Addım-addım tualet təlimi

Uşaq iməkləməyi, ayaqda durmağı, yeriməyi necə öyrəndisə, tualet vərdişini də əlbəttə öyrənəcək. Bəs tualet təlimində nələrə diqqət edilməlidir? Uşaqlara tualet vərdişləri necə aşılana bilər? Bütün bu sualları detallı cavablandıran, Uşaq Sağlamlıq Mütəxəssisi Dr.Özlem Gürcü uşaqların tualet təlimi haqqında çox faydalı məsləhətlər verdi.

Uşaqlara tualet təlimi hansı yaşdan etibarən öyrədilməlidir?

Uşaqların idrar torbasının inkişafı 15-18 aylarda başlayır. Uşaqlar çişlərini gecələr daha az etdiyi halda, gündüzlər bu aralıq təxmini üç saatdan birdir. Bu müddət 15 aylıqdan 3 yaşına qədər dəyişə bilər. Tualet təlimi üçün ideal yaş aralığı 2-2,5 yaş arasıdır. Lakin bu, uşaqdan-uşağa görə dəyişə bilər və təlimin müddəti 3-6 ay çəkə bilər.

Uşaqlara tualet təlimi necə verilir?

  • Təlim boyunca istifadə edəcəyi əşyalar ilə tanış edin. Tualet, sifon, çiş kimi terminləri öyrədin.
  • Tualetə girmək, soyunmaq, tualetini etmək və təmizlənmək sırası haqqında fikrə sahib olmasına kömək edin.
  • Uşağınla birlikdə oyuncaqlarını tualetə apararaq onda tualet haqqında fikir yarada bilərsiniz.
  • Tualetə getdiyin zaman uşağınızı da özünüzlə aparın. Başlanğıcda paltarlı halda bir müddət güvəncdə otursun. Bir müddət sonra bunun rituala çevrilməsinə dəstək olun.
  • Uşaq bir müddət  güvəncdə oturmağa başlayanda ona artıq çişini güvəncə edə biləcəyini deyin.
  • Uşaq bezini çıxarın və bir daha taxmayın. Unutmayın ki, ən böyük səhvlərdən biri tualet təliminə başlayandan sonra, ya gecələri, ya da bir yerlərə gedərkən uşaq bezlərindən təkrar istifadə edilməsidir.
  • Güvənc daim yaxınlıqda, uşağın görə biləcəyi bir yerdə olmalıdır.
  • Tualet təlimi üçün ən yaxşı dövr yaz-yay aylarırıdr.

Mənbə: anneysen.com