Həyat yoldaşım və iki oğlumla birlikdə Tokioya köçdükdən sonra 6 yaşındakı oğlum bir gün küçədə itdi. Xeyr, qaçırılmadı ya da dərin bir çuxura düşmədi. Sadəcə, diqqətim üstündə olmayanda yanımdan gedib və öz başına gəzməyə başlayıb. Qısa ayrılığımız ərzində, əlbəttə, çox narahat oldum. Mən Nyu-Yorkluyam narahatlığımın əksi düşünülə bilməzdi. Oğlumu nəhayət marketin qabağında hönkür-hönkür ağlayarkən tapanda, başına heç vaxt pis bir şey gəlməyəcəyini, çünki artıq Tokioda yaşadığımızı və onun yaşındakı uşaqların bu böyük şəhərdə tez-tez tək gəzdiyini dedim.
Yaponiyada ilk öyrəndiyim şeylərdən biri bu oldu:
Cəmiyyət çox kiçik uşaqların da məktəbə yanlarında kimsə olmadan getməsini, müstəqil və özünə inamlı olmasını gözləyir. Ölkədəki həddindən artıq aşağı cinayətkarlıq səviyyəsi, şəhərin etibarlı olduğunu göstərir. Valideynlər arasında insanların bir-birinə qarşı çox diqqətli olması hissi çox geniş yayılıb. Buna görə də, heç kəs velosipedini kilidləmir, insanlar ən bahalı brend çantalarını da içki növbəsində durmaq üçün masada qoya bilir.
Beş il Tokioda yaşadığımız müddətdə valideyn olmağın da fərqli yollarını öyrəndim:
Bu ölkədə uşaqlarınız haqqında danışmayın. Digər ölkələrdən olan analar yaşadıqları çətinliklər haqqında hər kəsə şikayətlənsələr də, bunun əksinə yapon qadınlar şəxsi məsələləri gizli saxlayır və bunları yalnız ən yaxın, etibarlı şəxsləri ilə bölüşürlər.
Uşağınızın hər hansı futbol klubunda oynamasından, ya da akademiyada təhsil almasından danışmaq lovğalanmaq kimi qəbul edilir, lakin Yaponiyada valideynlik etmək həddindən artıq rəqabət tələb edir və uşaqlarınızın doğru məktəbə getməsi üçün daha çox məsuliyyət hiss edirsiniz. Qəbul imtahanlarına hazırlıq isə çox çətindir.
Uşaqlarınıza həddən artıq yaxın olun, lakin öpməyin. Burada analar çalışır ki, daim körpələrini özləri ilə hər yerə aparsınlar. Onların uşaqları evdə, alış-verişdə və hətta şəhər içində velosiped sürərkən belə yanlarında olur. Bu fiziki yaxınlıq sevginin ifadə tərzidir. Amma uşağı öpüb, qucaqlamırlar. Çox ailələr birlikdə yatır – ana çarpayının bir kənarında, ata digər kənarında və uşaq ortada. Bu vəziyyət məktəb dövrünə qədər davam edir. Bir çox ananın kiçik uşaqlarını da hamama gətirdiyini görə bilərik. Yaponlar buna “dəri dəriyə” deyir. Bəzi hamamlarda analar da, uşaqlar da çılpaq olur.
Uşaqların qidalanma çantalarına həssaslıqla yanaşın. Əksər yapon analar uşaqlarının qidalanma çantalarını səhər tezdən yuxudan oyanaraq böyük həssaslıqla hazırlayırlar. Uşaqlar üçün seçilmiş sağlam meyvə və tərəvəzlər, faydalı yeməklər xüsusi dizayn və maraqlı görünüşlə çantaya yerləşdirilir. Qidalanma çantası yetərincə yaxşı hazırlanmadıqda bu barədə müəllim sizə xəbərdarlıq edir.
Güllərə ciddi yanaşın. Çiçəkləyən albalı ağaclarının altında ailəlikcə piknik etmək yapon mədəniyyətinin bir hissəsidir. Hətta uşağın albalı çiçəkləri ilə ilk fotosunun xüsusi adı var: Hanami. Həmin dövrdə bütün parklar xüsusi səliqə ilə bəzədilir və daim park ərazisində uşağınızın gəzdiyi yerlərə nəzarət etməlisiniz.
Mənbə: egitimpedia.com