“İndigo” Qarayevdə Yeni İl karnavalı keçirilib

“İndigo” uşaq bağçasının Qara Qarayev filialında Yeni il münasibətilə karnaval təşkil edilib.

Şaxta Baba və Qar Qız balacaların hazırladığı karnavalda iştirak edib, onlarla müxtəlif oyunlar oynayıb, rəqs ediblər. Əsl bayram əhvalında keçən karnaval balacalar üçün yaddaqalan olub.

“İndigo” Qara Qarayevdə “Yeni ilə hazırlıq” məşğələləri

“İndigo” uşaq bağçasının Qara Qarayev filialında “Yeni ilə hazırlıq” məşğələləri təşkil edilib.

Məşğələ zamanı Azərbaycan və rus bölməsinin balacaları müxtəlif əyləncəli və öyrədici oyunlar oynayıblar.

Təşkil edilən bədii ədəbiyyat, ətraf aləmlə tanışlıq və art məşğələsində “Yeni il qapımızı döyür”, “Qış necə olur?”, “Küknar ağacımız üçün qozaları rəngləyirik” və bu tipli bir neçə maraqlı fəaliyyətlərlə məşğul olublar.

“İndigo” Neapolda Tamaşa Günü

13 dekabr tarixində “İndigo” Neapol Uşaq Bağçasında 4-6 yaşlı uşaqlarla birgə Tamaşa Günü təşkil edilib.

Tədbir zamanı uşaqlar müxtəlif nağıllardan hazırlanan səhnəciklər ilə valideynlərini nağıllar aləminə  səyahətə aparıblar.

Bayram çələngində “Ağbəniz və yeddi cırtdan”, “Qar kraliçası”, “Qırmızı papaq”, “Düyməcik”, “12 qardaş”, “Küllücə” nağılları səhnələşdirilib.

Daxili gözəl olan ətrafa nur saçar

Daxili gözəllik insan ruhunun təmiz, pak olmasından irəli gəlir. Ruhu təmiz olan insanlar ətrafında baş verənlərə pozitiv, içindəki vicdani tərəzi ilə yanaşır.

Mən hər səhər sağlamlığıma, xoşbəxtliyimə, məni belə insan yaratdığı üçün Tanrıya şükürlər edirəm, minnətdar oluram. Bunları etdikcə, daxilimdə bir ruh yüksəkliyi yaranır. Sanki gördüyüm hər hadisə və ya hər insan mənə gözəl görünür.

Səhər tezdən bağçaya daxil olanda xoş əhval-ruhiyyə yaradıram. İşçiləri gülər üzlə salamlayır, onlarla motivasiyaedici söhbətlər edirəm. Bu münasibət onlarda ruh yüksəkliyi yaradır və beləliklə, onlar yüksək enerji ilə işə başlayır, uşaqlara sevgi ötürür, işlərini sevə-sevə görürlər.

İnsanların yaxşı cəhətlərini görməyə çalışmaq, xeyirli əməllər və işlər görmək lazımdır. Bütün bunlardan sonra insan özü rahatlayır. Ətrafındakı insanlar üçün xeyirli əməllər görmüş və bu cəhətdən rahatlamış hər bir insan isə cəmiyyətə uğur bəxş edəcək. Bizim bağçamız da belə bir cəmiyyətdir. Həmin bu cəmiyyətdə isə mən müxtəlif ailələrdən gələn uşaqları görür və onların uğurlarına şahid oluram.

Mənim məqsədim bağçamızdakı bu körpələrdə sevgi yaratmaq, onların hər birinin ətrafındakıları gözəllikləri görmələrini təmin etməkdir. Gözəllikləri yaratmaq üçün məndən asılı nə varsa, onu edirəm və edəcəm.

Bu yaxın günlərdən birində doğum günüm idi. Səhər tezdən məni ilk təbrik edən ailəm oldu. İşə gələndə işçilərimin üzündə sevgi dolu təbrik gördüm və bu, məni fərəhləndirdi. Mənə verilən güllər çox gözəl idi. Əsas olan o gözəl güllərin gözəlliyi yox,  onu verən kollektivin sevgi dolu hissləri, simaları idi. Fikirləşirəm ki, yəqin ki, bu, mənim insanlara münasibətimin nəticəsidir. İnsanların daxilində sevgi olmasa idi, bu qədər səmimi hissləri simalarına yansıda bilməzdilər. Mən yəqin insanları belə şən, xoşbəxt görməyi çox istəyirəm. Və fəxr edirəm ki, belə gözəl insanlar olan kollektivdə işləyirəm.

Yuvam Uşaq Bağçasını Direktoru / Pedaqoq Ədalət Nəbiyeva

Uşaq yeməkdə seçicilik edirsə, ona faydalı yeməkləri necə yedirməli?

Əksər valideynlər uşaqların yeməklərə qarşı həssalığı ilə qarşılaşır. Bu hal təxmini hər ailədə eynidir. Uşaq faydalı qidadan imtina edir, əksinə şirniyyat, konfet, şokolad, çipsi, suxarini isə istənilən qədər yeyə bilir. Sizinlə razıyıq, uşağı doğru qidalanmağa inadırmaq olduqca çətindir, amma mümkündür və lazımdır.

“Bağçam” Uşaq Bağçaları Şəbəkəsinin Əməliyyatlar üzrə Direktoru, Məktəbəqədər Təhsil Üzrə Mütəxəssis  Xalidə Rzayevanın bu mövzu ilə bağlı təqdim etdiyi bir neçə qızıl qayda sizin köməyinizə çatacaq:

  1. Səbrli olun və şəxsi nümunədə göstərin. Əvvəlcə valideyn maksimum səbirli olmalıdır. Çünki uşaqlar heç də hər zaman  rasionlarına yeni qidalar daxil olanda sevinmirlər. Həm də uşaqların çoxuna faydalı qidalar dadsız gəlir. Ona görə də təəcüblənmək lazım deyil ki, niyə uşaq  bu yeməkləri sevmir. Bir də nəzərə alın ki, faydalı qidalanmaya bütün ailə keçməlidir. Təsəvvür edin bir boşqabda qızardılmış kartof digərində qaynadılmış tərəvəz var. Belə halda vəziyyət daha da gərginləşir. Uşağa ən böyük təsiri gözlə gördüyü ola bilər. Mütləq uşaqla bərabər öz boşqabınıza da  tərəvəz qoyun və uşağa – ye bu faydalıdır və sən bunu yeməlisən sözlərinin əvəzinə, özünüz ləzzətlə yeyin və uşağa da təklif edin. Həmçinin uşaqlara çiy tərəvəz təklif edin, onlar ağızda xırtıldayan qidaları xoşlayırlar. Kök, kələm, bibər, xiyar onlar üçün çox  xoşagələn  ola bilər.
  2. Uşağın qidalanma rejimini tənzimləyin. Çox  vaxt valideyn uşağın aclıq hissini  gözləmədən onu tez və çox yedizdirməyə can atır. Uşaq nə qədər aktivdirsə,  bir o qədər iştahı yaxşıdır. Əsas yeməklərin arasında uşaqlara əlavə  qidalar verməməyə çalışın. Çalışın meyvə qabı daim masa üzərində olsun və əl çatan yerdə olsun ki, uşaq acanda şirniyyat deyil, meyvə yesin. Beləliklə, uşaqda düzgün atışdırmaq vərdişi yaranacaq. Yeni tərəvəzi və ya başqa bir qidanı uşağın artıq tanıdığı və sevdiyi yeməyin yanında təklif edin ki, o, yeni dada daha çox etibar edə bilsin.
  3. Sağlam qidaya erkən vaxtdan başlayın. Uşaq yeni dadlarla nə qədər tez tanış olsa, bir o qədər onlara alışmağı asan olar. Uşaq ana südündən digər qidaya keçid edəndə tədricən yeni dadlara uyğunlaşır. Çalışın qonaq gedəndə belə “Mənim uşağım onu yemir, bunu yemir” deməyəsiniz. Çox vaxt uşaqlar evdə yemədiklərini qonaq getdiyi yerdə yeyirlər və görəndə ki, dostlarının xoşuna gəlir onlarda da həmin qidaya qarşı həvəs yaranır. İcazə verin marketdə uşağın özü tərəvəz seçsin. Özü seçib deyə dadına baxmaq  onun üçün maraqlı olacaq.
  4. Yeməkləri maraqlı tərtib edin və oyun formasında təqdim edin. Unutmayaq ki, biz inkişaf edən uşaqdan danışırıq və uşaq gördüyü, daddığı hər şey vasitəsi ilə dünyanı dərk edir və öyrənir. Ona görə qida prosesi özü də bir öyrənmə mərhələsidir. Bu, rəngarəng və maraqlı formalar, fiqurlar və  personajlarla əhatə olunanda uşaq üçün həm də əyləncəli olur.
  5. Uşaqları yedizdirərkən aldatmayın və lazımsız vədlər verməyin. Gül kələmi yediyinə gürə konfetlə mükafatlandırmaq ən böyük səhvdir. Belə etməklə  uşaq meyvə tərəvəzi sevmək əvəzinə, onları hədiyyə mənbəyi kimi görəcək. Uşaq meyvə və tərəvəz bol yeyərsə,  daha  sürətli velosiped sürəcək, topla oynayacaq, dişləri möhkəm olacaq və s. Uşağın özü üçün bu maraqlı məqamları qeyd etməyiniz məsləhətdir.   Yemək yeyərkən televizor, telefon və ya hər hansı digər diqqət yayındıran vasitə məsləhət deyil. Uşağın diqqəti yeməkdə olmalıdır. Uşağı yemək yeyərkən əsla tələsdirməyin. İcazə verin o, bacardığı sürətlə yesin. Əksinə uşaq nə qədər yavaş yeyərsə,  bir o qədər həzm prosesi yaxşı olar. Eyni zamanda  valideynlər meyvələr, tərəvəzlər və digər faydalı qidalar haqqında uşaqlara maraqlı hekayələr, nağıllar şəkilli kitablar oxuya bilər. Həmçinin bərabər  faydalı, öyrədici  videolar  izləməyiniz yaxşı olar. Bu zaman uşağa  nəsihətlər verməkdən çəkinin. Sadəcə yüksək əhval-ruhiyyədə olun. Məlumatı onlara pozitiv çatdırın.

Beləlikə biz qida mövzusunda bu qaydalara riayət edərkən uşaqlara kiçik yaşlarından faydalı qidalanma vərdişlərini aşılamış oluruq.

“İndigo Special”da Yeni il şənliyi təşkil edilib

“İndigo Special” Xüsusi Uşaq Bağçasında Yeni il şənliyi təşkil edilib.

Şənlikdə balacalar müəllimləri ilə birlikdə valideynlərin qarşısında çıxış ediblər. Onlar bir-birindən maraqlı səhnəciklər göstərib, şeirlər səsləndiriblər.

Qeyd edək ki, “İndigo Special” Xüsusi Uşaq Bağçasının məqsədi – eşitmə, görmə, fiziki və qavrama bacarıqlarında çətinlik olan və inkişafı yaş xüsusiyyətlərinə cavab verməyən uşaqları bağçaya adaptasiya etməkdir.

 

Саморазвитие – Зачем мне это надо?

В прошлом блоге мы говорили о том, что такое саморазвитие и о том какие понятия мы в него вкладываем. Остановились мы на сферах жизни.

Сегодня мы продолжим тему сфер жизни. Напомним, в прошлом блоге было задание завести дневник и записать туда сколько сфер жизни Вы выделяете. Ну что? Сколько сфер и какие у Вас?

Мы выделили следующие:

  • здоровье
  • финансы
  • семья
  • отношения
  • личностный рост
  • духовный рост
  • окружение
  • карьера
  •  увлечения

Их очень часто рисуют в виде диаграммы круговой диаграммы. А иногда и в виде шкалы.

Они обособленны, но неразрывно связаны друг с другом. Для того чтобы мы были гармоничны, целостны, счастливы, мы должны развивать все эти сферы в равной мере. Вы скажете это невозможно. Если развивать все в равной мере, на важное не останется время. А что самое важное? Карьера? Семья? Увлечения? Самое важное – это Вы. Вы! ВЫ! А Вы это ВСЕ! Это Ваша карьера, в которой Вы хотите добиться успеха, это Ваши увлечения, которые дают возможность перезагрузиться и отвлечься. Это Ваше здоровье, поддерживая которое Вы становитесь выносливее, позитивнее, работоспособнее. Это Ваши дети которые как зеркала отражают Вас и учатся жить с Вашего примера.  Это и Ваше окружение, поддерживающие друзья, близкие, знакомые которые мотивируют и оказывают социальную поддержку. Это и духовный рост, который дает нам познать себя, наше место в этом мире и т.д. В случае развития всех сфер, мы можем говорить о счастливом человеке.

Кстати здесь хочется сделать небольшую ремарку. Будучи авторами на образовательном портале сети детских садов, мы не можем обойти стороной тот момент, что наши читатели в основном сами являются родителями. А это важно. Так как будучи родителями на нас большая ответственность. Все мы хотим счастья наших детей и стараемся их научить всему, что мы знаем. А учась сами, улучшаясь сами, становясь сами счастливее, мы открываем безмерные возможности для наших детей и их будущего. Есть очень хорошая английская пословица: «Не воспитывайте детей. Воспитывайте себя. Дети все равно будут похожи на Вас.». Они учатся жить видя как живем мы, учатся быть счастливыми, здоровыми, успешными беря пример с нас.

Значит начинать надо с себя.

Ну что, пройдем путь саморазвития вместе?

Если Вы с нами мы дадим Вам небольшое задание.

Нам нужно завести дневник или ежедневник. Или продолжить имеющийся.

Нарисуйте такую диаграмму, как на иллюстрации выше.

Аналогично назовите каждую сферу.

Теперь зарисуйте каждую, настолько, насколько Вы считаете ее развитой.

Чем больше зарисована сфера, тем более Вы считаете ее развитой.

А теперь взгляните на те которые мало зарисованы.

Вот с них мы и начнем работу.

Как мы будем их развивать, мы расскажем в следующем блоге про саморазвитие.

Оставайтесь с нами!

 

Менеджер Детского Садика Baby Star Мадина Иманова

Cəzalandırma və mükafatlandırma

Cəzalandırma və mükafatlandırma uşaq tərbiyəsində ən önəmli komponentlərdən biridir.

Bəs cəzalandırma və mükafatlandırmanı necə izah edə bilərik? Bunun ən sadə və anlaşılan açıqlamasını Uşaq İnkişafı Mütəxəssisi Murad Babayev verir:

“Vəd yerinə yetirilməyəndə uşaqların valideynə inamı azalır”

Uşaqlara vəd verdiyiniz zaman onlar sizin vədiniz hər nədirsə, onun vaxtını mütləq soruşur və gözləyir. Uşaqlıq dövründə zaman anlayışı yetkinlərdəki kimi formalaşmadığı üçün vədinizə geciksəniz, bu halı günlərlə izah etməyinizin heç bir faydası olmaya bilər. Hər nə etsəniz də uşağınız o gün gələndə vədin yerinə yetirilmədiyini gördükdə buna qarşı reaksiya verəcək. O, ağlaya, əsəbiləşə və aqressivləşə bilər.

Bəs hansı halda uşağa vəd vermək olar?

Baby Star Uşaq Bağçasının Meneceri Mədinə İmanova böyüklərə verdikləri vəddən əmin olmalarını tövsiyə edir: “Böyüklər vəd verəndə onu hətta mümkün dərəcədə tez yerinə yetirə biləcəklərindən əmin olmalıdırlar. Valideyn əmin deyilsə, o zaman uşağa indi söz verə bilməyəcəyini izah etməlidir. “Bəli, söz verirəm, alaram, edərəm, gedərik və s.”, sözləri uşağın kapriz etməməsi üçün deyilməməlidir. Vədlərə çox ciddi yanaşılmalı, düşünərək vəd verilməlidir. Bu halda uşaqlarda sözün, vədin vacibliyinə şübhə yaranmır və özləri də gələcəkdə verdiyi vədləri yerinə yetirirlər”.

Valideynlərin uşaqlar üçün nümunə, model olduğunu söyləyən Mədinə xanım vəd yerinə yetirilməyəndə uşaqların valideynə inamının azaldığını bildirir: “Vəd və ya yerinə yetirilməyən davranış bir neçə dəfə təkrarlanarsa, uşaqdan ”Sən onsuz da etmirsən, sözünü tutmursan” kimi cümlələr eşidə bilərsiniz. Həmçinin, ananın və atanın vədi 100% əminliklə yerinə yetirəcəyini bilən uşaq həyatında bu məqamları stabil nöqtə kimi görür.

Ana olmağa necə hazırlaşıram?

Düşünürəm ki, bizim kimi gənc ailələr övlad sahibi olmaq mərhələsinə əvvəlki dövrdən fərqli hazırlaşır. Mən ana olacağımı biləndə ilk ağlıma gələn sağlam qidalanmaq və sağlam həyat tərzi keçirmək idi. Bunu necə edə bilərdim?

İlk olaraq bu dövrdə sağlam qidaların siyahısını tutdum. Bir az axtarışla o ərzaqlarla yeyə biləcəyim yemək reseptləri tapdım. Artıq mən gündəlik necə sağlam qidalanacağımı bilirdim. Həmçinin bağçada işləməyim bu prosesə böyük təkan verdi. Bildiyimiz kimi bağçada uşaqlar üçün hazırlanan yeməklərin ərzaqları ölçülür və dərəcəsində olur. Bu da ən sağlam qidalanma növüdür. Gündə 5 dəfə az-az qidalanmağa başladım: səhər yeməyi, meyvə saatı, nahar, şirniyyat və axşam yeməyi. Bağçada tətbiq olunan gün rejimi əslində sağlam formalaşmağımız üçün hər birimizə lazım olan mərhələlərdən ibarətdir. Bu gün rejimimizə səhər gimnastikasi, qidalanma, gəzinti, idman, rəqs, musiqi fəaliyyətləri daxildir ki, biz bu prosesi böyüklər olaraq özümüz üçün də tətbiq edə bilərik.

Daha sonra isə gəzinti və təmiz hava. Bunu necə edirəm? Artıq avtomobil deyil, metro ən rahat nəqliyyat növünə çevrildi. Bağçadan metroya parkın içindən gəzərək gedirəm. Parkdakı gəzinti kiçik xoşbəxtliklər yaratmağa  şərait yaradır. Metrodan çıxıb evə qədər də eyni məsafədə gəzinti edirəm. Amma bununla kifayətlənmirəm. Bildiyimiz kimi ən hüzurverici məşğuliyyətdən biri də yoqadır. Artıq mənim yoqaya başlamağa səbəbim var idi və yenə də uzun axtarışdan sonra ev yaxınlığında yoqa mərkəzi tapıb dərslərə yazıldım.  Bu, bizim əzələlərimizin işinə və nəfəs alma prosesimizə yaxşı təsir edir.

Dostlarla və yaxınlarla vaxt keçirmək də ən yaxşı terapiya üsullarındandır. Həftədə ən azı bir dəfə, xüsusilə həftə sonları sakit, daha çox təbiətə yaxın olan bir yerdə masa ətrafında söhbət edirik və mən özümə kiçik hədiyyə edirəm: sevdiyim, amma çox da məsləhət görülməyən qidadan dadıram. Bura free kartof, çox kalorili şirniyyatlar və fast-food daxildir.

Ən əsası kitab axtarışına çıxdım. Harada bu dövr üçün maraqlı kitab tapa bilərəm? Çox kitab almışam və oxumağa başlamışam və ən maraqlı olanları artıq sevimli kitablarım siyahısına daxil edirəm.

Bu siyahıya əslində çox fəaliyyət əlavə edə bilərəm. Ən rahatladıcı fəaliyyətlərdən biri də yürüyüş zamanı klassik musiqiyə qulaq asmaqdır. Belə olan halda, biz küçədəki artıq səsləri deyil,  gözəl musiqi notlarını eşidirik.

Joyful Uşaq Bağçasının meneceri Yeganə Mərdan Ələkbərli