Uşaqlarınızı başqa uşaqlarla müqayisə etməyin

Uşaqlarını müqayisə etmək analar tərəfindən üstünlük təşkil etsə də atalar da, həmçinin içdən-içə uşaqlarını digər yaşıdları ilə müqayisə edirlər.

Hər uşaq digərinin eynisi deyil və heç birinin zəkası, fiziki xüsusiyyətləri, inkişaf dərəcəsi, bacarıqları bir-birinə bənzəmir. Bu qədər fərqli xüsusiyyətlərdə olan uşaqları müqayisə etmək də yanlış hərəkətdir.

İki növ müqayisə etmək var. Birincisi ana-ataların məsum olduğunu düşündüyü müqayisə, hansı ki valideynlər bunun uşaqlara zərər vermədiyini düşünsələr belə dolayı olaraq zərəri vardır. Məsələn, bir yaxınınızın uşağı ilə sizin uşağınız eyni gündə doğulub. Hər iki uşaq 3 yaşlarına gəldikdə sizin uşağınız 2 kilo daha zəifdir və siz iki uşağı müqayisə edirsiniz. Bu ilk baxışda saf görünə bilər, lakin sizin şüur altınızda uşağınız zəif olaraq kodlanır. Uşağınıza zorla yemək yedizdirməyə çalışırsınız, yemək istəmədikdə isə qışqırırsınız və normal zamanlarda icazə verdiyiniz bir çox şeyi yemək yemədiyi üçün qadağa edərək onu cəzalandırırsınız. Sizcə bu hal nə dərəcədə məsum sayıla bilər?

İkinci növ müqayisə uşağa birbaşa söylənəndir. Hansı ki bu, çox təhlükəlidir. O səndən çox yemək yeyir, o balıq yediyi üçün səndən daha ağıllıdır, o otağını yığışdırır, amma sən tənbəlsən və s. kimi nümunələri uşağınıza birbaşa dəyərək onda suçluluq duyğusu yaradır və onu əzirsiniz. Neqativ olaraq müqayisə edilən uşaq özünü daha da geri çəkər və bacardığı şeyi belə etməz. Əvvəlcə ən sevdiyi dostu ilə onu müqayisə etməyiniz onda həmin dostuna qarşı nifrət hissi yaradar. Bu cür hallara məruz qalan uşaqlarda özgüvən əskikliyi, depressiya, içə qapanıqlıq kimi xüsusiyyətlər meydana gəlir. Uşağınızın daha yaxşı olacağını düşünərək etdiyiniz bir çox hərəkət əslində onun şəxsiyyətini zədələyə və uşağınızı inkişafdan geri sala bilər.

Mənbə: okuloncesihersey.net