Uşaqların rahat ortamda yatmağı onların bütün psixologiyası, günlük hərəkətlərinə təsir göstərir. Valideynlər isə çox zaman övladlarını yanlarında yatızdırırlar.
Bagcam.az xəbər verir ki, mövzu ilə bağlı Medicina.az-a açıqlama verən uzman pediatr Altay Abdullaoğlu bunun yanlış addım olduğunu vurğulayıb:
“Uşaqların şəxsi otaqlarının olması, həmçinin valideynlərindən ayrı otaqlarda yatması onların gələcək inkişafı üçün çox mühüm rol oynayır. Ümumilikdə, uşaqlar 6 aylıq olduqdan sonra ayrı otaqda yatızdırılmalıdırlar. Bu müddət ən pis halda 2 yaşa qədər uzadıla bilər. 2 yaşdan sonra isə uşaqla eyni yataqda yatmaq, hətta eyni otaqda yatmaq belə tövsiyə olunmur”.
Qeyd edək ki, pediatr həmçinin bu halın uşaqların özgüvənlərinə, sərbəst və qorxusuz böyümələrinə mənfi təsir göstərdiyinə də qeyd edib.