Bir Nəsli Anlamaq: Z Nəsli Kimdir?

Bəzi mənbələrdə 1996 -1997 il təvəllüdlüləri əhatə etsə də, aktual mənbələrə görə 2000-ci ildən etibarən dünyaya gəlmiş insanların yaratdığı nəsil Z nəsli adlanır. Tamamilə texnikanın hakim olduğu bir dövrdə anadan olduqları üçün texnologiyayla olduqca iç-içə yaşayan bu nəsilə, “İnternet nəsli” adı da verilir. Olduqca nikbin olması ilə yanaşı, şəxsi ambisiyalarının da son dərəcə yüksək olması, nəslin ən bilinən xüsusiyyətlərindəndir. 21-ci əsrin ilk nəsli olan Z nəslinin, texnologiyanın da sayəsində orta ömür müddəti baxımından digər nəsillərdən fərqli olması gözlənilir.

Y və Z Nəsli Arasındakı Fərqlər

2020-ci ildən etibarən dünyanın ən böyük istehlakçı qrupu olması gözlənilən “rəqəmsal uşaqlar”, fərqli ailə quruluşları və daha müxtəlif etnik qruplar ilə birlikdə böyüyür. Hazırda rəsmi olaraq universitetə qəbul olan Z nəsli fərdlərinin ali təhsildən gözləntiləri, özlərindən əvvəlki Y nəsli kimi yalnız texnoloji faktlarla məhdud deyil. Z nəsli, sosial şəraitlərdə, tətbiqi və birbaşa öyrənməyə meyilli nəsil kimi tanınır. İstədikləri vaxt sosial mediaya, təhsil vasitələrinə olan həvəsləri, nəslin biliyə çatmaq, çətinlik çəkmək istəmədiyi anlamına gəlir.

Z Nəsli Rəqəmsal Dünyanı Necə İstifadə Edir?

Teknosa tərəfindən 7-16 yaş arasındakı uşaqların rəqəmsal məcralarda ictimaiyyətə açıq olaraq paylaşdığı 1 milyon 600 min data təhlil edərək apardığı bir araşdırma, bizə Z nəslinin rəqəmsal dünya istifadə etmə forması haqqında mühüm məlumatlar verir. Aparılan araşdırmaya görə, rəqəmsal dünyanın içində doğulan Z nəsli, 97 faiz nisbəti ilə ən çox Youtube-da varlıq göstərir. Öz həmyaşıdlarının gündəlik həyatını yaxından təqib edən bu nəsil, günün meyillərinə uyğun olaraq əyləncəli video materiallar istehsal edən kanallara abunə olur, sevdikləri oyunların video materiallarını izləyir.

Rəqəmsal dünyada uşaqların danışdığı məsələlərin başında 38 faiz nisbəti ilə oyun adı gələndə, bu nisbət uşağın oyun xarakterləri və oynadığı oyunlardan nə qədər təsirləndiyinin də göstəricisi olur. Z nəslinin digər maraq sahələri isə 34 faiz ilə trendləri və gündəmi təqib etdikləri Vloglar, 19 faiz ilə həmyaşıdlarının gündəlik fəaliyyətləri, 6 faiz ilə oyuncaqlar və 3% ilə uşaq kanalları kimi sadalanır.

Z Nəslinin Xüsusiyyətləri Nələrdir?

Müxtəlif sosioloji qruplarla əlaqə qurmaq və haqq arama məsələlərində digər nəsillərdən daha uğurlu olmaları, iş həyatlarında çata biləcəkləri uğurların müjdəçisi sayılır. Əlavə olaraq, sərhədsiz yeni məlumata çıxışın, Z nəsli ilə daha özünə inamlı və karyera yönümlü bir nəsil yaratdığı düşünülür.

Z nəsli Necə İdarə Edilir?

Z nəslinə mənsub insanlarla işləməyə başlamaq istəyənlər üçün verilən bəzi idarəetmə ipucları  belədir:

  • Onlara muxtariyyət tanıyıb, sahibkar ruhlarını bəsləyin. Sadəcə vəzifə verməkdən çəkinin;
  • “Helikopter Valideyn”lərə böyüdükləri üçün mükafatlarla motivasiya olunduqlarını unutmayın;
  • Üz-üzə ünsiyyətin önəminə inandıqlarını, sadəcə yazışmaqdan xoşlanmadıqlarını, həqiqətən eşitdiklərini hiss etmək istədiklərini diqqətdə saxlayın.

Mənbə: egitimpedia.com

 

Bir Nəsli Anlamaq: X Nəsli Kimdir?

Amerikada başlayan, sonra dünya miqyasına uyğunlaşdırılan; İqtisadiyyat, demoqrafiya, siyasət elmi, klinik psixologiya və sosiologiya kimi elm sahələrindən əldə edilən məlumatlara əsaslanan nəsil təsnif olunmasına görə, günümüzün gənc nəsilləri olaraq adlandırılan üç ədəd nəsil (X, Y və Z) var. Bir çox cəhətdən həm fərqli, həm də ortaq xüsusiyyətlərə malik bu nəsillərin iş həyatına, texnologiyaya və həyata uyğunlaşması da dəyişikliklər göstərir. Gənc nəsillərin yaşca ən böyük nəsli olan X nəslinin doğum tarixi 1965-1980-ci illər arasını əhatə edir.

X Nəsli Xüsusiyyətləri

X nəsli qaydalara uyğun, mənsubluq hissi güclü, nüfuza hörmət edən, sadiq, işgüzarlığa önəm verən nəsil kimi tanınır. İş həyatlarında yüksək motivasiya ilə çalışırlar. Müəyyən çalışma müddətindən sonra mərhələ keçəcəklərinə inanırlar və səbrlidirlər. Daha çox, “yaşamaq” üçün çalışırlar.

Dünyaya gözlərini pərli paltaryuyan maşın, tranzistor radio, kaset pleyer və pikapla açsalar da, irəliləyən illərdə bir çox yeniliyə də şahidlik ediblər. Buna görə də X nəsli, bir çox dəyişiklik yaşamış kimi görünür. Xüsusilə, texnologiya baxımından düşünüldüyündə, kompüter sistemlərinin yenilənməsi və buna bağlı olaraq dəyişən iş həyatına əksəriyyəti adaptasiya ola biliblər. Ancaq bununla yanaşı uyğunlaşmaqda çətinlik çəkənlərin özlərini sosial cəhətdən təcrid olunmuş hiss etdiyi də ortaya qoyulan həqiqətlər arasındadır.

Amerika Birləşmiş Ştatlarında, ümumi iş gücünə 2018-ci ilə qədər ən böyük töhfənin X nəsli tərəfindən təmin olunacağı deyilir. Bu nəsil, özündən əvvəlki nəsildən sonra, doğum nisbətinin azalmasını təşkil edən nəsil kimi də tanınır. Buna görə də əvvəlki nəslə nisbətən sayca azdırlar.

Bacarıqlı, özünə yetən nəsildir.

X nəslinin ümumiyyətlə böyük bir qismi həm ananın, həm də atanın çalışdığı iki gəlirli ailələrin uşaqları olmasına baxmayaraq, uşaq-gənclər dövrlərinə təsadüf edən böyük iqtisadi böhran səbəbilə ailə fərdlərinin işlərini itirmələrinə də şahid oldular. Xüsusilə, pisləşən iqtisadiyyat səbəbli çətinliklərlə boşanma nisbətinin da artdığı ailələrin üzvləri olan nəsil, müstəqil, bacarıqlı və özünə çatan nəsil olaraq tərif edilir.

Texnoloji olaraq “usta” bir nəsil

Çoxunun ən bilinən xüsusiyyətlərindən biri də, ağıllı telefonlar, smartfonlar, dizüstü kompüterlər və elektron rabitədəki rahatlıq səviyyələridir. Nəsil, istehsal iqtisadiyyatından xidmət iqtisadiyyatına keçidi əks etdirən nəsil kimi tanınır.

Dəyişikliyə uyğun bir nəsil

1980-ci illərin ağır iqtisadi dövrlərində yaşayan X nəsli, işə can yandıran valideynlərinin çox çətinliklə qazandığı mövqelərini itirdiklərini gördükləri üçün,  işə götürəndən daha az asılı olmağa və əvvəlki nəsillərə nisbətən inkişaf etmək üçün işlərini dəyişdirməyə daha istəklidirlər. Dəyişikliyə uyğunluq göstərmələri və alternativ həyat tərzlərinə qarşı tolerant olmaları da mühüm xüsusiyyətlərindəndir.

Mənbə: egitimpedia.com

Bir Nəsli Anlamaq: Y Nəsli Kimdir?

1981-1996- cı illər (bəzi mənbələrə görə 1980-2000-ci illər)  arasında dünyaya gələn nəsil, Y nəsli kimi tanınır. Y nəslinə mənsub olan şəxslər, müxtəlif şəkillərdə xarakterizə edilir. Məsələn, amerikalı yazıçı Ron Alsop 2008-ci ildə yazdığı kitabında (Trophy Kids), Y nəslinin, valideynlər və himayədarlar tərəfindən nə qədər lazımsız yerə layiq görüldüyünü və iş həyatındakı həqiqətdən uzaq gözləntilərini vurğulayarkən; Time jurnalında dərc olunan bir xəbərdə, Y nəslinin çevik iş saatları, özünə daha çox vaxt ayırma kimi istəkləri ilə yanaşı, rəhbərlərindən gələn karyera tövsiyələri və geridönüşlərdən boğulduqları bildirilir. “Mən, Mən, Mən Generasiyası” olaraq da adlandırılan bu nəslin narsist, tənbəl, nazlı və xəyalpərəst olduqları da dilə gətirilir.

 Y Nəslinin Xüsusiyyətləri

 “İnternet nəsli” və “Millenial” olaraq da bilinən Y nəslinin mənfi cəhətlərindən bəhs edilərkən; İşdən işə keçməyə, tənbəlliyə və narsistliyə meyilli olduqları deyilə bilər. Haqlarında həyata keçirilən işlərin çıxış nöqtələrinin, ümumi olaraq nəslin mənfi xüsusiyyətləri olmasına səbəb isə, onların dünya miqyasında “bədbəxt” nəsil kimi tanınmalarıdır.

Ancaq nəslin müsbət cəhətləri də mövcuddur. Onlar azlıq haqlarını müdafiə edən və fərqli cinsi şəxsiyyətlərə daha hörmətli yanaşan nəsil kimi tanınırlar. Gündəlik işlərinin dünyada müsbət bir dəyişikliyə töhfə verdiyini görmək, onları xoşbəxt edir.

Y nəsli özünə inamlı, özünü ifadə edə bilən, açıq fikirli, şən, fərqli fikir və həyat tərzlərinə anlayışlı  nəsil kimi qəbul edilir.

 Y Nəsli Niyə Bədbəxtdir?

Çatdıqları əsr və valideynləri nəzərə alındıqda, müxtəlif səbəblərdən uğursuz və ya uğurlu, amma bədbəxt olan Y nəslinin vəziyyətinə heç də təəccüblənməməliyik. Karyera təzyiqləri, İnternet və sosial media dövrünün dəbdəbə təzyiqləri və yoldaşlarının əslində həqiqət olmayan fantastik həyatları kimi amillər, Y generasiyasının məruz qaldığı əsas faktlardır. Bundan başqa, istədikləri bir çox şeyə demək olar ki, tək bir düyməni basaraq malik olan Y nəslinin, xoşbəxtliyə, uğur və xəyallara çatmaq sürətindən də belə bir arzuda olması, nəslin bədbəxtliyinin əsas səbəblərindən hesab olunur.

 Y Nəsli Anaları

  • Böyüdükləri dövrün xüsusiyyətlərinə görə formalaşan Y generasiya analarının hər kəsə məlum olan ən ümumi cəhətləri isə belədir:
  • Əvvəlki ana nəslinə görə yaşca daha böyükdür.
  • Sosial mediaya son dərəcə bağlıdırlar və sosial media platformalarını analıq-valideynlik haqqında tövsiyə mübadiləsi məcrası kimi istifadə edirlər.
  • İstifadə etdikləri məhsulların marka dəyərinə qiymətlərindən daha çox əhəmiyyət verirlər. (Məsələn, ətraf mühitə həssas məhsullar istifadə etməyə meyillidirlər).
  • Bir-birilərindən qeyri-adi şəkildə təsirlənirlər.
  • Media kanalları, xüsusilə reklam sektoru tərəfindən sıxışdırıldıqlarını hiss etməkdən nifrət edirlər.

Mənbə: egitimpedia.com

Bağçadakı davranışlar və nailiyyətlərlə arasındakı əlaqə

Bir uşağın hissləri anlaya bilməsinin və bunları dünya ilə əlaqələndirə bilməsinin nə qədər vacib olduğunu göstərən yeni bir tədqiqat yayımlanıb.

Hər valideyn uşaqlarına paylaşmağı, başqaları ilə xoş rəftar etməyi, kin və kədər kimi duyğuların necə öhdəsindən gələcəyini öyrətməyin yaxşı bir şey olduğunu bilir. Ancaq aramızdan neçə nəfər bu sosial və emosional bacarıqların uşağımızın uzun müddətli uğuru üzərində nə qədər təsirli olduğunu bilir?

800 uşağı 20 il ərzində bağça illərindən iyirmi yaşlarının ortalarına qədər təqib edən çox geniş əhatəli tədqiqat, bir uşağın bağçadakı bacarıqları ilə yetişkinliyinin ilk illərindəki uğuru arasında əlaqə olduğunu ortaya qoyub.

Araşdırmalara görə, bağçada kömək etməyi sevən uşaqlar universitetdən məzun olmağa və 25 yaşında işə girməyə daha çox meyilli olur. Bağça tələbəsi olaraq münaqişələri həll etmək, paylaşmaq, iş birliyi etmək mövzusunda problemlər yaşayan uşaqlar isə lisey və ya universitetdən məzun olma ehtimalı az olur, maddə asıllığı olan insanlara çevrilir və qaydalara daha çox qarşı gəlirlər.

Emosional bacarıqlar öyrədilə bilər

Penn State Universiteti və Duke Universiteti tədqiqatçıları araşdırmaları davam etmək üçün bağça şagirdlərinin sosial bacarıqları mövzusunda müəllimləri tərəfindən 1991-ci ildə edilən qiymətləndirmələri araşdırıb.

Müəllimlər uşaqları, başqalarını dinləmək, vəsaitlərini bölüşmək, yaşıdları ilə aralarında yaranan problemləri həll etmək və kömək etməyi sevən biri olmaq kimi faktorlara əsaslanaraq qiymətləndirib. Pozitif bacarıq və davranışlarını ölçmək üçün isə hər şagirdə ümumi qiymət verilib. Sıfır ən aşağı nəticə göstərən uşaqlara, sosial bacarıq və davranış göstərən şagirdlərə dörd qiyməti verilib.

Tədqiqatçılar daha sonra ilk yetişkinlik illərində uşaqlarda nə kimi dəyişikliyin olduğunu analiz edib. Liseyi və universiteti qurtarıb-qurtarmadıqları, işə girib-girmədikləri və cinayət işləmək, maddə asıllığı problemləri, ya da ruhi problemlər yaşayıb-yaşamadıqlarına baxılıb.

Tədqiqatın əsasında dayanan Damon Jones, uşağın inkişafında sosial və emosional bacarığın vacibliyini bildiklərini, ancaq yenə də bu bacarıqlarla uşağın uzun müddətli ümumi vəziyyəti arasında güclü əlaqə tapmağı gözləmədiklərini deyir.

Jonesə görə, əsas cəsarət verən, uşağın inkişafı müddətində sosial bacarıqların öyrədilə və öyrənə bilən olmasıdır.

Jones deyir ki, “Bəzi insanlar nəticələrə baxıb “Əgər mənim uşağım belə zəif qiymət alırsa, uğursuzluğa məhkum olunduğu mənasına gəlir?” deyə soruşa bilər”. Cavab olaraq “Qətiyyən xeyr” deyən Jones, istər məktəblər, istər valideynlər vasitəsi ilə olsun, uşaqların sosial və emosional bacarıqlarını inkişaf etdirməyinə kömək edəcək bir çox təsirli yolların olduğunu da əlavə edir.

Geniş əhatəli təsirlər

Jones tədqiqat nəticələrinin təsirlərinin olduqca geniş əhatəli olduğunu deyir. Tədqiqatın şagirdlər üçün vacib mesajı var. Sosial və emosional öyrənmək qabiliyyəti də zehni bacarıqlar qədər vacibdir.

“Ənənəvi olaraq akademik uğura daha çox yönəlmiş vəziyyətdəyik. Ancaq sayları gedərək artan tədqiqatlar vasitəsi ilə akademik uğurun insanı uğurlu edən şeylərdən sadəcə biri olduğunun xəbərdarı olmağa başladıq”.

“Məktəb dili ilə danışmaq lazımdırsa, sosial və emosional bacarıqlar motivasiya, doğru davranış qabiliyyəti qazandırır. Məktəbdə uğurlu ola bilmək və dərəcə əldə etmək üçün yetişkinlərlə birgə çalışmaq bacarığı ilə də təmin edir”.

Jones: “İş dünyasının lideri də emosional zəkanın vacibliyini bilir. Başqaları ilə birlikdə gözəl “oynaya” bilən insanları işə almaq istədiklərini bildirirlər, çünki bunun əslində hər şeyin təməlinə təsir etdiyini bilirlər”.

Emosional təlim necə mümkündür?

“Əziz valideynlər, bu tədqiqatların bizə də verdiyi mesaj var. Bu, olduqca vacib mesajdır. Emosiaları idarə etməyi öyrənmək və paylaşmaq kimi şeylərdən bəhs etdiyimizdə valideynlərin çoxu “Bəli, mən bunu edirəm”  deyir. Amma sonra tam olaraq nə edəcəklərini bilmədiklərini qəbul edirlər”.

Sofia Dickens, emosional zəkanın həyat nəaliyyəti üzərindəki vacibliyindən o qədər əmindir ki, nəhayət EQtainment adlı firma quraraq uşaqların sosial və emosional əzələlərini hərəkətə gətirməyi təmin edən masa oyunları və oyuncaqları yaratmağa başlayır.

“Bu bacarıqlar olduqca sadədir və hər valideyn evdə, salonda, maşında, marketdə sıra gözləyərkən, axşam yeməyini bişirərkən, ya da yemək yeyərkən uşağına aşılaya bilər”.

Dickens ailələrin, “Qırmızı işıq, yaşıl işıq” və “Tibb” kimi uşaqların vücudlarını, düşüncələrini və duyğularını idarə etməyi öyrənmələrini təmin edən oyunlar oynaya biləcəklərini deyir.

“Hələ uşaq olduqlarına və kifayət qədər həyat təcrübələri olmadıqlarına görə onların təcrübə müddətini sürətləndirməyin tək yolu, başqa insanların təcrübələrindən yararlanmağa da sövq etməkdir”.

“Buna görə uşaqlarınızla birlikdə kitab oxuyarkən, onlara, ana xarakterin nələr hiss etdiyini və ya onu nələrin motivasya etdiyini, ya da ana xarakterin yerində olsa idi nələr edəcəyinə dair suallar verin”.

“Tədqiqat doğru olduğunu bildiyimiz bir şeyi təkrar edir: Emosional zəka, məktəbə hazır olmaq və həyat nəaliyyəti ilə konkret əlaqəyə sahibdir. Buna görə emosional zəka, uşaqlarımızı böyüdərkən əmək vermək istədiyimiz ən vacib şeylərdən biridir” deyə Dickens fikrin vurğulayır.

Mənbə: egitimpedia.com

“Helikopter valideynlik” uşaqlarda davranış pozuntusuna səbəb olur

Yeni bir araşdırma, həddindən artıq idarəçi valideynlərə malik uşaqların, mənfi davranışlarının artması səbəbi ilə məktəb həyatında çətinlik çəkmə ehtimallarının daha yüksək olduğunu göstərib.

Minnesota Universiteti tədqiqatçıları, “helikopter valideynlik” – deyə tanınan valideynlik növünün uşaqların emosional sağlamlığına pis təsir etdiyini, bu uşaqların istəklərini və sosial həyatlarını idarə etməkdə çətinlik çəkdiklərini deyirlər.

Bundan fərqli olaraq, valideynlərinin müdaxiləsi olmadan çətin vəziyyətlərlə başa çıxmağı öyrənən uşaqların isə gələcəkdə daha uğurlu olacaqlarını irəli sürürlər.

“Araşdırmamız göstərir ki, helikopter valideynlər tərəfindən yetişdirilmiş uşaqlar inkişafın gətirdiyi yeniliklərin öhdəsindən gəlməkdə çətinlik çəkirlər. Xüsusilə də mürəkkəb məktəb mühiti ilə baş edə bilmədiklərini görürük” – deyir Minnesota Universitetinin tədqiqatçılarından olan Nicole Perri.

“Öz hisslərini və davranışlarını təsirli şəkildə keçirmək bacarığından məhrum olan uşaqların sinifdə “dəcəllik” etmə və dost seçərkən çətinlik çəkmə ehtimalı daha yüksəkdir. Məktəbə uyğunlaşmaları da daha çətindir”.

Amerika Psixoloqlar Assosiasiyası tərəfindən “İnkişaf psixologiyası” adlı jurnalda dərc olunan iş, Birləşmiş Ştatlar və İsveçrədə 422 uşağın və valideynin davranışlarını araşdırıb.

Uşaqlar iki yaşında anaları ilə birlikdə laboratoriyaya dəvət edildilər və dörd dəqiqə ərzində müxtəlif oyuncaqlarla oynamaq, sonra iki dəqiqə ərzində oyuncaqları buraxmaları istənildi.

Bütün proses ərzində tədqiqatçılar anaların, istənilən bu vəzifəni nə dərəcədə yerinə yetirməyə çalışdığını qiymətləndirdilər.

Daha sonra, uşaqlar beş yaşında olduqlarında, araşdırma qrupu tərəfindən ətalətsiz formada paylaşılan şəkərlərə qarşı uşaqların reaksiyası və qısa zaman ərzində tapmaca həll etmə qabiliyyətləri ölçüldü.

Son olaraq isə uşaqlar 10 yaşına gəldikdə məktəb, müəllimlər və duyğusal məsələlər haqqındakı mövqeləri ilə bağlı test edildi.

Araşdırma, iki yaşında məruz qaldıqları “helikopter valideynliyin”, uşaqların beş yaşına gəldiklərindəki pis davranışları və duyğusal sağlamlığının çatışmazlığı ilə bağlı olduğunu müəyyənləşdirdi.

Həmçinin, araşdırma beş yaşında duyğularını daha yaxşı tənzimləyə bilən (sakitləşdirən, nəzarət edə bilən) uşaqların on yaşına gələndə daha yaxşı sosial bacarıqlara malik olduqlarını və məktəbdə daha məhsuldar olduqlarını da göstərir.

“Stress doğuran situasiyalar zamanı özünü sakitləşdirmə bacarığını inkişaf etdirmiş və özünü idarə etməyi bilən uşaqlar yetkinlik əvvəli çətin məktəb şəraitlərinə daha asanlıqla uyğunlaşırlar” – deyə,  Doktor Perri deyir.

Mənbə: egitimpedia.com

Prinsipial valideynlər uşaqlarını ümidsiz həyata məhkum edirlər

Müvəffəqiyyət qazanmaq üçün özümüzü inkişaf etdirməkdən dolayı boş vaxtlarımızı, sevincimizi və həyat yoldaşımıza, uşaqlarımıza sərf etdiyimiz vaxtı qurban vermək məcburiyyətindəyik.

Həyat şərtlərimizin çətinləşdiyini bilirik. Gənc insanların çoxunun özünə aid bir evə sahib olması, hətta ev kirayələmək ehtimalları belə artıq çətindir. Həyat şərtlərimizin bağlı olduğu, möcüzələri ilə həyatımızı gözəlləşdirən təbii dünya qorxulu şəkildə bizdən oğurlanır.

Ötən həftə birja analitiki tərəfindən Wall Streetdə bu yay təcrübə keçməyə başlayan şagirdlərə istiqamətlənmiş bir yazı mətbuata sızdı. Qeyddə gənc tələbələrin girəcəkləri “zəhərli” mədəniyyətə qısa baxış atmaq mümkündür:

“Sizə gücün 10 əmrini təqdim etmək istəyirik. Doqquz həftə müddətində bunlarla yaşayıb, bunlarla öləcəksiniz. Nə olursa olsun hər gecə ofisdən ən axırıncı çıxanın şəxsin  siz olmasını istəyirik. Ofisə yastıq gətirməyinizi tövsiyə edirik. Bu, masanızın altında yatmağınızı daha da asanlaşdıracaq. Praktikantlıq əslində 9 həftə masaya bağlanmaqdır. Praktikantlarımızdan biri müdirimizdən 1 həftəlik icazə istədi və ona gedə biləcəyi deyildi. Eyni zamanda ondan BlackBerrysini təslim etməsini və masanı da yığışdırmasını istədik. Oyun zamanı qurtardı və artıq vidalaşmaq vaxtı gəldi”.

Oyun zamanı bitdi. Heç başlamışdı ki? Əgər bu tələbələrin Financial Times qəzetində bəhs edilən kimi valideynləri varsa, onda necə? Məqalə yeni iş növünə diqqət çəkir: Bağça məsləhətçisi. Bu insanlar müştərilərinin kiçik uşaqları üçün elit universitetə gedən yolun daşlarını döşəyəcək bağça tapmaq məcburiyyətindədirlər. Bunun qarşılığında saata 290 £ məvacib alırlar.

Bu məsləhətçilər altı aylıq oğullarının əvvəlcə Cambridge-ə, ardından Deutsche Bank-a girməsinə qərar vermiş valideynlərdən bəhs edirlər. Ya da iki yaşındakı qızları həftədə iki dəfə özəl dərs alan (riyaziyyat və oxumaq-yazmaqda ən üst mərtəbələrdə yer almaq üçün) və bununla yanaşı həftəlik olaraq fonetik və oxu dərsləri, dram, piano, fransızca başlanğıc və üzgüçülük dərsləri alan valideynlərdən bəhs edirlər. Bu valideynlər uşaqlarının proqramına çincə və ispanca əlavə etməyi də fikirləşirlər: “Kiçik qız o qədər yorğun, gərgin və narahat idi ki, ağzını açmaqdan qorxurdu.”

Uşaqlıqdan iş sahibi olana qədər baş verənlər həyatı, sevgini inkar edən zehniyyətin məhsuludur. Bu zehniyyət, xoşbəxtlik və məmnunluq hissi ilə deyil, həm bədbəxt, həm də məqsədsiz prinsiplə bəslənir. Çünki əvəzinə keçən şeyləri əsla geri qazandıra bilməz: uşaqlıq, ailə həyatı, yay mövsümünün əvəz edilməz zövqü, mənalı və qəlbdən çalışmaq, anı yaşamaq. Bu zəhərli mədəniyyət uğruna iqtisadiyyatın məqsədləri dəyişdi, sosial sənədlər yenidən yazıldı, iqtisadiyyat dünyasının sayılan insanları demokratiya tərəfindən qəbul edilən vergilərdən, tənzimləmələrdən və digər qısıtlamalardan azad edildi.

Əvvəllər hökumətlər uşaqların ruhi sağlamlıq problemlərini hər 5 ildə bir ölçürdülər. Amma bu tətbiq 2004-cü ildə ləğv edildi. Əgər prinsip,  sağlamlığımıza zərər verirsə, güc sahibi insanlar bunu bilmək istəmirlər.

İngiltərədə ruhi sağlamlıq müalicəsi görən uşaqlara istiqamətlənmiş qayğı təşəbbüsü 1999-2014 illər arasında 50% artdı, amma bu göstərici tələbi qarşılamırdı. Bu gün İngiltərədə ruhi problemlərlə boğuşan uşaqların faizi ruhi müalicə alan yetişkinlərə görə daha çoxdur.

Son 10 ildə özlərinə zərər verdikləri üçün xəstəxanaya müraciət edən uşaqlar 68% artdı. İştah problemi olan gənc xəstələrin göstəricisi isə üç ildə iki qata çıxdı.

Uşaqların ümumi sağlamlığı ilə bağlı beynəlxalq anketdə uşaqların həyat məmnuniyyəti sıralamasında İngiltərənin 15 ölkə arasından 13-cü sırada olduğu ortaya çıxdı. İngiltərə “Məktəbə getməyi sevirəm” fikri ilə barışıq olma mövzusunda 13-cü, uşaqların öz bədənlərindən məmnun olmaqları mövzusunda 14-cü və özgüvən mövzusunda 15-ci sırada yer alır.

1653-cü ildə İzaak Walton “yazıq varlı insanın” qismətini belə təsvir edir: Bütün zamanını əvvəlcə əldə etmək və onları qayğı ilə qorumaq üçün sərf edən bu insanlar zəngin olmağa məhkum ediliblər. Buna görə daima məşğuldurlar və daima məmnun deyillər”.

Ev tapşırıqlarını həll et, imtahanları uğurla ver, 20 yaşlarını gün işığı görmədən keçir. Bax o vaxt sən də seçilən insanlar kimi yaşaya bilərsən. Bəli, ağlı başında olan kim belə həyatı yaşamaq istəyər?

Mənbə: egitimpedia.com

 

“Komanda işi və motivasiya” təlimi

“Bağçam” uşaq bağçaları şəbəkəsi Cəmiyyət Qarşısında Missiyası Olan Müəssisə Deməkdir!

Missiyamızı uğurla tətbiq etmək üçün öyrənirik, çalışırıq, qazanırıq və paylaşırıq!

“Komanda İşi” təlimindən növbəti videonu sizinlə bölüşürük:

"Komanda təlimi"

"Bağçam" uşaq bağçaları şəbəkəsi Cəmiyyət Qarşısında Missiyası Olan Müəssisə Deməkdir! Missiyamızı uğurla tətbiq etmək üçün öyrənirik, çalışırıq, qazanırıq və paylaşırıq! ❤️

Опубліковано Bağçam Uşaq Bağçaları Şəbəkəsi Понеділок, 24 вересня 2018 р.

 

Şagirdlərin daxili motivasiyasını necə təmin edə bilərik?

Uşaqlar bəzi şeylərin öhdəsindən gəlib özlərini yaxşı hiss etdikdə daha çətin vəzifələri tamamlamağa çalışaraq bu hissi təkrarlamaq istəyirlər. Bacarıq hissi asıllılıq yarada bilər. Bu müvəffəqiyyətlər xüsusi olduqda daha mənalıdır və bacarıq hissi də mənalı mükafatdır.

Bu hiss kiçik oyuncaqlardan, ya da az sayda şagirdə verilən və digər şagirdlərin bütün səylərinə baxmayaraq “müvəffəqiyyətsiz” hiss etmələrinə səbəb olan “ayın şagirdi” kimi adlardan daha yaxşıdır.

Yetişkin olaraq, mükafat və vəzifədə yüksəlmə kimi xaricdən gələn şeylərin nə qədər təsirli olduğu ilə bağlı şübhəmiz yoxdur. Ancaq bütün bunlar fərdlərin bacarıqlarını təyin etmək üçün istifadə etdikləri yeganə ünsürlərdirsə, bu fərdlər daha çox məyus olurlar. Çünki etibarı gücləndirən bu cür ünsürlər az və seyrəkdir və araşdırmalardan bildiyimiz qədərilə performans səviyyəsinin düşməsinə yol açama ehtimalı yüksəkdir.

Bu vəziyyət arzu edilən etibara (ən yüksək qiyməti almaq) çatmaq ya da məktəb ili boyunca sadəcə 10 tələbənin layiq görüldüyü “ayın şagirdi” seçilmək üçün şagirdlərin şəxsi səylərinin və bacarıqlarının nəzərə alınmadığı, gözardı edildiyi qiymət sistemi ilə paralellik göstərir. Hər iki vəziyyətdə bu sağlam olmayan rəqabətə, hiylə etməyə, qısqanclığa və daha çox imtina etməyə səbəb olur.

İnkişafı səlahiyyət forması kimi görmək

Səlahiyyət mütləq olan bir termin deyil. İnkişaf etdikcə daha səlahiyyətli hala gəlirik. Yüksək vəzifəyə gələ bilmək üçün müxtəlif mərhələlərdən keçmək lazım olur. Etməli olduğumuz şey bizi daha irəliyə aparacaq hərəkətlərimizə zəmin yaratmaqdır.

Şagirdlər daha çox şeyi necə edəcəklərini anlamağa, başqalarına yardım etməyə və yeni biliklər öyrənib mütəxəssisləşərək müvəffəqiyyətli hiss etməyə daxili olaraq dəyər verirlər. Xarici mükafat sistemləri isə bu hissi məhv edir.

Qürur duyduğu hər hansı işini müəlliminə təqdim etdikdən sonra məyusedici qiymətin şagirdin üzərində yaratdığı təsiri düşünün. Şagirdlərdəki uğur duyğusunu xüsusi yollarla təmin etməliyik və performanslarını necə inkişaf etdirəcəkləri ilə bağlı onlara konkret fikirlər verməliyik.

Daxili motivasya və başqaları üçün nəsə etmək

Martin Luther Kingin “Hamı mükəmməl ola bilər, çünki hər kəs xidmət edə bilər” sözü başqaları üçün nələrsə etməyin gücünü və təsirini bizə göstərir. Ancaq bu fikir bir çox məktəb tərəfindən istifadə olunmur. Şagirdlər başqalarına kömək etdikdə çox qüvvətli şəxsi məmnuniyyət yaşayırlar. Məsələn, oxumaqdan sıxılan şagirdlər, özlərindən kiçik şagirdlərə kömək etdikdə oxumaqla bağlı özlərinə olan inamları artır.

Şagirdlərin maraq dairələrinə və güclü tərəflərinə istiqamətlənmək

Bacarıq maraqlanmaqla inkişaf edir. Müəllimlərin bu duyğunu bəsləməsi vacibdir. Ancaq bildiyimiz kimi təhsil tək fəaliyyət deyil, komanda işidir. Öyrədənlər birlikdə çalışmalı və bir şagird müəyyən mövzuya maraq göstərdikdə və ya uğur qazandıqda bu mövzu üzərində düşünülməlidir. Məsələn, əgər məktəb şagirdi rəsm dərsini çox sevirsə və bu dərsi həftədə bir ya da iki saat alırsa, sual bu olmalıdır: “Bu iki dərs saatı içində uşağın bacarıq hissi necə təmin edilə bilər?”

Hər hansı bir mövzuda bacarıq axtarışında olmaq, asıllıq yarada bilər və bu şagirdlərin inkişafı üçün vacib ünsürdür. Gəlin, bütün şagirdlərin məktəbdə hər gün özlərini bacarıqlı və uğurlu hiss edəcəkləri təcrübələr yaşamasını təmin edək.

Mənbə: egitimpedia.com

Uşaqlarda kəkələmə problemi

Kəkələmə – danışıq əsnasında nitq bacarığının nizamlı şəkildə irəliləməsini pozan fasilə, bəzi səs və sözləri yeniləmək ya da danışıq zamanı bir hecanı uzanmasıyla yaranan problemdir. Bəzi ailələrdə gərginlik səviyyəsinin yüksək olması uşağın nəfəs borusu, səs tellərinə, beyindəki nitq mərkəzinə birbaşa təsiri olduğu ilə bağlı düşüncələr var. Uşaqlıqda yaşanan gərginlik, narahatlıq, qorxular da kəkələmə problemini yaradan amillər içərisindədir.

Kəkələmə hansı yaşlarda başlayır?

Kəkələmə ən çox 2-7 yaş arasında, təxmini başlanğıc isə 5 yaşdan başlayır. Ailədəki ən kiçik uşaqlarda, qız uşaqlarına nəzərən isə oğlanlarda  3-4 qat daha çox olur.

Hansı vəziyyətlərdə özünü göstərir?

Kəkələmə tanımadığı insanların olduğu yerlərdə, telefona cavab verərkən, birindən bir şey istəyərkən özünü biruzə verir. Qorxduqları bu kimi vəziyyətdən qaçmağa çalışırlar. Söyləyə bilmədikləri sözün yerinə dərhal yaxın mənalı sözü gətirərək cümləni tamamlamağa çalışarlar. Adları soruşulduqda cavab verməkdə çətinlik çəkirlər. Bağça və ya məktəbdə daim arxa sıralara çəkilər, yoxlamalar alınarkən gec cavab verərlər. Daha çox mimikaları ilə cavab verməyə meyilli olan kəkələyən uşaqlar yeni bir şey istəmək və ya demək yerinə başqaları ilə eyni fikirdə olduqlarını bildirərlər.

Kəkələmə probleminin müalicəsi nədir?

Hərəkət tənzimləmələri, doğru nəfəs almaq, nitq müalicəsi (nitqin yavaşıdılması, nitq başlanğıcının asanlaşdırılması, səs səviyyəsinə nəzarət kimi) edilməlidir.

Mənbə: mavimarti.net

 

“Komanda işi” təlimi

“Bağçam” uşaq bağçaları şəbəkəsinə daxil olan bağçalarda peşəkar işçi heyəti fəaliyyət göstərir. Şəbəkə onların təkmilləşdirilməsi istiqamətində mütəmadi olaraq təlimlər həyata keçirir.

Təlimdən görüntünü sizə təqdim edirik:

"Komanda işi" təlimi

"Bağçam" uşaq bağçaları şəbəkəsinə daxil olan bağçalarda peşəkar işçi heyəti fəaliyyət göstərir. Şəbəkə olaraq onların təkmilləşdirilməsi istiqamətində mütəmadi olaraq təlimlər həyata keçiririk.Şəbəkəmizə daxil olan bağçalar haqqında ətraflı məlumat əldə etmək üçün: 070 264 50 12

Опубліковано Bağçam Uşaq Bağçaları Şəbəkəsi Середа, 19 вересня 2018 р.