Bir Nəsli Anlamaq: X Nəsli Kimdir?

Amerikada başlayan, sonra dünya miqyasına uyğunlaşdırılan; İqtisadiyyat, demoqrafiya, siyasət elmi, klinik psixologiya və sosiologiya kimi elm sahələrindən əldə edilən məlumatlara əsaslanan nəsil təsnif olunmasına görə, günümüzün gənc nəsilləri olaraq adlandırılan üç ədəd nəsil (X, Y və Z) var. Bir çox cəhətdən həm fərqli, həm də ortaq xüsusiyyətlərə malik bu nəsillərin iş həyatına, texnologiyaya və həyata uyğunlaşması da dəyişikliklər göstərir. Gənc nəsillərin yaşca ən böyük nəsli olan X nəslinin doğum tarixi 1965-1980-ci illər arasını əhatə edir.

X Nəsli Xüsusiyyətləri

X nəsli qaydalara uyğun, mənsubluq hissi güclü, nüfuza hörmət edən, sadiq, işgüzarlığa önəm verən nəsil kimi tanınır. İş həyatlarında yüksək motivasiya ilə çalışırlar. Müəyyən çalışma müddətindən sonra mərhələ keçəcəklərinə inanırlar və səbrlidirlər. Daha çox, “yaşamaq” üçün çalışırlar.

Dünyaya gözlərini pərli paltaryuyan maşın, tranzistor radio, kaset pleyer və pikapla açsalar da, irəliləyən illərdə bir çox yeniliyə də şahidlik ediblər. Buna görə də X nəsli, bir çox dəyişiklik yaşamış kimi görünür. Xüsusilə, texnologiya baxımından düşünüldüyündə, kompüter sistemlərinin yenilənməsi və buna bağlı olaraq dəyişən iş həyatına əksəriyyəti adaptasiya ola biliblər. Ancaq bununla yanaşı uyğunlaşmaqda çətinlik çəkənlərin özlərini sosial cəhətdən təcrid olunmuş hiss etdiyi də ortaya qoyulan həqiqətlər arasındadır.

Amerika Birləşmiş Ştatlarında, ümumi iş gücünə 2018-ci ilə qədər ən böyük töhfənin X nəsli tərəfindən təmin olunacağı deyilir. Bu nəsil, özündən əvvəlki nəsildən sonra, doğum nisbətinin azalmasını təşkil edən nəsil kimi də tanınır. Buna görə də əvvəlki nəslə nisbətən sayca azdırlar.

Bacarıqlı, özünə yetən nəsildir.

X nəslinin ümumiyyətlə böyük bir qismi həm ananın, həm də atanın çalışdığı iki gəlirli ailələrin uşaqları olmasına baxmayaraq, uşaq-gənclər dövrlərinə təsadüf edən böyük iqtisadi böhran səbəbilə ailə fərdlərinin işlərini itirmələrinə də şahid oldular. Xüsusilə, pisləşən iqtisadiyyat səbəbli çətinliklərlə boşanma nisbətinin da artdığı ailələrin üzvləri olan nəsil, müstəqil, bacarıqlı və özünə çatan nəsil olaraq tərif edilir.

Texnoloji olaraq “usta” bir nəsil

Çoxunun ən bilinən xüsusiyyətlərindən biri də, ağıllı telefonlar, smartfonlar, dizüstü kompüterlər və elektron rabitədəki rahatlıq səviyyələridir. Nəsil, istehsal iqtisadiyyatından xidmət iqtisadiyyatına keçidi əks etdirən nəsil kimi tanınır.

Dəyişikliyə uyğun bir nəsil

1980-ci illərin ağır iqtisadi dövrlərində yaşayan X nəsli, işə can yandıran valideynlərinin çox çətinliklə qazandığı mövqelərini itirdiklərini gördükləri üçün,  işə götürəndən daha az asılı olmağa və əvvəlki nəsillərə nisbətən inkişaf etmək üçün işlərini dəyişdirməyə daha istəklidirlər. Dəyişikliyə uyğunluq göstərmələri və alternativ həyat tərzlərinə qarşı tolerant olmaları da mühüm xüsusiyyətlərindəndir.

Mənbə: egitimpedia.com