Evdə uşaqlardan valideynə keçən 5 xəstəlik

Ailədə övladınızdan sizə keçəcək bir sıra xəstəliklər var ki, istər-istəməz onlar qarşısında müdafiəsizsiz. Özü də bu xəstəlikləri uşaq nə qədər ayaqüstü, yüngül keçirirsə, böyüklər daha ağır keçirib yatağa belə düşürlər.

Bagcam.az Medicina.az-a istinadən balaca uşaqlardan valideynə ən çox keçən 5 xəstəliyi və bu hallarda nə etməli olduğunuzu təqdim edir:

1.Qızılca

Hava-damcı yolu ilə keçir. Əgər evdə uşaq qızılca çıxarıbsa, qapı dəstəyi ilə belə digər ailə üzvlərinə keçə bilər. Qızılca olan uşaq ilk 4 gündə yoluxdurucu təhlükəli olur.

Uşaqlarda qrip kimi başlayır, 10 gün ərzində bədən səpir. Əgər ağırlaşma olmasa və ya uşağın immuniteti mübarizə aparsa, müalicə edilməsə belə, sadəcə yataq rejimində olmaqla qızılca 10 -12 gün ərzində özü keçir. Daha çox südəmər körpələr və 5 yaşa kimi uşaqlar təhlükə altındadır və ağır keçirir.

Böyüklərə keçərsə:

Peyvənd olunmamış, uşaqlıqda bu xəstəliyi keçirməmiş valideynlər asanlıqla yoluxur. Simptomları uşaqlarla eyni, amma daha kəskindir.
Böyüklərdə qızılcadan sonra otit, pnevmoniya, laringit, ensefalit kimi ağırlaşmalar olur.

Müdafiə yolu peyvənd olunmaqdır. Körpələr 12 aylıqda qızılca peyvəndi olunur. Yaxşı olar ki, siz də övladınızla bərabər peyvənd olunasız.

2.İnfeksion eritema

Bu xəstəlik daha çox 10 yaşa kimi uşaqlarda olur. Hava yolu ilə yayılır. Yay, qış sonu aktivdir.
Uşaqlarda qrip kimi başlayır, boğazı, başı ağrıyır, burnu axır. 3 gün sonra xarakterik qırmızı allergikə bənzər səpki olur. Xüsusən yanaqları sanki alışıb yanır. Mülaicə olunmasa belə 2 həftəyə keçib gedir.

Böyüklərdə necə keçir:

Onlar nadir halda səpir. Əvəzində bütün sümüklər, oynaqlar, bilək, dizlər ağrıyır. Ağrı revmatizmə bənzəyir. Zəif immunitetli, hamilələr, anemiyası olanlar çox ağır keçirir, çünki virus eritrositlərin böyüməsini əngəlləyir.

Bu xəstəliyə qarşı vaksin yoxdur. Sadəcə uşağı və özünüzü digərlərindən yoluxmaqdan qoruyun. Maska taxın, xəstə olanda evdə qalın, tez-tez uşağın və özünüzün əllərini yuyun.

3.Məxmərək

Qırmızı məxmərək hava-damcı yolu ilə keçir. Uşağı qucağınıza almaq kifayətdir ki, yoluxasız. Qızılca ilə səhv salınır, amma daha yüngüldür.
Uşaqlarda yüngül soyuqdəymə, halsızlıqla başlayır, gözlər qızarır, boyun limfa düyünləri şişir. 2-3 gün sonra üz və boyunda qırmızı səpki olur və getdikcə bədənə yayılır. Sonra da gəldiyi istiqamətdə geri çəkilir. Uşaq bəzən ayaqüstə keçirir.

Böyüklərdə necə keçir:

Simptomlar daha ağır olur, oynaqlar ağrıdan dağılır. Baş ağrıları olur. Qulaq infeksiyası baş verir. Hamilə tutularsa döldə qüsur ola bilər.

Nə etməli:

Uşaqlar 1 və 6 yaşında peyvənd olunur. Əgər peyvənd olunmayıbsa, hamiləlikdən öncə peyvənd olunmaq lazımdır.

4.Su çiçəyi

Səpkilərə toxunduqda, hava damcı ilə yayılır. Peyvənd olunmayan və uşaqlıqda bu xəstəliyi keçirməyən şəxslər üçün olduqca yayğın virusdur.
Uşaqda hərarət yüksəlir, başı ağrıyır, yemir, 3 gün ərzində bədənində suluqlu qırmızı səpkilər olur. Sonra bu suluqlar partlayır, suyu axır və yayılır. Bu suluqların yeri qaysaqlanan kimi uşaq yoluxdurucudur.

Böyüklərdə:

Bakterial infeksiya olur, Rey sinromu, bədənin susuzlaşması, şok, hətta ölüm ola bilər. Xüsusən 60 yaşdan yuxarı yaşlılar.

Nə etməli?

Əgər uşaq artıq xəstədirsə, onu evdə ayrı otağa salmalı, həkimə aparmalı, hətta xəxtəxanaya yatırtmalı. Əgər uşaq hələ xəstəliyi keçirməyibsə, vaksin vurdurmalı. Digər ailə üzvlərinin bu suluqlara əl vurmasının qarşısını almalı. Uşağın bədəninə əlcəklə toxunmalı.

5.Parotit – Svinka

Paramiksovirus törədir, tüpürcək vəziləri zədələnir. Xəstə 10 gün ərzində yoluxdurucudur.
Uşaqlarda boğaz dibi iltihablanıb şişir, yanaqları qabarır. Çətin çeynəyir, çənəsi ağrıyır, əzələləri ağrıyır. Ağırlaşma olmasa, 1 həftəyə keçib gedir.

Böyüklərdə:

Eyni əlamətlər olur, amma beyin iltihabı, süd vəzi, xaya, yumurtalıq iltihabı verə bilər.

Nə etməli?

Uşaqlar 1 yaşa kimi peyvənd olunmalıdır. Əgər olmayıbsa, 10 yaşa kimi oluna bilər. Amma böyüklər üçün peyvəndi yoxdur.

Uşaqlar oxumağı necə öyrənir?

Niyə bəzi uşaqlar üçün oxumaq asandır, bəziləri üçün çətin? Bu, uzaq keçmişi olan çətin sualdır. Bunun nə təkcə zəkayla, nə də təkrarla əlaqəsi olmadığını bilirik. Bundan əlavə, cəhd etməklə bərabər, bir uşağın oxumasına mane olan başqa vəziyyətlər olduğunu da bilirik. Məsələn, bəzi araşdırmalar sosial-iqtisadi vəziyyət ilə oxumaq uğuru arasında ciddi əlaqə olduğunu söyləyir. Sosial-iqtisadi şərtlər necə olursa olsun, ümumi danışıq bacarığı zəif olan və fonetika mövzusunda  çətinliklər yaşayan uşaqlar da oxumağı çətin öyrənirlər. Bəs bu fərqliliklərin səbəbi nədir? Necə olur da mücərrəd simvolları mənalı səslərə çevirməyi öyrənirik? Niyə bəzi uşaqlar bu mövzuda digərlərindən daha yaxşıdır?

Bu sirr Kaliforniya Universitetinin psixiatrı Fumiko Hoeftin işlərinə də ilham verib: “Gözlərinizin rənginin haradan gəldiyini bilirsiniz, üz cizgilərinizin, saçlarınızın və boyunuzun da. Hətta şəxsi xüsusiyyətlərinizin belə. Məsələn, “Anam kimi inadkaram, atam kimi düzənsizəm” deyirsiniz. Bizim etməyə çalışdığımız şey, beynin şəbəkələrinə baxaraq və ətrafımızdakı bütün faktorları araşdıraraq oxumaq bacarığımızın haradan gəldiyini tapmaqdır”.

Hoeft və həmkarları, oxumaq bacarğının təməlini tədqiq 3 illik araşdırmalarının nəticəsini 2014-cü ildə yayımladı. Araşdırmaya cəlb olunan uşaqların bəziləri oxumağa çətinlik çəkir, bəzilərinin isə risk faktoru yox idi. Bu uşaqlar həm də özünü ifadə testlərindən də keçdilər. Uşaqların valideynləri isə övladlarının evdəki davranışlarını ifadə edən anketi doldurub tədqiqiata təqdim ediblər.

Hoeft oxuma çətinliyi ilə əlaqəli bütün faktorları nəzərə alanda – genetik risk, ətraf mühit, dil bacarığı – sadəcə tək bir şeyin uşağın yaxşı oxuyacağına dair uzaqgörənlik etdiyinin fərqinə vardı: Beynin bəlli bir bölgəsində yer alan “ağ cövhər”in böyüməsi. Uşağın bağçaya başlamasından 3 il sonra “ağ cövhər”in həcminin artdığı müşahidə olunub.

Bəs bu “ağ cövhər” nədir? Bu beyinin hissələri arasında informasiya axınını təmin edən sistemdir. Hoeft beynin məhz fonoloji bölməsində artım müşahidə edib. Bu bölmə hərfləri və səsləri bir-biri ilə birləşdirir, qarşılaşdırır. Hoeftin gəldiyi qənaətə görə, “ağ cövhər”də artım kritik dövrdə baş verməsə, uşaq gördüyü sözləri səsləndirməkdə çətinlik çəkəcək.

Hoeftin araşdırmaları bizə göstərir ki, uşağın bağçaya başladığı vaxtdakı vəziyyətindən asılı olmayaraq növbəti 3 il onun oxu vərdişinin inkişafı üçün əsas götürülür. Həmin bu 3 il kritik dövrdür. Uşağın oxumasında gerilik hiss olunarsa, onun özünü idarəetmə və özünü ifadə tərzinə diqqət yetirmək və kompleks həllər tətbiq etmək lazımdır. Bir sözlə, yaxşı oxumaq oxu qabiliyyətinin inkişafı ilə yanaşı, digər bacarıqların inkişafından da xəbər verir.

Ailəvi yeməyin əhəmiyyəti

Ailəvi yemək adi yığıncaq deyil. Bu, öz hisslərini ifadə etmək fürsətidir: mən sizi sevirəm, siz mənim üçün qiymətlisiz, mən sizinlə vaxt keçirtmək istəyirəm.

Dadlı yeməyi hamı sevir. Amma çoxdandır ki, əksəriyyət səhər, nahar və şam yeməyində süfrə başına yığışmaq ənənəsini unudub. Kimsə işdən gec çıxır, kiminsə teatr kursunda və ya idman zalında məşğələsi var var və s.

Ailənin süfrə başına yığışması yemək yeməkdən əlavə söhbət etmək, gülmək, sevgini ifadə etmək, bir-birinə dəstək olmaq fürsətidir. O, ailə üzvlərini bir araya gətirir, əlaqələrin möhkəmlənməsinə töhfə verir. Uşaqlar ailələri ilə birlikdə yemək yeyəndə bunları öyrənir:

  • Mütəmadi və düzgün qidalanma.
  • Dügün davranış qaydaları. Məsələn, uşaq yeməyini ata, ana, qardaş və bacısı ilə paylaşanda səxavətli olmağı öyrənir.
  • Ünsiyyət qurmaq. Süfrə arxasında uşaqlar danışmağı və qarşı tərəfə hörmətlə qulaq asmağı, söz ehtiyatlarını zənginləşdirməyi və fikirlərini düzgün şəkildə ifadə etməyi öyrənirlər.
  • Əməkdaşlıq. Uşaqların süfrənin qurulması, ailənin digər üzvlərinə xidmət etməsi və süfrənin yığışdırılması prosesində iştirak etməsi vacibdir. Yaşca böyük uşaqlar hətta yeməyin hazırlanmasında ailə üzvlərinə kömək edə bilərlər.

Evdə bu cür mehriban abu-hava uşaqların həyat tərzinə kömək edir. Belə halda onlar daha az darıxır, tədris prosesində isə daha məhsuldar olurlar.

 

Mənbə: https://psy.rin.ru

Siqaret tüstüsü uşaqlarda eşitməni korlayır

Ana bətnində olarkən ana-atanın siqaret çəkməsi və doğulandan sonra körpələrin siqaret tüstüsünə məruz qalması onların eşitmə sisteminə mənfi təsir edir.
Bagcam.az Medicina.az-a istinadən xəbər verir ki, bu nəticəyə Yaponiya araşdırmaçıları gəlib. 50300 nəfər uşağın məlumatlarını analiz edən qrup anası hamiləlikdə siqaret çəkən uşaqların 15%-də, doğulandan sonra siqaret tüstüsünə məruz qalan 3 yaşa kimi uşaqların 5 %-də eşitmə aparatının zəifləməsini aşkar ediblər.
Xüsusən 3-4 aylıq körpələrin siqaret tüstüsünə yaxın olması onların zəif eşitməsi riskini 30% artırır.
Mütəxəssislər hamilə qadınlara siqaretdən imtina etməyi və doğulandan sonra uşaqları siqaret tüstüsündən tam uzaq tutmağı məsləhət görür.

I Pedaqoji Forum baş tutdu

“EDU Co. Management & Consulting Company”, “Preschool Academy” Təlim Mərkəzi və “Bağçam” Uşaq Bağçaları Şəbəkəsinin birgə təşkilatçılığı ilə “İndigo Xüsusi Uşaq Bağçası”nda I Pedaqoji Forum keçirilib. Forumda 4 panel üzrə pedaqoqlar öz innovativ ideyalarını və uğurlu iş təcrübələrini paylaşıblar.

Bagcam.az forumdan görüntüləri təqdim edir:

Üç dildə tədris keçən bağça fəaliyyətə başlayıb

25 Avqust tarixində uşaqları xoşbəxt və fərdi hiss etdirən məkan – “İndigo” uşaq bağçasının Qara Qarayev metrostansiyası yaxınlığındakı filialının açılışı keçirilib.

Açılış mərasimində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakıda uşaq bağçası problemini həll etmək məqsədilə yeni tikilən binaların birinci mərtəbəsində uşaq bağçalarının nəzərdə tutulması tapşırığını verdiyini vurğulayıb. Arif bəy bu təşəbbüsə qoşulan Bağçam uşaq bağçaları şəbəkəsinin işini yüksək qiymətləndirdiyini vurğulayaraq bağçaların təlim və tərbiyədə əvəzsiz rolundan danışıb.

120 Uşaq üçün nəzərdə tutulan “İndigo” uşaq bağçasının ərazisi 1000 kv metri əhatə edir. Burada uşaqlar həftənin 6 günü saat 08:00-dan  20:00-dək yaşına uyğun olaraq inkişafetdirici məşğələlərə cəlb olunur. Belə ki, tədris proqramında 14 standart bağça məşğələsi və 8 əlavə dərnək var.

“İndigo” uşaq bağçası “Bağçam” uşaq bağçaları şəbəkəsinə daxildir. Şəbəkənin direktoru Vəfa Şirinova yeni filialın hədəfindən danışır. O bildirir ki, hər bağçada olduğu kimi burada da əsas məqsədləri vətənə, cəmiyyətə faydalı, savadlı övladlar böyütməkdir:

 “Bizim şəbəkəmizin devizi budur ki, analar qədər olmasaq da, biz də övladlarınız üçün hər şeyin ən yaxşısına çalışırıq. Həm qidalanmasında, həm onların fiziki sağlamlığında, həm onların sosial-emosional inkişafında, həm ilkin dostluqlarında, özlərinə qulluq bacarıqlarında, özlərinin şəxsiyyət kimi formalaşmağında əlimizdən gələn hər şeyi edirik”.

“İndigo” uşaq bağçasını digər bağçalardan fərqləndirən əsas cəhətlər –  Fərdi İnkişaf Planı əsasında uşaqlara yanaşmanın tətbiqi, rüblük uşaq inkişafı qiymətləndirilməsi, həftəlik tədris və fəaliyyət hesabatının hazırlanmasıdır.  Tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.

Bütün bu meyarları nəzərə alaraq Aytacın valideyni Gülanə Hüseynova bağçanı çox bəyəndiklərini deyir:

“Əlbəttə ki, estetik görünüşə önəm verməməliyik biz valideynlər. Eyni zamanda bağçada olan sevgi və qayğının bizim uşaqlara hansı formada, hansı tərzdə ötürüldüyünə çox önəm verməliyik və mən bu meyarı əsas tutaraq öz övladlarımı düşünmədən bu şəbəkənin müəllim heyətinə sevə-sevə təqdim edirəm. Bilirəm, özləri də əbəkədə vurğulayıblar ki, biz ana olmasaq da, çalışırıq ki, ana qədər uşaqlara baxaq. Mən artıq ikinci uşağımı həvalə edirəm buraya”.

Dəniz və Çinarənin babası Rasim Verdiyev isə “İndigo” uşaq bağçasında yaradılan şəraitin ürəklərincə olduğunu bildirir. Əlavə edir ki, məhz buna görə rahatlıqla balacaları bağçaya əmanət edə bilir:

“Bağçada birlik var, uşaqları tərbiyə edirlər. Bütün dərsləri keçirlər. Bizə xoş olur. Nəvələri görürük ki, düz yolla, pillə-pillə qaldırırlar”.

Bağçada qidalanma gündə 5 dəfə təşkil edilir. İşçi heyəti isə 30 nəfərdən ibarətdir.

“Bağçam” uşaq bağçaları şəbəkəsinin təlim-tərbiyə bölməsinin rəhbəri Xalidə Rzayeva daim şəbəkənin kollektivinin peşəkarlığına önəm verdiklərini bildirir:

“Biz “Bağçam” uşaq bağçaları şəbəkəsi olaraq qarşıdmızda tutduğumuz əsas vəzifə bu sahədə çalışan insanların daim peşəkarlıq səviyyələrini artırmaq və bütün uşaqlarla təmasda olan hər bir kəsin yeni metod, üsul və yanaşmalarla daim təkmilləşdirməkdir. Buna xidmət edən, şəbəkəmizə aid olan təlim kurslarımız var. İl ərzində ir neçə dəfə müəllim, kadr hazırlığına xidmət göstərir.  Bu baxımdan peşəkar komanda ilə artıq təlimi uşaqların meyl və maraqlarına uyğun təşkil edirik ”.

Qeyd edək ki, “İndigo” uşaq bağçası Şirin Mirzəyev 52 ünvanında yerləşir. Daha ətraflı məlumat üçün 055 218 55 63; 070 264 50 12 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

[maxgallery id=”6191″]

 

Uşağa xərclərinə nəzarət etməyi öyrətməyin qaydaları

kids-and-money-claratiiUşaqlara neçə yaşından başlayaraq pul vermək lazımdır, “Monopoliya” oyununun hansı təsirləri var və uşaqdan borc pul almaq olarmı? Bütün bu suallara ailə psixoloqu olan Andrey Turoveç cavab verib.

— Almaniyada uşağın cib xərcliyi ilə bağlı məsələ qanunvericilik səviyyyəsində həll edilib: valideynlər həftədə uşaqlarına 50 sentdən 25 avroya qədər pul verməlidir (yaşından asılı olmayaraq). Uşağın şəxsi vəsaitləri olmalıdırmı? Uşaqları neçə yaşından pul ilə davranmağa öyrətmək lazımdır?

— Hesab edirəm ki, uşağın xərcləri üçün müəyyən məbləğ ayırmaq lazımdır. Bununla o erkən yaşlarından pul ilə necə davranmalı olduğunu mənimsəyəcək. Bunu neçə yaşdan etmək ilə bağlı konkret bir yaş yoxdur. Uşaqlar, bir qayda olaraq 6-8 yaşlarından məntiqi düşünməyə başlayırlar. Lakin bu heç də o demək deyil ki, bu ən ideal zamandır. Hər şey uşağın fərdi xüsusiyyətlərindən asılıdır. Bəzən birinci sinifdə oxuyan uşaq maliyyə məsələlərini 13 yaşlı uşaqdan daha yaxşı həll edir. Uşaqlara maliyyə savadlılığını aşılamaq lazımdır. Bunun üçün onları yalnızca özünüz ilə mağazaya aparmaq kifayət etmir, hər bir alış-verişi təhlil etmək lazımdır.

— Uşağa öz xərclərinə nəzarət etməyi necə öyrətmək lazımdır? Məsələn, siz ona 1 həftə üçün 5 manat verdiniz, o isə bu pulu 1 gün ərzində xərclədi…

— Heç kəs maliyyə cəhətdən dahi olaraq doğulmur. Əgər uşaq ona verdiyiniz bütün pulu xərcləyibsə, ona izah edin ki, bu onun həftəlik cib xərcliyi idi. Deməli, həftənin digər günlərini o pulsuz keçirəcək. Bir müddətdən sonra uşağa müəyyən məbləğ verin və mağazaya göndərin, pulun qalığını sizə gətirməsini tələb edin. Ondan nə gözlədiyinizi izah edin. Əgər o gözləntinizi doğrultmasa fasilə edin və ona hələlik pul verməyin. Bunu onun öz büdcəsini necə idarə etməli olduğunu anlayana qədər tətbiq edin. O anlamalıdır ki, pullar gec və yazud tez bitəcək.

— Doğrudurmu ki, uşaqlar valideynlərinin maliyyə davranışlarını təkrarlayır?

— Bu belədir. Təəssüflər olsun ki, maliyyə savadsızlığı böyük şəxslər arasında da müşahidə edilir. Bəziləri düşünmədən bütün pullarını mağazada xərcləyir, daha sonra isə dostlarından borc alır. Ailənin bütün vəsaitlərinin yalnız bir valideynin əlində cəmlənməsi heç də ən yaxşı variant deyil. Bu zaman digər valideyn şəxsi ehtiyacları üçün pul istəməli olur. Bütün bu hadisələr isə ailənin övladının gözləri qarşısında cərəyan edir və onda maliyyə cəhətdən kimin dominant olması haqqında təsəvvürlər formalaşır.

— “Monopoliya” stolüstü oyunu hələ də populyarlığını qoruyub saxlayır. Bu oyunun faydası varmı, maliyyə savadlılığını öyrədirmi?

— Bu oyun 1930-cu illərdə ABŞ-da iqtisadi böhran zamanı peyda olub və əyləncə məhsulları bazarında təsadüfən peyda olmayıb. İnsanlara onların külli miqdarda pul qazana biləcəkləri illuziyasını bəxş etmək lazım idi. Şübhəsiz, bu oyunun məntiqi inkişaf etdirdiyini danmaq olmaz. Lakin eyni faydanı şahmat oynayaraq da qazanmaq olar.

—Əgər uşaq öz lazımsız oyuncaqlarını internetdə satırsa və bu pula yeni əşyalar alırsa, buna görə onu danlamaq lazımdır?

— Bunda pis heç nə yoxdur. Bu yanaşma qənaət etməyi öyrənməyə, sağlam mübadilə formalarını mənimsəməyə kömək edir: lazım olmayandan xilas olmaq və lazım olanı əldə etmək. Bu müasir iqtisadiyyatın bir hissəsidir.

—Bəzi valideynlər otağını səliqəli saxlamaq, dərsdən yaxşı qiymətlər almaq müqabilində uşaqları pul ilə mükafatlandırır. Bu düzgündürmü?

— Evdə görülən işlər ümumi ailə fəaliyyətinə edilən qatqılardır. Bu əmək pul ilə qiymətləndirilməməlidir. Axı ana nahar hazırladığı üçün, yaxud ata xarab olan kranı düzəltdiyi üçün mükafatlandırılmır… Bir çox atalar öz övladlarını özü ilə işə aparır, onlara tapşırıq verir, maaş kimi müəyyən kiçik məbləğ ödəyir. Ən yaxşı variant budur.

Pul mükafatlandırılması ilə təhsilə maraq oyatmağa gəldikdə isə, mənim zənnimcə bu faydasız davranışdır. Təcrübə göstərir ki, bu cür davranış ya işə yaramır, ya da uzun müddət effektiv olmur. Pul ilə motivasiya – qısa müddətlidir. Vacib olan uşağın səmimi şəkildə nə iləsə maraqlanmasıdır.

— Adətən uşaqlara yalnızca lazımi şeyləri almağı tapşırırıq. Onlara pul ərcləmək arzularını genişləndirməyə imkan vermək olar?

— Yalnızca mütləq olan məhsulları alan şəxs müəyyən dərəcədə maliyyə cəhətdən məhdud düşüncəyə sahibdir. O özünə nə isə maraqlı və xoş bir şey almaz. Bu xüsusiyyət onların övladlarına da təsir edir. Bu zaman valideynlərin əsas tapşırığı – uşağa onun nə qədər vəsaitə sahib olduğunu, nə almalı olduğunu, nəyə görə indi o əşyanı deyil də, bu əşyanı almalı olduğunu uyğun bir dillə izah etməkdir. Bu söhbəti isə evdə deyil, mağazada etmək daha məqsədəuyğundur.

—Adətən böyüklər öz övladlarından borc alır. Onlara bu pulu qaytarmaq mütləqdirmi?

— Uşaqlardan borc pul almaq ən çıxılmaz halda edilməli olan bir şeydir. Biz bunu ehtiyacdan edirik. Övladdan götürülən borcu mütləq olaraq geri qaytarmaq lazımdır. Bu dəqiq və etibarlı münasibətlərin zəmanətidir. Övlad verdiyi borc üzrə faiz tələb edirsə, burada artıq düşünmək lazımdır.

Mənbə: Valideyn.az

Valideynlərin 3-cü forumunda məktəb seçimi müzakirə olundu


27 Yanvar tarixində “İndigo” uşaq bağçasında “Bağçam Valideynlik Forumu”nun üçüncü mövsümü keçirilib. “Güclü Valideynlər, Güclü Uşaqlar” şüarı ilə baş tutan forumun təşkilatçıları “Education Management Network” və “Edu.Co”dur.

Forumda “7 yaş krizisi dövründə olan uşaqların motivasiya edilməsi”, “Bu dövrdə valideynlə övlad arasında münasibətin düzgün qurulması”, “Məktəb seçimi zamanı diqqət edilməli olan məqamlar” kimi mövzuların müzakirəsi aparılıb.

Forumun  təşkilatçısı Samirə Muxtarova bildirib ki, üçüncü mövsümün digərlərindən fərqi məhz uşaqların məktəbə hazırlığı üzərində qurulmasıdır:

“İlk forumumuz analarla bağlı idi, ikinci dəfə isə atalar üçün forum keçirdik. Bu gün isə məktəbin düzgün seçilməsi, uşaqların məktəbə psixoloji hazırlığı kimi məsələlərə toxunduq. Bilirsiniz ki, hər bir uşağın müəyyən yaş böhranları olur. Bugün də 6-7 yaş böhranından danışdıq. Müzakirəmiz seminar tipli keçmədi, əsasən müzakirə formasında oldu. Buna görə də bugün iştirak edən valideynlər üçün yararlı olduğunu düşünürəm”.

Forumda spiker kimi çıxış edən, uşaq psixiatrı Vəfa Şirinova bildirib ki, bu, Azərbaycanda məktəbəqədər müəssisələr arasında təşkil edilən ilk valideynlik forumudur:

“Valideynlik forumunun təşkilində məqsədimiz valideynləri yetəri qədər maarifləndirmək, onlara praktika cəhətdən daha çox yarımçı olmaqdır. Bu gün uşaqlarda yaş krizləri haqqında danışdım. “Kriz nədir? Necə olur? Nə cür başlayır?” kimi sualları cavablandırdıq, bu krizi keçirməyin yollarını öyrətdik”.

Forumun digər spikeri, təhsil işçilərinin peşəkar inkişafı İnstitutunun mütəxəssisi Tofiq Sadıxov bildirib ki, bu cür tədbirlər şəbəkələşməyə xidmət edir, valideynlər bir-birilə ünsiyyətdə olub məsləhətlər verə bilirlər:

“İkinci dəfə bu valideynlik forumunda iştirak etdiyim üçün çox xoşbəxtəm. Bundan əvvəlki forum kimi zövq aldım.

Məktəb seçimi valideynlər üçün övladını böyüdərkən əsas məqamlardan biridir. Müzakirələrimizin nəticəsində ən əsas məqam o oldu ki, uşağa normal gələcək verəcək, onu başa düşəcək, insan olaraq cəmiyyətdə yetişdirəcək məktəb lazımdır”.

Valideyn Gülanə Hüseynova da tədbir haqqında təəssüratlarını bölüşüb. Forum vasitəsilə yeni məlumatlar əldə etdiyini və bu biliklərin gələcəkdə övladları üçün faydalı olacağını qeyd edib:

“Mən də hər bir valideyn kimi narahat oluram. Övladlarımızın tərbiyəsi önəmli olduğu qədər təhsili də önəmlidir. Bu baxımdan forumda sevə-sevə iştirak etdim. Xüsusən də, forumun təşkilatçıları sözün əsl mənasında işini bilən insanlar olduğu üçün böyük məmnuniyyətlə dinləmək istədim. Gözlədiyim kimi də oldu. Çox şeylər öyrəndim”.

Valideyn Afət Şəfiyeva forumda iştirakçı olmaqdan məmnunluğunu qeyd edib. O bildirib ki, forumda öyrəndikləri ona gələcəkdə övladı üçün doğru məktəb seçimi etməkdə kömək edəcək:

“Öncəliklə, bu forumun keçirilməsində başda “Education Management Network” şəbəkəsi olmaqla əməyi olan hər kəsə çox təşəkkür edirik. Özəl və dövlət məktəbləri arasındakı fərqləri görməkdə çətinlik çəkən valideynlər üçün kömək oldu. Əgər bağçanı özəl seçmişiksə, deməli, burada gördüyümüz vacib xüsusiyyətlər var. Bu tədbirdə çox şeylər öyrəndik, inanıram ki, doğru seçim edə biləcəyik”.

Forumun sonunda, Samirə Muxtarova tərəfindən yeni açılacaq liseyin təqdimatı olub. “Xoşbəxt uşaq hər zaman uğur əldə edir”, “Övladınız hər şeyin ən yaxşısına layiqdir” şüarları altında yaradılan liseydə intellektin müxtəlifliyi, “Ehtiyaclar piramidası”-nın necə tətbiq olunacağı və işçi seçimi barədə valideynlərə ətraflı məlumat verilib. Şagirdlərə fərdi inkişaf planı əsasında yanaşılacağı qeyd edilən lisey haqqında iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

İkiyaşlı uşaq əkiz qardaşını xilas etdi – Video

ABŞ-ın Yuta ştatında evlərdən birində quraşdırılmış kamera ikiyaşlı uşağın əkiz qardaşı tərəfindən xilas olunması səhnəsini lentə alıb.

Uşaqlar otaqda oynayarkən təsadüfən küncdə duran kamodu aşırıblar. Bu zaman uşaqlardan biri kamodun altında qalıb. Valideynləri otaqda olmadığından uşağa kömək edən olmayıb. Bu an 2 yaşlı uşağın köməyinə əkiz qardaşı yetişir: o, özünü itirməyərək, əvvəlcə kamodu müxtəlif hissələrindən qaldırmağa çalışır, lakin bunu etməyə gücü çatmır. Daha sonra kamodu itələyərək, onu  kənara çəkməyə və beləliklə qardaşını xilas etməyə müvəffəq olur.

Valideynləri əvvəlcə bu videonu paylaşmaqda tərəddüd edib. Lakin, daha sonra digər valideynlərə uşaq otağında mebeli divara bərkitməyin nə dərəcədə vacib olduğunu göstərmək üçün bu görüntünü paylaşıblar.

Video İnternetdə qısa müddətdə çoxlu sayda baxış qazanıb.

Mənbə: aile.lent.az

Uşaqlara tualet vərdişini aşılamağın yolları

usaq_tualetUşaqlarda tualet vərdişi 2 yaşından başlayır. Lakin bir çox valideynlər bu vərdişi uşaqlarına aşılamağa çətinlik çəkir.

Bagcam.az Aile.lent.az-a istinadən uşağa tualet vərdişini qısa müddətdə qazandırmağın yollarını sadalayır.

İlk növbədə səbrli olun. Səbrsiz davransanız, uşağınız tualet vərdişi əsnasında pis və inadçı rəftarlar sərgiləyə bilər.

Yaxşı hazırlaşın. Tualet kağızı və digər təmizləmə vasitələriniz hər zaman yanınızda və hazır olsun. Tualet vərdişi əsnasında ehtiyacınız olacaq bütün vasitələri ətrafınızda saxlamağınız bu prosesin daha tez başa çatmasına kömək olacaq.

Yeni alt paltarı alın. Tualet vərdişi aşılayarkən gözlənilməz zamanda uşağın tualetini etməsi məsələsi ortaya çıxa bilər. Ya da birlikdə çölə çıxdığınız zaman dərhal tualet tapmaya bilərsiniz. Buna görə də uşağa xüsusi, su keçirməyən alt paltarları almanız belə vəziyyətlərdə şalvarını batırmasının qarşısını alar.

Uşağı cəsarətləndirin. Onun bu vərdişdən xoşu gəlməsini təmin edin.

Təcrübə keçin. Tualetə gedərkən sizinlə gəlməsinə icazə verin. Paltarlarınızın islanmaması üçün nə etdiyinizi ona izah edin.

Maye qəbulunu artırın. Tualet vərdişi aşıladığınız günlərdə uşağa meyvə suyu, maye çox içirin. Bu halda onun tualetə getmə fürsəti daha çox olacaq.

Anlayışlı olun. Uşaqlar bir müddət sidik qaçırma kimi kiçik qəzalar edə bilərlər. Daha böyük uşaqlarda da belə olur. Bunu istəmədən baş verən bir qəza olaraq qəbul edin və səbrli olun. Bu vəziyyət haqqında uşaqla sakitcə danışın, səhv bir şey etmiş kimi davranmayın və ya danlamayın.

Nümunə göstərin. Ona böyük xalası, əmisi, dayısı, bibisi, böyük qardaşı və ya bacısının artıq bez istifadə etmədiyindən, alt paltarı geyindiyindən bəhs edin. Daha sonra körpələrdən və geydikləri bezlərdən danışın. Artıq körpə olmadığını, böyüdüyünü izah edin, cəsarətləndirin.