Hepatit virus xəstəlikləri təkcə böyüklərdə yox, uşaqlarda da rast gəlinir. Amma uşaqlarda bu xəstəlik çox gizli, demək olar, simptomsuz irəliləyir.
Bəs necə olur ki, azyaşlı uşaq belə ağır bir virusa yoluxur?
Bagcam.az Medicina.az-a istinadən bu səbəbləri təqdim edir:
Uşaqlarda hepatit C-nin mənbəyi: infeksiyalı, xroniki hepatit xəstəsi ola bilər. Uşaqlar infeksiyalaşmış qan, qanla təmas etmiş preparatlar, iynə ilə yoluxa bilər.
Hemodializ, stomatoloji müalicə, sterilizə olunmamış alətlər, inyeksiyalar, əməliyyatlar, qan köçürülmə və s. də uşaqlarda hepatit səbəblərinə aiddir.
Yeniyetmələr arasında narkomaniyanın yayılması da onları Hepatit C-ə yoluxdurur.
Hepatit C xəstəsi hamilə qadından doğulan körpənin doğuş yollarından keçərkən virusa yoluxması təxminən 5%-dir.
Uşaq və yeniyetmələrdə gigiyena qaydalarına düzgün riayət olunmaması da hepatit C-nin ötürülməsinə zəmin yaradır: dəri qatında kəsik, çapıq, yara olanda uşağın xəstə insanın gigiyena vasitələrindən istifadə etməsi. Diş fırçası, ülgüc, manikur alətləri və s. Yeniyetməlik dövründə təsadüfi cinsi əlaqə də artıq onun hepatit təhlükəsini artırır.
Əlamətləri:
Valideynlər diqqətli olub,bu xəstəliyi digər simptomlarla səhv salmamalı, özü keçəcək deyə gözləməməlidirlər. Uşağı selikli qişaları, gözlərinin içi, dərinliyi saralıbsa, qarnı şişirsə, qarın, bel nahiyədə sancı, ağrı varsa, hərarət qalxıb düşürsə, ürəkbulanma, qusma, sarılıq varsa, terapevt hepatoloqa götürün.
Ən diqqət yetirilməli məqam: sidik və nəcisin rəngidir. Sidik və nəcis rəngsiz, ağdırsa, o zaman hepatitdən şübhələnin.
Diaqnozu:
USM, qaraciyər göstəricilərinin qan analizi və sınaqları, lazım gələrsə biopsiya.
Müalicəsi:
Çətin də olsa var. Uşaqların həyat tərzi, qidasını tənzimləmək asan olduğundan müalicə daha tez effekt verə bilər.
Yeni virus əleyhinə dərmanlar, simptomatik terapiya, interferon, immunomodulyatorlar, pəhrizlə 6 aya müsbət nəticə əldə etmək olur.
Xəstəlik irəliləyərsə, xronikləşərsə və müalicə olunmazsa sirroz, qaraciyər çatışmazlığı, bədxassəli şişə çevrilə bilər.
Hepatit virionları digər orqanlar, ürək, beyin, immun hüceyrələrə keçərək, onları da sıradan çıxara bilər.
Profilaktika məqsədilə uşaqlara gigiyena qaydaları, başqalarının əşyalarına toxunmamaq öyrədilməlidir. Uşağı stomatoloji klinikaya apardıqda orda sterlizasiyanın yüksək olmasına diqqət yetirin. Ailədə, evdə hepatitli xəstə varsa, onun iti uclu əşyalarından uşağı uzaq tutun, yəni onun əşyaları ilə uşaq az təmasda olsun.
Mənbə: medicina.az