Əgər uşaq təbaşir yeyirsə, nə etməli?

Demək olar ki, bütün valideynlər uşaqlarının ətraf aləmlə tanışlıq dövrünü yaşayırlar. Bu prosesdə uşaq ətraf aləmlə tanış olan zaman nəinki əşyalara toxunur, hətta onları dadmaq istəyir.

Tez-tez olur ki, uşaqlar yeyilməyən əşyaları yeməyə çalışırlar. Bu, o deməkdir ki, uşağın orqanizminin köməyə ehtiyacı var.

  • Təbaşir yemək – Bu, kalsium çatışmazlığından xəbər verir. Uşaqlar şüursuz olaraq bədənlərində yaranan natarazlığı bərpa etmək üçün bu kimi şeyləri yeyirlər. Təəssüf ki, təbaşir insan orqanizmində qismən həll olunur. Belə ki, təbaşirin tez-tez qəbulu mədə-bağırsaq, hətta böyrək xəstəliklərinin inkişafına səbə ola bilər.
  • Qanda hemoqlobinin və qırmızı qan hüceyrələrinin miqdarı azaldıqda anemiya baş verir. Bu hal yemək pozğunluqlarında, mədə xəstəlikləri zamanı, fol turşusu və B12 vitaminin çatışmazlığında yarana bilər.
  • Təbaşir yemək psixoloji olaraq həm də ailədə olan mürəkkəb münasibətlərin təzahürü də ola bilər. Yəni uşaq ailədə özünə qarşı lazımi qədər diqqət görmür.
  • Hormonal disbalans dad seçimini dəyişdirə bilər. Uşaqlarda bu, ləzzət və qoxu qəbulunu dəyişdirən endokrin fonun pozulması ilə bağlıdır.

Valideynlər nə etməlidirlər? Pediatra müraciət etməlidirlər. Poliklinikada qandakı dəmirin, makro və mikroelementlərin analizini aparmaq lazımdır. Əgər həkim zəruri hesab etsə, uşağın hormonal profili təyin edilməlidir. Sonda isə analizin nəticələrinə əsasən dərmanlar təyin oluna bilər, və yaxud da uşağın qidasını tənzimləmək və təyin etmək üçün mütəxəssisə müraciət edə bilərsiniz

Mənbə: mel.fm