“Baby Star” uşaq bağçasında keçirilmiş qiymətləndirmə nəticələri

bagcaUşaq inkişafının qiymətləndirilməsi hər bir təhsil müəssisəsinin, xüsusən də məktəbəqədər təhsil müəssisələrinin əsas fəaliyyət istiqamətlərindən biridir. Bu fəaliyyət müəssisənin keyfiyyət və inkişafının dəyərləndirilməsi və gələcək planların istiqamətlərini müəyyən etməsinə imkan yaradır. Bu qiymətləndirmə müəllimlərin, pedaqoji heyətin səriştəsinin müəyyən olunmasında vacib kompanentlərdən biridir.

Bunları nəzərə alaraq, Education Management Network  İndigo” Nərimanov Uşaq Bağçası, “Baby Star” Uşaq Bağçasında 3 – 6 yaş arası uşaqların qiymətləndirilməsini həyata keçirmişdir.

Qiymətləndirmənin hazırlanması zamanı uşaqların yaş qruplarına uyğun inkişaf standartları və meyarlar müəyyən olunmuşdur. Bu inkişaf standartları və meyarlar Azərbaycan, Türkiyə, Rusiya və digər qərb ölkələrinin uşaq inkişaf standartları əsasında formalaşdırılmışdır və aşağıda göstərilən 5 istiqamətdə üzrə qruplaşdırılmışdır.

Uşaqların psixomotor (fiziki,sağlamlıq,təhlükəsizlik) inkişafı
Uşaqların mədəni-estetik və yaradıcı inkişafı
Uşaqların nitq inkişafı
Uşaqların idrak (qavrama və ümumi bilik) inkişafı
Uşaqların sosial-emosional inkişafı
Yuxarıda göstərilən hər bir inkişaf standartının özünə məxsus qiymətləndirmə meyarları mövcuddur və bu meyarların hər biri 1 balla qiymətləndirilir. Qiymətləndirmənin nəticəsində müəyyən olunmuş göstəricilər hər rəqəmlə, həm də faiz nisbəti ilə sizlərə təqdim olunur.

Qiymətləndirmənin davamı olaraq “Baby Star” Uşaq Bağçasında həyata keçirilmiş qiymətləndirmə nəticələri cədvəl formasında aşağıda təqdim edilir.

Capture_1-900x422

 

Qiymətləndirmə prosesinə ümumilikdə 54 uşaq cəlb olunmuşdur. Cədvəldə göstərilənlər əsasında qeyd etmək olar ki, 3 – 4 yaş azərbaycan dili bölməsi üzrə uşaqlar psixomotor inkişaf üzrə mümkün 19 baldan orta hesabla 18,17 bal toplayaraq 95,61 %, mədəni – estetik inkişaf üzrə mümkün 9 baldan orta hesabla 7,78 bal toplayaraq 86,40 %, nitq inkişafı üzrə mümkün 17 baldan orta hesabla 15,50 bal toplayaraq 91,18  %, idrak inkişafı üzrə mümkün 9 baldan orta hesabla 8,33  bal toplayaraq 92,59 %, sosial emosional inkişaf üzrə mümkün 11 baldan orta hesabla 10,11 bal toplayaraq 91,92 %, ümumilikdə isə mümkün 65 baldan orta hesabla 59,89 bal toplayaraq 92,14  % standartı icra etmişdir.

Həmçinin 3 – 4 yaş rus dili bölməsi üzrə uşaqlar psixomotor inkişaf üzrə mümkün 19 baldan orta hesabla 17,25 bal toplayaraq 90,79 %, mədəni – estetik inkişaf üzrə mümkün 9 baldan orta hesabla 8,05 bal toplayaraq 89,43 %, nitq inkişafı üzrə mümkün 17 baldan orta hesabla 15,55 bal toplayaraq 91,47 %, idrak inkişafı üzrə mümkün 9 baldan orta hesabla 8,90 bal toplayaraq 98,89 %, sosial emosional inkişaf üzrə mümkün 11 baldan orta hesabla 9,85 bal toplayaraq 89,55 %, ümumilikdə isə mümkün 65 baldan orta hesabla 59,60 bal toplayaraq 91,69  % standartı icra etmişdir.

Qiymətləndirmənin nəticəsinə əsasən,

4 – 5 yaş azərbaycan dili bölməsi üzrə uşaqlar psixomotor inkişaf üzrə mümkün 20 baldan 20,00 bal toplayaraq 100 %, mədəni – estetik inkişaf üzrə mümkün 10 baldan 10 bal toplayaraq 100 %, nitq inkişafı üzrə mümkün 13 baldan 13 bal toplayaraq 100 %, idrak inkişafı üzrə mümkün 20 baldan 20 bal toplayaraq 100 %, sosial emosional inkişaf üzrə mümkün 10 baldan 10 bal toplayaraq 100 %, ümumilikdə isə mümkün 73 baldan 73 bal toplayaraq 100 % standartı icra etmişdir.

4 – 5 yaş rus dili bölməsi üzrə uşaqlar psixomotor inkişaf üzrə mümkün 20 baldan orta hesabla 17,54 bal toplayaraq 87,69 %, mədəni – estetik inkişaf üzrə mümkün 10 baldan orta hesabla 9,23 bal toplayaraq 92,31 %, nitq inkişafı üzrə mümkün 13 baldan orta hesabla 11,54  bal toplayaraq 88,76 %, idrak inkişafı üzrə mümkün 20 baldan orta hesabla 18,96 bal toplayaraq 94,81 %, sosial emosional inkişaf üzrə mümkün 10 baldan orta hesabla 9,85 bal toplayaraq 98,46 %, ümumilikdə isə mümkün 73 baldan orta hesabla 67,12 bal toplayaraq 91,94 % standartı isə icra etmişdir.

Son olaraq isə,

5 – 6 yaş azərbaycan dili bölməsi üzrə uşaqlar psixomotor inkişaf üzrə mümkün 17 baldan orta hesabla 16,80  bal toplayaraq 98,82 %, mədəni – estetik inkişaf üzrə mümkün 12 baldan orta hesabla 11,70 bal toplayaraq 97,48  %, nitq inkişafı üzrə mümkün 16 baldan orta hesabla 16,00 bal toplayaraq 100,00 %, idrak inkişafı üzrə mümkün 11 baldan orta hesabla 10,40 bal toplayaraq 94,55 %, sosial emosional inkişaf üzrə mümkün 12 baldan orta hesabla 11,10 bal toplayaraq 92,50 %, ümumilikdə isə mümkün 68 baldan orta hesabla 66,00  bal toplayaraq 97,06  % standartı icra etmişdir.

5 – 6 yaş rus dili bölməsi üzrə uşaqlar psixomotor inkişaf üzrə mümkün 17 baldan orta hesabla 17,00 bal toplayaraq 100,00 %, mədəni – estetik inkişaf üzrə mümkün 12 baldan orta hesabla 11,00 bal toplayaraq 91,69 %, nitq inkişafı üzrə mümkün 16 baldan orta hesabla 14,13 bal toplayaraq 88,33 %, idrak inkişafı üzrə mümkün 11 baldan orta hesabla 10,77 bal toplayaraq 97,88 %, sosial emosional inkişaf üzrə mümkün 12 baldan orta hesabla 10,40 bal toplayaraq 86,67 %, ümumilikdə isə mümkün 68 baldan orta hesabla 63,30 bal toplayaraq 93,09 % standartı icra etmişdir.

Qiymətləndirmənin nəticəsi olaraq qeyd etmək olar ki, bağçada uşaqların psixomotor (fiziki,sağlamlıq,təhlükəsizlik) inkişafı 95,49 %, mədəni – estetik inkişafı 92,88 %, nitq inkişafı93,29 %, idrak inkişafı (qavrama və ümumi bilik) 96,45 %, sosial – emosional inkişaf 93,18 % təmin olunmuşdur.