Uşaq ayaqqabısı seçərkən diqqətli olun

usaq_ayaqqabiUşağın normal inkişafı üçün rahat və yumşaq ayaqqabıya üstünlük verilməlidir.

Tərləməyə qarşı ayaqqabının  iç hissəsi xüsusi materialdan hazırlanmalı, eyni zamanda ayağı soyuqdan müdafiə etməlidir. Ayaqqabı uşağın ayağına uyğun, yəni nə böyük, nə də balaca olmalıdır. Uc qismində bir az boşluq qalmalı və ayağın inkişafına mənfi təsir etməməlidir. Ayaqqabının arxa hissəsi yaxşı oturmalı, yeriyən zaman topuğun sürüşərək  çölə çıxmasına mane olmalıdır. Uşaq ayaqqabılarının dabanı ayağı yaralanmalardan qoruya bilməlidir.

Körpələrə isə ayaqqabı geyindirməyin faydası yoxdur. Ayağı isti tutmaq üçün corabdan istifadə etmək kifayətdir. Təzə yeriyən uşaqlara ağır  ayaqqabılar almaq olmaz. Çünki bu cür ayaqqabılar uşağın yıxılmasına səbəb olur.

Bu xüsusiyyətlərə uyğun ayaqqabı heç vaxt əyriliklərə və ya yaralanmalara səbəb olmur.