Uşaqlar oynayaraq öyrənməlidir

usaqƏvvələr uşaqlar məktəbdə vaxtlarını oyun oyanayaraq keçirirdi. Şəkillər çəkir, beyinlərində yoldaşları ilə birgə öz xəyal dünyalarını yaradırdırdılar. Ancaq get-gedə bu fəaliyyətləri yuxarı siniflərdəki kimi müəllim idarəsində verilən didaktik dərs izahatı əvəzlədi. Bir çox məktəbdə formal təhsil artıq 4- 5 yaşında başlayır.
Və bu gün belə bir düşüncə yayılmağa başlayır: “Erkən yaşlarda öyrənməyə başlamazlarsa, uşaqlar sürətli oxumaq və hesablama kimi vacib bilikləri əldə edə bilməyəcəklər.
Alimlər isə bu cür yanaşmanın müsbət təsir göstərəcəyinə dair əllərində az sübut olduğunu, əksinə bunun tam əks təsir göstərə biləcəyini qeyd edirlər. Emosional və idrak inkişafını potensial olaraq yavaşlatmaq yersiz stressə səbəb olur və uşaqların öyrənmə arzusunu yox edir.
Həmçinin Lesley Universitetinin alimlərindən olan Nancy Carlsson Paige də bu fikri böyük səhv kimi qiymətləndirirlər.
Carlsson Paige davamlı olaraq məktəbləri ziyarət edir və bildirir ki, onun müşahidələrinə əsasən azyaşlı uşaqlar izah olunan dərsi başa düşməkdə çətinlik çəkirlər: “Çox sinifdə, bir neçə dəfə gördüm bunu. Uşaqlardan masaya əyləşməklərini və sadəcə hərfləri yazmaqlarını istəyirik. Onlar isə nə etdiklərini özləri belə bilmir. Həqiqətən də çox təəssüfləndirici mənzərədir”.
Son 10 ildə xüsusilə də Amerikada erkən yaşlarda təhsil sürətli şəkildə yayılmağa başlayıb. “Heç bir uşaq geri qalmasın” və “Zirvəyə Yarış” kimi proqramlar daha çox testə və birbaşa dərs izahatına öz töhfələrini verdi.
Əslində isə didaktik təhsilə doğru istiqamət dəyişdirən bu dəyişiklik iki təzyiq yaradan problemin həllinə doğru cəhddir.
Amerika təhsili bəzi ölkələrin təhsil sistemindən geridədir. Eyni zamanda milyonlarla amerikalı tələbə təhsildə ortalamadan daha aşağı səviyyədə müvəffəqiyyət göstərir.
İlk zamanlarda elmi təhsil müdafiəçiləri formal təhsilə erkən başlamağın bu iki boşluğu doldurmağa köməkçi olacağını söyləyirdi.
Finlandiya və Estoniya da daxil olmaqla, bəzi ölkələr, ibtidai təhsilə 7 yaşından əvvəl başlamır. Hər iki ölkə də riyaziyyat, elm və oxumada Amerikadan daha irəlidədirlər.
Amerikada isə ibtidai məktəbə qəbul yaşının 7-yə qaldırılması mümkün deyil. Bunun səbəbi isə çox sadədir: amerikanlar düşünür ki, belə olduqda uşaq gününün çox hissəsinin TV qarşısında keçirəcək, beləcə o gələcək təhsil müvəfəqiyyətlərindən geri qalacaq.
Ötən 20 il ərzində alimlər uşaqların necə öyrəndiyini anlamaq üçün müxtəlif təcrübələr aparıblar. Kaliforniya Universiteti nevrologiya mütəxəssisi Jay Giedd bütün karyerasını insan beyninin doğumdan yetkinliyə qədər necə inkişaf etdiyin araşdırmağa həsr edib. Giedd,7- 8 yaşından daha kiçik olan uşaqların beyninin didaktik açıqlama yerinə aktiv kəşfə daha uyğun olduğunu söyləyib. Onun sözlərinə görə, həddindən artıq elmi təhsilin yaratdığı digər bir problem də uşaqların kəşf istəyini azaltmasıdır: “Xüsusilə, təhsil almaq, oxumaq məsələsi tələsik olmamalıdır. Oxumaq gəzmək kimi təbii vərdiş halını ala bilməz. Çünki insan yalnız 6000 ildir oxuya bilir. Oxumaq təşviq edilə bilər, amma məcbur edilə bilməz. Lakin təəssüflər olsun ki, bu gün məktəblər də bunu tez-tez edirlər.