Körpələrlə necə vaxt keçirməli?

Smiling-BabyBagcam.az körpələrinizlə daha yaxşı və faydalı vaxt keçirmək üçün sizə bir neçə məsləhət verir:

  • Körpənizlə bol sözlü cümlələr quraraq danışın.

Beləliklə, körpənizin dil inkişafına köməklik etmiş olursunuz.

  • Körpəniz ilə “uşaqca” əlaqə qurun.

Körpəniz ilə 5-ci aydan sonra onun çıxartdığı səslərlə əlaqə qurmağa çalışmağınız onu həvəsləndirəcək və sizdən eşitdiyi səsləri təqlid etməsini təmin edəcək.

  • Körpənizlə birgə kitab  və mahnı oxuyun.

Körpələr üçün rəqəmli, şəkilli kitablar çox maraqlı olur. Məsələn, heyvan kitablarına baxdıqdan sonra uşağa oyuncaq heyvanlar ala bilərsiniz. Kitabda gördüyü heyvanları göstərərək bir-birindən fərqləndirməyi öyrənir

  • Ona təcrübə zənginliyi təqdim edin.

Körpənizin doğumundan etibarən beynində istifadə edə biləcəyindən qat-qat çox sinir hüceyrəsi (neyron) mövcuddur. Bu səbəblə körpələr böyüklərdən daha tez qavrayır və öyrənirlər. Məsələn, iki qaşıql taxta üzərində üçün ritm tutmaq, onun üçün yeni bir təcrübə olacaq.

Bundan əlavə, birlikdə şirniyyat hazırlamaq, şəkil çəkmək, oyun xəmirlərlə oynamaq həm çox əyləncəli olacaq, həm də körpəniz çox şey öyrənəcək.

Mənbə: qadin.net