Uşağa rəngləri necə öyrətməli?

4“Mən çox əsəbiləşirəm, Həkim. Mənim 2 yaşlı oğlum hərfləri bilir və 10-a qədər saymağı bacarır, amma o heç bir rəngi fərqləndirə bilmir. O, bütün rəngləri “mavi”  adlandırır. Necə düşünürsünüz, onda rəng korluğu ola bilər?”

Mən – Nataşa Burgert pediatram.Valideynlər tez-tez mənə bu yöndə problemlə müraciət edirlər ki, onların uşaqları rəngləri düzgün fərqləndirə bilmirlər, hətta baxmayaraq ki, bir çox hallarda onların başqa sahələrdə güclü qabiliyyətləri olur . Uşağınızın rəng ayırd etmə qabiliyyəti haqda düşünməzdən əvvəl, təklif edərdim ki,  rənglər sisteminin bir uşaq üçün necə mürəkkəb olduğu  barədə düşünəsiniz.

Balaca uşaq hələ təzə öyrənib ki, bu əşyanın adı ayaqqabıdır.  İndi isə ayaqqabılar çəhrayı, qəhvəyi  və ya mavidir. Corablar da mavidir?!  Və iki mavi rəngdə olan əşyalar heç də eyni rəng olmaya bilər, biri daha açıq biri daha tünd ola bilər.  Bu, həqiqətən yüksək səviyyəli mərhələdir! Uşaqlar rəngləri  tam olaraq ayırd etmək bacarığı 3 yaşdan sonra tam formalaşır.

Bəli, 3 yaş

Beləliklə, gəlin körpələrimizə biraz fasilə verək. Hətta ən ağıllı körpə üçün belə rəngləri öyrənmək ağlasığmazdır. Bu mücərrəd konsept sadəcə vaxt və səbir  itkisidir.

Hər bir uşağın individual şəkildə rənglər sistemini öyrənməyə hazır olmasını gözləyənə qədər  biz onların biliyini inkişaf etdirmək üçün bəzi şeylər edə bilərik.

Həyatı öyrənmək

Uşağınızın günlüyünü izləyin. Əgər onun həyatında hər şey “mavi”-dirsə, o zaman yalnız mavi əşyalar haqqında danışın və onları vurğulayın. Növbəti həftə başqa rəngdə olan əşyaları vurğulamaqla yeni bir rənglə tanış edin. Rəngləri bir-bir öyrənmək, onları bütöv bir sistem halında, birdəfəlik öyrənməkdən daha asandır.

Obyektləri və müxtəlif rəngləri müqayisə edin

Uşaqlarınız sözləri və onların izah etdiyi obyektlərdən ibarət “böyük anlayışlar bazasını”  öyrəndikləri üçün müxtəliflikləri aradan qaldırmağa çalışın. Eyni adda və müxtəlif rəngdə olan əşyaları müqayisə etmək daha aydındır. Məsələn, qırmızı jaketlə sarı ayaqqabının müqayisəsi qırmızı top, sarı top, yaşıl topun müqayisəsindən daha asandır.

Aktiv öyrənmək

Yeni konsepti öyrənmək üçün oyun və pazllardan istifadə edin. Körpələr  öz dünyalarını oyun, səs və hissiyyatla təcrübə etməyi sevirlər.  Kart oyunları öz marağını tez itirir. Toxunuş olan oyunlara üstünlük verin.  Rənglərə aid dominolar, rəng oyunları məsləhətlidir.

Rəngli vərəqlər

Övladızın kağızda qaralama etmək və rəngləri seçmək qabiliyyətinə əhəmiyyətsiz yanaşmayın. İcazə verin ki, onlara maraqlı olan qələmi seçsinlər və seçimini həmin rəngə uyğun olaraq adlandırsınlar.

Tərcümə etdi: Leyla Rəhimova