Vannada körpənin təhlükəsizliyi necə təmin olunur?

Körpələriniz vannada  suyla oynamağı sevir və çox əylənirlər. Lakin vannada körpənizin təhlükəsizliyi üçün mütləq bilməyiniz lazım olan qaydalar var. Ən vacib qayda isə nə olursa olsun körpənizi vannada yalnız buraxmamaqdır. Körpənizi çimizdirmədən əvvəl bütün vəsaitləri əlinizin altında saxlayın. Uyğun su istiliyində üşütmədən onu yuyundurmalı və qurulamalısınız. Körpə vannası haqqında anaları ən çox narahat edən sualların cavabları bunlardır.

Körpəmin vanna suyunun istiliyi necə olmalıdır?

Suyun istiliyini termometr ilə ölçə bilərsiniz. Bəzi duş termometrləri eyni zamanda uşağınız üçün əyləncəli bir oyuncaq ola bilir. Bir çox termometr ideal bədən istiliyi olan 37-38 dərəcə arasını göstərir. Su istiliyini ölçə bilməyin bir digər asan yolu da dirsəyinizi suya salmaqdır. Əlinizi suya salaraq doğru şəkildə suyun istiliyini anlaya bilməzsiniz.

Vannadakı suyun dərinliyi necə olmalıdır?

Yeni doğulmuş və altı aylıq körpələr üçün 13 sm dərinlik idealdır. Yəni körpəniz ləyənində oturduğunda dizlərini bağlayacaq qədər su kafidir. Körpəniz oturaq vəziyyətdə su bel boyunu əsla keçməməlidir. Diqqət yetirməniz lazım olan əhəmiyyətli nöqtələrdən biri də su axmağa davam edərkən  körpəni ləyənə oturtmamaqdır. Su birdən yüksələ və təhlükə yarada bilər.

Körpəmi ləyəndə necə oturtmalıyam?

Körpənizi yavaşca ləyənə yaxınlaşdırarkən bir əlinizlə altdan poposunu tutun. Digər qolunuzla da baş arxasından dəstək verin. Körpəniz ləyənə rahat bir şəkildə yerləşdikdən sonra üzərinə bir az su tökə bilərsiniz. Körpəniz hələ öz-özünə oturmursa, bir duş zənbili, otura bilirsə, bir duş oturacağı istifadə edə bilərsiniz.

Ən əhəmiyyətlisi oturmağa başlamış olsa belə körpənizi əsla vannada yalnız buraxmayın. Körpələr 3 sm-dən az suda belə boğula bilərlər. Sürüşməsi və başının suya girməsi saniyələr içində ola bilər. Körpələr belə bir vəziyyətdə çırpına və səs çıxara bilməzlər. Körpənizə böyüməyə başladığı zaman vannada necə oturması və dayanması lazım olduğunu öyrədin. Yuyunma prosesi bitər-bitməz ləyəni boşaltmaq da digər işiniz olmalıdır.

Körpəmi neçə vaxtdan bir çimizdirməliyəm?

Bu özünüzün biləcəyi bir işdir. Hamam zamanı həm siz, həm də körpəniz üçün əyləncəli ola bilər. Əgər körpənizi hər gün yumaq istəmirsinizsə, ilk aylarda həftədə iki və ya üç dəfə yumağınız məsləhətdir. Körpəniz bir neçə aylıq olduqdan sonra yatmazdan əvvəl rahatlanması üçün onu çimizdirə bilərsiniz. Saçını hər gün yumağınıza ehtiyac yoxdur, çünki saçı çox az yağlanır və həftədə 1-2 dəfə yumaq kifayətdir. Körpənizin cildinə uyğun təbii məhsullar seçməniz və dərisini nəmləndirməniz də əhəmiyyətlidir.

Körpəmlə birlikdə yuyuna bilərəmmi?

Körpəniz 2 aylıq olduqdan sonra və vannada  onu möhkəmcə tuta biləcəyinizdən əminsinizsə, birlikdə yuyuna bilərsiniz. Körpənizi vannadan çıxararkən, onu dəsmala dolaması üçün birinin sizə kömək etməsi çox vacibdir. Əvvəl özünüz yuyunun, sonra da körpənizi yuyun.

Mənbə: qadin.net