Balaca şahmatçılar yarışdılar

Dekabrın 10-da “İnci” uşaq bağçasında “Education Managment Network Şirkətinin kuboku” adlı şahmat turnirinin yekun mərhələsi keçirilib. 7 oyundan ibarət olan turnirdə “Sehirli Dayə”, “İnci”, “Baby Star” və “Dəniz” uşaq bağçalarından 48 uşaq iştirak edib. 4-6 yaşlı uşaqlar arasında keçirilən yarışın yekun mərhələsindən sonra valideynlərin iştirakı ilə mükafatlandırma mərasimi baş tutub.

Tədbir “Dəniz” uşaq bağçasının direktoru Samirə Muxtarovanın çıxışı ilə başlayıb Valideynlərə təşəkkürünü bildirən Samirə xanım uşaqların qalib və ya məğlub olmağının deyil, iştirakının vacibliyini qeyd edib.

hazir2

Daha sonra şahmat müəlliməsi Nigar Hüseynova yarış haqqında məlumat verib. Onun sözlərinə görə, İsveçrə sisteminə əsasən aparılan yarışmanın əsas məqsədi uşaqlara qalibiyyət və məğlubiyyət hisslərini yaşatmaqdır.

Nigar xanım bütün uşaqlara sertifikat təqdim edib. Birinci, ikinci və üçüncü yerləri tutan uşaqlardan əlavə 12 uşaq “Ən kiçik şahmatçı”, “Ən fəal şahmatçı” kimi müxtəlif nominasiyada mükafatlandırılıb.

Sonda bağçaların göstərdiyi nəticələrə əsasən menecerlərə də mükafatlar təqdim edilib. Ən yaxşı nəticə göstərən “Baby Star” uşaq bağçası olub.