İcazə verin uşaqlar ağlasın

aglamaqSinif uşaqların özünü inkişaf etdirə bildiyi, ünsiyyət qura bildiyi və başqalarıyla bir arada böyüyə bildiyi bir neçə yerdən biridir. Pedaqoqlar da bunun asan bir iş olmadığını təsdiqləyərlər. Qrup dinamikasını fərdi öyrənmə ilə balanslaşdırmağa çalışan bir müəllim üçün münaqişə  yaşayan uşaqlar cəlbedici ola bilər. Hər həftə sənət və təhsil sahəsində çox sayda tələbə və müəllimlə işləyirəm. Beləliklə, müəllimlər və tələbələr arasında bir çox sinif dinamikasını nəzərdən keçirmək şansım yaranmış olur.

Niyə ağlayırıq?

Bir neçə həftə bundan əvvəl ibtidai sinif şagirdləriylə işləyirdim. Bir uşaq dostuyla anlaşmazlıq yaşadığı üçün ağlamağa başladı. Müəllim bütün sinif qarşısında ondan ağlamasını dayandırmasını istədiyini eşitdim. Bütün sinif dönüb uşağa baxdıqda, müəllim özündən əmin bir şəkildə dedi: “Sən artıq körpə deyilsən”. Azyaşlı oğlan gözyaşlarını saxlamaq üçün mübarizə apardı, çünki gözyaşlarıının qəbul edildiyi məkanın olmadığı kimi, niyə ağladığını və gözyaşlarının önəmi də sorğulanmırdı.  Bu hadisə mənə daha əvvəl də buna oxşar hisslər keçirdiyim başqa hadisələri xatırlatdı. Sanki müəyyən bir yaşdan sonra uşaqların gözyaşlarını və ağlamalarına  səbəb olan şeyləri nəzarət altına almaları lazımdır.

Edilən araşdırmalarda göz yaşlarının müxtəlif biyoloji və psixoloji təməlləri olduğu müəyyənləşib. Bunlar aşağıdakılardır:

  1. Göz yaşları bağlılıq tərzini yansıda bilər. Məsələn duyğularını daha rahat ifadə edən bir şəxs daha rahat ağladığı halda, bağlanmaqda güvən problem yaşayanlar isə ağlamaqda çətinlik çəkə bilirlər.
  2. Gözyaşları mühüm ünsiyyət vasitəsi yerinə keçərək insanın dəstəyə ehtiyacı olduğunu təmin edir.
  3. Gözyaşları xarici sekresiya prosesidir və zərərli olma potensialı olan stress qaynaqlı kimyəvi maddələrin bədəndən uzaqlaşdıqırılmasını təmin edərək, stressi azalda bilir

Göz yaşları bu qədər önəmlidirsə, sinfin qarşısında ağlamaq niyə çətin olsun? Göz yaşları həmçinin başqalarının kədərini də ortaya çıxara bilər və hər müəllim şüurlu və ya şüursuz şəkildə birinin ağlamasının digərlərini də duyğusal bir qarışıqlığa salacağından qorxa bilər. Öyrətmək çox  həssas sistemdir və ağlayan  uşaq da çökən bir sistem mənasına gələ bilər.

Göz yaşlarının qarşısını almaqdan imtina etməyin 4 yolu:

  1. Uşaqları sıxmayın.

Uşaqlar hiss etdikləri duyğuları yaşamaq və onlara cavab vermək üçün vaxt və məkana ehtiyac duyurlar. Bu müddətdə onları sıxmayın.

  1. Qəbul etmək, tələb etməkdən yaxşıdır.

Şagirdlərinən ağlamağı saxlamalarını istəmək onların təbii öyrənmə proseslərinə qarşıdır.  Bunun əvəzinə, bu əsas duyğuları şagirdlərinizin öyrənməsi üçün nəsə edin.

  1. Mehriban və səmimi olun.

Ağlayan bir uşaq niyə ağladığını bəzən deməyə bilər, çünki nədənsə qaynaqlanan bir duyğu ağlamağa çevriləndən sonra başqa duyğuyla əvəzlənə bilər. Onları mehribancasına və diqqətli dinləyərək, bu vəziyyətin normal olduğunu izah etmək lazımdır.

  1. İntellektual mübadilə yoluyla emosional baxımdan təhlükəsiz sinif mühiti yaradın.

Sinif səviyyəsindən asılı olaraq, müəllimlər tələbələrinin fərqli problemlər qarşısında yarana biləcək hissləri müəyyənləşdirmələrini və bunları qəbul etdiklərini ifadə etmələrini istəyə bilərlər. Hər şey yolundadırsa, bu duyğular anlayış və empati kimi hissləri  ortaya çıxa bilər.

Mənbə: egitimpedia.com