Özünəinamlı uşaqları belə böyüdün

ozguvenÖzünəinamlı uşaq böyütmək valideyinlərin ən önəmli hədəflərindən biridir. Uşaqlar saflığın və sevginin rəsmidir. Onlar həmişə özlərinə hörmət edirlər və sizə qarşılıqsız sevgi verirlər. Uşaqlar nə zaman böyüyürlərsə, elə o vaxt da özlərinə hörmət etməyə başlayırlar. Övladınızın özünə hörmətinin çoxu sizdən irəli gəlir. Siz uşağın özünün görüntüsünü gördüyü bir aynasınız. Onu erkən yaşlarda doğru şəkildə böyütsəniz, ətrafdan da rəğbət görmüş olarsınız.

“Uşağınıza verəcəyiniz ən yaxşı hədiyyə, qərəzli  olmamağı izah etməyinizdir”

Bir uşaq həmişə sevgi və diqqətlə böyüdülməlidir. Hazırda öyrəndiklərini yetişkin olduğunda davranışlarına yansıdacaq. Mənfi hərəkətlər uşağı səhv davranışlara doğru apara bilər. Bu uşaqlar adətən depressiyaya meyilli olurlar. Özünəhörmət hər şeyin kökü və qaynağıdır.

Özünəhörmət bir insanın necə sosyallaşdığını, davrandığını, çətinliklərlə necə mübariə apardığını, bir işin öhdəsindən necə gəldiyini, evlilikdəki münasibətini və s. açıqlayır. Bu məqalədə özünəinamı yüksək olan uşaq böyütməyin yollarını oxuyacaqsınız.

Özünəhörmət və imic kəlmələri özünüzə necə dəyər verdiyiniz və necə baxdığınız mənasına gəlir. Bəzi insanlar hər vəziyyətdə həmişə qazanan şəxs olanda, digərləri isə həmişə itirən olurlar. Bu fərqlilik insanların özlərinə olan güvənlərinin səviyyələriylə açıqlanır.

İntizamlı və özünə güvənən uşaq böyütməyin yolları:

Uşağınızla güvənilir emosional bağ yaradın

Hər uşağın ən az bir valideyniylə inamlı bağ və ya münasibət qurmağa ehtiyacı var. Bu güvən erkən  yaşlarda uşağı tam anlamıyla sevərək və onun emosional, zehni və fiziki – bütün ehtiyaclarını qarşılayaraq təmin edilir. Valideyn olaraq uşağınızın əsəblərinə, xarakterinə dözmək məcburiyyətindəsiniz. Bu onun yanlış davranışlarını qəbul edib, heç bir şey etməyəcəyiniz mənasına gəlmir. Yenə də mənfi hərəkətlərinə qarşı qabaqcadan hökümlü olmayın, onları davranış problemləri olaraq görün.

Empatiya ilə birlikdə intizamlı olmağı da formalaşdırın

Uşağınızın istəklərinə, onun hər hansı xasiyyətinə cavab verməyib, onu görməzlikdən gəlsəniz, inamsız bir uşaq yetişdirmə ehtimalınız artacaqdır. Uşağınızla münasibətiniz yaxşıdırsa, ona daha çox təsir edər və emosional olaraq daha dərin şəkildə bir-birinizə bağlanarsınız. Bu sevgi və şəfqətlə öyrədilənləri uşaq maraqla izləyir və öyrənir. Uşağınızın təməl emosional ehtiyaclarını qarşılamasanız, onun üzərindəki təsirinizi və nəzarətinizi itirərsiniz. Uşaqların qaydalara uymasına ciddi nəzarət edən nüfuzlu valideyn adətən xaotik vəziyyətlərlə bacarmayan uşaqlar yetişdirir. Qayda qoyun, amma qaydaları uşağınıza mehribancasına izah edin. Uşağınız qaydalara riayət etməməyə cəhd etsin, amma siz ona əsəbi davranmayın. Qaydalara uymadıqlarında onlara səbirlə davranılırsa, özlərini anlaşılmış və dəstəklənmiş hiss edib rahatlayırlar.

Uşaqları sakitləşdirmək çox önəmlidir

Uşağınızın emosional çöküntüsü olduqda, onu sakitləşdirmək üçün yanında olun. Sizə ən çox ehtiyacı olduğu zaman onu tək buraxmayın. Uşaqlarınız ağladığında ya da kədərli olanda onu dinləyin və narahat olduqlarında daha çox diqqət göstərin.

Qəbul etmək açardır

Böyük bir səhv etsə belə, uşağınızı olduğu kimi qəbul edin. Sizdən anlayış və dəstək gözlədiyi zaman ondan nifrət etməyin. Bir uşaq sadəcə qəbullanıb duyğularını idarə etdiyində qarşındakına yaxşı münasibət göstərir.

Bunlar yaxşı böyüdülən uşaqların zehni və emosonal xarakterini qoruyan bəzi açar nöqtələrdir. Bununla da uşaq güvənli və uyumlu biri olaraq böyüyəcəkdir. Unutmayın, sevgi dağları hərəkət etdirir və əmin olun ki, bunu başqa bir şey edə bilmir.

Mənbə: ustunzekalilar.org