Uşaqları planşetdən uzaqlaşdırmağın yolları

usaq_plansetEvdə, restoranda, parkda, alış-veriş mərkəzində və ağılınıza gələ biləcək hər yerdə uşaqların əlində netbuk, telefon, planşet görürük. Bəzi valideynlər uşaqları müasir smartfonlardan uzaqlaşdırmaqda çətinlik çəkirlər. Elmi texniki tərəqqi uşaqları öz aludəçisinə çevirib. Lakin qurtuluş yolu var. Bunun üçün uşaqlarınızla birlikdə oyunlar oynaya bilərsiniz. Bagcam.az Aile.lent.az-a istinadən  uşaqları ağıllı cihazlardan uzaqlaşdırmaq üçün bəzi oyunlar təklif edir.

Mahnını tap

Uşağa bildiyi bir mahnını zümzümə edin, hansı mahnı olduğunu tapıb desin.

Hansı var, hansı yoxdur?

Masanın üzərinə bir neçə əşya qoyun. Uşağa diqqətlə baxmasını deyin. Sonra gözlərini bir bezlə bağlayın və əşyalardan birini gizlədin. Sonra gözlərini açın və ondan hansı əşyanın olmadığını soruşun.

Bu hansı heyvandır?

Ağılınızda bir heyvan tutun. Uşaq sizə o heyvanın xüsusiyyətləri haqqında suallar versin. Cavablarınıza əsasən hansı heyvan olduğunu təxmin etməyə çalışsın.

Rəngləri öyrədin

Uşağa rəngləri öyrətmək üçün çox əyləncəli bir üsuldur. Ona bir rəng söyləyin və olduğunuz otaqda həmin rəngdə bir obyekt tapmasını istəyin.

X şəklində bir obyekt tap

Rəngləri öyrətdiyiniz kimi həndəsi fiqurları da öyrədərkən eyni oyunu seçə bilərsiniz.

Hansı fərqlidir?

Bir kağıza ortaq xüsusiyyətləri olan bir neçə obyekt yazın. Bir dənə də fərqli obyekt əlavə edin. Uşağa fərqli olanı tapmasını istəyin.

Tapmaca

Uşağın tapa biləcəyi tapmacalar öyrənin. Sonra isə bunları ondan soruşun. Tapmaqda çətinlik çəkdikdə ipucları verin.

Hansı əlimdədir?

Klassik “hansı əlimdədir?” oyununu uşaqla da oynaya bilərsiniz. Bir əlinizə əşya qoyub arxanızda qarışdırdıqdan sonra uşaqdan tapmasını istəyin.

“Master Pre-School bağça rəhbərlərinə nəzəri və praktiki bacarıq verir”

DSCN4397“Məktəbəqədər Təhsil müəssisələrinin rəhbərləri öz işlərində, xüsusən, uşaqların bütün təlabatlarına tam cavab verə biləcək praktik və nəzəri təcrübələrdən istifadə etməlidir”.

Bu sözləri “Master Pre-School” layihəsinin rəhbəri Sevda Babanlı Bagcam.az-a müsahibəsində deyib.

O, məktəbəqədər təhsil müəssisələri rəhbərlərinin əməkdaşlar, valideynlər və uşaqlarla davranış formaları haqqında danışıb:

“Məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri öz əməkdaşları ilə münasibətdə düzgün korporativ mühit yaradılmasını və bu mühitin hər əməkdaş tərəfindən qəbul edilib qorunmasını təşkil etməlidir. Hər bir müəssisənin dəyərləri olmalıdır və rəhbər bu dəyərlərin dəqiq anlayışını formalaşdırmalıdır. Xüsusilə, məktəbəqədər təhsil müəssisələrinin işçiləri uşaqlarla  işləyirlər və bu səbəbdən rəhbərlər işçilərə rahat, sevgidolu, pozitiv mühit yaratmalıdır ki,  onlar öz müsbət emosiyalarını gün ərzində uşaqlarla bölüşə bilsinlər. Mənim fikirimcə, narahat, gərgin mühitdə işləyən müəllimə heç zaman uşaqlar üçün düzgün emosional fon yarada bilməz. Rəhbərlər  bağçada bütün işi düzgün qurmalı və qorumalıdır. Düzgün iş olan yerdə valideynlərlə iş hər zaman rahatdır. Rəhbərlər valideynlərlə daimi ünsiyyətdə olmalı, uşaqlarla bağlı bütün sual və təkliflər dinlənməli və heç bir sual cavabsız qalmamalıdır. Əslində biz çox xoşbəxt insanıq, çünki uşaqlarla işləyirik və hər zaman onlardan pozitiv emosiya alırıq. Rəhbərlər uşaqlarla ana və ya ata kimi davranmalıdır”.

Sevda Babanlı məktəbəqədər təhsil müəssisələri rəhbərlərinin öz işlərində yeni və uşaqların maraq və tələblərinə cavab verəcək sistemi əsas tutan ölkələrin təcrübəsindən istifadə etməli olduğunu qeyd edib:

“Buraya Finlandiya başda olmaqla, Yaponiya və Amerika kimi qabaqcıl ölkələrin sistemini misal gətirə bilərik. Belə ki, son zamanlarda Finlandiyanın təhsil sahəsində göstərdiyi uğur və irəliləyiş bunun bariz sübutudur. Məncə, hər şeydən öncə uşaqlara fərdi yanaşmaq daha vacibdir.  Ancaq bu yolla biz hər uşağa onun qəbul edəcəyi tərzdə bilik və bacarıqları çatdıra bilərik”.

Sevda xanım həmçinin, təhsil müəssisələri menecerlərini hazırlamaq üçün təşkil edilən “Master Pre-School”  Hazırlıq Proqramı, eyni zamanda layihənin rəhbərlər üçün faydaları haqqında da  geniş məlumat verib:

“Təəssüflər olsun ki, indi Azərbaycanın təhsil sistemində məktəbəqədər təhsil müəssiələrinin rəhbərləri birbaşa yetişdirilmir, amma buna böyük ehtiyac var. Çünki istər özəl, istərsə də dövlət bağçalarının sayı artır və bu bağçalara cavan, enerjili, kreativ idarəçilər lazımdır. Bunları nəzərə alaraq, “Education Management Network”  faydalı layihəyə başlayıb – “Master Pre-School”. Bu proqram gələcək bağça rəhbərlərinə lazımlı nəzəri və praktiki bilik və bacarıqları verir. Hazırda, bildiyiniz kimi “Master Pre-School” davam edir və bizim şəbəkəyə daxil olan bağçaların menecerləri də bu proqramda iştirak edirlər. Mənim fikirmcə, bu, qoşulan iştirakçılar üçün  əla fürsətdir, çünki canlı nümunə görmüş olurlar. “Master Pre-School” Proqramı çərçivəsində keçirilən təlimlərdə pedaqoji təhsilli, bu sahə üzrə fəaliyyətini davam etdirmək istəyən 18 nəfər iştirak edir. Qeyd edim ki, ümumi treninqlər zamanı maraqlı testlər və oyunlar keçirilir. İştirakçılar beş istiqamət üzrə beş təlim və on seminarda iştirak edirlər. Sonda dörd iştirakçı seçiləcək və daha sonra həmin seçilən iştirakçılar dörd həftə ərzində beş menecer yanında praktika keçəcək.

Mütəxəssislərin təlim və seminarlarda keçdikləri mövzular rəhbərlərə çox faydalı olacaq, çünki təlimçilər məlumatın yalnız nəzəri tərəfini vermirlər. Təlim və ya seminarların böyük hissəsi praktiki keçirilir və rəhbərlər müxtəlif qruplar şəkilində gələcək işlərində səmərəli ola biləcək halları müzakirə edirlər. Bütün təlim və seminarlar xüsusi  hazırlanıb və məktəbəqədər təhsil müəssisələrinin işini əhatə edir. Burada söhbət həm marketinq, həm PR, həm də insan resurslarından gedir”.

“Master Pre-School”un hazırlıq mərhələsindən də danışan layihə rəhbəri seminarlar üçün təlimçi axtarmağın xüsusi diqqət tələb etdiyini vurğulayıb:

Layihədə təlimçi qismində iştirak etmək təklifimizi bir çox tanınmış və təcrübəli mütəxəssislər qəbul edib. Onlar arasında, Nərgiz Seyidzadə – insan resursları idarəedilməsi üzrə mütəxəssis, Fəxri Ağayev – biznes təlimçi; Sübhan Qasımlı –  Maliyyə idarə edilməsi üzrə mütəxəssis, Şəmsi Bayramzadə – marketinq üzrə mütəxəssis; Rasif Dünyamalı – idarəetmə üzrə mütəxəssis; Azər Nəzərov – ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis; Orxan Rzayev – sosial media marketinq üzrə mütəxəssis; Sevinc Səmədzadə – konflikt menecment üzrə mütəxəssis Vəfa Şirinova – psixiatr; Tofiq Sadıxov – şəxsi inkişaf üzrə təlimçi; Natavan Quliyeva – kurrikulum üzrə mütəxəssis; Xalidə Rzayeva – təlim üzrə mütəxəssis və Cavid İmamoğlu – şəxsi inkişaf üzrə təlimçi var”.

Sevda Babanlı sonda “Master Pre-School” Hazırlıq Proqramının digər təhsil müəssisələrində keçirilməsinin hələ ki nəzərdə tutulmadığını bildirib. O, qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrində olduğu kimi məktəblərdə də bu proqramın tətbiqi və idarəetmənin bu proqram əsasında aparılması arzuolunandır.

 

Uşaqlar analarının əlindən tutanda daha tez yuxuya gedirlər

7514e0d4ef4fd32b909e58d70f341fcf_783x0Əksər  valideynlər “Uşaqları ilə birgə yatmalıdılarmı?” sualı ilə qarşı-qarşıya qalırlar. Bir yaşa qədər bu normal sayılsa da, bir yaşdan sonra valideynlərə problemlər yaradır. Bu zaman körpənin ata və anası onu ayrı yatızdırmaq üçün müxtəlif yollardan istifadə edirlər.

Bagcam.az  sizə bunun üçün faydalı metodlar təqdim edir.

Körpəni qucaqda saxlamaq, onunla birlikdə uzanmaq olar, lakin yüngül yuxu fazasında onu mütləq öz çarpayısına qoymaq lazımdır. Bu zaman bir müddət onun yanında durmaq, əlini onun üzərinə qoymaq, dərin yuxuya gedənədək gözləmək olar. Bu müddət ərzində çevrilə, gözlərini aça və əmin ol bilər ki, onun hər şeyi yanındadır. Bu zaman ana yavaş-yavaş əlini çəkə bilər.

Körpə niyə ayılır? Çünki sərinlik və anasının yanında olmadığını, yanındakı mühitdə boşluq, təhlükə hiss edir.

Körpə üçün çox vacibdir ki, onun otağı rahat və isti olsun. Bunun üçün yatmazdan əvvəl onun yerini ütü ilə qızdırmaq olar. Körpənin özünü rahat hiss etməsi üçün ona çox sevdiyi oyuncağı da vermək olar. Bu elə oyuncaq olmalıdır ki, onu əldə saxlamaq rahat olsun.

Uşaq təmasa çox ehtiyac duyur- sığallamaq, ayaqlarına və əllərinə toxunmaq  və s. Bir çox uşaqlar analarının əlindən tutanda daha tez yuxuya gedirlər. Uşağı yerinə qoyduqdan sonra yanından ayrılmaq olmaz. Yanında qalmaq, ona ana qayğısını hiss elətdirmək lazımdır.

Uşağı ana südündən tədricən ayıran analar uşağı yatızdırarkən yanına öz əşyalarını qoysalar daha yaxşı olar. Bu körpəyə anasının yanında olduğu hissini yaşadacaq.

Mənbə: uduba.com

Balacalar riyazi hesablamanı bağçada öyrənir

Uşaqların şəxsiyyətinin formalaşmasında riyaziyyatın rolu böyükdür. Riyazi məşğələlər balacalarda məntiqi mühakimə yürüdə bilmək bacarığını inkişaf etdirir. “Education Management Network”a daxil olan  uşaq bağçasında da riyaziyyat məşğələlərinə xüsusi yer ayrılır. Tədris müddətində uşaqlarda təlimə maraq yaratmaq üçün riyazi oyunlardan istifadə olunur.

Bağçada  “Avtobus səyahəti” adlı açıq dərs keçirilib

Mütəxəssislərin fikrincə, uşaqlarda təfəkkürün formalaşması məhz bağça yaşlarından başlayır. Bunun üçün onlara kiçik yaşlarından etibarən ilkin bilikləri və davranış qaydalarını öyrətmək lazımdır.

25 Yanvar tarixində “Education Management Network”a daxil olan “İndigo” uşaq bağçasında uşaqların yarım il ərzində topladıqları bilikləri nümayiş etdirmək üçün “Avtobus səyahəti” adlı açıq dərs keçirilib. Açıq dərs zamanı balacalar müxtəlif obrazlarda çıxış edərək verilən tapşırıqları yerinə yetiriblər.

 Bagcam.az açıq dəsrdən hazırlanmış videonu təqdim edir:

Qar havasının uşağa xeyri var

qarSon bir neçə gün ərzində ölkə ərazisində havanın qarlı olması müəyyən qədər fərqli bir görüntü yaradır. Belə ki, əhalinin o qədər də alışmadığı bu hava şəraiti adətən çox az bir müddət ərzində davam etsə də, qısa zaman üçün müəyyən problemlərlə yadda qalır. Uşaqların soyuqlaması, yıxılıb əzilmələr və qəzalar… Amma bütün bu neqativ hallara baxmayaraq, qar xəstəlikləri məhv edən ən ciddi amil kimi qəbul edilir. Bu baxımdan bakteriyaların məhv olduğu belə havalarda həkimlər təmiz hava qəbul etməyi məsləhət görürlər.

Mövzu ilə bağlı pediatr Gülnar Allahverdiyeva fikirlərini bölüşərkən deyib ki, əgər uşaq sağlamdırsa, heç bir qrip və bu kimi xəstəliklərə yoluxmayıbsa, küləksiz vaxtlarda təmiz havaya çıxmasında fayda var: “Amma unutmaq lazım deyil ki, təmiz havaya çıxarılan uşaqları ilk olaraq uzun müddət ərzində havada saxlamaq olmaz. Həftə ərzində 15 dəqiqəlik rejimdən başlayaraq tədricən 1 saata qədər təmiz havada saxlamaq olar. Çox zaman valideynlər uşaqların ağızlarını qalın şərflərlə bağlayırlar ki, uşağın nəfəs borusuna soyuq hava daxil olmasın. Bu da düzgün deyil. Uşaqların, soyuq belə olsa, təmiz hava ilə nəfəs almağında fayda var. Bakteriyaları ölmüş təmiz qar havasının uşağa çox ciddi şəkildə xeyri var. Bu faydanı digər şeylərdən almaq olmaz. Uşaq soyuq və eyni zamanda isti hava ilə nəfəs alarkən orqanizm hər iki hava kütləsinə alışır. Soyuq hava virusların məhv olduğu bir havadır. Bu cür havada uşaqla gəzməyin çox faydası var”.

Mənbə: Ailem.az

Bəs siz hansı valideyn tipisiniz? – Özünüzü tanıyın

anaBagcam.az Aile.lent.az-a istinadən psixoloq Aytən Əlizadənin məqaləsini təqdim edir.

Həyatda hər kəsin öz vəzifələri vardır. Bu vəzifələr ilə biz nəyisə edirik, qarsılığında nəyisə alırıq. Lakin valideynlik vəzifəsi hər şeyi etməyinə baxmayaraq, qarsılığında heç nə istəməyən yeganə vəzifədir.

Bəs biz yaxşı valideynik?

Bəzən ana va ata olaraq bir cox səhvlər edirik. Valideyn istəyir ki, övladı üçün ən yaxşı həyatı qursun. Bəzən biz belə düşünürük ki, valideynin vəzifəsi övladlarını sevindirməkdən ibarətdir, lakin belə deyil; valideyn övladını həyata düzgün hazırlamaq üçün vəzifələndirilib. Uşaqların tərbiyəsində ilkin olaraq cəzalandırmaq və mükafatlandırmaq bir qayda halında olmalıdır. Cəza və mükafatlandırma isə düzgün qaydada olmalıdır. Əgər cəza və mükafatlandırma yoxdursa, bu zaman usaqda istək və davranışları qaydaya salmaq çətinlik yaradar və ya qarşısını ala bilməzsiniz.

Mükafatlandırma və cəza sistemini psixikamıza təsiri

İnsan mükafatlandırıldığı təqdirdə beyində dopamin hormonu, cəzalandırıldığı təqdirdə isə endorfin hormonu ifraz olunur.

Ailə psixologiyasında 4 cür valideyn tipi vardır:

1. Avtoritar valideyn – dediyimin üzərinə söz deyilməyəcək, müzakirə olunmayacaq və açıqlama verilməyəcək. Bu valideyn həyata özgüvənsiz, içəqapanıq, hər əmrə tabe olan insan formalaşdırır. Gələcəkdə işində uğurlar qazansa da, özgüvənsiz yetişirlər.

2. Liberal valideyn – uşaq sevinsin deyə onun hər dediyinə razı olan, razı olmadığı halda uşaq valideynin üstünə gedərək razı salınan valideyn tipidir. Burada ata, yaxud ana hər hansı biri avtoritar, digəri isə liberal valideyndirsə, burada uşaqda şəxsiyyət pozuntusu olur.

3. Xaotik valideyn – övladı nəyisə maraqla göstərir, yaxud danışmağa can atır valideyn isə başqa işlə məşğuldursa, bu zaman valideyn ilə uşaq arasında ciddi qopuqluq yaşanır. Ananın övlada maraqsız və diqqətsiz olması uşağı tamamilə pozur. Valideynlər anlamalıdırlar ki, əgər sən hər şeyi ilə övlada diqqət və maraqla yaxınlaşırsansa, o da bunu hiss edib hər şeyi ilə sənə diqqət göstərəcəkdir.

4. Demokratik valideyn – bu valideynlər övladına cəza və mükafatlandırmadan istifade edənlərdir. Bu valideynlər daha qərarlı, tutarlı, dəqiq olurlar və duyğuları övladlarına keçirməyi bacarırlar. İzah etdiyimiz valideyn tiplərindən ən uğurlusu demokratik olandır. Çünki qaydalar daxilində uşaq istədiyini edə bilər və daha düzgün yetişər.

Uşaq yeməyini yedi, yaxud dərslərini oxudu, bir sözlə, ediləcək olanları etdi deyə onu mükafatlandırmaq lazım deyil, çünki bu, onun vəzifəsidir. Əgər vəzifəsini ən yaxşı şəkildə edərsə, o zaman mükafatlandırmaq lazımdır. Məsələn: yaxşı oxudu deyə yox, sinif nümayəndəsi oldu deyə mükafatlandırmaq lazımdır.

2 formada mükafatlandırma vardır:

1. Psixoloji mükafatlandırma
2. Material tərzli mükafatlandırma

Bunlar düzgün şəkildə istifadə edilməlidir ki, övladınız rüşvətə meylli bir insan kimi yetişməsin!

Uşaqda skoliozun olduğunu özünüz təsbit edin

skalyozzz_93fe6e887f615e467230a772757167c0Normal sağlam insanda baş, bel, çanaq (ləyən sümüyü) və ayaqların orta nöqtəsi eyni şaquli xətdə olur. Normal onurğanın öndən görünüşündə sağa və ya sola doğru əyilmə olmur. Onurğaya öndən baxdıqda sağa və ya sola doğru əyilməsinə skolioz deyilir. Yaşı 10-dan az olan uşaqlarda müşahidə edilən skolioz yetkinlik dövründə olan skoliozdan fərqlidir. Bagcam.az Aile.lent.az-a istinadən türkiyəli həkim İlker Qaripoğlunun uşaqlıq dövründə aşkarlanan skolioz haqqında fikirləri ilə sizi tanış edir.

Mütəxəssis bildirir ki, skoliozun irəliləməsini təyin edən ən vacib faktor uşağın fiziki inkişaf sürətidir. Hər 100 uşaqdan 3-də uşaqlıq dövrü skolioz müşahidə edilə bilər. Ayaqların asimmetriyası, kürəkdə qabırğaların bir tərəfdə daha çox yığışması, bir çiyinin daha aşağı olması kimi gözə çarpan əlamətlər skoliozdan xəbər verir: “Skolioz müalicə edilmədiyi təqdirdə ağciyər və tənəffüs, ürək problemləri, iflic, ciddi estetik və psixoloji problemlərə yol aça bilər. Uşaqlarda skoliozun müalicəsi xəstədə skolioz əyriliyi, rotasiyanın dərəcəsinə və yerindən asılı olaraq təyin edilir. 20º dən az olan əyriliklər fiziki, məşq müalicəsi və ev proqramı ilə müalicə edilir. 20º dən çox əyrilik hallarında sərt korset istifadəsi ilə yanaşı, fiziki və konservativ müalicə məsləhətdir”.

Uşaqlıq dövründə ortaya çıxan skoliozda erkən diaqnoz qoyulmasının böyük əhəmiyyəti var. Erkən diaqnoz nəticəsində başlanan müalicə çox vaxt uğurlu olur. Həkim bildirir ki, valideynlər özləri də uşaqda skoliozun olub-olmamasını təsbit edə bilər.

Skoliozu təsbit etməyin 8 yolu

– Ayaq üstə durduqda kürək divara söykənmiş halda çiyinlərin hündürlüyündə fərq varmı?

– Uşaq dizləri düz formada önə əyildikdə kürək hissəsi fərqli hündürlükdə olurmu?

– Kürək sümüklərindən biri digərindən daha çox diqqətə çarpandırmı?

– Omba sümüklərində asimmetriya varmı?

– Ayaq üstə durduqda qollar yavaşca önə gəldikdə bir tərəf digər tərəflə müqayisədə qol və bədən arasında daha çox məsafə yaranırmı?

– Uşaqda diqqətə çarpan kürək donqarı mövcuddurmu?

– Bel çuxurları müqayisə edildiyi zaman asimmetriya gözə çarpırmı?

– Uşaq oturanda və ya ayaq üstə duranda bir tərəfə doğru əyilmiş formada dayanırmı?

Əgər bu əlamətlərdən hansısa uşağınızda müşahidə edilirsə, dərhal həkimə gedin. Unutmayın, erkən diaqnoz uğurlu nəticənin yarısıdır.

 

Uşaqlarda parazitləri təmizləyən təbii reseptlər

pediatrBagcam.az Ailem.az-a istinadən tibb elmləri üzrə fəlsəfə doktoru, pediatr Şəhla Rüstəmovanın məqaləsini təqdim edir.

Nə üçün uşaq yuxuda dişlərini qıcayır?

Yəqin ki, yuxuda dişlərini qıcamayan uşaq çətin tapılar. Bu isə anaların narahatlığına səbəb olur. Bəzi hallarda körpə bir neçə dəqiqə ərzində dişlərini qıcayır, bəzi hallarda isə tək-tək səslər eşidilir. Təbabətdə bu əlamətə bruksizm deyilir. Bruksizmin nədən yarandığını araşdıraq.

Çox zaman bruksizmi orqanizmdə qurdun olması ilə əlaqələndirirlər və buna görə müayinə olunmadan, uşağı müxtəlif parazit əleyhinə preparatlarla yükləyirlər. Adətən bu zaman müsbət nəticə əldə edilmir və uşaq dişlərini qıcamağa davam edir.

Alimlər tərəfindən sübut olunub ki, bruksizmin parazitlərlə heç bir əlaqəsi yoxdur. Bruksizmin yaranma səbəbləri sona qədər aydın deyil. Əsas səbəblərdən alimlər stress, yüksək sinir oyanıqlığı, irsiyyət ilə əlaqənin olmasını qeyd edirlər. Amma qurd-parazit olan uşaqlarda diş qıcama halı daha tez-tez rast gəlinir.

Əgər siz uşaqda qurd-parazitin olmasından şübhələnirsizsə, onların aşkarlanması üçün müayinədən keçmək lazımdır, çünki parazit əleyhinə dərmanların nəzarətsiz qəbulu orqanizmdə ziyansız ötüşmür. Daxil olan preparat uşağın bütün orqanlarına və hüceyrələrinə mənfi təsir göstərə bilər. Və belə preparatları müayinəsiz nəinki müalicə, hətta profilaktik məqsədlə də vermək məsləhət deyil.

Uşağımda qurd-parazit ola bilərmi?

Hansı şikayətlərə əsasən valideynlər uşaqda parazitlərin olmasından şübhələnə bilərlər? Əsas əlamətləri bir neçə qrupa bölmək olar.

Mədə-bağırsaq sisteminin fəaliyyətinin pozulması: Uşaqda qarın nahiyəsində sancıların olması, ishal, qəbizlik, ürəkbulanma, ağızdan xoşagəlməz qoxu, işhahsızlıq, bəzi hallarda isə iştahın artması da müşahidə olunur. Enterobioz zamanı uşaq yuxuya çətin gedir, gecələr narahat yatır və tez-tez oyanır. Xırda olmağına baxmayaraq, bu parazitlər bir sıra ciddi fəsadlara, gecə enurezinin, qız uşaqlarında cinsiyyət orqanlarında qaşınmalarına, iltihaba və uşaq onanizminə səbəb ola bilərlər.

Sinir sisteminin fəaliyyətinin pozulması: Orqanizmə qurdların daxil olması zamanı sinir sistemi tərəfindən dəyişikliklər baş verir: uşaq əsəbi, ağlağan və qıcıqlı olur, məktəbdə davamiyyəti pozulur, yuxu pozğunluğu, baş ağrıları qeyd olunur.

Allergik reaksiyalar: Uşaqda naməlum səbəbdən dəridə müxtəlif tipli allergik səpkilər müşahidə olunur.

İntoksikasiya əlamətləri: dərinin avazıması, gözaltı kölgələr, halsızlıq, yorğunluq. Limfa düyünlərin böyüməsi, çəkidən və boydan geri qalma də müşahidə oluna bilər.

İmmun sisteminin zəifləməsi: uşaq demək olar ki, “xəstəlikdən çıxmır”, virus infeksiyalarına tez-tez yoluxur, burun-boğaz “əti” (badamcıqları) böyüyür.

Amma hər bir uşaqda parazitlərin orqanizmdə olması individual reaksiya verir. Bir uşaq çəkidən, boydan geri qalır, digəri isə sadəcə əsəbi olur.

Xalq təbabəti üsulları ilə orqanizmdən parazitlərin təmizlənməsi

ÜST-in son məlumatlarına görə, parazitlər insan orqanizmində mədə-bağırsaq xorası, hepatit, şiş və xərçəng kimi müxtəlif qorxulu xəstəliklərə səbəb ola bilərlər. Tədqiqatlara görə, orqanizmində parazit olmayan şəxslər parazit olanlarla müqayisədə orta hesabla 21 il daha çox ömür sürürlər.

Böyüklərə nisbətən, uşaqlar qurd-parazit ilə daha tez-tez yoluxurlar, çünki uşaqların sanitar-gigiyenik normaları daha aşağı olur: körpələr tez-tez əllərini ağızlarına salırlar, dırnaq yeyirlər, it, pişiklə oynayırlar. Buna görə valideynlər uşaqlara dəfələrlə yan təsirləri çox olan kimyəvi qurd-parazit əleyhinə preparatlar verməyə məcbur olurlar. Bu səbəbdən nəzərinizə parazit əleyhinə əsas müalicə ilə yanaşı, toksik preparatların müddətini qısaldan və xalq təbabətinə aid olan sadə reseptləri təqdim edirik.

Zəyərək və mixək ilə parazitlərdən təmizlənmə

Zəyərək və mixək praktiki olaraq bütün növ parazit əleyhinə effektiv təsir göstərir. Müalicəvi təmizləyici qarışığın hazırlanması üçün 10 hissə zəyərək toxumu və 1 hissə mixək götürülür, üyüdülür və 10-20 qram 3 gün ərzində yeməkdən əvvəl qəbul edilir. 3 gün fasilədən sonra yenidən təkrar 3 gün qəbul edilir və bu sxem bir ay müddətində davam etdirilir.

Qoz yağı və sarımsaq ilə parazitlərdən təmizlənmə 

Səhər və axşam acqarına 5-10 ml qoz yağı və bir diş sarımsaq 10 gün müddətində qəbul edilir. 10 gün fasilədən sonra yenidən təkrar -10 gün.

Yerkökü və sarımsaq ilə parazitlərdən təmizlənmə

Xam yerkökü və təzə sıxılmış yerkökü şirəsi orqanizmindən parazitlərin, əsasən də bizquyruğun qovulmasına köməklik göstərir. Səhər və axşam acqarına 50-100 ml təzə sıxılmış yerkökü şirəsini bir diş sarımsaq ilə 2 həftə ərzində qəbul etmək məsləhətdir.

Uşaqların bərbərdən qorxmasının qarşısını necə alaq?

Baby's first haircut

Uşaq sahibisinizsə, əminik ki, onu bərbərə apardığınız zaman bir sıra çətinliklərlə qarşılaşmısınız. Belə vəziyyətlərdə ediləcək ən yaxşı şey uşağınızın saçlarını özünüzün  kəsməyidir. Bu, uşağınızı  sakitləşdirməklə yanaşı saç kəsiminin evinizin etibarlı mühitində edilməsinə şərait yaradacaq. Bundan başqa həm pulunuza, həm də uşağınızı bərbərə aparmaq üçün sərf edəcəyiniz vaxta qənaət etmiş olacaqsınız.

Uşaqların saç tellərinin sizinkilərdən  daha incə olması istisna olmaqla, saç kəsməyin əsas üsulları eynidir. Uşağınızın saç telləri qalınlaşana qədər qısa saç kəsimləri  etməkdən qaçın. Saç kəsmək mövzusunda təcrübəsizsinizsə, addım-addım saç kəsmə bələdçisinə ( internetdə) müraciət edə bilərsiniz. Burada etməli olduğunuz əsas məsələlərdən biri uşağın fikrini saçına yönəltməkdir, nə qədər saçına marağı yaransa, bu sizin işinizi bir o qədər yüngülləşdirəcək.

Övladınıza saçlarını necə şampunlamağı və yumağı da göstərin. Darama, fırçalama və qurulama kimi təmrinlər uşağa lap kiçik yaşlarından öyrədilməlidir.

Sağlam saçlara sahib olmaq normal qidalanma ilə də əlaqəlidir. Ona görə də övladınızın payına düşən meyvə və tərəvəzi yediklərindən əmin olun.