“Helikopter valideynlər” övladlarına qısa müddətdə həqiqətən də kömək edə bilərlər. Uşaqlarına hər mövzuda köməkçi olan şəxsi məsləhətçilər kimi davranarlar. İdman ayaqqabəılarını unutduqlarında uşaqlarının köməyinə qaçan, bir tədbirdən digərinə gedərkən onlara sürücülük edərlər.
Çox vaxt, bu cür valideyn dəstəyinə sahib olan uşaqlar digərlərindən bir az daha avantajlıdırlar. Hər nə olsa da köməkçisi olan hər kəs, hər şeyi tək edən şəxslərə qarşı yarışdıqda uğur qazana bilər. Ancaq əslində həddindən artıq müdaxilə edən valideynlər uşaqlarına zərər verir və helikopter valideynlər tərəfindən böyüyən uşaqlar böyüdükləri zaman bu qısa müddətli avantajlarını tezliklə də itirərlər.
Helikopter valideynliyin uzun müddətli təsirlərini incələyən tətqiqatçılara görə, bu valideynlərin uşaqlarının böyüdüklərində yaşadıqları ən böyük 5 problemi təqdim edirik:
- Sağlamlıqla bağlı daha çox problem yaşayırlar.
Florida Dövlət Universiteti tərəfindən 2016-cı ildə aparılan bir araşdırma, helikopter valideynlərə sahib olan uşaqların yetişkinlik dövrlərində sağlamlıq problemi yaşama ehtimallarının daha yüksək olduğunu tapıb. Uşaqlara nə vaxt yatacaqlarını, nə vaxt idman edəcəklərini və nə vaxt yemək yeyəcəklərini həmişə valideynləri söylədiyi üçün, çoxunun sağlamlığını necə qoruyacağını öyrənə bilmədikləri kəşf edilib.
Müdaxilə edən valideynlər uşaqlarının sağlamlığı ilə bağlı adətən çox narahatlıq keçirir və nə etmələri ilə bağlı onları tez-tez xəbərdar edirlər. Araşdırmalar, bu xatırlatmalar olmadıqda uşaqların bədənlərinə yaxşı baxa bilmədiklərini göstərir.
- Hər şeyə haqqlarının çatdığını düşünürlər.
Helikopter valideynlər uşaqlarının üstünə o qədər çox əsirlər ki, onlar da özlərini dünyanın mərkəzi olaraq görməyə başlayırlar. Bu “xüsusi olmaq” düşüncəsi 18 yaşına gəldikləri vaxt yoxa çıxmır. Arizona Universiteti araşdırmaçıları, həmin uşaqların hər şeyə haqları olduğu fikriylə böyüdüklərini ortaya çıxardıb. Helikopter valideynlərlə böyüyən uşaqların “Ən yaxşısını istəyirəm, çünki buna layiqəm”, ya da “Mənim kimi insanlar arada bir istirahət etməlidirlər” kimi ifadələr işlətməyi digər uşaqlara nisbətən daha yüksəkdir.
- Duyğusal problemlər yaşayırlar.
Uşaqlar duyğularını nizamlamaq bacarığını öyrənmədən böyüyürlər, çünki bu rolu onlar üçün valideynləri öhdəsinə götürüb. Kefsiz olarkən onları sevindirən şəxs valideynləri olub. Hirsləndiklərində isə yenə valideynləri onları sakitləşdirib.
Bu emosional nizamlama bacarığının əskikliyi, uşaqlar evlərini tərk etdiklərində böyük problem halına gəlir. Virciniyadakı Mary Washington Universiteti tətqiqatçıları tərəfindən 2013-cü ildə reallaşdırılan bir çalışma, helikopter valideynlərə sahib olan universitet tələbələrinin depressiyaya da meyilli olduqlarını və ümumi mənada həyatlarından daha az məmnun olduqlarını tapıb.
- Dərmanlardan asılı hala gəlirlər.
Helikopter uşaqlar çətinliklərə dözməyə öyrəşməyiblər. Valideynləri onları çətinliklərdən qoruyub və çətin vəziyyətlər ilə başa çıxmalarına mane olub. Üstəlik həmişə təriflənməyə öyrəşiblər. Bu vəziyyət onların dərman istifadə etməyə niyə bu qədər maraq göstərdiklərini açıqlaya bilər: Dərdlərinin yox olmasını və bunun daha tez reallaşmasını istəyirlər.
Tennessee Universitetinin tətqiqatçıları tərəfindən 2011-ci ildə aparılan bir araşdırma, valideynləri tərəfindən böyük maraq görən tələbələrin depressiyaya qarşı dərmanları istifadə etmək ehtimallarının daha yüksək olduğunu göstərib. Eyni zamanda bu dərmanları zövq almaq üçün istfadə etdikləri də müşahidə edilib.
- Özünü tənzimləmə bacarıqları inkişaf etmir.
Bu uşaqlar digər uşaqlar qədər boş vaxt keçirərək böyümürlər. Olduqları mühit adətən planlanmış olur, fəaliyyətləri də yaxından izlənilir. Özlərini idarə etmə bacarığına sahib olmadıqlarından, hədəflərinə çatmaq üçün lazımi bacarıqları da qazana bilməzlər. Colorado Universitetində 2014-cü ildə edilən bir araşdırma, helikopter valideynlər ilə böyüyən uşaqların uğurlu olmaq üçün ehtiyac duyduqları zehni idarə və motivasiyaya sahib olma ehtimallarının daha zəif olduğunu göstərib.
Digər tətqiqatlar da eyni şeyi deyir: Həmin uşaqlar işlərini mütəmadi olaraq ertələyir və bacarmaq üçün lazımlı istək və motivasiyaya sahib deyillər.
Müdaxilə etmək istəyinizin fərqində olun
Helikopter valideynlərin tək istəyi uşaqlarının uğurlu olmasıdır, ancaq əvvəl-axır göstərdikləri həddən artıq diqqət uşaqlardan çata biləcəkləri ən yüksək potensial üçün lazım olan zehni gücü alır. Uşaqların səhv etməsinə icazə vermək, uğursuzluğa düçar olmaqlarınıa göz yummaq və öz problemlərini həll etmələri üçün onlara şans vermək də bir valideynin zehni olaraq güclü olmasını tələb edir. İşin əsli, uşaqlarınızın sağlam və məsuliyyətli olmaları üçün lazımi xüsusiyyətləri inkişaf etdirmələri adına sizin də öz zehni bacarıqlarınızın üzərinə getməyiniz xüsusi önəmlidir.
Mənbə: egitimpedia.com