Diş həkiminə getmək istənilən uşağın əsas qorxularından biridir. Bəzən onlar həkimə getməkdənsə, diş ağrısına dözməyi üstün tuturlar. Amma sağlamlıqla zarafat etmək olmaz. Budəfəki yazıda sizə övladınızın stomatoloqdan qorxmaması üçün nə etməli olduğunuzdan bəhs edəcəyik.
Stomatoloqdan böyüklər də qorxur. Özünüzün və övladınızın bu qorxu hissini yaşamasına imkan vermək çox vacibdir. Çünki qorxu hissini duyğular spektrindən çıxarmaq mümkün deyil. Valideynlər bu reallığı qəbul etməli və övladlarından bunu soruşmalıdırlar: “Sən qorxanda mən sənə necə kömək edə bilərəm?” Bu halda uşaq valideynin ona dəstək olduğunu görür və birlikdə olduğunuz halda bu, ona qorxulu gəlmir. Uşaq öz qorxusunun öhdəsindən necə gələcəyini anlayandan sonra sizsiz də bunun öhdəsindən gələcək. Hələlik isə onun tərəfdaşa ehtiyacı var. Valideynin yanında olması, onu dəstəkləməsi çox vacibdir.
Təbii ki, uşaqlar diş həkiminin kim olduğunu, insanların niyə onun yanına getdiyini, stomatoloqun nə iş gördüyünü doğulanda bilmirlər. Valideynlərin vəzifəsi bu haqda onlara məlumat verməkdir. Məlumatsızlıq qorxu hissini daha da gücləndirir. Ona görə də diş həkiminə getməzdən əvvəl dişin müalicəsi prosesinin necə olacağını, nəyin ağrılı ola biləcəyini övladınıza danışın. Xüsusilə də, bu müalicə prosesində onun yanında olacağınızı mütləq vurulayın.
Uşağa izah edin ki, keçməyən, əbədi olaraq bizimlə qalan ağrı yoxdur. Ona görə də çox rahatlıqla uşağa söz verə bilərsiniz ki, onun qorxusu da keçicidir.
Mənbə: mel.fm