Övladınızın depressiyada olduğunu necə bilməli? – 5 ƏLAMƏT

Elə hesab etməyin ki, depressiya yalnız böyüklərə məxsus problemdir. Uşaq nədir, depressiya nədir düşünənlər böyük səhv edirlər.

Dünyada 15-28 yaşlı gənclərin birinci intihar, ölüm səbəbi uzun müddətli depressiyadır. Hətta 5-8 yaşlı uşaqların da depressiv epizodları olur.

Bagcam.az Medicina.az-a istinadən azyaşlı uşaqlarda depressiyanın ilkin və əsas əlamətlərini təqdim edir. Valideynlər diqqət yetirməli məqamlar.

1.Ölüm, intiharla maraqlanır

Uşaq insan necə ölür, öləndən sonra nə olur, hansı ölümün asan, çətin olması barədə soruşur, bu mövzuda film, şəkillərə baxır.

Bəzən mübahisə zamanı özünü öldürəcəyəni açıq deyir. Valideyn bəzən bunu manipulyasiya, şantaj kimi qəbul edir və uşağı daha da danlayır. Əgər uşaq “kaş məni dünyaya gətirməzdin”, “kimə lazımam” tipli sözlər deyirsə, bu açıq-aşkar kömək hayqırtısıdır.

2.Heç kimlə açıq ünsiyyətə girmir

Az qala eyni vaxtda bütün dostları ilə əlaqəni kəsir. Uşaqdan ancaq nəsə soruşanda cavab verir, başqa vaxt bir kəlmə də kəsmir. Özü barədə heç nə danışmır. Heç bir şey ona maraqlı deyil. Əvvəl marağında olduğu heç nəyə can atmır, gəzintiyə getmir. Bəzənsə əksinə uşaq evdən uzaqlaşır, ağlayır, isterika yaradır, həyəcanlanır. Əgər bu hallar fərqi yoxdur, hansı, 2-3 həftədir davam edirsə, deməli, uşaq depressiyadadır

3.Somatik simptomlar yaranır

Stress, depressiya səhhət və orqanlarda özünü göstərir: uşağın həzmi yaxşı getmir, ürəyi bulanır, qarnı səbəbsiz sancır, ürəyi, sinəsi sıxılır, başı ağrısır, yorğun, əzgin görünür, yuxusuz qalır, iştahı kəsilir, arıqlayır. Bu hallar zamanı uşaq nəinki pediatrda yoxlanmalıdır, həmçinin uşaq psixiatrına göstərilməlidir.

4.Məktəbdən şikayətlər gəlir, qiymətləri düşüb

Depressiya özü kifayət qədər enerji alan haldır, ona görə dərslərə güc yetmir. Diqqət yayınır, dərslərə güclə gedir, müəllimləri saymır, şikayətdən qorxmur. Vecsizləşir. Əslində pedaqoqlar elə sinifdəcə depressiyada olan uşağı asanlıqla təyin edə bilirlər, amma təəssüf ki, indi müəllimlər belə məsələlərə biganədir və çıxış yolunu valideynə şikayət etməkdə görürlər.

5.Depressiyanı vaxtında müalicə etmədikdə, nə baş verər?

•İlk növbədə intihar. Yeniyetmə ölümlərinin birinci səbəbi depressiya və ondan yaranan psixi pozulmalardır.
•Əgər bu hal öz-özünə keçib getsə də, uşaq birtəhər özünə gəlsə də, sonrakı illərdə depressiv epizodlar artacaq və getdikcə dərinləşəcək

•Gələcəkdə şəxsi münasibətlərdə problemlər yaşayacaq. Valideynlərinə qarşı etibarı itəcək.
•Pis qruplara, vərdişlərə meyillənəcək

Siz uşağı depressiyadan müalicə etməsəz, onun yanında başqaları olacaq. Amma onlar ya cinayətkar, xuliqan qrupu, ya da narkomanlar olur.

“Bağçam” tərəfindən uşaqlar üçün “Kids Zone” təşkil edilib

Bakı Expo Center-də keçirilən Təhsil sərgisində uşaqlar üçün “Kids Zone” təşkil edilib.

3-12 yaşlı uşaqlar sərgidə rəsm, lego və müxtəlif inkişafetdirici fəaliyyətlərlə məşğul olublar.

Bağçam Uşaq Bağçaları Şəbəkəsi tərəfindən idarə olunan Kids Zone-dan görüntüləri təqdim edirik:

Uşağınız erkən saatlarda oyanırsa…

Məşhur yuxu mütəxəssislərindən Kim Vest(The Sleep Lady), erkən oyanma probleminin körpələrdə və ilk məktəb çağına gəlmiş uşaqlarda sıx görünən problem olduğunu söyləyir.

Yuxu detektivi olun

Uşağınızın gözünə düşən gün işığına kimi xarici səbəblərə görə, yoxsa tamamilə öz istəyi ilə təbii olaraq oyandığını təsbit etmək üçün körpənizi izləyin.

Ya da tez saatda yatızdırın

Əgər uşağınız enerjisini tamamilə bitirmiş və çox yorğun olaraq yuxuya getsə, həm gecə ərzində mızıldanacaq, həm də səhər daha tez oyanacaq. Buna görə yatma saatını 20 dəqiqə əvvələ alın, əgər faydasını görsəniz, 20 dəqiqə daha əvvələ ala bilərsiniz.

Günorta yuxusunu ötürməyin

Valideynlərin çoxu, günorta yuxusunu kəsdiklərində uşaqlarının gecə boyunca daha yaxşı yatacağını düşünür. Ancaq Kim West, gün ərzində lazım olduğu qədər yatmış uşaqların daha keyfiyyətli bir gecə yuxusu və daha gec oyandıqlarını söyləyir.

Saat siqnalından istifadə edin

Çox erkən oyanan 18 ayından böyük uşaqlarınız üçün saatlı zəng qura bilərsiniz. Bu uşağınıza gecə və gündüzün fərqini anlamağa kömək edəcəkdir. Oyanma saatının gəlib gəlmədiyini də, beləliklə təyin edəcəkdir.

Gözləntilərinizi müəyyənləşdirin

Uşağınız oyanan kimi yataqdan götürməyin, bir müddət özü ilə zaman keçirməsinə icazə verin. Bu, ona hələ qalxma zamanı gəlmədi mesajı verərkən, əgər ehtiyacı varsa, təkrar yuxuya getmə fürsəti olacaq.

Mənbə: qadin.net

2 yaşından əvvəl antibiotik uşaqlarda bu problemi yaradır

İki yaşından əvvəl körpələrdə antibiotik istifadəsi astma və piylənməyə səbəb olur. Bir araşdırmanın nəticələrinə görə, azyaşlı körpələrdə antibiotik bağırsaq florasını dəyişdirir və astma, xərçəng, piylənmə, diabet, depresiyadan infeksion xəstəliklərə qədər bir çox problemə səbəb olur.

Bagcam.az Medicina.az-a istinadən xəbər verir ki, Helsinki Universitetində edilən bir araşdırma göstərir ki, iki yaşından əvvəl təkrarlanan antibiotik istifadəsi bağırsaq florasında dəyişikliklər edir və uşaqlarda həm astma, həm də piylənmə riskini artırır. Hər bir orqanın daşıdığı mikrobların sayı və birləşməsi fərqlidir. Sağlam bir insanda isə bu tarazlıq halındadır. Mikrobiyada mikroblar arasındakı bu tarazlığın pozulması xəstəliklərə səbəb olur. Xəstəliklər də bu mikrobiom balansını dəyişə bilir.

Digər tərəfdən antibiotiklərin istifadəsi isə mikrobları öldürdüyü üçün bağırsaq florasını pozur və bir çox xəstəliklərə səbəb olur. Mütəxəssislər uşaqlarda antibiotik istifadəsi zamanı çox diqqətli olmağı məsləhət görür. Antibiotik ehtiyacını təyin etmək üçün həm klinik, həm də laborator müayinələr edilməli olduğunu qeyd edir. Test nəticələrinə əmin olduqdan sonra antibiotik müalicəsinin başlaması, əks halda faydasından daha çox zərər verə bilər.

Bu ölkədə uşaqların üçdə biri artıq piylənmədən əziyyət çəkir

İtaliyada 6-9 yaş arası uşaqların üçdə biri piylənmədən əziyyət çəkir. Bu da Avropada ən yüksək göstəricidir.

Bagcam.az Medicina.az-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın “Helpcode” qeyri-hökumət təşkilatı hesabat xarakterli məlumat yayıb.

Hesabatda artıq çəkinin qızlar ilə müqayisədə oğlanlar üçün daha böyük problem yaratdığını və ən ağır vəziyyətin ölkənin Kampaniya regionunda müşahidə olunduğu qeyd olunur. Bu bölgədə uşaqların 40 faizindən çoxu artıq çəkiyə sahib olmaqla piylənmədən əziyyət çəkir.

Körpələrə bal vermək olarmı?

Sağlam qidalanma üçün körpələrdə ilk 6 ayın çox əhəmiyyətli olduğunu vurğulayan Dr. Zeynep Gül Hallaçoğlu, 6 aydan sonra əlavə qidalara keçilməsinin əhəmiyyətli olduğunu söyləyib. Günümüzdə bəzi analar, ehtiyatsız davranaraq körpələrinə riskli əlavə qidalar verirlər. Bu səbəblə hansı qidalar verilib, verilməməsini haqqında məlumatlı olmaq əhəmiyyətlidir.

Bal 1 yaşından kiçik körpələri zəhərləyir

Arıların bal hazırlayarkən tərkibinə buraxdıqları Botalium bakteriyası, körpənin sinir sisteminə mənfi təsir edərək zəhərlənməsinə yol açır. Böyüklərin bədəni xəstəliklərə qarşı daha özünü müafiə edə bilir, amma körpələrin bədəni bunu edə bilmir.

Buna görə də anaların 1 yaşından kiçik uşaqlara bal yedizdirmələri düzgün deyil.

Mənbə: qadin.net

Uşaqlarda psixi sıxıntılardan xəbər verən 15 əlamət

Azyaşlı uşaqların psixikasında olan dəyişikliklər bəzən keçid dövrü, yaş sindromu və ya uşağın kaprizli xarakteri ilə səhv salınır.
Bəs hansı əlamətlər artıq həqiqi psixi pozulmaların siqnalıdır?

Bagcam.az Medicina.az-a istinadən psixiatr Aziz Mustafayevin bu barədə tövsiyələrini təqdim edir.

Uşaqlarda bu əlamətlərdən ən azı 10-u varsa:

  1. Bağçada və məktəbdə olan davamlı problemlər
  2. Digər uşaqlar və heyvanlar ilə qəddar davranır.
  3. Özünə xəsarət yetirir.
  4. Yaxınları (ailə və dostlar ilə) ünsiyyətdən qaçır.
  5. Əhval ruhiyyəsi tez-tez, səbəbsiz olaraq dəyişir.
  6. Çox güclü emosiyalar yaşayır (aqressiya, qorxu)
  7. 7. Davamlı yorğun və həvəssizdir.
  8. Diqqətini cəmləməkdə və intellektual fəaliyyətdə sıxıntı yaşayır.
  9. Yuxu problemləri var( tez tez oyanir, dəhşətli yuxular görür, gecələr yatmır).
  10. Zahirinə və geyiminə qarşı diqqətsizdir (əşyalarına və otağına qarşı da o cümlədən)
  11. Çoxsaylı bədənsəl sıxıntıları vardır (baş ağrıları, mədə bağırsaq sıxıntıları, ürək döyünmə, boğulma)
  12. Normaldan daha çox və daha az yemək.
  13. Oğurluq və yalan danışma halları( davamlı)
  14. Kompüter və telefon ilə böyük zaman keçirmə,oyunlara aludəçi olması.
  15. Sidiyini idarə edə bilməməsi (enurez)

Bu hallar varsa, usağı psixiatra göstərmək lazımdır. Xatırladaq ki, nevroloq bu problemlərlə məşğul olmur

Körpələrin qidalanması ilə bağlı yanlış məlumatlar

Körpələrin bəslənməsi ilə bağlı yanlış bilinən doğrular nədir?

  • Yalnış: Damaq dadının formalaşması üçün 6 aydan əvvəl fərqli qidalara keçilməlidir.
  • Doğru: Erkən dövrlərdə əlavə qidalara başlamaq, körpələrin fərqli dadlara öyrəşməsinə kömək etməz.

 

  • Yalnış: Lobya və mərcimək kimi quru paxalalılar qaz yaradır.
  • Doğru: Körpənizin 8 ayından sonra paxlalı qidaları çox yaxşı bişirib, qabıqlarını çıxarıb püre halında verə bilərsiniz. Həftədə 1 və ya 2 gün bu yeməyi verə bilərsiniz.

 

  • Yalnış: Əlavə qidaya keçməyə düyü ilə başlanmalı.
  • Doğru: Əlavə qidalara keçiləndə, ən idel qida tərəvəz və ya meyvədir.

Mənbə: qadin.net

Körpələri niyə qıdıqlamaq olmaz?

Körpəni güldürmək üçün onu qıdıqlayanlar həm onu, həm də özlərinin əyləndirdiklərini düşünür. Alimlər isə belə hesab etmir.
Körpələri qıdıqlamaq, güldürmək üçün bədənində müxtəlif hərəkətlər etmək zərərlidir.

Bagcam.az Medicina.az-a istinadən bunun 5 elmi səbəbini təqdim edir.

1.Əslində qıdıqlamaq uşağa sevinc yox, əziyyət verir

Amerikalı psixoloq Kristina Harris bu mövzuda maraqlı eksperiment keçirib: Qıdıqlamadan sonra insanların simalarını dərhal çəkib. Şəkillərdən görünüb ki, insanların simasında sevinc yox, əziyyət və narazılıq ifadəsi olub.

“İnsan beyni qıdıqlanmanı xarici qıcıq kimi qəbul edir. Bu, təhlükə siqnalıdır. Əbəs yerə deyil ki, usağı qıdıqlayanda imkan vermir, yerində fırlanır, bununla qolaltı, qarın və dabanlarını instinktiv olaraq qoruyurlar. Heç bir qıdıq onlara gülüş və sevinc bəxş etmir.

2.Əgər uşaq qıdıqlayanda gülürsə, bu o demək deyil ki, xoşuna gəlir

Ümumiyyətlə, xarici təsirdən – qıdıqlamadan yaranan gülüş orqanizmin avtomatik reaksiyasıdır və bunu insan nəzarət edə bilmir. Həssas yerlərə istənilən toxunuş usağı güldürəcək, hətta bu, ona xoş gəlməsə də. Təəssüf ki, çox böyüklər bunu bilmir və körpəni gülməkdən hıçqırana kimi qıdıqlayırlar.
Ona görə sonradan körpə uşağa ata-anası barmaqlarını uzadanda yenə qıdıqlayacağını düşünüb ağlayır ya da qaçır.

3.Uşaq “dayan, bəsdir” deyə bilmir

Körpələr gülməkdən boğulma həddinə çatsa da qıdıqlamağı dayandırmağı tələb edə bilmir. Hələ danışa bilməyən körpələr üçün bu əsl cəhənnəmdir. Əlləri, ayaqları ilə reaksiya verir, amma böyüklər buna məhəl qoymur.

Valideynlər qıdıqlayanda mütləq uşağın hərəki reaksiyalarına baxıb, vaxtında dayanmalıdırlar.
Qıdıqlamaq uşağın şəxsi sahəsinə icazəsiz girişdir və hücumdur. Uşaqlar üçün bu, xoş deyil.

4.Qıdıqlama gələcək psixoloji travmalara səbəb ola bilər

Tərbiyə üzrə ekspert Petti Uipfler hesab edir ki, uşağın istəyi və iradəsi əksinə qıdıqlama böyüdükdə ciddi psixoloji problemlərə səbəb olur.
“Mən psixoterapevt kimi bir çox insanlarla ünsiyyət zamanı gördüm ki, onlarda böyük psixoloji travmaların kökü uşaqlığa gedib çıxır. Çox uşaqların şüuraltında qıdıqlama ilə bağlı xoş olmayan hisslər, xatirələr qalıb. Bunlar gələcəkdə şəxsiyyət formalaşmasında mane olur”.

5.Qıdıqlama uşaq səhhəti üçün təhlükəlidir

Hər adam bilmir ki, zərərsiz hesab edilən qıdıqlamağın da əks göstəriciləri var. Nevroloji xəstəlikləri, autism və epilepsiyası olan uşaqları qəti qıdıqlamaq olmaz.

Qızdırmalı, xəstə uşağı güclə qıdıqlayıb süni gülüş yaratmaq olmaz. Bu, onun halını pisləşdirir.

Güclü qıcıq damarların spazmına səbəb olub, başda təzyiqi qaldırır. Xoşbəxtlikdən bu hal nadir halda olur, amma bəzən qıdıqlama zamanı uşağın tənəffüsü də dayana bilər.

Uşaq sağlamlığı üçün ən ideal içkilər

Uşaqlar hər zaman rəngli içkiləri sevirlər. Lakin kimyəvi inqridiyentlər vasitəsilə hazırlanan bu içkilərin fəsadları çoxdur. Uşaqlar üçün ən ideal maye su, təbii meyvə şirəsi və süddür.

Su

Uşaqlar susayan zaman ilk əvvəl su verilməlidir. Bunun səbəbi suyun sağlamlıq üçün xüsusi önəm kəsb etməsi, orqanizmdə temperaturu sabit tutması və maddələr mübadiləsinin düzgün aparılması üçün vacib olmasıdır. Xüsusilə yeniyetmələrin orqanizmi sürətlə inkişaf edən orqanizmlər və yüksək metabolik sürət səbəbilə daha çox su tələb edir. Digər içkilərdən fərqli olaraq su kalorisizdir. Bu da uşağınızın gec həzm olunan yeməklərə olan tələbatını azaldır.

Suyu az qəbul edən uşaqlarda əsasən beyin funksiyalarının zəifləməsi, qəbzlik və yorğunluq kimi sağlamlıq problemlərinə rast gəlinir. Sadə su rəngsiz olduğu üçün uşaqlarınız içmək istəməyə bilər. Buna görə də suya şəkər tozu və kalori əlavə etmədən maraqlı etmək üçün meyvələri kəsib suya əlavə edin. Bundan əlavə suyu içdikdən sonra meyvələrini də yeyə bilər. Həmin qarışımları ikili halda da eləmək mümkündür.

Süd

Uşaqlar şokoladlı, çiyələkli və şəkəri bol süd çeşidlərini sevir, lakin sadə süd sadaladıqlarımızdan daha faydalıdır. Süd yüksək miqdarda qidalandırıcı, inkişafedici xassələrə malikdir. Xüsusən sümüklərin və zehni qabiliyyətin inkişafında böyük rol oynayır.

Südü çox içən uşaqlarda toxluq yaranır və onlar əlavə yemək istəmirlər. Buna görə də səhərlər 1 fincan süd içmələri faydalıdır.