Siz poçtalyon deyilsiniz

Dərslərin ən maraqlı hissələrindən biri də şagirdlərə nəsə paylamaq hissəsidir. Kserokopiya aparatı məktəblərdə ən çox işlədilən aparat olduğu gündən bəri çalışma kağızları da bizim sevimlimiz oldu. Dərsə giriş fəaliyyəti, dərsdə ediləcək əlavə fəaliyyət olaraq ya da dərsin əsası olaraq şagirdlər üçün çalışma kağızları hazırlanır. Müəllimlik etdiyim müddətdə sinfə gətirdiyim çalışma kağızlarını sıralar arasında gəzərək tək-tək paylayırdım. Səhv eləmirəmsə, müəllimliyimin ikinci ya da üçüncü ilində yenə bənzər rutini edərkən işin ortasında dayandım və öz-özümə deyinməyə başladım, nə edirəm mən deyə… Min cür əmək verərək hazırladığım işlərin kargosunu niyə mən edirəm? Bu çalışma vərəqləri sinif qapısından girdiyi andan etibarən şagirdlərindi və mən onların poçtalyonu deyildim.

Qarşıdakı illərdə, dərsləri müşahidə etmək üçün girdiyim bir sinifdə müəllim kağızları sırayla şairdlərə paylayırdı. Birinci şagirdi, ikinci şagird, üçüncü şagird… Sıra onuncu şagirdə gəldiyində kağızlarını ilk alan şagirdlər öz aralarında oyuna başlayırdılar. Müəllim tez-tez çönüb sıranın başındakı şagirdlərə danışmayın deyirdi. Şagirdlər danışmasın istənilirdi, amma kağızları əllərində boş-boş gözləyən uşaqlar nə edəcəklərini bilmədiklərindən oyuna başlayırdılar. Onlardan heç bir şey etmədən gözləmələrini istəmək nə dərəcədə məntiqliyid? Yenə fərqli sinif müşahidələrində müəllim tərəfindən şagirdlərə sırayla tək-tək paylanılan materiallarla (oyun xəmiri, düymə, muncuq, kart və s.) oynanmaması istənməsinə şahidlik etdim. Təxmin edə biləcəyiniz kimi şagirdlər masalarına qoyulan bu ləvazimatlarla müəllimdən gələcək təlimatı gözləmədən oynamağa başlayırdı. Müəllim olaraq etdiyimiz bu texniki səhvin qarşısını almağın tək bir yolu varıydı, şagirdlərə “etməyin, toxunmayın” deyərək hirslənmək…

Kağız paylamağı dayandırdığım gün sinfə çalışma kağızlarının içində olduğu bir qutuyla girdim. Şagirdlərə nə edəcəklərini açıqladıqdan sonra sinfin ortasına qoyduğum qutudan kağızları götürə biləcəklərini bildirdim.

Şagirdlərin ayağa qalxmasından çəkinmədiyinizdə bu işin nə qədər sürətli və asan baş tutduğunu görəcəksiniz. Tətbiq etməyə başladığınız günlərdə bir az çəkişdirmə olsa da irəliləyən günlərdə sinifdəki hər şagirdin bu tətbiqetməyə öyrəşdiyindən bu period çox yaxşı işləyəcəkdir. Qrup halında oturulan siniflərdə bunu tətbiq etmək daha asan olar. Qrupda seçilən şagirdlər ayağa qalxaraq dostları üçün də kağız alıb yerlərinə oturarlar. Bu metod sizə vaxt qazandırmaqdan əlavə şagirdlərin öz məsuliyyətlərini dərk eləməsinə də kömək olar. Siz şagirdləriniz adına nə qədər az iş etsəniz, şagirdləriniz o qədər məluliyyətlərini dərk edəcəklər.