Körpələrin zəkasını inkişaf etdirən vərdişlər

Körpənizin zəkasını inkişaf etdirməyin yolu onlarla söhbət etməkdir. Onlara etdikləriniz haqqında qısaca danışın. O sizə başa düşməyə bilər, amma sizi dinləyir.

Hər gün ona kitab oxuyaraq beyninin gücünü artıra bilərsiniz. Körpənizə kitab oxumaq üçün ən yaxşı vaxt yatmağa getdiyi vaxtdır.

Körpənizlə göz təması qurun. Kiçik beyinləri əlaqə axtarır, göz təması çox vacibdir. Göz təması üçün ən uyğun vaxt yemək vaxtıdır.

Körpənizin IQ-sünü artırmaq üçün əyləncəli yol toxunmağı öyrətməkdir. Təbiət qoynuna çıxarın, torpağa, ota, gülə toxunmasına şərait yaradın. Kəşf etməyinə icazə verin.

Yeməyi ilə oynamağına icazə verin. Yerə yemək düşdükdə, ətraf çirkləndikdə əsəbiləşməyin, səbrinizi itirməyin. Onlar öyrənməklə məşğuldur. Öyrənmələrinə icazə verin.

Mənbə: qadin.net