Şəkil çəkməyi necə öyrədək?
İstəyirsiniz sizin övladınız düz və səliqəli şəkil çəkə bilsin? Bəs, səlist yazı yazmağa nə deyirsiniz? Bunun üçün balacanın əllərini erkən yaşlardan öyrətmək lazımdır.
Rəsm – təkcə incəsənət demək deyil. Çəkilən şəklin səliqəli alınması üçün əlin motorikasını məşq etdirmək lazımdır. Balaca nə qədər çox çalışsa, bir o qədər onda yaxşı alınacaq. İlk dəfədən uşaqlarda düz xətt, dəqiq həndəsi fiqur çəkmək və ya təsviri səliqəli rəngləmək alınmır. Amma dəfələrlə bu hərəkətləri təkrar etdikdə, balaca qrafik bacarıqlarını təkmilləşdirmiş olur. Övladınıza bir neçə asan tapşırıq verməklə özünüz ona şəkil çəkməyi öyrədə bilərsiniz.
Nöqtələr üzrə xətt çəkmə
Bu tapşırıq üçün sizə üzərində nöqtələrlə nişanlanmış hər hansı bir əşya və ya heyvan təsvirli vərəq lazım olacaq. Vərəqi balacaya verin qoyun nöqtələri birləşdirərək şəkli çəksin. Sonra şəkli rəngləmək də olar. Yeri gəlmişkən, belə vərəqləri hazır almaqla yanaşı, özünüz də hazırlaya bilərsiniz. Bu, sizin cəmi bir neçə dəqiqənizi alacaq.
Ştrixləmə-cizgiləmə
Ən sadə bir şey çəkin (alma, top, gül) və uşağa onu cizgiləməyi təklif edin. Amma fikir verin ki, balaca cizgiləri eyni istiqamətdə çəksin.
Boyama-rəngləmə
Bu, yəqin ki, balacaların ən sevimli məşğuliyyətidir. Əgər siz körpənizin bu işdən təkcə zövq almasını deyil, həm də onun qrafik bacarıqlarını inkişaf etdirmək istəyirsiniz, o zaman şəkli rəngləyərkən karandaşı bir istiqamətdə hərəkət etdirməyi və cizgilərdən kənara çıxmamağı öyrədin. Balaca rəssama maraqlı olsun deyə, şəkilləri onun sevdiyi mövzuda götürün.
Labirint-dolanbac
Hər hansı bir balaca qəhrəmana labirinti keçməkdə yardımçı olmaq çox maraqlıdır! Siz həm hazır labirintdən, həm də özünüz hazırladığınızdan istifadə edə bilərsiniz. Balacaya karandaş verin, qoyun düz olan yolu tapsın. Təklif etdiyimiz tapşırıqlar onun üçündür ki, övladınız rəsm çəkməyi öyrənənədək darıxmasın. Axı hansı balaca bir yerdə sakit oturub, saatlarla dairə və ya düz xətt çəkməkdən zövq ala bilər?! Bu işi onun üçün daha əyləncəli etmək lazımdır!
Mənbə: analar.az

Gənc anaları daima narahat edən suallardan biri də odur ki, uşağa nə zaman saymağı öyrətmək lazımdır. Burada mütəxəssislər birmənalı cavab verirlər ki, əvvəlcə uşaq danışmağı öyrənməlidir. Uşağın inkişaf mərhələlərini qabaqlamaq mümkün deyil. İlk öncə nitq formalaşmalıdır, sonra isə artıq sadə riyazi biliklər öyrətmək olar. Saymağı öyrətmək üçün ideal yaş 3 yaşdır. Ancaq bu o demək deyil ki, üç yaşa qədər heç nə öyrədilməməlidir. Hər şey təbii şəkildə və uşaq buna hazır olduqda baş verməlidir. Uşağa saymağı gündəlik həyatında öyrətmək daha asandı. Məsələn, həyətdə ağacları, quşları, maşınları saymaqla, süfrəyə əyləşdikdə çəngəl, qaşıqları saymaqla öyrətməyə başlamaq olar. Bundan başqa bəzi hərəkətlər zamanı qeyri-ixtiyari olaraq rəqəmlərin səslənməsini yadda saxlayır. Məsələn, şalvarımızı geyinirik, sağ ayağı 1, sol ayağı 2, köynəyi geyinirik sağ əl 3, sol əl 4 sayı ilə ifadə olunması çox effektlidir.
Moskva kliniki uşaq xəstəxanasının baş həkimi İsmayıl Osmanov uşaqlara gündə 1-dən artıq alma verməyi məsləhət görmür.
Uşağın bağçaya getməyə hazır olub-olmadığını bilmək çox vacibdir. Siz bir neçə əlaməti müşahidə edərək bunu öyrənə bilərsiniz.
Dərslərin ən maraqlı hissələrindən biri də şagirdlərə nəsə paylamaq hissəsidir. Kserokopiya aparatı məktəblərdə ən çox işlədilən aparat olduğu gündən bəri çalışma kağızları da bizim sevimlimiz oldu. Dərsə giriş fəaliyyəti, dərsdə ediləcək əlavə fəaliyyət olaraq ya da dərsin əsası olaraq şagirdlər üçün çalışma kağızları hazırlanır. Müəllimlik etdiyim müddətdə sinfə gətirdiyim çalışma kağızlarını sıralar arasında gəzərək tək-tək paylayırdım. Səhv eləmirəmsə, müəllimliyimin ikinci ya da üçüncü ilində yenə bənzər rutini edərkən işin ortasında dayandım və öz-özümə deyinməyə başladım, nə edirəm mən deyə… Min cür əmək verərək hazırladığım işlərin kargosunu niyə mən edirəm? Bu çalışma vərəqləri sinif qapısından girdiyi andan etibarən şagirdlərindi və mən onların poçtalyonu deyildim.
Tanış vəziyyətdir: evdə uşaq dəcəllik edir, bağçada və ya oyun meydançasında isə, söz belə deməyə qorxur. Həmişə utancaq olmaq heç də yaxşı xüsusiyyət deyil. Bu utancaqlığın səbəblərini və həll yollarını bu yazımızda aydınlaşdırmağa çalışacağıq.
Demək olar ki, bütün valideynlər uşaqlarının ətraf aləmlə tanışlıq dövrünü yaşayırlar. Bu prosesdə uşaq ətraf aləmlə tanış olan zaman nəinki əşyalara toxunur, hətta onları dadmaq istəyir.
Diş həkiminə getmək istənilən uşağın əsas qorxularından biridir. Bəzən onlar həkimə getməkdənsə, diş ağrısına dözməyi üstün tuturlar. Amma sağlamlıqla zarafat etmək olmaz. Budəfəki yazıda sizə övladınızın stomatoloqdan qorxmaması üçün nə etməli olduğunuzdan bəhs edəcəyik.
Körpənizin zəkasını inkişaf etdirməyin yolu onlarla söhbət etməkdir. Onlara etdikləriniz haqqında qısaca danışın. O sizə başa düşməyə bilər, amma sizi dinləyir.