Xoşbəxt uşaqların yetişdirilməsində təsirli olan 10 faktor

Valideyn olmaq çox qarışıq işdir. Diqqətli olmadığımız təqdirdə bir tərəfə çox fokuslaşıb digər tərəfi unuda bilərik. Əksər hallarda, xüsusən, nizam-intizam qaydalarına fokuslaşmış valideynlər görürəm. Mən isə burada sözün əsl mənasından “davranış dəyişikliyi”ndən danışacağam. Bəzən “… olarsa, nə edim?”, yaxud “uşaqlarıma … necə elətdirərəm?” deyə soruşuruq. Bu zaman əsas şəkil diqqətimizdən yayınır.

İşin əsli isə budur ki, uşaqlarımızı böyüdərkən onların davanışlarının inkişafı üçün istifadə etdiyimiz üsullar və texnikalardan daha önəmli nüanslar da var.

Budur, heç bir sıralama olmadan, seçə biləcəyiniz hər üsuldan önəmli olan 10 nüans:

  1. Münasibətlər

Uşaqlarımızla qurduğumuz münasibət onlara dərindən təsir edir. Bu münasibət onlara həyatları boyunca quracaqları münasibətlər üçün nümunəvi rol oynayır. Hörmət, empatiya, şəfqət əsaslı, sağlam bir  münasibət varsa, belə standart müəyyənləşdiririk. Uşaqlarımız sonrakı münasibətlərində bunları gözləyərək böyüyəcək və daha azına razı olmayacaqlar. Ya da bu münasibət idarəetmə, təzyiq və manipulyasiya əsaslıdırsa, bunun necə nəticələnəcəyini görə bilərsiniz.

Uşaqlarımız üzərində təsir gücümüz onlarla qurduğumuz sağlam münasibətlərə əsaslanır. Uşaqlar onlarla əlaqə yaradan yetkin birinin sözlərinə daha çox qulaq asır, onunla daha çox əməkdaşlıq edirlər. Başqa sözlə, onların hələ azyaşlı dövrlərindən güvənli, açıq münasibət qursaq, böyüyəndə də bizə gələcəklər. Uşaqlarımızla münasibət qurmağımız onların zehinlərinin yaxşı işləməsinə, verdiyimiz reaksiyalar isə onların reaksiyalarının tonunu müəyyənləşdirir. Çünki uşaqlar kiçik güzgülərə bənzəyirlər.

  1. Sizin yanaşmanız

Uşağınıza baxdıqda kimi görürsünüz? Müsbət şeylər, yoxsa mənfi? Onlar haqqında düşünmək üsulunuz onlara necə davrandığınızı müəyyən edir. Düşüncələriniz eyni zamanda gün ərzində emosional və fiziki olaraq özünüzü necə hiss etdiyinizə təsir edir. “Uşağım qorxunc 2 yaş dövrü yaşayır” ifadəsi sizin uşağınıza hər baxdığınızda qorxunc şeylər görməyinizə, fokuslanmağınıza və davamlı olaraq bunları düzəltməyə çalışmağınıza səbəb olur.

Buna bənzər mənfi düşüncələri “Uşağım çox maraqlı və əyləncəlidir!” kimi müsbət düşüncələrə çevirməyə çalışın.  Etdiyi dəcəlliyi dərhal ortadan qaldırılması lazım olan bir problem kimi deyil, sizə doğru olan kömək siqnalı kimi görməyə başlayın. Əslində, sizin düşündüyünüz kimi, uşaqlarınızın hərəkətlərini həmişə düzəltməyə ehtiyac yoxdur.

Bundan əlavə, səs tonunuza və istifadə etdiyiniz leksikona diqqət edin. TEACH Through Love-dan Lori Petro “Uşaqlarınızı təsvir edəndə istifadə etdiyiniz dil məsələsində diqqətli olun. Onlar özlərini sizin qurduğunuz filtrlə görəcək” deyir. Uşağınızı “yaramaz” ya da “bacarıqsız” kimi etiketləndirməkdən qaçın. Siz onları necə görürsünüzsə, onlar da özlərini elə görməyə başlayacaqlar.

  1. Valideynlərin bir-biri ilə münasibətləri

Uşaqlarınız izləyir və öyrənirlər. Həyat yoldaşınızla bir-birinizə qarşı davranışlarınız da uşaqlarınız üçün bir nümunədir. Xoşbəxt valideynlər xoşbəxt uşaqlar deməkdir.

“Xoşbəxt ailənin əsasında valideynlərin bir-birini sevməsi dayanır. Uşaqlarınız üçün həyatda edə biləcəyiniz ən yaxşı şey yoldaşınızla mümkün olan ən yaxşı münasibəti qurmaqdır. Yaxşı yola getdiyinizi və bir-birinizə dəstək olduğunuzu görsələr, sizi əks etdirərərək dostları ilə yaxşı yola gedəcəklər. Yoldaşınızla münasibətinizə sərf etdiyiniz əməyin hər zərrəsi sizə uşaqlarınız üzərindən misli ilə geri dönəcək”.

  1. Evinizin havası

Yuxarıda danışılan ünsürlər bir araya gələrək evinizin atmosferini təşkil edir. Sevgi dolu və bir-birinə bağlı münasibətlər varsa, evinizdə də isti bir atmosfer olacaq. Yoldaşınızla, ya da övladınızla aranızdakı, yaxud uşaqlarınızın öz aralarındakı münasibətlərdə qopuqluq varsa, evinizin aurası pozulacaq.

İnsan evinin bütün ailə üzvləri üçün isti, güvənli, sevgi dolu bir yer olmağını istəyər. Dorothy Parker “Uşaqları evdə tutmağın ən yaxşı yolu evdə isti və xoş aura yaratmaqdır” deyir.

  1. Başqaları ilə qurduğunuz münasibətlər

Bankdakı işçi ilə, katiblə, ya da satıcı ilə necə davranırsınız? Ana, atanızla, ya da qayınananız ilə münasibətiniz necədir? Albert Einstenin dediyi kimi, nümunəvi olmaq birinə təsir etməyin önəmli yollarından biri deyil, tək yoludur.

  1. Əhatəniz

Əhatənizdə olan insanlarla daim münasibət saxlayırsınızmı? Nümunəvi olmaq bir yana, könüllü işlərə qatılaraq, bölgənizdəki bir tədbiri dəstəkləyərək, ya da bir kampaniya ilə bağlı ianə verərək çox şey öyrənə bilərsiniz. Uşaqlarınız hadisələrə daha yuxarıdan baxanda etdiklərinin başqalarının həyatlarına necə təsir etdiklərini görərlər və bu da onlara bir məsuliyyət hissi verərək müsbət dəyərlərə sahib olmalarını təmin edər.

  1. Məktəb

Məktəb seçimini çox diqqətlə edin. Uşağınızın özəl, yoxsa dövlət məktəbində, ya da evdəmi təhsil alması ona çox təsir edə bilər? Həmyaşıdları da uşaqlar üzərində böyük təsirə sahibdir, amma övladlarımızla münasibətimiz normal olduğu halda bizim təsirimiz daha çox olacaqdır.

  1. Həyata baxışınız

Stəkanınızın yarısı boşdur, yoxsa dolu? Uşaqlarınıza yaxşı baxa bilmək üçün özünüzə yaxşı baxmağınız kifayət edər. Stəkanı dolu görürsünüzsə, daha səbirli, daha empatik və daha enerjilisiniz. Sadəcə bu qədər də deyil, valideynlərinin öz varlıqlarına hörmət göstərdiyini görən uşaqlar özləri də hörmət anlayışını öyrənirlər. Siyahıya özünüzə də əlavə edin.

  1. Televiziya. Video oyunlar. Sosial media.

Bunlar uşaqlarınıza həmişə mesajlar göndərir. Öz uşaqlarımın televiziya izləməsinə və kompüter oyunları oynamasına icazə verirəm, yəni tamamilə mediaya qarşı deyiləm, amma yenə də uşaqlarınızın, izlədikləri hər şeydən təsirləndiyini unutmayın. Keçən gün oğlum normalda heç vaxt deməyəcəyi bir şey dedi – izlədiyi bir cizgi filmdən öyrənmişdi. Haradan öyrəndiyini bildiyim üçün onunla cizgi film və real dünya arasındakı fərqləri danışdıq.

  1. Əsas ehtiyaclar

Yaxşı qidalanma, yuxu və məşq uşağınızın sağlıqlı olmasını təmin etdiyi kimi, davranışlarına da müsbət yöndə təsir edə bilər. Uşaqların məşq etmələri diqqətlərini toplamaqlarına kömək edir və isteriyanı azaldır, motor bacarıqlarını inkişaf etdirir.

Mənbə: egitimpedia.com