Vakansiya – Marketinq Menecer

“Education Management Network” şirkəti Marketinq Menecer vəzifəsi üzrə vakansiya elan edir.

Marketinq Menecerdən Gözləntilərimiz:

  • Marketinq Menecment üzrə savadlı olmaq və nəzəriyyələri bilmək;
  • Müştəri Məmnuniyyəti anlayışını dərk etmək və müştəri yönümlü düşünmək;
  • Araşdırma və yenilikləri öyrənmə üzrə motivasiyalı olmaq;
  • Beynəlxalq və milli səviyyədə uğurlu marketinq nümunələrini bilmək;
  • Marketinq Menecment üzrə Təcrübənin olması vacib deyil.

Marketinq Menecerdən Tələblərimiz:

  • Marketinq üzrə Ali Təhsil;
  • Sərbəst Rus dili Bilgisi;
  • 22 – 25 Yaşlı olması;
  • Subay olması;
  • MS Office və Excel Proqramlarından istifadə bacarığı;
  • Təşkilatçılıq və liderlik bacarıqları;
  • Kollektivdə çalışmaq və yardım etməyə hazır olmaq;
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Məqsədyönlülük və qətiyyətlilik.

Müsabiqədə İştirak üçün: Öz CV-nizi “Marketinq Menecer” başlığı ilə karyera@bagcam.az elektron ünvanına göndərin və ya 055 260 74 71 nömrəsi ilə əlaqə saxlayın.

Müraciət üçün Son Tarix: 15 May 2017.

 

“Kurikulum testi hazırlanarkən uşaqların yaşlarına fikir verilməlidir”

Təhsildə tətbiq olunan Kurikulum sisteminin adı yunan dilindən tərcümədə “yol” deməkdir.  Adından da məlum olduğu kimi bu təhsil metodunda tərbiyəçi müəllim uşağa yol göstərib, istiqamət verir. Müəllim uşaqlara öz dediklərini mənimsətməklə yanaşı, onların bilik və bacarıqlarının üzə çıxmasına kömək edir.

Kurikulum təhsil metodunun Azərbaycan təhsil sistemində tətbiqinə 90-cı illərdən  başlanılıb. Bu  metod “Education Management Network”ə daxil olan “İndigo” Nərimanov uşaq bağçasında da istifadə olunur. Bağçanın tərbiyəçi metodisti Natavan Quliyeva kurikulumun tətbiqi barədə Bagcam.az-a müsahibə verib:

“Uşaqların bağçadan kənarda – evdə, həyətdə – gördükləri, əldə etdiyi bilikləri tərbiyəçi məşğələ zamanı üzə çıxarır. Tərbiyəçi uşaqla bərabər onun biliklərini genişləndirir. Yəni, məşğələ monoloq şəklində keçmir, tədqiqat sualları, müzakirələr aparılır.

“Bilirəm, İstəyirəm bilim, Öyrənirəm” kurrikulumda belə bir bölmə var. Bu, çox gözəl  nəticə verir, çünki artıq tərbiyəçi bilir ki, onun qarşısındakı uşağın potensialı nədir və o potensiala uyğun özü də həmin aspektlərə fikir verməyə çalışır.  Hansı sahələrdə əgər özündə boşluq varsa, o sahələri inkişaf etdirir və bərabər uşaqla yeni biliklər əldə edir. Bu çox maraqlı formada qurulur. Əsas odur ki, tərbiyəçi o kuriukulumu özünə yaxın bilsin, mənimsətsin və nəticədə həqiqətən də təhsilin keyfiyyəti yüksəlir”.

Kurikulum təhsil sisteminə aid olan müasir interaktiv təhsil metodlarından biri fəal təlim metodlarıdır. Buraya didaktik, stolüstü, inkişafetdirici oyunlar aiddir. Bu oyunlar zamanı uşaqlar hərtərəfli inkişaf edir. Tərbiyəçi metodist bildirir ki, fəal təlim metodunun düzgün tətbiqi üçün “İndigo” Nərimanov uşaq bağçasının tərbiyəçi müəllimləri “Master Tərbiyəçi” kursunu keçib və bu ixtisas üzrə təkmilləşiblər:

“Nitqin inkişafı, Riyaziyyat, Ətraf aləmlə tanışlıq, Fiziki inkişaf, Savad təlimi – istənilən məşğələlərdə tərbiyəçi müəllimlər uşaqları qruplara bölüb oradakı üsullardan istifadə edirlər. Məsələn, lap kiçik yaşlı uşaqlarda bu, oyun formasında keçirilir. Oyun dedikdə valideynlər düşünür ki, balacalar hər hansı gəlinciklərlə, maşınlarla oynayırlar, amma əslində elə deyil. Oyun dedikdə biz inkişafetdirici – onların nitqini, əqlini, yaradıcılığını inkişaf etdirən oyunlardan istifadə edirik. Hər bir oyunun öz məqsədi, vəzifəsi, bölmələri var və tərbiyəçi bundan çox gözəl istifadə edir”.

Bağçalarda keçirilən dərslərin daha maraqlı olması üçün video və təqdimatlardan istifadə olunur. “İndigo” Nərimanov uşaq bağçasında məşğələlərin, testlərin təşkili zamanı qeyd olunanlarla  yanaşı, uşaqların yaş xüsiyyətləri də nəzərə alınır:

“Bağçalarda qruplar yaş kateqoriyasına görə bölünür. Hər qrupa görə də testlər hazırlanır. Test hazırlanarkən uşaqların yaşlarına fikir verilməlidir. Uşağın keçdiyi proqramın mövzularına uyğun testlər elə tərtib olunmalıdır ki, uşaqlar özləri ona baxanda anlasınlar. Onların məntiqi təffəkkürü testlərdə öz əksini tapsın.

Tərbiyəçi müəllimlər məşğələ təşkil edərkən mütləq motivasiyaya da fikir verməlidir. Çünki motivasiya qurulduğu zaman məşğələnin keyfiyyəti artır. Motivasiya düzgün qurulmasa, deməli təlimin, təhsilin keyfiyyəti aşağı düşür”.

Qeyd edək ki, fəal təlim metodları “Education Management Network”ə daxil olan “İndigo”, “Peter Pan”, “Baby Star” uşaq bağçalarında da tətbiq  olunur.

“Əylənərək Öyrənirik!”

Oyunlar uşaqların sevimli əyləncəsidir.

Oyunların balacaların sosial emosional, fiziki inkişafında mühüm rolu var. Uşaq bağçasının tərbiyəçi müəllimi  Sevanə Rəfiyeva  “Əylənərək öyrənirik” devizi ilə bağçada oyunlar təşkil edildiyini söyləyir.

“Uşaqlar oyunların sayəsində dostlaşmağı, oyuncaqları paylaşmağı öyrənirlər. Hərəkətli oyunlar isə uşaqların fiziki, zehni inkişafına yaxşı təsir edir. Oyun vaxtı uşaqlar rəngləri, sayları öyrənə bilirlər. Bütün bunlardan əlavə isə oyunların göz yaddaşına böyük əhəmiyyəti var” – deyə tərbiyəçi söyləyir.

“Bağçadakı məşğələlər uşaqlarda estetik zövq formalaşdırır”

Övladının sağlam və təhlükəsiz bağça mühitində böyüməsi hər bir valideynin istəyidir.

“Peter Pan” uşaq bağçasında uşaqların hərtərəfli inkişafı üçün müasir tələblərə cavab verən şərait yaradılıb. Bağça uşaqlara həftənin 6 günü 12 saat xidmət göstərir. Burada  həm balacaların sağlamlığının qorunması, həm onların təhlükəsiz mühitdə böyüməsi, həm də fiziki inkişafını təmin etmək üçün lazımi tədbirlər həyata keçirilir.

Bu tədbirlər haqqında Bagcam.az saytına “Peter Pan” uşaq bağçasının meneceri Xalidə Rzayeva müsahibə verib:

“Uşaqların təhlükəsizliyini təmin etmək üçün istər bağçanın daxilində, istərsə də, həyatyani sahədə müşahidə kameraları quraşdırılıb. Bu da valideynlərə böyük güvən verir.  Daimi onlayn izləmə vasitəsilə, valideynlər uşaqlarının bağçada olduğu müddətdə bütün fəaliyyətləri rahat şəkildə izləyə bilirlər. Bu həmçinin bizim daxili nəzarətə də böyük dəstək verir. Bununla biz həm daxildə baş verən prosesləri izləyir, eləcə də bağçaya daxil olan kənar şəxslərin daxil olmasının qarşısını alırıq”.

Bağçada sanitar-gigiyena qaydalarına uyğun olaraq ayda bir neçə dəfə dezinfeksiya işləri həyata keçirilir. Uşaqların sağlamlığını qorumaq üçün atılan digər addımlardan biri də gündəlik həkim müayinəsi və pediatr nəzarətinin olmasıdır. Bundan əlavə bağça psixoloq və loqoped xidməti ilə də balacaların qayğısına qalır.

“Uşaqların psixi inkişafı psixoloq və loqoped tərəfindən həyata keçirilir. Uşaq inkişafı standartları əsasında psixoloq tərəfindən fərdi inkişaf planına uyğun olaraq rüblük qiymətləndirmə aparılır. Loqoped xidmətinə isə uşaqların nitq qüsurlarının korreksiyası həyata keçirilir”.

Bağça uşaqların sağlam inkişafı üçün onların düzgün qidalanmasına xüsusi diqqət ayırır. Menecer Xalidə  xanım qeyd edir ki, “Peter Pan” uşaq bağasında  ərzaqların keyfiyyətinə  ciddi nəzarət olunur:

“Ərzaqlar həkim nəzarətindən keçdikdən sonra mətbəxə daxil olur. İstər ərzaqların saxlanılması, istərsə də, hazırlanma texnologiyasına daimi həkim tərəfindən ciddi nəzarət olunur. İl ərzində uşaqlara 125 növ qida təqdim edirik. Mövsümə uyğun olaraq menyuya dəyişikliklər edilir. Uşaqlar bağçada gün ərzində beş dəfə qidalanırlar –  səhər yeməyi, nahararası meyvə  saatı, nahar, uşaqlar yuxudan oyandıqdan sonra axşamqabağı yemək və bir də şam yeməyi”.

Uşaqların inkişafının normal, ahəngdar davam etməsi baxımından gün rejimi olduqca önəmlidir. Menecer deyir ki, məhz buna görə də bağçada uşaqların qidalanma zamanı, gəzinti və yuxu vaxtları, məşğələ və fiziki fəaliyyətləri, oyunları, eləcə də ekskursiyaları düzgün təşkil edilməlidir. Onun sözlərinə görə, “Peter Pan” uşaq bağasında  gün rejimi cədvəli hazırlanarkən bunlarla yanaşı uşaqların yaş xüsusiyyətləri və uşaq inkişafı standartları da nəzərə alınır.

“Təlim-tərbiyə prosesində uşaqlarla bir sıra məşğələ fəaliyyəti həyata keçirilir. Bunlar sadə riyazi təsəvvürlərin inkişafı, savad təlimi, nitq inkişafı, bədii ədəbiyyat, təsviri fəaliyyət, fiziki inkişaf və s. kimi məşğələlərdir. Bu məşğələlər vasitəsilə, uşaqların ətraf aləm haqqında  bilikləri, estetik zövqləri formalaşır, bədii yaradıcılıqları önə çıxır. Məşğələ cədvəli tərtib edərkən çox ciddi amillərə nəzarət etmək lazımdır. Burada əsas amil, fiziki fəaliyyətlə zehni fəaliyyətin bir-birini əvəz etməsidir. Ardıcıl olaraq iki  zehni və ya fiziki fəaliyyətlə məşğul olmaq onların intellektual yüklənməsinə gətirib çıxaracaq”.

Uşaqların istər psixoloji, istərsə də, fiziki və intellektual inkişafı baxımından “Peter Pan” uşaq bağçasında bir sıra kurslar və  dərnəklər fəaliyyət göstərir. Bunlara gimnastika, rəqs, musiqi, şahmat, teatr, ingilis və rus dili, təsviri fəaliyyət  kimi məşğələlər aiddir.

Qeyd edək ki, bu kimi dərnək və fəaliyyətlər “Education Management Network”a daxil olan – “Peter Pan”, “İndigo” Nərimanov və “Baby Star” uşaq bağçalarında da təşkil olunur.

“Bağça aşpazları mütəxəssislərin yanında təlim keçməlidirlər”

aspaz_set“Bağçalarda yeməkləri hazırlayarkən təmizliyə riayət etmək lazımdır. Uşaqlar bizim gələcəyimizdir. Onlar təmiz və keyfiyyətli qidalanmalıdırlar”.

Bu sözləri “İndigo” uşaq bağçasının aşpazı Rasimə Məmmədova bağçada uşaqların düzgün qidalanması ilə bağlı Bagcam.az-a verdiyi müsahibədə deyib. O, bildirib ki, uşaqlar üçün yemək hazırlayarkən ərzaqlardan düzgün istifadə etmək lazımdır:

“Hər ərzaq öz qaydasında hazırlanarsa, həm qida orqanizm üçün zərərsiz olar, həm də kalorisi yerində qalar. O kalorini isə orqanizmimiz lazımınca götürər.

Bunu nizamlamaq üçün bağçalardakı aşpazlar mütləq təcrübəli olmalıdır. Yəni, hər insan uşaq bağçasında aşpaz ola bilməz. Bunun üçün aşpazlarımız mütəxəssislərin yanında təlim keçməlidirlər. Həmin təlimlərdə ərzaqlardan düzgün istifadə etmək qaydasını  öyrənməlidirlər”.

Qida təhlükəsizliyini təmin etmək üçün “İndigo” uşaq bağçasında hansı tədbirlər görülür?

aspaz2– Əvvəlcə deyim ki, ərzaqlardan düzgün istifadə olunsa, hər hansı təhlükə baş verməz. Biz soyuducuya ərzaqları ayrı-ayrılıqda yerləşdiririk. Məsələn, göyərtilər olan yerdə ağartı məhsulları, ağartı məhsulu olan yerdə isə meyvə-tərəvəz olmur. Bundan başqa əti soyuducudan çıxaran kimi qaynatmırıq, bu, düzgün deyil.  Mən müşahidə etmişəm başqa aşpazlar yeməklərdə keşnişdən istifadə edirlər. Biz heç vaxt qaynar yeməklərdə keşnişdən istifadə etmirik. Bütün aşpazlara da bunu məsləhət görürəm ki, keşnişi qaynatmasınlar və isti yeməklərə əlavə etməsinlər, çünki keşniş qaynadıqca tədricən zəhər buraxır. Bağçamızda həmçinin, təhlükəsizliyin təmin olunması məqsədilə süd və süd məhsullarına da diqqət edirik.

Bağçada menyu nəyə əsasən tərtib olunmalıdır?

– Bağçalarda menyu həkim tərəfindən hazırlanmalıdır. Kalori, qram hesablandıqdan sonra menyu bağçaya təqdim edilməlidir. Məsələn, biz menyunu həkimlə müzakirə edib,  bağça rəhbərliyi ilə birgə qərarlaşdırdıqdan sonra tərtib edirik. Ən əsası da menyuda uşaqlarımızın xoşladığı yeməklər olmalıdır. Yəni, uşaqlarımız onu bəyənərək yeməlidirlər.

“İndigo” uşaq bağçası olaraq biz may ayında xəmir, balıq yeməklərini menyudan çıxaracağıq. Yay mövsümündə bu təamlar menyuda olmayacaq. İyun ayında borşu menyudan çıxarıb göyərtili, tərəvəzli yeməklərə üstünlük verəcəyik. Yayda kələmi, təzə çıxan kartofu, çiyələyi, alçanı menyuya əlavə edəcəyik.

aspaz1Uşaqların yaşına görə menyuda hansı fərqlər olur?

– Körpə uşaqların qidanı rahat çeynəməsi  üçün şorbanı blendrdən keçiririk. Onlar üçün belə daha rahat olur. Altı yaşlı uşaqlarla iki yaşlı uşaqların yedikləri yeməklərin qramında mütləq fərqlər olur. Yoğurtlarda fərq qoymuruq. Hər uşaq 150 qram yoğurt qəbul eləməlidir. Bundan başqa balaca uşaqlara 60, böyüklərə isə 70-80 qram şirə içiririk. Çay və kompot norması 150 qramdır. Axşam yeməkləri günorta yeməklərinə nisbətən çox olur.

“İndigo” uşaq bağçasında uşaqların qidalanması necə həyata keçirilir?

– Bizim bağçada gündəlik beş dəfə qidalanma var: Səhər qidalanması  saat 08:30-09:30 arası olur. Bura müxtəlif sıyıqlar, cemlər, pendir, yağ, bal və doşab daxildir. Təbii ki, bu, mövsümə uyğun olaraq dəyişir. Saat 10:30-da meyvə saatıdır. Günorta yeməyi isə 11:30-da başlayır. Buna da əsas və ikinci yemək daxildir. Əsas yemək müxtəlif şorbalardan, ikinci yemək isə toyuq və mal ətindən hazırlanan yeməklərin yanında verilən qarnirlərdən ibarətdir.

15:00 isə şirniyyat vaxtıdır. Bu vaxt uşaqlar çay içir, özümüzün hazırladığımız yoğurt və müxtəlif şirniyyatlardan dadırlar. Çay olanda yoğurt vermirik. Axşam yeməyi isə 16:30-da balaca qruplar, 17:00-da isə böyük qruplar üçün olur. Bu zaman mütləq yeməyə ət əlavə olunur, çünki uşaqlar doymalıdırlar.

unnamed (5)Uşaqlarda sevmədikləri qidalara qarşı necə həvəs yaradırsınız?

– Daha çox uşaqların bəyəndiyi qidalara üstünlük veririk. Sonra isə tədricən sevmədikləri, lakin vitaminli olan yeməkləri  onlara elə təqdim edirik ki, uşaqlar onu da sevirlər. Məsələn, uşaqlara kök şirəsi verəndə sevmirdilər. Sonra isə həkimimiz vasitəsilə onları mükafatlandırmaqla həmin şirəni sevdirdik. Uşaqlar yeməkləri sevə-sevə yeyirlər, qablarında yemək qalmır.

Sonda Rasimə xanım  uşaq bağçalarında işləyən aşpazlara tövsiyələrini verməyi də unutmur:

“Bütün uşaq bağçalarının aşpazlarından xahişim var: “Uşaqlara sevgiylə qulluq edin. Ət və ət məshullarından düzgün istifadə edin”. Onlar düzgün qidalanmalıdırlar ki, dərslərini də düzgün qavrasınlar. Düzgün qidalanan uşaq gələcəkdə sağlam böyüyəcək”.

aspaz4

aspaz3

 

 

“Uşaq bağçaları investisiya yatırmaq üçün uğurlu seçimdir”

unnamed (1)Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yeni, xüsusilə də sökülən binaların yerində tikilən binaların birinci mərtəbəsində ictimai yerlər, uşaq bağçalarının olacağını söyləyib.  Bununla da Bakı şəhərinin uşaq bağçası ilə bağlı mövcud olan probleminin həllinə müsbət təsir göstərəcəyini vurğulayıb.

Bu məsələylə bağlı uzun illərdir təhsil sahəsində çalışan Education Management Network və Edu.Co Şirkətinin rəhbəri Rasif Dünyamalıyevdən aldığımız müsahibəni təqdim edirik:

Əvvəlcə istərdik ki, prezidentin çıxışının uşaq bağçaları sahəsinə təsirləri barədə fikirlərinizi öyrənək.

– Əvvəlcə deyim ki, yaşayış binalarının birinci mərtəbəsində uşaq bağçalarının olmasıyla bağlı verilmiş qərar çox təqdirəlayiqdir. Prezidentimiz sağ olsun ki, buna diqqət ayırır. Bu məsələlər birinci şəxsin dilindən səsləndiyi zaman insanlar daha çox diqqət etməyə başlayır və bu sahəyə yeni investisiyaların yatırılmasını təşviq etmiş olur. Bu sahəyə yüksək səviyyədə fikir verilməsi valideynlərin də buna önəm verməsinə səbəb olur. Uşaq bağçaları təhsilin başlanğıcıdır, biz bu yola “Bu Bir Başlanğıcdır” deyərək başlamışıq.

Prezident İlham Əliyev bu çıxışında əsasən mikrorayonları nəzərdə tunnamedutub. Bəs Bakının başqa hansı ərazilərində düşünürsünüz ki bağçaların tikintisinə  ehtiyac var?

– Bakının kənar ərazilərində bağça tikintisinə ehtiyac olduğunu düşünürəm. Məsələn, Nəriman Nərimanov rayonunun ərazisində 20 özəl uşaq bağçası var. Bu, əhalinin sayının çox olmasıyla yox, bu rayonunun keçid zonasında yerləşməsiylə əlaqədardır. Buradakı bağçalara mikrorayonlardan və digər rayonlardan  da uşaqlar gəlir. Bu ona görədir ki, Nəriman Nərimanov rayonundakı bağçalar daha üstün şəraitə malikdir və binalar, infrastruktur baxımından daha yaxşıdır. Yəni, kənar yerlərdən mərkəzə uşaq gətirməkdənsə, xidməti həmin şəxslərin “ayağına” aparmaq lazımdır. Mərkəzdən kənarda investisiya yatırmaq üçün uşaq bağçaları uğurlu seçimdir.

Bəs yeni bağça açmaq istəyən sahibkarlar əsasən nələrə diqqət etməlidirlər?

– Bağçanın açılması layihələşdirmədən başlamalıdır. Əgər layihələşdirmə olmasa, bu, kortəbii və sahibkarın müəyyən istəyinə uyğun olaraq davam edən proses olacaq. Layihələşdirildiyi zaman isə hər şey göz önündə olur. Sahibkar bunları təsdiqləyəndən sonra işə başlamalıdır. Layihələşdirmə isə Nazirlər Kabinetinin 3 avqust 2012-ci il tarixində 171 nömrəli verdiyi qərar əsasında olmalıdır. Həmin qərarla təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativlər təsdiq olunub.

Bu normativlər hazırlanarkən nələr nəzərə alınır?

– Əvvəlcə uşaqlar üçün tədris prosesi daha yaxşı hansı şəraitdə baş verirsə, o nəzərə alınmalıdır. İşığın düşmə bucağı, rəngi, istilik sisteminin qurulması, yerin, divarın örtüyü də diqqətdə saxlanmalı məsələlərdəndir. Tədris və yataq otaqları  50 kvadrat sahədə olmalıdır.

Həmin normativlərdə uşaqların qidalanması üçün xüsusi yer göstərilməyib. Məsələn, biz qurduğumuz bağçalarda bunu yeməkxana formasında təşkil etmişik ki, uşaqlar tədris aldıqları otaqda qidalanmasınlar.

unnamed (2)Bir çox sahibkarlar çamaşırxanaların qurulmasına fikir vermir. Bu da normativlərdə öz əksini tapıb. Hər müəssisənin çamaşırxana, ütülənmə sahəsi və anbarı olmalıdır. Bu ondan ötəridir ki, bağçanın çamaşır dəstləri kənara getməsin və gigiyenik baxımdan daha nəzarətdə olsun.

Ən əsası isə həyətyanı sahəyə xüsusi fikir vermək lazımdır. Uşaqların təhlükəsiz şəkildə oynaya bilməsi üçün şərait olmalıdır.

Bu normativləri nəzərə alsaq, bir bağça binası necə olmalıdır?

– Yeni tikilən məktəbəqədər təhsil müəssisələrinin tutumu 350 yerdən, yaşayış binalarına bitişik və yaşayış binalarının tərkibində tikilən müəssisələrin tutumu isə 150 yerdən artıq olmamalıdır. Kənd yaşayış məntəqələri şəhər tipli qəsəbələr üçün məktəbəqədər  təhsil müəssisələrinin tutumu 140 yerdən artıq olmamalıdır. Buna xüsusi diqqət etmək lazımdır, məsələn, binanın altında 8 qrupluq bağça qurmaq olmaz. Belə olduqda isə lisenziya verilməyə bilər və sahibkar qrupun birini ləğv etmək məcburiyyətində qalacaq.

Yaxşı bağçanın əsas meyarları nələrdir?            

– Bina əsas faktorlardan biridir. Binanın quruluşu, infrastrukturu, sanitar qovşağı olmalıdır. Bu baxımdan tədris, yataq otaqları, yeməkxanası ayrı yerləşdirilməlidir.

Digər məsələ isə tədris proqramıdır. Proqram nə qədər müasirdi, nə dərəcədə yenilikləri özündə əks etdirir, bunlara diqqət etmək lazımdır.

Üçüncü məsələ işçi heyətidir. Biz hələ də müəllim heyəti olaraq, ənənəvi təhsil metodlarından müasir təhsil metodlarına tam keçə bilmirik. “Müəllim sinfin ağasıdır”, “Bütün dərs boyu ancaq o danışacaq, uşaq qulaq asacaq” –  bu təhsil metodları artıq qəbul olunmur. Çünki yeni doğulan uşaqlar daha fərqlidirlər və çox hərəkətdədirlər. Ona görə də bu çətin faktorlardan biridir. Ən əsası isə bağça hər zaman yeniliklərə açıq olmalıdır.

Bağçalarda uşaq sayına görə kollektiv necə müəyyən edilməlidir?

– Standartlara görə, 7 uşağa 1 böyük olmalıdır. Bu, dəyişərək iki müəllim, bir dayə; bir dayə, bir tərbiyəçi; bir tərbiyəçi və onun köməkçisi; bir tərbiyəçi formasında da ola bilər. Nəzərə almaq lazımdır ki, bu bir müəssisədir. Uşaqlarunnamed (3)ın fiziki ehtiyacları var və bunu tək qarşılamaq olmur.

Bir müəssisənin öz şəbəkəsini genişləndirməsi üçün siz nələr təklif edirsiniz?

– Şəbəkəni genişləndirmək üçün əsas faktorlardan biri Françayzinq üsuludur. Françayzinq brendləşmədən sonra gələn prosessdir. Bu, yeni müəssisə yaratmış sahibkarın genişlənməsi üçün ən yaxşı vasitələrdən biridir. Məsələn, kimsə bizim şəbəkəyə qoşulmaq istəyirsə, biz ona Françayzinq verə bilirik. Əgər qoşulmaq istəmirsə və o, özü bağçalarının sayını artırmaq istəyirsə, ayrıca filial açmalı olacaq. Bu zaman isə ikinci qeydiyyata ehtiyac olmasa da, həmin yerin lisenziyasına yenidən ehtiyac yaranır.

Son olaraq məktəbəqədər təhsil müəssisələrində  çalışmaq istəyən sahibkarlara hansı tövsiyələriniz və təklifləriniz var?

– “Education Management Network” və “Edu.Co” Şirkəti olaraq biz 2010-cu ildən etibarən uşaq bağçalarını layihələşdiririk, Françayzinq verilməsiylə idarə edilməni həyata keçiririk. Sahibkarlar bu işi mütləq şəkildə normativlər əsasında etməlidir. Nə etmək istədiyinizi bilin, layihələşdirin sonra isə peşəkarlar, mütəxəssislərlə həyata keçirin. Təhsil sahəsində biznes layihələrin qurulmasıyla bağlı kompleks işləri tam olaraq həyata keçirən tək müəssisə Sahibkarlara bağça layihələşdirməsi ilə bağlı məsləhətlərimizi və hazır işləyən (qurulmuş) təhsil müəssisələrinin idarəedilməsi və inkişafı istiqamətində xidmətlərimizi təklif edirik. Layihələşdirilməsindən tutmuş lisenziya alınmasına qədər onların yanında olub, bu prosesi birlikdə apara bilirik.

Valideynlərə tanış olan 10 mənzərə

Hər ana-ata uşaqlarının dünyaya gəlməsini böyük bir həyəcanla gözləyir. Ancaq körpələri dünyaya gəldikdən sonra uşaq böyütməyin o qədər də asan  iş olmadığını anlayırlar. Əgər siz də valideynsinizsə, bu fotolar sizə çox tanış gələcək.

[maxgallery id=”5342″]

Mənbə: Aile.lent.az

“Bağçada uşağın hansı dərnəkdə daha uğurlu olması aşkarlanır”

 

xalide_rzayebaMüasir dövrdə  istər yaradıcı, istər fiziki, istərsə də idrak fəallığı üzrə uşaqlar üçün müxtəlif dərnəklər fəaliyyət göstərir. Bir qayda olaraq, uşaq 3-4 yaşına çatanda valideynlər övladları üçün dərnək seçimi etməkdə çətinlik çəkirlər. Biz də Bagcam.az saytı olaraq düzgün dərnək seçimi barədə “Education Management Network”-un təlim-tərbiyə işləri üzrə mütəxəssisi Xalidə Rzayeva ilə söhbətləşdik:

Xalidə xanım, ilk olaraq valideynlər övladlarını dərnəyə yazdırmadan öncə onların hansı sahəyə marağı olduğu necə müəyyənləşdirilməlidir?

– Müşahidə etmək lazımdır ki, uşağın marağı nəyədir və uşaqda nə yaxşı alınır –  rəsm çəkir, rəqs edir və yaxud nəsə quraşdırır. Uşaq öz maraq dairəsində dərnəyə cəlb olunduğu zaman, onun bütün bacarıqları aşkarlanır. Ümumiyyətlə, heç nə bacarmayan uşaq yoxdur.

Dərnək seçimində hər şeydən əvvəl uşağın fiziki gücü, marağı, qavrama qabiliyyəti, əhval-ruhiyyəsi  və xarakteri mütləq nəzərə alınmalıdır.  Hər bir uşaq  unikaldır  və mütləq şəkildə hər uşağa  fərdi  yanaşmaq lazımdır. Hətta valideynin arzu və istəyi belə, uşağın müstəqil marağı qarşısında aciz qalır. Bu baxımdan valideynlər  çox diqqətli olmalıdır. Hər şeydən öncə övladlarının maraqlarına şəxsiyyət kimi hörmətlə yanaşaraq dəstək verməlidirlər.

Məsələn, uşaq utancaqdırsa, valideyn onu teatr studiyasına yazdırsa, ilkin mərhələdə bu uşağı kompleksə salar. Uşaq  diqqətini toplayıb rəsmlə və ya  quraşdırma ilə məşğul olursa, onu təsviri fəaliyyət üzrə yönəltmək olar. Eləcə də hərəkətli, aktiv uşaqdırsa, onu idman dərnəklərindən birinə qoymaq  daha düzgündür.

Bu baxımdan uşaq bağçasının tərkibində uşaqların bir neçə dərnəkdə iştirak etməsi, onların hansı sahəyə daha çox maraq və meyllərinin olduğunu aşkarlamağa kömək olur.

Əsasən, hansı yaşlarda dərnəklərə yazdırmaq effekt verir?

– 3 yaşdan etibarən uşaqları artıq müxtəlif dərnəklərə yazdırmaq olar. Bu, təsviri fəaliyyət, gimnastika, xareoqrafiya ola bilər. 3-4  yaşdan  artıq xarici dillər, şahmat, teatr studiyası  dərnəklərinə uşaqlar cəlb olunur.  5-6  yaşdan komanda oyunları  sadə formada futbol, basketbol  aşılana bilər.

Ümumiyyətlə, 1-3 yaşa qədərki dövrdə ana evdə  məşğul ola bilər, ən yaxşı variant isə uşaq bağçası tərkibində  azyaşlı uşaqların cəlb olunduğu fəaliyyətlərdir. Bunlar oyun formasında təşkil olunmuş sensor, fiziki, təsviri, musiqi, bədii və s. istiqamətlərdə ola bilər. Həmçinin, qum və su fəaliyyəti bu dövr üçün çox önəmlidir.

Uşaqların dərnəklərə yazılması onlara nə qazandırır?

– Uşaqlar dərnəkdəki fəaliyyətləri dövründə fiziki, psixoloji və  intellektual baxımdan inkişaf edir, təsviri və  bədii yaradıcılıqları formalaşır,  estetik zövqləri inkişaf edir, musiqi anlayışı artır, dünya görüşü genişlənir. Uşaq müstəqil fikir yürüdür, özünə inam hissi yaranır və o,  komplekslərdən azad olur.

Hansı üsullarla dərnəklərə maraq yaratmaq olar?

– Dərnəklərin  təşkil olunmasında da mütləq uşaqların  yaş xüsusiyyəti  və bu dövrün maraqları nəzərə alınmalıdır. Məkanın zövqlü  tərtib olunması, avadanlığın düzgün yerləşdirilməsi, müəllimlərin peşəkarlığı və uşağa düzgün yanaşması, məşğələlərin maraqlı təşkili çox önəmlidir. Dərnəklər uşağı yormamalıdır. Uşaq yükləndiyini hiss etməməlidir, əksinə dərnək uşağa yüksək əhval-ruhiyyə bağışlamalıdır. Eyni zamanda  valideyn  uşağını öhdəsindən gələ bilmədiyi  fəaliyyətlərlə bağlı tənqid etməməlidir. Tam əksinə hər zaman uşağa dəstək olmalıdır.

Gün ərzində dərnəyə  nə qədər vaxt ayırılmalıdır?

– Dərnəyə ayrılan vaxt uşağın yaşından asılı olmalıdır. Söhbət bağçayaşlı uşaqdan gedirsə, bu  bağçada standart məşğələ müddətinə uyğun olsa  daha yaxşıdır. Yəni 2-3 yaş  10-15 dəq, 3-4 yaş 15-20 dəq, 4-5 yaş 20-25 dəq, 5-6 yaş 30-35 dəq davam edir. Artıq  6 yaşdan uşaq 1 saat ərzində dərnəkdə qala bilər. Ümumilikdə, gün ərzində dərnəyə 1-1.5  saat vaxt ayrıla bilər. Çox vaxt valideynlər düşünür ki , uşaq dərnəkdə nə qədər çox vaxt keçirsə, bir o qədər yaxşıdır. Bu yanaşma düzgün deyil. Uşaqlar öz yaş xüsusiyyətinə uyğun olaraq  cəlb olunmuş müddət ərzində lazım olan bacarıqları əldə edir. Onlar cəlb olunduğu dərnəklərə həvəslə getməlidir, gördüyü işdən zövq almalıdır. Vaxtı uzatmaq, əksinə uşağın yorulmasına  səbəb olur.

Bir uşaq neçə dərnəyə getməlidir?

– Bir uşaq normalda  1-2 və 3 dərnəyə gedə bilər, lakin dərnəklər arasında intervallar gözlənilməlidir,həmçinin zehni fəaliyyət mütləq fiziki fəaliyyətlə  əvəz olunmalıdır. Uşaq bağçadadırsa, bir neçə dərnəyə qoşulması daha rahat olur. Uşağın bağça tərkibində olması eyni qrupun uşaqlarıyla bərabər dərnəkdə olmasına imkan yaradır.  Eyni zamanda, bağçada uşağın hansı dərnəkdə daha uğurlu fəaliyyətdə olması aşkarlanır.

Ailədə uşaqların hamısı eyni dərnəyə getməlidir, yoxsa hər uşağı fərqli dərnəyə yönəltmək lazımdır?

– Sözssüz ki, çox vaxt ailədə uşaqların hamısının maraqları üst-üstə gəlmir. Bu, normaldır və valideyn buna təbii baxmalıdır. Bu baxımdan ailədə əvvəlcə uşağın fərdi xüsusiyyətləri nəzərə alınmalıdır. Hər uşağın öz marağına uyğun ona dərnək seçilməlidir.

“Uşaqlar bir neçə dərnəyə getdikdən sonra onların daha çox hansı dərnəyə maraq göstərdiyi aşkarlanır” deyərək mütəxəssis dərnək seçimi zamanı valideynlərə tələsməməyi məsləhət görür.

 

Bağçalarda uşaqların təhlükəsizliyi necə təmin edilir?

Uşaqların təhlükəsiz mühitdə böyüməsi hər şeydən önəmlidir. Azyaşlıların evdən sonra ən çox vaxt keçirdikləri məkan əsasən bağçalar olur. Elə buna görə də balacaların təhlükəsizliyinin təmin olunmasında əsas məsuliyyət bağçaların üzərinə düşür. Bəs bağçalarda uşaqların təhlükəsizliyi necə təmin olunmalıdır?

Bu barədə “Education Management Network”a daxil olan “İndigo” uşaq bağçasının administratoru Alla Mehrəliyeva Bagcam.az-a müsahibə verib. O, bildirib ki, təhlükəsizliyin təmin olunması üçün bağçada mühafizə, onlayn müşahidə kameraları, təhlükəsizlik sistemi və ən əsası işçi heyətinin valideynləri, uşaqları tanıması lazımdır. Alla xanım “İndigo” uşaq bağçasında təhlükəsizliklə bağlı görülən tədbirlərdən də danışıb:

“Bağça 24 saat ərzində mühafizə sistemi ilə təmin olunur. Mühafizə sistemi gecə və gündüz növbəsinə bölünür. Böyük məsuliyyət gündüz növbəsinin öhdəliyindədir, çünki bağçaya gələn uşaqların, valideynlərin, işçi heyətinin və aidiyyatı qurumların gəlib-getməsi bu növbənin üzərinə düşür.

Gün ərzində növbətçi mühafizə bağçaya gəlib-gedən bütün insanlara nəzarət edir. Kənar şəxslər əgər bağçaya gələrsə, onların çantaları, əşyaları yoxlanılır və ya sorğu-sual olunur”.

Bağça administratoru hər gün səhər uşaqlar gəlməmişdən öncə bütün məşğələ və xidmət otaqlarının nəzarətdən keçirildiyini də sözlərinə əlavə edib.

Bağça daxilində 32 ədəd onlayn rejimdə işləyən kameraların quraşdırıldığını deyən Alla xanım onu da bildirib ki, bu kameralar vasitəsilə valideynlər övladlarına gün ərzində nəzarət də edə bilirlər:

“Kameralar bizim işimizə müsbət təsir edir. Düşünürəm ki, video kameraların olması bizi məsuliyyətli etməklə yanaşı, həm də valideynlərin qarşısında güvənli olmağımıza zəmanət verir. Bu kameralar təkcə valideynlərin övladlarını izləməsi üçün deyil. Həm də müəssisənin təhlükəsizliyi təmin olunur. Onlayn kameraları, həmçinin dəhlizdə quraşdırılmış televizor vasitəsilə də izləmək mümkündür. Əgər xoşagəlməz hallarla rastlaşsaq, həmin hadisənin iştirakçılarıyla söhbət aparılır, xəbərdarlıq edilir və lazım gələrsə, həmin şəxslərə töhmət verilir”.

Balacaların təhlükəsizliyini təmin etmək məqsədilə bağçada xüsusi nəqliyyat xidməti fəaliyyət göstərir. Bu xidmət vasitəsilə uşaqlar hər səhər saat 09:00-da bağçaya, axşam saat 18:00-da isə valideynlərinə təhlükəsiz şəkildə təhvil verilir:

“Uşaqların nəqliyyatda təhlükəsizliyi təcrübəli sürücü və nəzarətçi vasitəsilə həyata keçirilir. Onları səhər tezdən evdən götürməmişdən 10-15 dəqiqə öncə valideynə zəng vurulur və xəbər verilir ki, uşağı hazırlaşdırın, biz çatırıq. Axşam da təhvil verildikdə, yenə əvvəlcədən xəbər verilir.  Valideyn həmin vaxt evdə olmasa, sürücü və nəzarətçi valideynin gəlməyini gözləyirlər”.

Uşaq bağçalarında yanğın hadisəsinin baş verməməsi üçün təhlükəsizlik tədbirləri də görülməlidir. Alla xanım deyib ki, belə halların qarşısını almaq üçün “İndigo” uşaq bağçasında avtomatik yanğın aşkaretmə sistemi quraşdırılıb. Həmçinin, administrator binada iki əlavə yanğın çıxışının olduğunu qeyd edib:

“Bağçamızda yanğın riskini azaltmaq üçün istifadə olunan bütün avadanlıqlar təyin olunmuş standartlara cavab verir. Əgər kiçik yanğınlar olarsa, yanğınları söndürmək üçün yanğınsöndürmə balonları tez istifadə olunacaq yerlərə qoyulub. Bağçada yanğın baş verərsə, təxliyə planına əsasən hərəkət edərək uşaqlar bağçanın həyətində təhlükəsiz toplantı yerinə çıxarılır”.

Bundan əlavə, “İndigo” uşaq bağçası fövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı  işçi heyətinə təlimlər, seminarlar da keçirir.

Qeyd edək ki, bu kimi təhlükəsizlik tədbirləri “Education Management Network”a daxil olan –  “Peter Pan”, “İndigo” Nərimanov və “Baby Star” uşaq bağçalarında da tətbiq olunur.

Uşaq nə qədər yatmalıdır?

Uşaq nə qədər yatmalıdır? Bu, uşağın fiziki və psixoloji durumundan, temperamentindən, uşağın rejimindən və s. asılıdır.

Bu, çox fərdi bir göstəricidir. Aşağıda müxtəlif yaşlarda olan uşaqların orta yuxu vaxtını sizə təqdim edirik.

Əgər uşaq bu normalardan az yatırsa, lakin buna baxmayaraq, sağlam və gün ərzində fəal və gümrahdırsa, narahat olmağa dəyməz. Əlbəttə ki, bu zaman normadan kənara çıxma çox da böyük olmamalıdır.

Beləliklə:

– 1 ayından 2 ayına qədər olan uşaq təxminən 18 saat;

– 3 ayından 4 ayına kimi – 17-18 saat;

– 5 ayından 6 ayına kimi – 16 saat;

– 7 ayından 9 ayına kimi – 15 saat;

– 10 ayından 12 ayına kimi – 13 saat yatmalıdır.

– 1 yaşından 1,5 kimi olan uşaq gün ərzində 2 dəfə: 1-ci dəfə – 2-2,5 saat, 2-ci dəfə – 1,5 saat, gecə yuxusu – 10-11 saat;

– 1,5 – 2 yaşına kimi uşaq gündə 1 dəfə günorta vaxtı 2,5-3 saat ərzində, gecə – 10-11 saat;

– 2 yaşından 3 yaşına kimi uşaq 1 dəfə günorta vaxtı 2-2,5 saat, gecə – 10-11 saat;

– 3 yaşından 7 yaşına qədər uşaq günorta 2 saata yaxın, gecə – 10 saat  yatır.

– 7 yaşından sonra uşaq günorta yatmaya da bilər, gecə isə 8-9 saatdan az yatmamalıdır.

Mənbə: saglamolun.az