Evdə uşaq xəstələnəndə valideynlər uşaqlarının tez sağalması üçün onlara hansı dərmanı, bitkini, çayı verməli olduqlarını düşünürlər.
Bagcam.az Medicina.az-a istinadən sizə illərin sınanmış çay reseptlərini təqdim edir. Bu çayı təbiətin gücü adlandırırlar.
1.İtburnu çayı
Onda C, B2, P vitaminləri vardır. İtburnu immuniteti qaldırır, gücü bərpa edir, ödqovucudur. Uşaqlar üçün hazırlanması: 1 xörək qaşığı itburnunun üzərinə 1 stəkan qaynar su əlavə edib, ağzı bağlı 10 dəqiqə dəmlənir, sonra süzülüb içilir. Çay gündə 3 dəfə yeməkdən öncə içilir.
2.Çobanyastığı çayı
Köpmə, rotarovirusda, mədə-bağırsaq iltihabı, angina, iltihablarda, allergiyalarda çox yaxşı kömək edir. Eləcə də bu çayla kompress, qarqara, inhalyasiya etmək olar. Uşaqlar üçün 1 xörək qaşığı çiçəyi 1 stəkan qaynar suda dəmləyib, soyudub, süzün. Yeməkdən öncə 2 xörək qaşığı olmaqla içə bilərlər.
3.Giciktkən
Gicitkəndə çox sayda vitamin ehtiyatı var. Böyrək, ağciyər soyuqdəymələrində, həzm problemində içilir. Uşaqlara gündə 3 dəfə 1 çay qaşığı ilə içirdilir.
Nəzərdə saxlayın ki, belə çaylar uşaqlara stəkanla çox miqdarda verilmir.