O bu gün bağçada nə edib?

11887887_933740196685174_7551151401004648042_nHər bir valideyn üçün övladının gün ərzində bağçada, məktəbdə nə ilə məşğul olduğu, günün necə keçdiyi olduqca vacib məsələdir. Amma təəssüflər olsun ki, çox vaxt uşaqlara “Günün necə keçdi?” sualını verdiyimiz zaman “yaxşı, belədə” və.s kimi qısa cavablar alırıq.

Buna görə də bu dəfəki məqalədə sizin üçün “Günün necə keçdi?” sualına ətraflı cavab almağımız üçün övladımızdan soruşmalı olduğumuz suallar siyahısı hazırladıq. Aşağıda tərtib etdiyimiz suallar çox maraqlı söhbətə başlanğıc ola bilər və siz övladınız haqqında heç bilmədiyiniz bir çox maraqlı məqamları üzə çıxara bilərsiniz.

      1. Bu gün bağçada, məktəbdə olan ən yaxşı şey nə idi?(Ən pis şey nə idi?)
      2. Bu gün bağçada (məktəbdə) hansı gülməli hadisə baş verib?
      3. Sinifdə hansı uşağın yanında oturmaq istəyərdin? (Kimin yanında oturmaq istəməzdin?)
      4. Bağçada ən xoşuna gələn yer haradır?
      5. Bu gün eşitdiyin ən qəribə söz hansı idi? (Ya da birinin danışdığı qəribə nə var idi?)
      6. Bu axşam müəllimənə zəng etsəm, mənə nələri deyəcək?
      7. Səncə, bu gün kimə nə kömək etmisən?
      8. Bu gün hər hanısa birinin sənə necə köməyi dəyib?
      9. Bu gün nələri öyrəndiniz?
      10. Bu gün ən çox nə vaxt daha xoşbəxt oldun?
      11. Bu gün ürəyin sıxılıbmı? Niyə?
      12. Əgər sinifə bir yadplanetli gəmisi gəlsə və birini aparacaqlarını desə, kimi aparmalarını istəyərdin?
      13. Tənəffüsdə daha əvvəl heç oynamadığın biri ilə oyun oynasaydın, o adamın kim olmasını istəyərdin?
      14. Bu gün hansı yaxşı bir hadisə baş verib?
      15. Bu gün müəllim ən çox hansı sözü işlədib?
      16. Səncə, bağçada (məktəbdə) nəyi daha çox öyrənməlisən?
      17. Səncə, nəyi daha az öyrənməlisən və ya etməlisən?
      18. Səncə, sinifdə kimə qarşı daha mehriban ola bilərsən?
      19. Tənəffüsdə ən çox harada oynayırsan?
      20. Səncə, sinfinizdəki ən gülməli uşaq kimdir? Uşaqları mecə güldürür?
      21. Günorta yeməyinə nə yedin? Hansı yeməklərdən xoşun gəlir?
      22. Əgər sabah sən müəllim olsan, nə edərsən?

Əmin olun ki, bu suallarla həm övladınızın bağçada (məktəbdə) gününün necə keçdiyini öyrənəcəksiniz, həm də onun təhsil, bağça yoldaşları, müəllimləri haqqında nə düşündüyünü haqqında məlumatınız olacaq. Bu suallar həm də övladınızı yaxından tanımaqda sizə  yardımçı olacaq.