Uşaqlara özbaşına oynamaqlarına icazə verin

Oyun uşaqlar üçün çox şey ifadə edir. Bəzən öyrənmək üçün vasitə olan oyun, bəzən də sosiallaşma, bəzən də müalicə vasitəsi olur. Qısaca, oyun uşaqların inkişafı baxımından çox şey ifadə edir.

Uşaqlar bəzən özbaşlarına oyun qurub özləri ilə oyun oynayırlar. Bunu görən valideynlər uşaqlarının tək oynadığına kədərləndiyi üçün oyuna qoşulur və müdaxilə edirlər. Çox yanlış olan bu hal uşağın bütün planlarını pozur, oyunun gedişatını və təbii olaraq uşağın inkişafına təsir edir. Unutmayın ki, əgər uşağınız sizinlə oyun oynamaq istəyirsə, mütləq sizə deyəcək, əgər tək oynayırsa, bilin ki, o, oyunu yalnız oynamaq istəyir.

Uşaqlar tək oyun oynayarkən valideynlər bu hallara diqqət etməlidir.

  • Ən önəmlisi uşaqların oyunları qətiyyən bölünməməli və müdaxilə edilməməlidir. Uşaqlar izlənirlərsə, bu, onlara hiss edilməməlidir. İzlənildiyini hiss edən uşaqlar utanar və oyunlarını poza bilər.
  • Uşaqlar özbaşlarına oynayarkən üz ifadələrinə diqqət edilməli, xoşbəxt yoxsa kədərli olduğu izlənilməlidir. Yalnız oynayarkən kədərli olan uşaqlar dostluq etməkdə çətinlik çəkən uşaqlardır.
  • Oyunlarda uşaqlara mümkün qədər dəstək verilməməlidir. Nəzərə alınmalıdır ki, uşaqlar öz xəyal dünyalarına uyğun oyunu istiqamətləndirir.
  • Uşaqlara özbaşına oynaya biləcəyi öyrədici oyuncaqlar alınmalıdır.

Mənbə: okuloncesi.net