Məktəbəqədər uşaqlar üçün “Şahmat” kitabı təqdim edilib

Dekabr ayının 7-də “Baby Star” uşaq bağçasında yeni başlayanlar üçün tədris vəsaiti – Şahmat kitabının təqdimatı keçirilib. Kitabın tərtibçisi “Baby Star”, “İndigo” Nərimanov bağçalarının şahmat müəlliməsi Nigar Hüseynovadır.

3-5 yaşlı uşaqlar üçün nəzərdə tutulan kitab iki dildə – Rus və Azərbaycan dillərində çap edilib. Kitabda uşaqlara şahmat haqqında ümumi məlumat verilib. Uşağa daha maraqlı olması üçün rəngləmələrdən və şahmatla əlaqəli bir çox məntiqi oyunlardan da istifadə olunub.

Təqdimat mərasimi Nigar Hüseynovanın şahmat fəaliyyətini əks etdirən video çarxın nümayişi ilə başladı. Tədbir uşaqlarının hazırladığı kiçik səhnəcik və şeirlərlə davam etdirildi.

Daha sonra Şahmat kitabının ideya müəllifi uşaq bağçasının direktoru Samirə Muxtarova çıxış edib, müəllifə gələcək fəaliyyətində uğurlar arzuladı.

Təqdimat mərasimində iştirak edən digər qonaqlar da Nigar xanımı təbrik edib, kitab haqqında fikirlərini bildirdilər.

hazir-foto

Rəsmi hissə bitdikdən sonra tort kəsildi.

Sonda isə Nigar xanım təəssuratlarını bizimlə bölüşdü:

“Əslində belə gözləmirdim. Doğrudan da çox böyük təəssuratarım oldu, çünki hamı ürəyində olan sözləri söylədi. Çox xoşbəxətəm ki, bu bağçalarda işləyirəm”.

Qeyd edək ki, Şahmat kitabını “Baby Star”, “İndigo” Nərimanov bağçalarında və 2 nömrəli Uşaq və Gənclər üzrə şahmat məktəbindən əldə etmək mümkündür.