Uşaqlara kitab oxumağı sevdirmək üçün 7 qayda

Uşaqların inkişafı üçün onlara gərəkli olacaq kitab oxuma vərdişini necə qazandıra bilərik? Təqdim etdiyimiz bu 7 qayda vasitəsilə övladınıza kitabları sevdirə bilərsiniz.

  1. Uşağınıza hələ ana bətnində olarkən kitab oxumağa başlamalısınız.
  2. Uşağınızla birlikdə kitab mağazalarına getməlisiniz.
  3. Uşağın diqqətini oxumağa yönəltmək üçün tamamilə sakit və rahat mühit yaratmalısınız.
  4. Uşaqlara kitab oxuyarkən obrazların səslərini fərqli səsləndirərək, maraq oyatmalısınız.
  5. Uşağınız eyni kitabı dəfələrlə oxumağınızı istəsə, hər dəfə eyni coşqu ilə oxumalısınız.
  6. Uşağınız sizə kitab oxumaq istəyirsə, səbrlə onu dinləməlisiniz.
  7. Kitabxanaya getməlisiniz və uşağınızın seçim etməyinə icazə verməlisiniz.

Mənbə: qadin.net