Bir çox uşaqlar valideynlərinin başqa uşaqlara diqqət göstərməsini istəmirlər. Hətta, başqa uşaq olmasa belə, əgər valideynlər uşaqlara kifayət qədər diqqət göstərmirsə, bu da onların qısqanclığına səbəb olur.
Mən – Vinita Zutşi Gənc yaşlarımda beş uşağa dayəlik edirdim. Ən böyük uşaq yeddi, ən kiçiyi üç yaşında idi. Onları valideynləri tez-tez evdə olmurdu. Mən onlarla oyun oynayanda qızlardan biri mənə yaxınlaşdı və nənəsinin ona dediyi sirri mənim qulağıma pıçıldadı. Bu zaman dörd yaşlı əsəbi uşaq şərfini boynuma bəmbərk doladı və mən nəfəs ala bilmədim. Daha sonra onun nə üçün belə etdiyini soruşduqda, o mənə “sən yalnız mənim dostumsan, başqaları ilə dostluq edə bilməzsən” deyə cavab verdi.
Qulağıma pıçıldayan qız da olduqca əsəbi idi. O, ağlamağa və qışqırmağa başladı daha sonra məni qucaqladı və dedi: “Sən yalnız mənim dostum olmalısan başqa heç kəsin”. Mən ona başa saldım ki, mən heç bir insana aid deyiləm, onların hamısına baxmalıyam və hər birini çox istəyirəm.
O israr etdi ki, mən sənə ən yaxın olmaq istəyirəm. “Sən mənim sevimlisən, mən də sənin sevimlin olmalıyam” mən ona dedim ki, belə yaramaz. “Bəs necə edim ki, sənin sevimlinə çevrilim?” o soruşdu. “Məni vurmaq, qışqırmaq çıxış yolu deyil”. Bundan sonra biz sakitcə oturub, söhbətimizə davam etdik.
Onun valideynləri çox mülayim idi. Onun hər istəyini yerinə yetirirdilər. Lakin buna baxmayaraq uşaq qısqanc idi, çünki o valideynlərindən kifayət qədər diqqət görmədiyini düşünürdü. Heç vaxt görməmişdim ki, onun valideynləri onunla vaxt keçirməkdən məmnun olsunlar. Təhsilində çox uğurlu olmasına baxmayaraq onlar öz uşaqlarını çox nadir hallarda tərifləyirdilər.
Sizin uşaqlarınız sizdən hər zaman daha çox şey gözləyir. O istəyir ki, siz onu ilk növbədə bir insan kimi, daha sonra etdiklərinə görə dəyərləndirəsiniz.
Beləliklə, sizin uşaqlarınız kifayət qədər diqqət görmədikdə qısqanc ola bilər. Siz inanmaya bilərsiz. “Necə? Mən uşaqlarıma diqqət etmirəm? Cəfəngiyatdır!”
Amma önəmli olan sizin fikirləriniz deyil, onların nə düşündüyüdür.
Uşaqların qısqanclığını aradan qaldırmanın üç yolu:
- Hər uşağa kifayət qədər diqqət yetirin. Həyatlarının müxtəlif dövrlərində onlar müxtəlif növ diqqət tələb edirlər. Onları başa düşmək üçün əlinizdən gələni edin.
- Uşaqlarınızın bəyəndiyiniz hərəkətlərini üzlərinə deyin. Onları başqaları ilə müqayisə etməyin, çünki hər uşağın dəyərləndirməyə layiq bir keyfiyyəti var.
- Heç vaxt başqalarına hansı uşağınızı daha çox sevdiyinizi deməyin. Belə etməklə siz həm özünüzün, həm də uşaqlarınızın həyatını çətinləşdirirsiniz.
Tərcümə etdi:
Leyla Mirzəyeva
Leyla Rəhimova