 dəfə olmaqla, 09:00 – Səhər Yeməyi, 11:00 – Meyvə Vaxtı, 13:00 – Nahar Yeməyi, 15:00 – Şirniyyat Vaxtı, 18:00 – Axşam Yeməyi olaraq təmin edilir. Bağçada istirahət vaxtı gündə 1 dəfə olmaqla, 13:30 – dan 15:00 – dək həyata keçirilir.

Qeyd edək ki, “İndigo” uşaq bağçası “Education Management Network” şirkətinə daxildir. Şirkət təhsil sahəsində, xüsusən də, məktəbəqədər təhsil sektorunda özəl müəssisələrin layihələndirilməsi və idarəedilməsi üzrə xidmətlər təklif edir.