Uşağınızın əlindən istəmədiyiniz əşyaları necə ala bilərsiniz?

Uşaqlar inadkarlıqları ilə məşhurdur. Onların əlindən bir şeyləri almaq da çox çətindir. Almaq istədiyiniz zaman da qiyamət qopar və ağlamağa başlayarlar. Amma onun əlindəki şeyi almağımız vacibdir. Məhz sizi bu çətin vəziyyətdən xilas edəcək, uşağınızı incitmədən onun əlindəki təhlükəli hər hansı bir şeyi almağınıza kömək edəcək bir neçə məsləhət:

  • Ən təsirli üsul uşağın əlindəki əşyanı təhlükəsiz bir şeylə dəyişdirməkdir. Bu vəziyyətdə iki tərəf də incinməyəcək. Buna uşağın əlindəki şüşə stəkana qarşılıq olaraq ona plastik stəkan verilməsini misal göstərmək olar.
  • Yaddan çıxartmaq taktikası. Uşağınızın diqqətini dağıdaraq başqa bir nöqtəyə yönəldin, əlindəkini unutsun, sonra uyğun bir fürsətdə əlindən alın. Məsələn, pəncərəyə yaxınlaşdıraraq həyətdəki pişiyi, ağaca qonan quşu və s. göstərə bilərsiniz.
  • Uşağınızdan əllərini istifadə edərək bir şeylər etməsini istəyin. Əlində sizin telefonunuzla oynayan bir uşaqdan divandakı yastığı sizə gətirməsini istəsəniz, əllərini istifadə edərək bunu etməsi lazım olduğundan telefonu yerə qoyacaqdır.
  • Oyun oynatmaq. Uşağın əlində bir şey varsa, gəl top oynayaq deyib ona top atdığınızda əlindəkini buraxıb topu tutacaq.
  • Çox sevdiyi şeylərə yönləndirmək. Uşağınızı ağlatmadan əlindəki hər hansı bir şeyi almaq istədikdə ona şəkil çəkməyi təklif edə bilərsiniz. Hansı ki şəkil çəkmək bütün uşaqların ortaq sevdiyi məşğuliyyətdir.

Mənbə: okuloncesihersey.net