Hər dəcəl uşaq hiperaktiv uşaq deyil

hiperaktivNormalda dəcəl, bir yerdə durmayan uşaqlara hiperaktiv uşaqlar deyirlər. Bəs, hər hərəkətli uşağa hiperaktiv demək düzgündürmü?

Hər hərəkətli uşaq hiperaktiv deyildir.

Mütəxəssislərin fikrinə görə dəcəl, hərəkətli olan hər uşağa hiperaktiv demək düzgün deyil. Hiperaktivliyə “Diqqət Əskikliyi/Hiperaktiv Pozuntu” deyirlər və bu, əslində, xəstəlikdir. Hər uşağa eyni cür rəftar etmək olmaz.

Hiperaktiv davranışlar çox olmalıdır.

Diqqət Əskikliyi/Hiperaktiv Pozuntusu olan uşaqlar davranışlarına nəzarət edə bilmirlər və çox hərəkətli olurlar. Bu diaqnozun qoyulması üçün uşaqlarda hiperaktiv davranışlar tez-tez baş verməlidir. Bu aktivlik uşağın və ətrafındakıların həyatını çətinləşdirəcək dərəcədə olmalıdır.

Nə etməli?

Diqqət Əskikliyi/Hiperaktiv Pozuntusu olan uşaqların zamanla öz-özünə düzələcəyini gözləmək olmaz. Belə bir vəziyyət aşkarlanarsa uşaq psixoloquna müraciət etmək, zaman itirmədən müalicəyə başlamaq lazımdır. Müalicə olunmazsa uşaq böyüdükcə davranışında səhvlər artar, təhsil sahəsində uğursuz olar.

Valideyn və müəllimlər birgə çalışmalıdırlar.

Belə uşaqların valideyni ilə müəllimləri birgə işləməli, məktəb və evdəki davranış qaydaları dəqiq öyrədilməlidır. Uşaqlar düzgün olan davranışlarına görə isə təbrik edilməlidirlər.

Diqqət Əskikliyi/Hiperaktiv Pozuntusu olan uşaqlarla mübahisə etmək olmaz.

Diqqət Əskikliyi/Hiperaktiv Pozuntusu olan uşaqlara qarşı şiddət göstəmək olaz. Valideynlər uşaqlarının istəklərinə mümkün olduğu qədər az etiraz etməli, onlarla mübahisə etməməlidirlər. Əgər, valideyn uşağın bir istəyinə yox deyirsə, sonda geri addım atmamalıdır. Əlavə olaraq Diqqət Əskikliyi/Hiperaktiv Pozuntusu olan uşaqlar mütləq idmanla məşğul olmalıdırlar.