Körpələri niyə qıdıqlamaq olmaz?

Körpəni güldürmək üçün onu qıdıqlayanlar həm onu, həm də özlərinin əyləndirdiklərini düşünür. Alimlər isə belə hesab etmir.
Körpələri qıdıqlamaq, güldürmək üçün bədənində müxtəlif hərəkətlər etmək zərərlidir.

Bagcam.az Medicina.az-a istinadən bunun 5 elmi səbəbini təqdim edir.

1.Əslində qıdıqlamaq uşağa sevinc yox, əziyyət verir

Amerikalı psixoloq Kristina Harris bu mövzuda maraqlı eksperiment keçirib: Qıdıqlamadan sonra insanların simalarını dərhal çəkib. Şəkillərdən görünüb ki, insanların simasında sevinc yox, əziyyət və narazılıq ifadəsi olub.

“İnsan beyni qıdıqlanmanı xarici qıcıq kimi qəbul edir. Bu, təhlükə siqnalıdır. Əbəs yerə deyil ki, usağı qıdıqlayanda imkan vermir, yerində fırlanır, bununla qolaltı, qarın və dabanlarını instinktiv olaraq qoruyurlar. Heç bir qıdıq onlara gülüş və sevinc bəxş etmir.

2.Əgər uşaq qıdıqlayanda gülürsə, bu o demək deyil ki, xoşuna gəlir

Ümumiyyətlə, xarici təsirdən – qıdıqlamadan yaranan gülüş orqanizmin avtomatik reaksiyasıdır və bunu insan nəzarət edə bilmir. Həssas yerlərə istənilən toxunuş usağı güldürəcək, hətta bu, ona xoş gəlməsə də. Təəssüf ki, çox böyüklər bunu bilmir və körpəni gülməkdən hıçqırana kimi qıdıqlayırlar.
Ona görə sonradan körpə uşağa ata-anası barmaqlarını uzadanda yenə qıdıqlayacağını düşünüb ağlayır ya da qaçır.

3.Uşaq “dayan, bəsdir” deyə bilmir

Körpələr gülməkdən boğulma həddinə çatsa da qıdıqlamağı dayandırmağı tələb edə bilmir. Hələ danışa bilməyən körpələr üçün bu əsl cəhənnəmdir. Əlləri, ayaqları ilə reaksiya verir, amma böyüklər buna məhəl qoymur.

Valideynlər qıdıqlayanda mütləq uşağın hərəki reaksiyalarına baxıb, vaxtında dayanmalıdırlar.
Qıdıqlamaq uşağın şəxsi sahəsinə icazəsiz girişdir və hücumdur. Uşaqlar üçün bu, xoş deyil.

4.Qıdıqlama gələcək psixoloji travmalara səbəb ola bilər

Tərbiyə üzrə ekspert Petti Uipfler hesab edir ki, uşağın istəyi və iradəsi əksinə qıdıqlama böyüdükdə ciddi psixoloji problemlərə səbəb olur.
“Mən psixoterapevt kimi bir çox insanlarla ünsiyyət zamanı gördüm ki, onlarda böyük psixoloji travmaların kökü uşaqlığa gedib çıxır. Çox uşaqların şüuraltında qıdıqlama ilə bağlı xoş olmayan hisslər, xatirələr qalıb. Bunlar gələcəkdə şəxsiyyət formalaşmasında mane olur”.

5.Qıdıqlama uşaq səhhəti üçün təhlükəlidir

Hər adam bilmir ki, zərərsiz hesab edilən qıdıqlamağın da əks göstəriciləri var. Nevroloji xəstəlikləri, autism və epilepsiyası olan uşaqları qəti qıdıqlamaq olmaz.

Qızdırmalı, xəstə uşağı güclə qıdıqlayıb süni gülüş yaratmaq olmaz. Bu, onun halını pisləşdirir.

Güclü qıcıq damarların spazmına səbəb olub, başda təzyiqi qaldırır. Xoşbəxtlikdən bu hal nadir halda olur, amma bəzən qıdıqlama zamanı uşağın tənəffüsü də dayana bilər.