“Helikopter valideynlik” uşaqlarda davranış pozuntusuna səbəb olur

Yeni bir araşdırma, həddindən artıq idarəçi valideynlərə malik uşaqların, mənfi davranışlarının artması səbəbi ilə məktəb həyatında çətinlik çəkmə ehtimallarının daha yüksək olduğunu göstərib.

Minnesota Universiteti tədqiqatçıları, “helikopter valideynlik” – deyə tanınan valideynlik növünün uşaqların emosional sağlamlığına pis təsir etdiyini, bu uşaqların istəklərini və sosial həyatlarını idarə etməkdə çətinlik çəkdiklərini deyirlər.

Bundan fərqli olaraq, valideynlərinin müdaxiləsi olmadan çətin vəziyyətlərlə başa çıxmağı öyrənən uşaqların isə gələcəkdə daha uğurlu olacaqlarını irəli sürürlər.

“Araşdırmamız göstərir ki, helikopter valideynlər tərəfindən yetişdirilmiş uşaqlar inkişafın gətirdiyi yeniliklərin öhdəsindən gəlməkdə çətinlik çəkirlər. Xüsusilə də mürəkkəb məktəb mühiti ilə baş edə bilmədiklərini görürük” – deyir Minnesota Universitetinin tədqiqatçılarından olan Nicole Perri.

“Öz hisslərini və davranışlarını təsirli şəkildə keçirmək bacarığından məhrum olan uşaqların sinifdə “dəcəllik” etmə və dost seçərkən çətinlik çəkmə ehtimalı daha yüksəkdir. Məktəbə uyğunlaşmaları da daha çətindir”.

Amerika Psixoloqlar Assosiasiyası tərəfindən “İnkişaf psixologiyası” adlı jurnalda dərc olunan iş, Birləşmiş Ştatlar və İsveçrədə 422 uşağın və valideynin davranışlarını araşdırıb.

Uşaqlar iki yaşında anaları ilə birlikdə laboratoriyaya dəvət edildilər və dörd dəqiqə ərzində müxtəlif oyuncaqlarla oynamaq, sonra iki dəqiqə ərzində oyuncaqları buraxmaları istənildi.

Bütün proses ərzində tədqiqatçılar anaların, istənilən bu vəzifəni nə dərəcədə yerinə yetirməyə çalışdığını qiymətləndirdilər.

Daha sonra, uşaqlar beş yaşında olduqlarında, araşdırma qrupu tərəfindən ətalətsiz formada paylaşılan şəkərlərə qarşı uşaqların reaksiyası və qısa zaman ərzində tapmaca həll etmə qabiliyyətləri ölçüldü.

Son olaraq isə uşaqlar 10 yaşına gəldikdə məktəb, müəllimlər və duyğusal məsələlər haqqındakı mövqeləri ilə bağlı test edildi.

Araşdırma, iki yaşında məruz qaldıqları “helikopter valideynliyin”, uşaqların beş yaşına gəldiklərindəki pis davranışları və duyğusal sağlamlığının çatışmazlığı ilə bağlı olduğunu müəyyənləşdirdi.

Həmçinin, araşdırma beş yaşında duyğularını daha yaxşı tənzimləyə bilən (sakitləşdirən, nəzarət edə bilən) uşaqların on yaşına gələndə daha yaxşı sosial bacarıqlara malik olduqlarını və məktəbdə daha məhsuldar olduqlarını da göstərir.

“Stress doğuran situasiyalar zamanı özünü sakitləşdirmə bacarığını inkişaf etdirmiş və özünü idarə etməyi bilən uşaqlar yetkinlik əvvəli çətin məktəb şəraitlərinə daha asanlıqla uyğunlaşırlar” – deyə,  Doktor Perri deyir.

Mənbə: egitimpedia.com