Uşağının yalan danışdığını görən valideynlər təlaşlanmadan uşağını bu vərdişdən xilas edə bilərlər. Bu vəziyyətdə valideynlərin diqqət etməli olduqları ilk məsələ, yalan danışmaq səbəbinin yaxşı formada analiz edilməsidir. Xüsusilə də 3-6 yaş arasındakı uşaqlar, özlərini qoruma və istədiklərini etmək üçün yalan danışırlar. Yalan danışmağın bir digər səbəbi də böyüklərə qarşı duyduqları qorxulardır.
İnkişaf dövründə yalan danışmağı vərdiş halına gətirən uşaqda valideyn təzyiqi sərt yox, yumşaq olmalıdır. Qoyulan qaydaların dərəcəsi isə nə uşağı ərköyün edəcək qədər rahat, nə də yalan danışmağa təşviq edəcək qədər sərt olmalıdır.
Ümumiyyətlə, uşaqları üçün ayna olan valideynlər, əvvəlcə özləri qətiyyətli olmalı və doğru davranmalıdırlar.
Mənbə: qadin.net