Özgüvənli uşaq böyütmək istəyərkən, narsist uşaq böyütmək

1970-ci ildən etibarən “özgüvən” valideynlər, müəllimlər və psixoloqların dilinə düşən bir kəlmədir. Əgər valideynlər uşaqlarının xoşbəxt və bacarıqlı yetişkin olmasını istəyirlərsə, onlara özgüvən aşılamaları lazım olduğunu düşünürlər. Müəllimlər özgüvənin akademik uğurun açarı olduğuna inanır və buna görə özünə hörmət duyğusu yeni tumurcuqlanan uşaqları incitməmək üçün tənqidi, narazıçılığı belə təriflə birgə deyirlər.

Bir çox araşdırma özgüvən ilə subyektiv xoşbəxtlik arasında əlaqə olduğunu göstərir. Beləliklə, gələcək nəsillərdə özgüvən formalaşdırma hissini çox yaxşı anlayırıq. Ancaq niyyətlərin yaxş olduğunu bildirsələr də, hollandiyalı psixoloqlar Eddie Brummelman, Sander Thomaes və Constantine Sedikides, özgüvən artırmaq üçün tez-tez istifadə etdiyimiz üsulların bir “canavar nəsli” yarada biləcəyini qeyd edirlər.

Psixoloqlar arasında şəxsiyyətin sabit yoxsa vaxt keçdikcə dəyişən bir şey olduğuna dair uzun müddətdir davam edən müzakirələr gedir. Bəzi psixoloqlar şəxsi xüsusiyyətlərin genetik olduğunu və beləliklə doğuşdan olduğunu bildirir. Buna “qatı” model adını verə bilərik. Yəni yaşayarkən şəxsiyyətinizdə eniş-çıxışlar və qopmalar ola bilər, ancaq yenə də şəxsiyyətiniz öz əsas halını qoruyub saxlayır. Başqa psixoloqlar isə təcrübələrinizin şəxsiyyətinizi formalaşdırdığını deyir. Buna da “axıcı” model deyə bilərik, çünki şəxsiyyətiniz özünü, həyatı boyunca müxtəlif şərtlərə görə formalaşır.

Üçüncü qrupdakı psixoloqlar isə arada dayanırlar. Şəxsiyyətin uşaqlıqda “axıcı” olduğunu, ancaq yeniyetməlikdə artıq yerləşdiyini söyləyirlər. Əgər insanların yetkin olduqlarında necə davrandıqlarının uşaqkən necə yetişdirdiklərinə bağlı olduğunu inanırsınızsa, o zaman “jele” modeliylə razısınız.

Brummelman və kolleqaları həm özgüvənin, həm də narsizmin əlamətlərinə dair bəzi sübutlar olduğunu qəbul edirlər. Ancaq yenə də ən önəmli faktorun valideynlər, müəllimlər və digər önəmli yetişkinlərlə uşaqlar arasında yaşanan əlaqələrlə bağlı olduğunu deyirlər. Hər nə qədər özgüvən və narsizm bəzi bənzər xüsusiyyətlərə sahib olsa da, araşdırmaçılar təməldə fərqli şeylərin olduğunu qeyd edirlər. Buna görə də bir uşağa özgüvən aşılamağa çalışarkən eyni zamanda narsistlik əlamətlərini də təşviq etmiş ola bilərik.

Əsas və qəbuledilən məlumata görə, narsizm sadəcə şişirdilmiş özgüvəndir. Həm özgüvən, həm də narsizm başqalarının sizi necə dəyərləndirdiyi anlayışınıza söykənir. Ancaq narsistlər və özgüvəni yüksək olan şəxslər, sosial dünyalarını daha fərqli görür və bu da özlərini və başqaları haqqında düşünmə formalarının rəngini artıqlamasıyla dəyişdirir.

Narsistlər sosial dünyalarını şaquli olaraq qəbul edirlər. Bir təbəqələşmə formaları var və digər hər kəs bunun altında ya da üstündə dayanır. Bərabərlik isə yoxdur. Buna görə də narsistlərin hədəfi – istənilən formada – önə keçməkdir və bu insanlar münasibətləri ən yüksəyə çıxmaq üçün istifadə edirlər.

Özgüvəni yüksək olanlar isə sosial dünyanı qrupun bütün üzvlərinin bərabər bir zəmində olduğu üfüqi şəkildə qəbul edirlər. İnsanlardan önə keçmək yox, onlarla yaxşı yola getmək istəyirlər. Digər insanlara dərin və yaxın bağ qururlar.

Narsistlər özlərini üstün, yüksək özgüvənli insanlar isə  dəyərli görürlər. Həm özgüvənin, həm də narsizmin əlamətləri təxminən 7 yaşında özünü biruzə verir.

Bu nəzəriyyəni test etmək üçün araşdırmaçılar, uşaqların şəxsiyyətlərini ölçdükləri və valideynlərinin özlərilə əlaqəyə keçmə formalarını müşahidə etdikləri uzun müddətli bir araşdırma aparıblar. Yüksək özgüvən formalaşdırmış uşaqların eyni zamanda sevgilərini və yaxınlıqlarını çölə yansıdan, amma onları həddən artıq tərifləməyən valideynləri olduğunu tapdılar. Narsistlik əlamətləri olan uşaqların isə onları təriflə boğan və özlərini dayanmadan az şey bacaran uşaqlarla müqayisə edən valideynləri var. Qısa olaraq, valideyn “istiliyi” özgüvənə səbəb olarkən, valideynin “həddən artıq dəyər ölçməsi” narsizmə səbəb olub.

Brummelman və kolleqaları, narsistlik əlamətlərindən uzaq duraraq uşaqların yüksək özgüvən qazanmalarını təmin etmək üçün müxtəlif müdaxilə təklifləri ediblər: İlk olaraq valideynlərin və müəllimlərin uşaqları həmyaşıdlarıyla müqayisə etmədən sadəcə bacardıqları şeylər üçün tərifləmələrini təklif ediblər. “Afərin!” və “Ən yaxşısı sənsən!” kəlmələri arasındakı fərq çox incə ola bilər, ancaq ilki uşağa “dəyərli” olduğunu – özügüvənin özü – aşılayarkən, ikincisi “üstün” olduğunu – narsizmin özü – aşılayır. İkinci təklifləri isə valideynlərin uşaqlarının həmyaşıdlarından üstün olduqları tərəflərini deyil, oxşar tərəflərini düşünmələrini təşviq edərək narsistik düşüncəsindən onları uzaq tutmalarıdır.

Tətqiqatçıların təklif etdiyi üçüncü müdaxilə isə zəif özgüvən göstərən uşaqlara aiddir. Bu uşaqlar başqalarının özləri haqqındakı düşüncələrini doğru formada şərh etməyə kömək olmaları üçün həyatlarındakı önəmli insanlara ehtiyac duyurlar. İstər uşaq olsun, istər yetkin, zəif özgüvəni olan şəxslər tərifi önəmsəməməyə və tənqid üzərində dayanmağa meyilldir. Böyüklərin bu uşaqlara müsbət sözlərə layiq olduqlarına inanmaqlarını təmin etmələri lazımdır.

Doğru qayğı və uşaqların formalaşan “mən”lik duyğularını bəsləmək, “jele” şəxsiyyət ortaya çıxmadan öncə onları sağlam özgüvənə gedən bir yola salacaqdır.

Mənbə: egitimpedia.com