
“Bağçamın Sehrli Çamadanı” öz ən gözəl səhifəsini tamamladı…
200 məzunumuz bağçada qazandıqları dostluqları, öyrəndikləri bilikləri, ilk uğurlarını və ən dəyərli xatirələrini ürəklərində daşıyaraq yeni bir həyata doğru ilk addımlarını atdılar.
Bu gün sevincin, qürurun və kövrək duyğuların bir araya gəldiyi unudulmaz bir gün oldu. Balacalarımız səhnədə öz çıxışları ilə valideynlərinə, müəllimlərinə və onları sevən hər kəsə qürur və sevinc dolu anlar yaşatdılar.
Əziz məzunlarımız, yolunuz daim uğurlu, addımlarınız inamlı olsun! Sizə məktəb həyatınızda yeni nailiyyətlər, gözəl dostluqlar və böyük uğurlar arzulayırıq.
Sevgi ilə,
“Bağçam”Uşaq Bağçaları Şəbəkəsi






