Şagirdlərinə yatmadan öncə kitab oxuyan məktəb müdiri

Uşaqlara oxumaq sevgisini aşılamaq üçün bir çox müəllim onlara gecələr öz-özlərinə (və ya başqasından dinləyərək) kitab oxumaqlarını söyləyir. Texasda bir məktəb müdiri işə özünü də daxil edir: əyninə pijamasını geyinib şagirdlərinə özü kitab oxuyur.

Homer Drive məktəbində müdirlik edən 42 yaşındakı Belinda George “Evdə şagirdlərimə kitab oxunub-oxunulmadığını bilmirəm”, deyir.

Adətən əynində rahat pijama geyimi olan George hər çərşənbə axşamı saat 19:30-da telefonundan Facebook canlı yayımı qoşur. Məktəbin Facebook səhifəsinə girən hər kəs Georgun uşaq kitabları oxumasını izləyə bilir. “Pijamalı Çərşənbə günləri” adını verdiyi bu fəaliyyət məktəbdə olduqca məşhurlaşıb.

“Çərşənbə günü uşaqlar yanıma gəlib “Sizi pijamalarınızla kitab oxuyarkən izlədim” deyir. Mənə kitabdan ən sevdikləri hissələrini deyirlər”.

Georgu izləyən və səsləndirdiyi xarakterləri ( və arada verdiyi şərhləri) eşidən şagirdlər özünə o gün oxuduğu kitabı haradan ala biləcəklərini soruşur.

Bu fəaliyyətin səs-sədası məktəbi də aşmağa başladı. George medianın marağını çəkdiyindən bəri, ölkənin hər yerindən uşaq və valideynlər canlı yayımları izləməyə başladı.

George bunu məktəb və ev arasındakı əlaqəni möhkəm tutmaq üçün etdiyini deyir və təbii ki, şagirdlərini çox sevdiyi üçün.

“İşin əsli budur: Uşaqları çox sevirəm” deyən George öz övladı olmadığını da əlavə edir. “Onlara məktəb xaricində çata bilməsəm məktəbdə də çata bilməyəcəyimin fərqindəyəm”.

George şagirdlərinə həftədə bir gün kitab oxumaqla yanaşı, iki həftədən bir məktəbdə rəqs tədbirləri təşkil edir və onları evdə ziyarət edərək çətinlik çəkdikləri mövzularda onlara köməkçi olur.

“Şagirdlərimlə əlaqəmi gücləndirmək üçün nə lazımdırsa, edərəm” deyir və əlavə edir, “Uşaqlar sevildiklərini hiss etdiklərində səy göstərirlər”.

Mənbə: egitimpedia.com