Üç dildə tədris keçən bağça fəaliyyətə başlayıb

25 Avqust tarixində uşaqları xoşbəxt və fərdi hiss etdirən məkan – “İndigo” uşaq bağçasının Qara Qarayev metrostansiyası yaxınlığındakı filialının açılışı keçirilib.

Açılış mərasimində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakıda uşaq bağçası problemini həll etmək məqsədilə yeni tikilən binaların birinci mərtəbəsində uşaq bağçalarının nəzərdə tutulması tapşırığını verdiyini vurğulayıb. Arif bəy bu təşəbbüsə qoşulan Bağçam uşaq bağçaları şəbəkəsinin işini yüksək qiymətləndirdiyini vurğulayaraq bağçaların təlim və tərbiyədə əvəzsiz rolundan danışıb.

120 Uşaq üçün nəzərdə tutulan “İndigo” uşaq bağçasının ərazisi 1000 kv metri əhatə edir. Burada uşaqlar həftənin 6 günü saat 08:00-dan  20:00-dək yaşına uyğun olaraq inkişafetdirici məşğələlərə cəlb olunur. Belə ki, tədris proqramında 14 standart bağça məşğələsi və 8 əlavə dərnək var.

“İndigo” uşaq bağçası “Bağçam” uşaq bağçaları şəbəkəsinə daxildir. Şəbəkənin direktoru Vəfa Şirinova yeni filialın hədəfindən danışır. O bildirir ki, hər bağçada olduğu kimi burada da əsas məqsədləri vətənə, cəmiyyətə faydalı, savadlı övladlar böyütməkdir:

 “Bizim şəbəkəmizin devizi budur ki, analar qədər olmasaq da, biz də övladlarınız üçün hər şeyin ən yaxşısına çalışırıq. Həm qidalanmasında, həm onların fiziki sağlamlığında, həm onların sosial-emosional inkişafında, həm ilkin dostluqlarında, özlərinə qulluq bacarıqlarında, özlərinin şəxsiyyət kimi formalaşmağında əlimizdən gələn hər şeyi edirik”.

“İndigo” uşaq bağçasını digər bağçalardan fərqləndirən əsas cəhətlər –  Fərdi İnkişaf Planı əsasında uşaqlara yanaşmanın tətbiqi, rüblük uşaq inkişafı qiymətləndirilməsi, həftəlik tədris və fəaliyyət hesabatının hazırlanmasıdır.  Tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.

Bütün bu meyarları nəzərə alaraq Aytacın valideyni Gülanə Hüseynova bağçanı çox bəyəndiklərini deyir:

“Əlbəttə ki, estetik görünüşə önəm verməməliyik biz valideynlər. Eyni zamanda bağçada olan sevgi və qayğının bizim uşaqlara hansı formada, hansı tərzdə ötürüldüyünə çox önəm verməliyik və mən bu meyarı əsas tutaraq öz övladlarımı düşünmədən bu şəbəkənin müəllim heyətinə sevə-sevə təqdim edirəm. Bilirəm, özləri də əbəkədə vurğulayıblar ki, biz ana olmasaq da, çalışırıq ki, ana qədər uşaqlara baxaq. Mən artıq ikinci uşağımı həvalə edirəm buraya”.

Dəniz və Çinarənin babası Rasim Verdiyev isə “İndigo” uşaq bağçasında yaradılan şəraitin ürəklərincə olduğunu bildirir. Əlavə edir ki, məhz buna görə rahatlıqla balacaları bağçaya əmanət edə bilir:

“Bağçada birlik var, uşaqları tərbiyə edirlər. Bütün dərsləri keçirlər. Bizə xoş olur. Nəvələri görürük ki, düz yolla, pillə-pillə qaldırırlar”.

Bağçada qidalanma gündə 5 dəfə təşkil edilir. İşçi heyəti isə 30 nəfərdən ibarətdir.

“Bağçam” uşaq bağçaları şəbəkəsinin təlim-tərbiyə bölməsinin rəhbəri Xalidə Rzayeva daim şəbəkənin kollektivinin peşəkarlığına önəm verdiklərini bildirir:

“Biz “Bağçam” uşaq bağçaları şəbəkəsi olaraq qarşıdmızda tutduğumuz əsas vəzifə bu sahədə çalışan insanların daim peşəkarlıq səviyyələrini artırmaq və bütün uşaqlarla təmasda olan hər bir kəsin yeni metod, üsul və yanaşmalarla daim təkmilləşdirməkdir. Buna xidmət edən, şəbəkəmizə aid olan təlim kurslarımız var. İl ərzində ir neçə dəfə müəllim, kadr hazırlığına xidmət göstərir.  Bu baxımdan peşəkar komanda ilə artıq təlimi uşaqların meyl və maraqlarına uyğun təşkil edirik ”.

Qeyd edək ki, “İndigo” uşaq bağçası Şirin Mirzəyev 52 ünvanında yerləşir. Daha ətraflı məlumat üçün 055 218 55 63; 070 264 50 12 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

[maxgallery id=”6191″]