1981-1996- cı illər (bəzi mənbələrə görə 1980-2000-ci illər) arasında dünyaya gələn nəsil, Y nəsli kimi tanınır. Y nəslinə mənsub olan şəxslər, müxtəlif şəkillərdə xarakterizə edilir. Məsələn, amerikalı yazıçı Ron Alsop 2008-ci ildə yazdığı kitabında (Trophy Kids), Y nəslinin, valideynlər və himayədarlar tərəfindən nə qədər lazımsız yerə layiq görüldüyünü və iş həyatındakı həqiqətdən uzaq gözləntilərini vurğulayarkən; Time jurnalında dərc olunan bir xəbərdə, Y nəslinin çevik iş saatları, özünə daha çox vaxt ayırma kimi istəkləri ilə yanaşı, rəhbərlərindən gələn karyera tövsiyələri və geridönüşlərdən boğulduqları bildirilir. “Mən, Mən, Mən Generasiyası” olaraq da adlandırılan bu nəslin narsist, tənbəl, nazlı və xəyalpərəst olduqları da dilə gətirilir.
Y Nəslinin Xüsusiyyətləri
“İnternet nəsli” və “Millenial” olaraq da bilinən Y nəslinin mənfi cəhətlərindən bəhs edilərkən; İşdən işə keçməyə, tənbəlliyə və narsistliyə meyilli olduqları deyilə bilər. Haqlarında həyata keçirilən işlərin çıxış nöqtələrinin, ümumi olaraq nəslin mənfi xüsusiyyətləri olmasına səbəb isə, onların dünya miqyasında “bədbəxt” nəsil kimi tanınmalarıdır.
Ancaq nəslin müsbət cəhətləri də mövcuddur. Onlar azlıq haqlarını müdafiə edən və fərqli cinsi şəxsiyyətlərə daha hörmətli yanaşan nəsil kimi tanınırlar. Gündəlik işlərinin dünyada müsbət bir dəyişikliyə töhfə verdiyini görmək, onları xoşbəxt edir.
Y nəsli özünə inamlı, özünü ifadə edə bilən, açıq fikirli, şən, fərqli fikir və həyat tərzlərinə anlayışlı nəsil kimi qəbul edilir.
Y Nəsli Niyə Bədbəxtdir?
Çatdıqları əsr və valideynləri nəzərə alındıqda, müxtəlif səbəblərdən uğursuz və ya uğurlu, amma bədbəxt olan Y nəslinin vəziyyətinə heç də təəccüblənməməliyik. Karyera təzyiqləri, İnternet və sosial media dövrünün dəbdəbə təzyiqləri və yoldaşlarının əslində həqiqət olmayan fantastik həyatları kimi amillər, Y generasiyasının məruz qaldığı əsas faktlardır. Bundan başqa, istədikləri bir çox şeyə demək olar ki, tək bir düyməni basaraq malik olan Y nəslinin, xoşbəxtliyə, uğur və xəyallara çatmaq sürətindən də belə bir arzuda olması, nəslin bədbəxtliyinin əsas səbəblərindən hesab olunur.
Y Nəsli Anaları
- Böyüdükləri dövrün xüsusiyyətlərinə görə formalaşan Y generasiya analarının hər kəsə məlum olan ən ümumi cəhətləri isə belədir:
- Əvvəlki ana nəslinə görə yaşca daha böyükdür.
- Sosial mediaya son dərəcə bağlıdırlar və sosial media platformalarını analıq-valideynlik haqqında tövsiyə mübadiləsi məcrası kimi istifadə edirlər.
- İstifadə etdikləri məhsulların marka dəyərinə qiymətlərindən daha çox əhəmiyyət verirlər. (Məsələn, ətraf mühitə həssas məhsullar istifadə etməyə meyillidirlər).
- Bir-birilərindən qeyri-adi şəkildə təsirlənirlər.
- Media kanalları, xüsusilə reklam sektoru tərəfindən sıxışdırıldıqlarını hiss etməkdən nifrət edirlər.
Mənbə: egitimpedia.com